Axtarış
The search found 105716 results in 0.032 seconds.
Search results
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi – FOTO
Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Suraxanı rayonu 23 saylı Polikinikanın sahə həkimi Mətanət Atayeva 55 yaşında vəfat edib. Onda bir müddət öncə koronavirus aşkarlanmışdı. Həkimlərin səyinə baxmayaraq M.Atayevanın həyatını xilas etmək mümkün olmayıb.
Muxalifet2 - 23-07-2020
GENERAL SADIKOV NİYƏ GETMƏLİDİR?!
Ölkənin Müdafiə Nazirliyi bu günlərdə mediada Baş Qərərgah rəisi Nəcməddin Sadıkov barədə yazılanlara və ictimai rəydəki aqresiyaya münasibət bildirib, onu müdafiə edib.
Etiraf edək ki, uzun illərdir gözlənilən reaksiya idi. Məhz bu ilə təsadüf etdi.
Onu da etiraf edək ki, Sadıkov peşəkar və stajlı mütəxəssisdir.
O, ölkənin müdafiə sistemindəki ən gizli məlumatları bilən üç-dörd adamdan biridir. Və bəlkə çox az adamlardandır ki, bir neçə prezident, nazirlə çalışıb, dil tapa bilib. Və ya bu şəraiti ona yaradıblar…
Muxalifet2 - 23-07-2020
Brüsseldə azərbaycanlılara qarşı vəhşilik törədən 15 erməni tutuldu – RƏSMİ
“İyulun 22-də Brüsseldə azərbaycanlıların keçirdiyi aksiyalar zamanı ermənilər vandalizm və terror aktı həyata keçiriblər”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva brifinqdə deyib.
O bildirib ki, ermənilər Azərbaycanın diplomatik orqanlarına məxsus avtomobillərə ziyan vurublar.
Onun sözlərinə görə, Brüssel polisinin şifahi məlumatına əsasən, hadisələr zamanı 15 erməni saxlanılıb./oxu.az
Muxalifet2 - 23-07-2020
POMPEONUN XƏBƏRDARLIĞI ARXASINDA GİZLƏNMİŞ SƏBƏB: Azərbaycan-Ermənistan münaqişəsi Cənubi Qafqazdakı enerji oyununu dəyişdirəcəkmi?
Bu yaxınlarda baş verən gərginlikdən əvvəl də Azərbaycan-Ermənistan sərhədində atəşlər səslənirdi. Əsasən Dağlıq Qarabağ anklavında qarşılıqlı atışmalar barədə xəbərlər tez-tez başlıqlara çevrilib. Bəs keçən həftə Tovuz ərazisindəki sürpriz toqquşmalar bu hərbi əməliyyatların bir epizodu idimi?
Muxalifet2 - 23-07-2020
“Azərbaycanda ən ləyaqətsiz adamlar "yuxarı"da, ən ləyaqətlilər "aşağıda"dır” – ADP SƏDRİ
“Azərbaycanda hakimiyyəti çox dar, məhdud insanların arasında bölüşdürürlər”
“Biz Rusiya ilə bütün imperial maraqlarımızı kəsməliyik”
Muxalifet2 - 23-07-2020
DYP karantini pozduqlarına görə cərimələnən sürücülərin sayını açıqladı
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 22.07.2020-ci il saat 00:00-dan 23.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1010 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vas
Muxalifet2 - 23-07-2020
Dövlət Komitəsi: Ermənistanın hərbi təxribatlarına görə daha 20 ölkədə aksiya keçiriləcək
“Daha 20 ölkədə Ermənistanın hərbi təxribatına qarşı etiraz aksiyası keçiriləcək”.
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bu gün keçirilən brifinqdə deyib.
“Soydaşlarımızın vətənpərvərlik hissi çox yüksəkdir. Onlar daim yaşadıqları ölkələrdə aksiyaları davamlı keçirmək istəyirlər. Bütün qüvvə və vasitələr səfərbər olunub. İzdihamlı yürüş və tədbirlərin keçirilməsi planlaşdırılır. Aksiyalarla yanaşı, 20-ə yaxın ölkədə mətbuat konfransları keçirilir. Eyni zamanda maarifləndirmə tədbirləri də həyata keçirilir”, – o bildirib.
Muxalifet2 - 23-07-2020
BATAN TURİZM, QAÇAN ASSOSASİYALAR… – Qeyri-neft sektorunun ən gəlirli sahəsi can üstədir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bildirilir ki, koronavirus (COVID-19) pandemiyasının təsiri ilə dünya turizm sektorunun itkiləri bu ilin sonuna qədər 1,2 trilyon ABŞ dollarına yüksələ bilər. “Bu il qlobal turizmin itkiləri qlobal ümumi daxili məhsulun (ÜDM) 1,5%-ə qədər olacaq. Beynəlxalq turizmdə məhdudiyyətlər 2021-ci ilin mart ayına qədər davam etsə, sektorun itkiləri 3,3 trilyon ABŞ dollarına (qobal ÜDM-nin 4,2%-nə) yüksələcək”-deyə hesabatda bildirilir.
Muxalifet2 - 23-07-2020
“Tələb edir ki, erməni xalqından üzr istəyim” – FAZİL MUSTAFA
Erməni şəbəkəsi Azərbaycanda çox güclənib. Himayələri də böyükdür.
Bu barədə Fərqli Vətəndaş Hərəkatının rəhbəri Günel Səfərovanın müsahibəsini unikal.org-a şərh edərkən Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib:
“Erməni şəbəkəsinin mövqeyini ifadə edənlərdən biri də Fərqli Vətəndaş Hərəkatının rəhbəri Günel Səfərovadır. Mənim erməni balasına dediyim sözlər onun da ürəyini yaralayıb və tələb edir ki, təəssübünü çəkdiyi erməni xalqından üzr istəyim.
Muxalifet2 - 23-07-2020
Azərbaycanın məşhur aktrisası vəfat etdi
Azərbaycanın tanınmış aktrisası və pianoçu Tamilla Rüstəmova vəfat edib.
Muxalifet.az kult.az-a istinadən xəbər verir ki, 84 yaşlı aktrisa uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Tamilla Rüstəmova daha çox “Maya” və “Ulduz” obrazları ilə yaddaşlarda qalıb. O, görkəmli bəstəkar Səid Rüstəmovun ailəsində dünyaya göz açıb.
Muxalifet2 - 23-07-2020
Şəmkirdə mağazalardan oğurluq edən bacı-qardaş tutuldu – FOTOLAR
Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaqda şübhəli bilinən Ağstafa rayon Köçəsgərli kənd sakinləri, əvvəllər məhkum olunmuş 36 yaşlı Eldəniz Qasımov və onun bacısı İlhamə Qasımova saxlanılıb.
Muxalifet2 - 23-07-2020
GÜLLƏNİ BİZƏ ATANI DEYİL, ONU ERMƏNİYƏ SATANI İTTİHAM ETMƏK… - Rəsmi Bakının Serbiya və Gürcüstanı hədəfə alması nə dərəcədə məntiqlidir?
“Bir dəli quyuya daş atdı, yüz ağıllı çıxara bilmədi”. Azərbaycanın bu məşhur atalar sözü ölkənin mövcud siyasi gündəmi ilə üst-üstə düşür. Necə deyərlər, sanki atalarımız bu günümüzə baxıb, həmin deyimi “icad ediblər”.
Muxalifet2 - 23-07-2020
BDU-nun 22 yaşlı məzunu vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) bu ilki məzunu dünyasını dəyişib.
Bakı Dövlət Universitetindən verilən məlumata görə, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 2020-ci il məzunu 1998-ci il təvəllüdlü İsmayılzadə Ayşən Azər qızı böyrək çatışmazlığından vəfat edib./trend/
Muxalifet2 - 23-07-2020
Bugünkü imtahanda 2 nəfərdə telefon aşkarlandı
Dövlət İmtahan Mərkəzi bu gün növbəti buraxılış (qəbul) imtahanları keçirib.
lkin məlumatlara əsasən 3 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.
2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Muxalifet2 - 23-07-2020
TÜRK ORDUSU ABŞ-ın VERDİYİ KOORDİNATLARI NİYƏ ZİBİL YEŞİYİNƏ TULLADI? – PKK-nın daha bir önəmli qalası ələ keçirilmək üzrədir – TƏHLİL
Son 5 ildə qoyulan investisiyalarla öz texniki imkanlarını artıran Türkiyə Silahlı Qüvvələri (TSQ) sərhədlərimiz daxilində olduğu kimi, xarici əməliyyatlarda da olduqca uğurlu nəticələr əldə edir. Suriya və İraqda İŞİD və PKK terror təşkilatlarına qarşı aparılan mübarizədə risklərə rəğmən, qərarlılıqla cəsur addımların atıldığını qeyd etmək lazımdır.
Muxalifet2 - 23-07-2020
Azərbaycanda daha 347 nəfər koronavirusa yoluxdu – 6 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Muxalifet2 - 23-07-2020
Orduya dəstək yürüşündə təxribat törədən daha bir qrup şəxs həbs olundu – VİDEO/FOTOLAR
Məlum olduğu kimi iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə dinc və vətənpərvər ruhda keçən yürüşün sonunda bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verilib. Həmin şəxslər Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.
Muxalifet2 - 23-07-2020
Koronavirusa qarşı vaksin Azərbaycana nə vaxt gətiriləcək? – TƏBİB-dən və ekspertlərdən açıqlama
Dünyanın aparıcı ölkələrinin məşhur virusoloqları COVID-19-a qarşı peyvəndin hazırlanması üzərində nailiyyət əldə etməyə yaxındırlar. Əldə olunan üç eksperimental vaksinin təhlükəsiz olduğu və immunitet yaratdığına dair ümidverici xəbərlər gəlir. Onlardan biri İngiltərənin Oksford Universitetində hazırlanır.
Erkən sınaqlarının nəticələrinin ümidverici olduğu bildirilsə də, peyvəndlərin tam təhlükəsiz olduğu və uzunmüddətli immunitet yaratdığı hələ təsdiqlənməlidir. Bunun üçün üç vaksinin üçü də real həyat şəraitində genişmiqyaslı sınaqdan çıxmalıdır.
Muxalifet2 - 23-07-2020
“Sədərək” və “Binə”, ticarət mərkəzlərinin fəaliyyəti BƏRPA OLUNUR — AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycanda daha 391 nəfər koronavirusa yoluxub, 504 nəfər sağalıb. 9 nəfər isə vəfat edib. Yoluxmaların sayı azalma dinamikası ilə davam edərsə, gələn həftədən iri ticarət mərkəzlərinin fəaliyyətinə müəyyən qaydalara əməl etməklə icazə verilə bilərmi?
Muxalifet.az xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, dünyada artıq karantin rejimi ilə bağlı yumşalmalar gedir:
Muxalifet2 - 23-07-2020
“Türkiyə böyük müharibəyə hələ hazır deyil” - HİKMƏT HACIZADƏ
“Rusiyanın adamlarının vəzifələrdən çıxarılmasının gələcəkdə xeyri olacaq...”
Ermənistan ordusunun Tovuz istiqamətində xain hücumu, bu hücumun hədəfləri və ümumilikdə regionda baş verənlərlə bağlı müzakirələr davam edir.
Azpolitika.info Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadənin bu mövzuya dair fikirlərini öyrənib:
Muxalifet2 - 23-07-2020