Axtarış

The search found 105716 results in 0.055 seconds.

Search results

  1. MAKRONUN SIZLAYAN “TÜRKİYƏ YARASI”...– Və ya həddini aşan fransız həyasızlığı

    Fransanın prezidenti Emmanuel Makron iyulun 23-də bəyan edib ki, Avropa İttifaqı (Aİ) üçün Şərqi Aralıq dənizindəki «təxribatlara» reaksiya verməmək ciddi səhv olar. Bu zaman Fransa dövlətinin başçısı bildirib ki, «Yunanıstan və Kiprin dəniz sərhədlərini pozanlara» qarşı əlavə sanksiyaların tətbiq olunmasına çalışacaq.

    Muxalifet2 - 25-07-2020

  2. Azərbaycanlılar Nyu Yorkda Ermənistan konsulluğu önündə etiraz etdi - FOTO

    İyulun 24-də ABŞ-ın Nyu York şəhərində Ermənistan silahlı qüvvələrinin ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribatlar törətməsi və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını indiyədək işğal altında saxlaması ilə bağlı etiraz aksiyası keçirilib.

    Muxalifet2 - 25-07-2020

  3. Ermənilər Polad Həşimovu Camal Paşa ilə MÜQAYİSƏ ETDİ

    General Camal Paşanın Gürcüstan ərazisində öldürülməsini xatırladan ermənilər həyasızcasına -“biz kimi düşmən hesab ediriksə, onu öldürəcəyik” mesajı verirlər…

    Muxalifet2 - 25-07-2020

  4. “5-Cİ KOLON” İNDİ DƏ PREZİDENTİ ŞANTAJ EDİR

    “Nəcməddin Sadıkov prezident İlham Əliyevin əmrlərini icra edir” deyərək, ruspərəst generalı müdafiə edənlərin məqsədi nədir?

    N.Sadıkova qarşı yazılanları “erməni təxribatı” və “zabitlərimizi gözdən salmaq üçün aparılan kampaniya” kimi təqdim edənlər də var. Axı, Azərbaycanda Baş qərargah rəisinin istefasını tələb etməyən çox sayda adam olduğu halda, ona hücumları “erməni təxribatı” adlandırmaq nə dərəcədə məntiqlidir?!

    Muxalifet2 - 25-07-2020

  5. “VAQNER”İ RUSİYA HƏRBİ KƏŞFİYYATI İDARƏ EDİR – Burada Afrikanın 16 ölkəsindən muzdlular təmsil olunur

    Bu, bir ucu Rusiya prezidenti Putinin yaxın adamı Priqojinə gedib çıxan şirkətlə üst-üstə düşən “qaranlıq qruplaşmadır”

    Muxalifet2 - 25-07-2020

  6. "XƏSTƏNİN SAYI-HESABI YOXDUR" - Şahin Məmmədovdan həyəcan TƏBİLİ

    “Bu qədər çox ağır xəstə olacağını təsəvvür etmirdim. Reanimasiya tam dolu vəziyyətdədir. Xəstənin sayı-hesabı yoxdur. Hamısı da çox ağırdır. Reanimasiyada orta ağırlıqda xəstə görmədim. Həkimlər və tibb bacıları özünü təhlükəyə atmağa məcburdur. Başqa yol yoxdur”.

    Bu fikirləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Təcrübələrini paylaşan həkim qeyd edib ki, vəziyyəti ağır olanlar arasında kök xəstələr üstünlük təşkil edir:

    Muxalifet2 - 25-07-2020

  7. ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirlikləri birgə bəyanat yaydı

    ABŞ səfirlikləri Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında iyulun 21-də keçirilmiş etiraz aksiyası ilə bağlı birgə bəyanat yayıblar.

    Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

    Muxalifet2 - 25-07-2020

  8. FANTASTİK QİYMƏTLƏRƏ YEMƏKLƏR - Varlılar restoranlarda qızıl yeyir...

    Dünyanın ultrazənginləri öz pullarını səyahətə, lüks avtomobillərə və bahalı malikanələrə, müxtəlif əyləncələrə xərcləyirlər, müxtəlif sahələrə investisiya qoyurlar. Amma onların bəzi qəribə xərcləri də var ki, sadə xalqın heç ağlına da gəlməz.

    Virtualaz.org xəbər verir ki, “Al Araby” televiziyasının Britaniya xidməti ultrazənginlərin yediyi qızıl tərkibli yeməklərlə bağlı məqalə hazırlayıb.

    Məqalədə qeyd olunur ki, varlılar tez-tez qızıl və ya brilyant tozu səpilən yeməklər təqdim edilən restoranlara baş çəkirlər.

    Muxalifet2 - 25-07-2020

  9. Ramiz Mehdiyevin bankı erməni dilində olan xəritəni dəyişdi - FOTO

    Xəbər verdiyimiz kimi "Bank BTB" rəsmi internet saytında Qarabağ bölgəsini erməni dilində təqdim edirdi. Xəbər sosial mediada geniş müzakirəyə səbəb olduqdan dərhal sonra bank öz saytında yenilənmə edərək səhvini düzəldib.

    Muxalifet2 - 25-07-2020

  10. Kiyevdə ermənilər azərbaycanlı tələbələri GÜLLƏLƏDİ – VİDEO

    Ötən gecə Kiyev şəhərində iki nəfər azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən odlu silahdan yaralanıblar.

    “Strana” xəbər verir ki, bu barədə Ukrayna Milli Polisindəki mənbələr bildirib.

    Hadisə yerində 9 ədəd giliz tapılaraq götürülüb.

    Muxalifet2 - 25-07-2020

  11. Bəhram Bağırzadə yaxın günlərdə palataya köçürüləcək

    Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırdır. Şikayəti yoxdur, bədən hərarəti normal rəqəmlərdədir, fəaldır”.

    Bu fikirləri “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

    Muxalifet2 - 25-07-2020

  12. "İnter" Messiyə fantastik məbləğ ödəməyə hazırdır

    İtaliya "İnter"i İspaniyanın "Barselona" klubunun futbolçusu LİONEL MESSİni transfer etməyə çalışacaq. 

    "Sport Mediaset"un verdiyi məlumata görə, "neradzurri" argentinalı hücumçunun keçidini onun Kataloniya təmsilçisi ilə müqaviləsinin bitəcəyi 2021-ci ilin yayında azad agent kimi gerçəkləşdirmək niyyətindədir.

    Bu halda Messinin "İnter"də illik maaşı 50 milyon avro təşkil edəcək. Bunun əvəzində klub 33 yaşlı hücumçunun yeni sponsorlar cəlb etməkdə yardımçı olacağına ümid edir.  

    Muxalifet2 - 25-07-2020

  13. Azərbaycanda daha 321 nəfər koronavirusa yoluxub, 535 nəfər sağalıb

    Azərbaycanda koronavirus infeksiyasına 321 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
     
    İndiyədək ölkədə ümumilikdə 29 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib, 7 143 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
     

    Muxalifet2 - 25-07-2020

  14. İstanbulda Azərbaycana dəstək mitinqi keçirilib

    Türkiyənin İstanbul şəhərində tarixi Bəyazid meydanında “Can Azərbaycana Canımız fəda” adlı izdihamlı mitinq keçirilib.

    "Report" xəbər verir ki, mitinq son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın bütün dünyanın pandemiya ilə mübarizə apardığı dönəmdə əl atdığı təxribatlara etiraz etmək məqsədilə baş tutub.

    Muxalifet2 - 25-07-2020

  15. Ermənilər "Food City" bazarına buraxılacaq? - İDDİA

    Bir neçə gün əvvəl ermənilərin Moskvadakı konsul və diaspor rəhbərinin "Food City" bazarından qovulması ölkə mətbuatında geniş işıqlandırılmışdı.

    Xatırladaq ki, bir çoxları bazar rəhbərliyini milli qəhrəman statusuna qaldırmış, bəziləri isə bu hərəkətin qarşılıqlı təhlükəsi barədə xəbərdarlıq etmişdi.

    Bu gün Rusiya Erməniləri Birliyinin mətbuat xidməti özünün Facebook səhifəsində yuxarıdakı hadisəyə yekun vurulduğunu bəyan edib.

    Deyilənlər həqiqətdirsə, belə anlaşılır ki, bu dəfə də bizimkilərin qəhrəmanlığı “bir neçə günə” çatıb.

    Muxalifet2 - 25-07-2020

  16. Rusiya kosmosda silah tətbiq etdi? - ABŞ VƏ BÖYÜK BRİTANİYADAN SENSASİON İTTİHAM

    Rusiya kosmosda ilk dəfə silah tətbiq edib.

    “Telefraph” nəşri xəbər verir ki, Britaniyanın kosmik idarəsinə rəhbərlik edən aviasiya vitse-marşalı Harvi Smit Rusiyaya qarşı belə bir ittihamla çıxış edib.

    O, Rusiyanın iyulun 15-də orbitdə yerləşən iki peykinin iştirakı ilə keçirdiyi sınaqlar barədə Birləşmiş Ştatların əldə etdiyi sübutlardan dərhal sonra bu barədə bəyan edib.

    ABŞ Kosmik Komandanlığı təsdiq edib ki, Rusiya başqa bir peykinin yaxınlığında özünün “Kosmos-2543” peykindən orbitə yeni bir obyekt atıb.

    Muxalifet2 - 25-07-2020

  17. SERBİYA SİLAHLARININ GÜRCÜSTANDAN ERMƏNİSTANA DAŞINMASINI RUSİYA TƏMİN EDİB - Bu silahlar Ermənistana çatar-çatmaz Tovuza hücum edilməsinin pərdəarxası... / TƏHLİL

    İki gün əvvəl Muxalifet.az-da dərc olunan "Gülləni bizə atanı deyil, onu erməniyə satanı ittiham etmək..." sərlövhəli yazımızda Rəsmi Bakının mövqeyini tənqid etmişdik. Qeyd etdmişdik ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) təxribat məqsədilə ortaya atılan bir informasiyanın girovuna çevrilib. Söhbət Serbiyanın ermənilərə silah satmasından və bunun Gürcüstan üzərindən daşınmasından gedir. 

    Muxalifet2 - 25-07-2020

  18. DİM imtahanlarda iştirak edəcək abituriyentlərə MÜRACİƏT ETDİ

    ​Dövlət İmtahan Mərkəzi (DİM) 29 və ya 30 iyul tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib.
     
    DİM-dənverilən məlumata görə, şagirdlər (abituriyentlər) “İmtahaha buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər
     
    İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.
     

    Muxalifet2 - 26-07-2020

  19. Xırdalanda bir qrup gənc arasında davada - 2 NƏFƏR ÖLDÜ, AĞIR YARALILAR VAR...

    Ötən gecə Xırdalan şəhərində bir qrup gəncin iştirakı ilə baş vermiş davada bıçaqlar işə düşüb.

    Yerli KİV-lər xəbər verir ki, bir qrup gənc arasında motivi hələlik məlum olmayan mübahisə bıçaqların da istifadə edildiyi davaya çevrilib.

    Muxalifet2 - 26-07-2020

  20. Azərbaycanda daha bir həkim koronavirusdan öldü

    Azərbaycanda daha bir həkim təhlükəli COVID-19 infeksiyasının qurbanı olub.

    Bu barədə “Report“a tibb işçiləri məlumat veriblər.

    Məlumata görə, Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi Zərifə Səfərova koronavirusdan vəfat edib. Z.Səfərovada bir neçə gün əvvəl koronavirusa yoluxma aşkarlanıb.

    Qeyd edək ki, Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 30 nəfərə çatıb. Daha bir azərbaycanlı həkim də ölkədən kənarda COVID-19-un qurbanı olub.

    Muxalifet2 - 26-07-2020

Pages