Axtarış
The search found 105716 results in 0.06 seconds.
Search results
Mehriban Əliyeva jurnalistləri təbrik etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” hesabında 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib.
Muxalifet.az xəbər verir ki, paylaşımda deyilir:
"Hörmətli KİV nümayəndələri! Əziz dostlar!
Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!"
Muxalifet2 - 22-07-2020
ABŞ-da ermənilər azərbaycanlılara hücum edib, xəsarət alanlar var - FOTOLAR
ABŞ-da erməni yalanlarına qarşı etiraz aksiyaları davam edir.
“Report”un yerli bürosu xəbər verir ki, bu gün Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasının önündə həmvətənlərimiz ermənilərlə üz-üzə gəliblər.
Muxalifet2 - 22-07-2020
“Peşəkarlarla birlikdə jurnalistikanı bu bəladan çıxaracağıq” - ELÇİN ŞIXLI
Bu gün Milli Mətbuatımızın yaranmasından 145 il ötür. Ötən bir əsr yarım müddətdə mediamız müxtəlif mərhələlərən keçərək hazırkı vəziyyətə gəlib çıxıb.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı mətbuatın bugünkü vəziyyəti, mövcud problemlər və s. barədə Modern.az-a müsahibə verib.
- Elçin müəllim, Milli Mətbuatın yaranmasından 145 il keçir. Demək olar ki, əsr yarımlıq bir müddəti geridə qoymuşuq. Sizcə, bu gün mediamız hansı nöqtədə qərarlaşıb?
Muxalifet2 - 22-07-2020
Erməni dramının tragikomediyası - AYGÜN MURADXANLI YAZIR
Ermənistanın Azərbaycanın Qərb sərhədlərini pozaraq işğalçı siyasətini davam etdirməsi görüntüsünün arxasında qlobal iqtisadi səbəblarin dayandığı haqqında versiyalar hər keçən gün özünü daha çox doğruldur. Maraqlıdır ki, indi Ermənistanı Azərbaycana qarşı təcavüzdə dəstəkləyən güc “məhəlli münaqişə” səviyyəsindən qlobal iqtisadi savaş müstəvisinə keçən Ermənistan-Azərbaycan savaşında özü də iqtisadi zərbələr almağa başlayıb. Söhbət ABŞ Nümayəndələr Palatasının iyulun 20-də Almaniyaya qaz kəməri çəkilişinə dəstək verən şirkətlərə qarşı sanksiyaları təsdiqləməsindən gedir.
Muxalifet2 - 22-07-2020
“Biz ermənilərin mallarını satırıq, onlar isə həmin pula silah alıb Azərbaycanın üzərinə gedir…” – DİASPOR LİDERİ HİDDƏTLƏNDİ
İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində başlayan döyüşlər Rusiyada da geniş rezonansa səbəb olub.
Qeyd edək ki, Azərbaycan diasporunun üzvləri Rusiyanın bir sıra şəhərlərində Ermənistanın təcavüzünə qarşı aksiyalar keçiriblər, eləcə də Moskvanın Azərbaycan əsilli milyarderlərin mülkiyyətində olan iri ticarət mərkəzlərində Ermənistan mallarının satışı məhdudlaşdırılıb.
Muxalifet2 - 22-07-2020
“Generalımızın olduğu yer təsadüfən vurula bilməz” - TOĞRUL İSMAYIL
“Generalın koordinatları xaricdənmi verildi, yoxsa daxildənmi ötürüldü məsələsi araşdırılmalıdır”
Muxalifet2 - 22-07-2020
Azərbaycanda daha 9 nəfər koronavirusdan öldü – 391 YENİ YOLUXMA VAR
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Muxalifet2 - 22-07-2020
Prezident hökumət mediasına əlavə maliyyə yardımı ayırdı – SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb.
Muxalifet.az-ın məlumatına görə, Sərəncamla Azərbaycan Respublikasında milli mətbuatın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, özəl teleradio yayımçılarının cəmiyyətin informasiya ehtiyacının ödənilməsi sahəsindəki fəaliyyətinin stimullaşdırılması məqsədilə qərara alınır:
Muxalifet2 - 22-07-2020
“BİZ GERİYƏ DÖNSƏK, SİZ DƏLİYƏ DÖNƏRSİNİZ” - Şəhzadə Abdülhəmid Osmanoğlu erməniləri tarix dərsi almağa səslədi
Sultan II Əbdülhəmid Xanın nəvəsi, şəhzadə Abdülhəmid Kayıhan Osmanoğlu Ermənistan tərəfindən işğal edilmiş Qarabağ və Azərbaycan-Ermənistan sərhəddindəki hadisələrlə bağlı açıqlama verib.
Muxalifet2 - 22-07-2020
ŞİMALİ QAFQAZIN TÜRK XALQLARI: ETNİK TARİXLƏRİ VƏ MƏDƏNİYYƏTLƏRİ – Kərəm Məmmədov Dağıstan və Kabarda-Balkar Respublikalarından olan alimlərin iştirak etdiyi seminarda çıxış edib
BDU-nun professor-müəllim heyəti ilə Dağıstan və Kabarda-Balkar Respublikalarından olan alimlər və ziyalılar arasında elmi seminar keçirilib.
Muxalifet.az xəbər verir ki, milliyətcə balkar olan Tamara Bittirova, milliyətcə qumuq olan Bahauddin Acamatov və milliyətcə noqay olan Ramil Aşmuxambetovun iştirak etdiyi seminarda Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov məruzə ilə çıxış edib.Muxalifet2 - 22-07-2020
“Ermənistan regionda yeni gərginlik ocağı yaratmağa cəhd göstərir” – Hikmət Hacıyev / VİDEO
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın “France24” televiziya kanalına müsahibə verib.
Verilişdə Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz törətdiyini, 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxladığını və Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin davam etdiyini bildirib.
Muxalifet2 - 22-07-2020
Erməni hakerləri Azərbaycanın xəbər saytını ƏLƏ KEÇİRDİ
Erməni hakerləri Teleqraf Media Qrupuna aid Publika.az xəbər portalına hücum edib.
Muxalifet.az xəbər verir ki, saytın admin-panelini sındıran erməni hakerlər bütün xəbərlərə öz bayraqlarını yerləşdiriblər.
Qısa müddətdə texniki heyət paneli geri qaytarıb və Publika.az-a girişi dayandırıb.
Profilaktik yoxlamalardan sonra sayt fəaliyyətini bərpa edəcək.
Muxalifet2 - 22-07-2020
Təhsil nazirinin müşaviri vəzifəsindən azad edilib
Təhsil nazirinin müşaviri Elnur Məmmədov vəzifəsindən azad olunub.
APA-nın məlumatına görə, bu barədə E.Məmmədov özü məlumat verib.
Muxalifet2 - 23-07-2020
“Ermənistanın hücumlarını şiddətlə qınayırıq” - TÜRKİYƏ MİLLİ TƏHLÜKƏSİZLİK ŞURASI
“Ermənistanın sülhü pozan və beynəlxalq təşkilatların qətnamələrini heçə sayan hücumlarını şiddətlə qınayırıq”.
Bu barədə Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçən Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının yekunlarına dair bəyanatında deyilir.
Sənəddə vurğulanır ki, Ermənistan “illərdir Azərbaycan ərazilərini qanunsuz işğal edir”.
“Ermənistan təcavüzkar mövqeyindən əl çəkməli və Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır”, - Türkiyə MTŞ-da bəyan ediblər.
Muxalifet2 - 23-07-2020
Tramp 5 dostunun koronavirusdan öldüyünü bildirib
ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası səbəbindən beş dostunu itirdiyini bildirib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, o, bu barədə "Fox News" telekanalının efirində deyib.
Dövlət başçısı bildirib ki, son vaxtlara qədər pnevmoniyadan heç bir qohumu və yaxın dostu ölməyib: “İndi 5 nəfəri itirdim, bəlkə altı... Beş dostumu itirdim. Onlardan biri Nyu-Yorkun daşınmaz əmlak bazarında uğur əldə etmişdi”.
Muxalifet2 - 23-07-2020
Ərdoğan Ermənistanın Tovuza hücumunun arxasında hansı ölkənin dayandığına işarə etmişdi... - TÜRKİYƏLİ TƏHLÜKƏSİZLİK EKSPERTİ AÇIQLADI
Xəbər verildiyi kimi, Ermənistan ordusunun iyulun 12-də Tovuz rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərinə qəfil hücumuna Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt reaksiya verib. Ərdoğan bu hücumun “Ermənistanın boyunu aşdığını” bildiri və onun arxasında başqa qüvvənin, ölkənin dayandığına ehyam vurub. Bəs Ərdoğan hansı ölkəyə işarə edirdi?
Virtualaz.org xəbər verir ki, türkiyəli strateji məsələlər və təhlükəsizlik eksperti Coşkun Başbuğ bu barədə “Yeni Akit” qəzetinə danışıb. O, Ermənistanın hücumunun arxasında Rusiyanın dayandığını deyib.
Muxalifet2 - 23-07-2020
“Pandemiya Yeni ilə qədər başa çatmayacaq”– “Mümkündür ki, ciddi ağırlaşmalar olsun”
Rusiya Elmlər Akademiyasının (REA) akademiki Virktor Maleyev COVİD-19 xəstəliyinin dünyada artımını şərh edib.
Onun sözlərinə görə, artım ondan xəbər verir ki, koronavirs pandemiyası tezliklə başa çatmayacaq. “Rospotrebnadzor”un Mərkəzi elmi-tədqiqat epidemiologiya institutu direktorunun elmi işlər üzrə müşaviri “Milli layihələr” portalına verdiyi müsahibədə bəyan edib ki, «infeksiyalar mahiyyət etibarilə heç vaxt qurtarmırlar».
Muxalifet2 - 23-07-2020
Nazir sevgi münasibətinə görə işdən çıxarıldı
Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern ölkənin Qaçqınlar üzrə naziri Lain Lees Gallowayi vəzifəsindən kənarlaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə həmin ölkənin Nazirlər Kabinetinin rəsmi saytında məlumat verilib. Açıqlamada qeyd olunub ki, evli olan Gallowayinin öz əməkdaşı ilə gizli münasibətdə olduğu, bu barədə Beynəlxalq partiyanın lideri Judith Collinsdən xəbər tutduğunu bildirib:
Muxalifet2 - 23-07-2020
Sumqayıtda qadın qonşusu tərəfindən bıçaqlandı
İyulun 22-i saat 08 radələrində 1995-ci il təvəllüdlü Müseyib Aygün Şahbaz qızının bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Bu barədə "Report"a Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Muxalifet2 - 23-07-2020
“Türkiyənin Batuma qarşı da öhdəçiliyi var” – VASİF QAFAROV
“Türk qoşunları Batum vilayətindən geri çəkiləndə, əhali Türkiyəni dəstəklədiyinə görə, rus qoşunları altmış min nəfər acara qarşı qırğın törətdi”
“Türkiyə Moskva müqaviləsi ilə Batumla bağlı suverenlik hüquqlarını Gürcüstana buraxıb. Amma Gürcüstan Batumda yaşayan əhalinin mədəni və dini hüquqlarını təmin etməli, inzibati cəhətdən Batuma geniş muxtariyyət verməli, eyni zamanda Batum limanında Türkiyə üçün sərbəst ticarət üçün şərait yaratmalı idi…”
Muxalifet2 - 23-07-2020