Axtarış
The search found 105716 results in 0.032 seconds.
Search results
“Payız aylarında ikinci dalğanın olması ehtimal edilir” – Nazirlik rəsmisi
“Bir çox ölkələrdə koronavirusun ikinci dalğası artıq başlayıb”.
Muxalifet.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, əslində, dövlət səviyyəsində görülən tədbirlər ölkəmizdə virusun ikinci dalğasının qarşısının alınması ilə bağlıdır:
Muxalifet2 - 20-07-2020
İngiltərə 90 milyon doza həcmində potensional Kovid-19 peyvəndi alıb
İngiltərə dövləti iki fərqli potensial koronavirus peyvəndindən 90 milyon doza miqdarında satın alıb.
İndiyə qədər İngiltərədə 45 min nəfərdən artıq insanın yeni tipli koronavirusa yoluxma nəticəsində həyatını itirdiyi qeydə alınıb.
Muxalifet2 - 20-07-2020
Daha bir həkim pandemiyanın qurbanı oldu
Azərbaycanda daha bir tibb işçisi koronavirusun qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov məlumat verib.
O bildirib ki, Cəlilabad rayonu, Qarazəncir kənd həkim məntəqəsinin müdiri Pirverdi Hümbətov dünyasını dəyişib: “Cəlilabad səhiyyəsi daha bir dəyərli həkimini itirdi. Dəyərli həkim, gözəl dost Pirverdi Hümbətov bu gün COVID- 19-un qurbanı oldu”.
Muxalifet2 - 20-07-2020
Azərbaycanda sərləşdirilmiş karantin rejimi ləğv olunur - “...YUMŞALMALARA GEDƏCƏYİK"
Daha 369 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü
Muxalifet2 - 20-07-2020
“AZBAYCANLA ERMƏNİSTAN ARASINDAKI GƏRGİNLİYİ NARAHATLIQLA İZLƏYİRİK" - "Tərəflər arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”
“Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb, dövlətlər arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”.
Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.
“Baş katib Azərbaycan və Ermənistan arasındakı gərginliyi dərin narahatlıqla izləyir. O, tərəflər arasında maksimum təmkin tələb edir. Bu iki ölkə arasında (Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xətti – Red) genişmiqyaslı qarşıdurma fəlakət olar” , - Dyujarrik vurğulayıb./report
Muxalifet2 - 20-07-2020
Almaniyada miqrantlarla qarşıdurma: 5 polis yaralandı - VİDEO
Almaniyanın Frankfurt-Mayn şəhərində üç minə yaxın insanın açıq havada küçə şənliyi etmək istəməsindən sonra başlayan qarşıdurmada beş polis yaralanıb.
“Deutsche Welle” xəbər verir ki, saxlanılan qırx nəfərdən çoxu miqrantlardır.
Tutulanlardan doqquz nəfərin Frankfurt sakini olduğu, qalanların digər ərazilərdən gəldiyi bildirilir.
Muxalifet2 - 20-07-2020
Gürcüstanın Azərbaycana xəyanəti: “Foreign Policy” Moskvanın Qafqazda fəallaşmasından yazdı
“ABŞ Rusiyanın Gürcüstanda mövqeyini necə gücləndirməyə çalışdığını görür”; Qərbin Gürcüstana verdiyi dəyərin arxasında Azərbaycanın enerji resursları dayanır
Gürcüstanın öz ərazisi üzərindən Serbiya və Rusiyadan gələn silahları Ermənistana ötürməsi ortaya xeyli suallar çıxarıb. Gürcüstanın bu qədər sürüşkən mövqe sərgiləməsi heyrət doğurur.
Muxalifet2 - 20-07-2020
Türkiyə ordusunun komandanları Azərbaycan generalları ilə danışıqlarda - “NƏ LAZIMSA ETMƏYƏ HAZIRIQ...”
Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general Ramiz Tahirovla Naxçıvan Əlahiddə Ümumqoşun ordunun komandanı, general Kərəm Mustafayev Türkiyəyə səfər çərçivəsində bu ölkənin müdafiə naziri, Silahlı Qüvvələrin Baş qərargah rəisi ilə danışıqlar aparıb.
Muxalifet2 - 21-07-2020
Azərbaycan Ordusu Ermənistanın iki PUA-sını məhv etdi - RƏSMİ AÇIQLAMA
İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.
Muxalifet2 - 21-07-2020
Saatlıda adı olub, özü olmayan klub və mədəniyyt evləri
Rayonda büdcə vəsaitinin mənimsənilməsini “görən” yoxdur
Muxalifet2 - 21-07-2020
İCRA MƏMURU QARABAĞ QAZİSİNİ CANA YIĞIB - Suraxanı icra və probasiya şöbəsinin özbaşınalığına hüquqi qiymət verilmir
Son günlər düşmənlə sərhəd bölgələrində insanlarımızın terror hücumu nəticəsində yaşamlarını itirmələri, yaşanan gərginlik bütün ölkəni ayağa qaldırıb. Hamı Vətənin bölünməzliyinə öz töhfəsini verməyə can atır. Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyev isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olan Qarabağ qazisi Xaliq Abbaszadəni cana yığıb.
Muxalifet2 - 21-07-2020
ABŞ Konqresində Azərbaycan əleyhinə düzəlişlər keçmədi!
Ötən il olduğu kimi, ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə "Milli Müdafiə Maliyyələşmə Qanunu" (National Defense Authorization Act - NDAA) layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər. Musavat.com-a Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə,
sözügedən proses çərçivəsində, Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüb.Muxalifet2 - 21-07-2020
İlon Mask planetin ən varlı insanları siyahısında ilk beşliyə daxil olub
İxtiraçı və sahibkar İlon Mask ilk dəfə olaraq planetin ən varlı insanları siyahısında ilk beşliyə daxil olub.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, bu barədə "Forbes" reytinqinin real vaxt rejimində yenilənən məlumatında deyilir.
Bildirilir ki, "SpaceX" şirkətinin banisinin sərvəti 74,2 milyard dolları ötüb və o, planetin ən varlı insanları siyahısında beşinci yerə yüksəlib.
Muxalifet2 - 21-07-2020
"Ermənilərin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən gələnlər də var" - RƏSMİ AÇIQLAMA
“Düşmən itkiləri arasında Suriya, Yaxın Şərq ölkələrindən və müxtəlif ölkələrdən Ermənistana köç etmiş erməni əsilli vətəndaşların olması da ehtimal olunur”.
Bunu Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
“Ona görə də Ermənistan rəhbərliyi bunları ciddi qeydiyyata almadığından hərbi rəhbərliyi onları gizlətmək imkanına malikdir”, - o bildirib.
Muxalifet4 - 21-07-2020
“Ermənistanın məqsədi Azərbaycanın yeni ərazilərini ələ keçirmək idi” - PREZİDENTİN KÖMƏKÇİSİ
12 iyul Ermənistan tərəfindən Tovuz istiqamətində törədilən təxribat terror aktı kimi qiymətləndirilməlidir.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
Muxalifet4 - 21-07-2020
Gədəbəyə istirahətə gələnlər cərimələndi – FOTOLAR
Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.
Muxalifet2 - 21-07-2020
“Generalın öldürülməsi Nəcməddin Sadıkovun başının məhsuludur” – ADP SƏDRİ
“Rusiyanın agenti neçə ildir oturub orada, Azərbaycanı arxadan vurur”
“Azərbaycan milləti yalnız Şimali Azərbaycan dövlətində yaşayan azərbaycanlılardan ibarət deyil. Türkiyədə yaşayan on milyona yaxın azərbaycan türkü var, İranda otuz-qırx milyon Azərbaycan türkü var və elə də Azərbaycanın özündə yaşayan Azərbaycan türkləri Qarabağın bir dənə daşını-çınqılını da ermənilərə verməyə razı olmazlar”
Muxalifet4 - 21-07-2020
Bakıda nizamnamə kapitalı 4 milyon manata yaxın olan şirkət yaradılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti "Azsu Ekoloji Qurğu" MMC-ni dövlət qeydiyyatına alıb.
Muxalifet.az Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, ev Sarıqaya, nizamnamə kapitalı 3 783 mİn manat, qanuni təmsilçisi isə Famil Oruc oğlu Alkərəmovdur.
Muxalifet2 - 21-07-2020
Orduya könüllü getmək istəyən 17 minə yaxın şəxs Müdafiə Nazirliyinə müraciət edib
Düşmən tərəfi döyüşlər zamanı hansısa tankımızın vurulması, “Qrad” yaylım atəş sistemindən istifadə olunması, qan çatışmazlığı kimi şayiələr yayırdılar.
Bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
Muxalifet2 - 21-07-2020
Geri qaytarılan ƏDV vəsaitlərini karta köçürmək mümkün oldu
Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi çərçivəsində “BirBank” mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV-ni geri al” bölməsi yaradılıb və virtual “pul qabı”na yerləşdirilmiş vəsaitlərin ölkədaxili bank kartlarına köçürülməsi üçün texniki imkanlar təmin edilib.
Muxalifet4 - 21-07-2020