Axtarış
The search found 105716 results in 0.173 seconds.
Search results
RUS-ERMƏNİ BİRLİYİNƏ QARŞI 5 MİLYONLUQ TÜRK ORDUSU! – “Turan Ordusu” savaşa hazırlanır…
Turan Partiyası ikinci Qrabağ müharibəsi başlayarsa, Rusiyanın ermənilərə dəstək verəcəyi haqda son vaxtlar səslənən fikirlərlə bağlı bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, bəyanatda bildirilir:
“Əziz soydaşlar!
Sınır bölgələrində savaş bitsə də, Ankara, Moskva, Tehran, Vaşinqiton, London, İrəvan və Bakı cəbhəsində savaş bitməyib, daha da şiddətlənməkdədir. Bu savaşda son sözü uca Türk Milləti deyəcək.Muxalifet2 - 19-07-2020
Milli Qəhrəmanın qızı BMT binası qarşısında bəyanat verdi
Azərbaycanın Milli Qəhrəmanı Riyad Əhmədovun qızı Farizə Əhmədova Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Baş Ofisi qarşısında bəyanatla çıxış edib.
Azərbaycanlıların Koordinasiya Şurası tərəfindən keçirilən izdihamlı aksiyada çıxış edən F.Əhmədova diqqəti bu ilin iyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələrimin növbəti hərbi təxribatına, azərbaycanlı dinc sakinlərin öldürülməsinə və illərdir bu təxribatların vaxtaşırı davam etməsinə yönəldib.
Muxalifet2 - 19-07-2020
Almaniyanın Köln şəhərində Ordumuza dəstək aksiyası! - AKSİYADA ERMƏNİ TƏXRİBATININ QARŞISI ALINIB
Almaniyanın Köln şəhərində Azərbaycan Ordusuna dəstək məqsədi ilə aksiya keçirilib.
Muxalifet.az xəbər verir ki, aksiya tarixi Köln kafedralının qarşısında baş tutub.
Aksiyaya Şimali Reyn-Vestfaliya və digər əyalətlərdə yaşayan soydaşlarımız qatılıblar.
Muxalifet2 - 19-07-2020
İNFORMASİYA SİYASƏTİ EMOSİYALAR ÜZƏRİNDƏ QURULMAZ... - Eldar Sabiroğlu yazır
İnformasiya siyasəti sıradan bir məsələ deyil. Bu yükü hər kəs daşıya bilməz. Xüsusilə mürəkkəb vəziyyətlərdə informasiya mübarizəsinin gözlənilən səmərəni verməsi üçün bu işlə məşğul olan mərkəzlərin və şəxslərin bacarıq və qabiliyyəti müstəsna tələb kimi diqqətə alınmalıdır. Burada təkcə qələmin gücünə arxalanmaq kifayət etmir. Dünya müharibələrinin tarixinə nəzər salsaq, görərik ki, harada informasiya müharibəsi ilə silahlı müharibənin uzlaşması prosesi düzgün qurulub orada uduş qaçılmazdır.
Muxalifet2 - 19-07-2020
Azərbaycanlı rəssam canlı yayımda şəhid generalımızın portretini yaratdı - VİDEO
Rəssam Səbuhi Məmmədov Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olan general-mayor Polad Həşimovun portretini yaradıb.
Oxu.az xəbər verir ki, rəssam bunu “Facebook” sosial şəbəkəsində canlı yayımlayıb.
Qeyd edək ki, S.Məmmədov Şəki Uşaq İncəsənət məktəbinin müəllimidir.
Muxalifet2 - 19-07-2020
Deputat oğlu Gürcüstana 50 milyon dollar sərmayə yatırıb - AZƏRBAYCANDA QAZANILAN PULLAR XARİCƏ AXIDILIR...
Deputat Ağalar Vəliyevin oğlu Gürcüstana milyonlarla dollar sərmayə qoyub.
Muxalifet2 - 20-07-2020
“RUSİYA AZƏRBAYCANA QARŞI YENİ CƏBHƏ AÇIR” – “Vaxt itirmədən Türkiyə ilə aktiv dialoqa başlamalıyıq”
“Hakimiyyət nümayəndələri mütləq bu aksiyada çıxış etməliydilər”
Ermənistanla sərhədin Tovuz istiqamətində baş verənlər Azərbaycanda gündəmin başlıca mövzusudur.
Muxalifet2 - 20-07-2020
İş adamının 6 milyonluq avtomobilini siçanlar gəmirdi - FOTO
Türkiyəli biznesmen Ali Ağaoğlunun 6 milyon lirə qiyməti olan “Rolls Royce” markalı avtomobilini siçanlar gəmirib.
Lüks avtomobil lazımi baxım və təmir üçün İstanbula göndərilib.
Xatırladaq ki, Ali Ağaoğlu ötən il qiyməti 300 min lirə ilə 3.7 milyon lirə arasında dəyişən 5 ədəd “Rolls Royce” markalı avtomobilini satışa çıxarmışdı. Çünki son zamanlar maddi sıkıntılarla üzləşib./yenisabah.az
Muxalifet2 - 20-07-2020
“Bəhram Bağırzadə hələ reanimasiyadadır” - Həyat yoldaşı
Əməkdar artist Bəhram Bağırzadə hazırda reanimasiyadadır. Bu barədə Modern.az-a onun həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib.
Ş.Bağırzadə deyib ki, əvvəlki vəziyyətilə müqayisədə Bəhram Bağırzadənin səhhətində xeyli irəliləyiş var:
“Amma hələ də müalicəsi davam etdirilir. Reanimasiyadadır, koronavirus səbəbindən yanına heç kim buraxılmır”.
“İnstagram” hesabından yazdığı statusa gəlincə, həyat yoldaşı telefonun qısa müddətlik Bəhram Bağırzadədə olduğunu bildirib.
Muxalifet2 - 20-07-2020
Polad Həşimovu və Raquf Orucovu Türkiyəyə hərbi təhsil almağa Elçibəy göndəribmiş – VİDEO
Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy 1992-ci ildə bir qrup gənci Türkiyəyə hərbi təhsil almağa göndərib.
Muxalifet.az xəbər verir ki, təhsil almağa gedənlərin içində general-mayor Polad Həşimov və polkovnik-leytenant Raquf Orucov da var.
Xatırladaq ki, general Polad Həşimov 2020-ci iyulun 14-də Tovuz istiqamətində olan döyüşlər zamanı şəhid olub.
Polkovnik-leytenant Raquf Orucov isə 2016-cı il aprelin 2-də “Aprel döyüşləri” şəhid olub. /Parla.az/
Muxalifet2 - 20-07-2020
“Bu təkcə Azərbaycana deyil, eyni zamanda Türkiyəyə hücumdur...” - TÜRK GENERALI TOVUZ DÖYÜŞLƏRİ HAQDA / VİDEO
Ermənistan ordusunun Azərbaycanla sərhədin Tovuz istiqamətində iyulun 12-dən başlayan və dörd gün davam edən təcavüzü Türkiyə mediasında da geniş müzakirə olunmaqdadır.
Türkiyə ordusunun istefada olan generalı Özgür Tor “Ahaber” telekanalında bu hadisələri şərh edərkən hücum üçün niyə məhz Tovuz istiqamətinin seçilməsindən danışıb. Generalın şərhindən fraqmenti sabah.com.tr dərc edib.
Muxalifet2 - 20-07-2020
Koronavirusu tezliklə və effektiv məhv edən üsul aşkarlandı
Günəş spektrinin ultrabənövşəyi şüaları koronavirusu tezliklə və effektiv məhv edir və buna görə COVID-19-la mübarizədə fəal istifadə oluna bilər.
Bu barədə məşhur immunoloq, italyan bioloqlarının və fiziklərin bu problem üzrə tədqiqatına rəhbərlik edən Milan Dövlət Universitetinin professoru Mario Kleriçi bildirib.
Muxalifet2 - 20-07-2020
Azadə Hüseynovanın oğlu qəfil vəfat etdi
"Qafqaz-Media" İctimai Birliyinin sədri, şair, jurnalist, Prezident təqaüdçüsü Azadə Hüseynovaya ağır itki üz verib.
Muxalifet.az xəbər verir ki, Azadə Hüseynovanın oğlu Taleh Hüseynov qəfil ürək tutmasından dünyasını dəyişib.(qaynarinfo.az)Muxalifet2 - 20-07-2020
Ailəsi şəhid Raquf Orucov haqqındakı xəbəri təkzib etdi - “YALANDIR!”
Dünən bəzi internet saytlarında qəhrəman Şəhidlərimiz Raquf Orucov və Polad Həşimov haqqında 1992-ci ildə Türkiyə Cumhuriyyətinə hərbi təhsil almağa göndərilməsi barədə xəbər və video yayımlanıb.
Muxalifet2 - 20-07-2020
“Türkiyə və Azərbaycanın hərbi itifaqı az bir zamanda rəsmiləşəcək” – CAHANDAR BAYOĞLU
“Şəhidlərimiz azadlığımızın qarantiyasıdır”
12 iyul Ermənistanın Azərbaycan Respublikasına olan hərbi təcavüzü və onun yaratdığı siyasi durumla bağlı müsahibimiz Turan Partiyasının Başqanı Cahandar Bayoğluya aşağadakı suallarımızla müraciət edirik.
- Cahandar bəy, ermənilərin hücumunu nəylə bağlayırsınız?Muxalifet2 - 20-07-2020
PAŞİNYAN SİLAH ALVERİNDƏ PUTİNƏ NECƏ ATIB? – Erməni baş nazirin silah maxinasiyası ilə bağlı sensasion faktlar üzə çıxdı
Rusiyanın “The Moscow Post” qezeti Ermənistan baş naziri Nikol Paşinyanın gizli silah alveri və bu ticarətin Yerevan-Moskva münasibətlərini necə gərginləşdirdiyinə dair maraqlı araşdırma dərc edib. Müəllif xatırladır ki, son günlər Ermənistanla Azərbaycan arasında qızışan döyüşlər bu məsələni kölgədə qoysa da, gərginlik qalmaqda davam edir:
Muxalifet2 - 20-07-2020
“Gürcüstan bu sınaqdan üzüağ çıxmadı” – POLİTOLOQ
Dünən axşamdan başlayaraq xəbər yayılır ki, Serbiya bugünlərdə işğalçı Ermənistana Gürcüstan üzərindən minaatanlar satıb. Bu xəbər hazırda əksər saytlarda yayılıb. Məlumat rəsmi təsdiqini tapmayıb.
Ancaq onu da nəzərə almalıyıq ki, işğalçı dövlətin dezinformasiya maşını Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərini gərginləşdirmək üçün var gücüylə çalışır. Buna görə də Azərbaycanın müvafiq dövlət strukturlarının elə bu gün Serbiya və Gürcüstan məsələsinə aydınlıq gətirməsi zəruridir.
Muxalifet2 - 20-07-2020
Azərbaycanda daha 369 nəfər koronavirusa yoluxdu – 9 NƏFƏR VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 369 yeni yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Muxalifet2 - 20-07-2020
Təhsil Nazirliyi Firudin Qurbanova tapşırıldı
Təhsil naziri vəzifəsinin icrası müvəqqəti olaraq Firudin Qurbanova tapşırılıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Qeyd edək ki, bir müddət öncə prezident İlham Əliyevin sərəncamı ilə, Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin edilib.
Muxalifet2 - 20-07-2020
Mehriban Əliyeva xalqa MÜRACİƏT ETDİ
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib.
Muxalifet.az müraciətin məntnini təqdim edir.
“Hörmətli həmvətənlər!
Son günlər baş verən hadisələr ölkəmizin hər bir vətəndaşını narahat edir. İşğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi.
Muxalifet2 - 20-07-2020