Axtarış

The search found 105716 results in 0.035 seconds.

Search results

  1. Prezident şəhid generalla polkovnikin ailəsinə ev verdi

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində konkret addımlar atılır.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet2 - 17-07-2020

  2. “Yaxşı ki, xarici siyasətdə bu “qara səhifə” qapandı” – Zülfüqarovdan yeni nazirlə bağlı açıqlama

    “Yeni Xarici işlər naziri Ceyhun Bayramovu təbrik edirəm, uğurlar arzulayıram. Yaxşı oldu ki, Azərbaycanının xarici siyasət sahəsində bu “qara səhifə” qapandı. Keçmiş nazirin dövründə baş verən çatışmazlıqlara, bəzi hallarda cinayətlərin davam etməsinə son qoyuldu”.

    Muxalifet.az xəbər verir ki, bu sözləri “Azpolitika.info”-ya açıqlamasında keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov Ceyhun Bayramovun yeni Xarici işlər naziri təyin olunmasına münasibət bildirərkən deyib.

    Muxalifet2 - 17-07-2020

  3. Biz bir-birimizi niyə döyürük axı?!.. - Məni dinləyin, cənab general...

    Deyəcəklərim təkcə bir yazarın yox, bir ana və vətəndaşın mövqeyidir həm də...

    ***

    Qarabağ aksiyası Bakıda oldusa demək ki, bölgələrdə də gözləniləndir. Bunu proqnozlaşdırmaq üçün dahi olmaq gərəkmir. Peşəkar olmaq gərəkir. Azərbaycanın güc orqanlarının, xüsusən polisin, bu məsələdə "axsadığını" düşünmürəm.

    Polisi, bütün çətin dönəmlərdə dövlətin "onurğa sutunu" sayılır. Hakimiyyətin əsas qollarından biridir. Yəni polis həm də dövlətdir.

    Muxalifet2 - 17-07-2020

  4. Осознают ли в Брюсселе масштаб угрозы с юго-востока?

    Вспышка боев на границе Азербайджана и Армении продолжает держать в напряжении весь регион Южного Кавказа. Серьезных позиционных сдвигов здесь не произошло и не предвидится, но по своему, скажем так, политическому значению эти бои трудно переоценить. По сути дела, речь идет об изменении самого характера конфликта, который уже де-факто вышел за пределы оккупированного Арменией Нагорного Карабаха.

    Muxalifet2 - 17-07-2020

  5. “MOSKVAYA “DUR!” DEMƏNİZİN ZAMANI GƏLMİŞDİR” – Turan Partiyası Rusiyada yaşayan türklərə və müsəlmanlara müraciət etdi

    Turan Partiyası Rusiyada yaşayan türklərə və müsəlmanlara müraciət edib. Muxalifet.az partiyanın müraciətini olduğu kimi dərc edir:
    “Əziz soydaşlar!
    Biz bilirik ki, bu gün Rusiyanın böyük bir ərazisi tarixi Türk yurdlarıdır. Rusiya adlanan imperiyanın əhalisinin əksəriyətinin çoxdinli Türk soylu olduğu çağdaş dünyamızda hər kəsə bəllidir.

    Muxalifet2 - 17-07-2020

  6. Azərbaycanda polkovnik-leytenant koronavirusdan öldü

    Daxili İşlər Nazirliyinin koronavirusla mübarizə tədbirlərində iştirak edən daha bir vəzifəli əməkdaşı virusa yoluxaraq vəfat edib.

    Muxalifet.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı şəhər qarnizonunda xidmət edən 53 yaşlı polis polkovnik-leytenantı dünən koronavirus səbəbindən dünyasını dəyişib.

    Bununla da DİN-in koronavirusa yoluxaraq vəfat edən əməkdaşlarının sayı 4-ə çatıb.

    DİN Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

    Muxalifet2 - 17-07-2020

  7. DTX Rauf Xələfovla bağlı açıqlama yaydı - "XİDMƏTİ VƏZİFƏSİ İLƏ ƏLAQƏDAR..."

    İnternet resurslarında cari il iyulun 14-də gecə saatlarında bir qrup şəxsin təxribat məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasına daxil olmasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Rauf Xələfovla əlaqələndirilməsi kimi absurd, heç bir əsası və məntiqi olmayan fikirlər səsləndirilməkdədir.

    Hurriyyet.org xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.

    Muxalifet2 - 17-07-2020

  8. Putin Təhlükəsizlik Şurasını topladı – Tovuzda baş verənlər müzakirə olundu

    Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ermənistan- Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib və Moskvanın vasitəçilik səylərinə hazır olduğu vurğulanıb.

    Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

    Muxalifet2 - 17-07-2020

  9. Azərbaycanda daha 471 nəfər koronavirusa yoluxdu – 7 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 26 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 805  nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 490 nəfərdir.

    Muxalifet2 - 17-07-2020

  10. “Rusiya Malayziya təyyarəsinin vurulmasına görə məsuliyyətini etiraf etməlidir” – Ukrayna XİN

    298 nəfər dinc sərnişinin qatili kimdir?

    Ukrayna dövləti Rusiyanı “Boinq 777” təyyarəsinin vurulması ilə bağlı məsuliyyətini etiraf eləməyə çağırıb.

    Malayziyanın MH17 təyyarəsinin qəzaya uğramasının altıncı ildönümündə Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanı sərnişin təyyarəsini vurduğuna görə məsuliyyətini etiraf eləməyə və istintaqla əməkdaşlıq eləməyə çağırıb.

    Bu, Ukrayna XİN-in bəyanatında bildirilib.

    Açıqlamada Ukraynanın  Birgə İstintaq Qrupunda Niderlandla və digər tərəfdaşlarla sıx əməkdaşlığa hazır olduğu deyilir.

    Muxalifet2 - 17-07-2020

  11. Dünya mətbuatının heyranlıqla təriflədiyi Ərdoğan: “AZƏRBAYCAN TƏK DEYİL”

    Türkiyə prezidenti R.T.Ərdoğan dünən Türkiyənin Üsküdar vilayətindəki Həzrət Əli məscidində cümə namazından sonra çıxışı zamanı Ermənistanın işğaıçılıq siyasətindən danışarkən deyib: “Ermənistan işğalçıdır. Dağlıq Qarabağ işğal altındadır.Minsk qrupu 25-30 ildir ki, bu işi masa üzərində qoyub. Biz qardaş Azərbaycanı qətiyyən tək buraxmayacağıq, sona qədər dəstəkləyəcəyik. Dünən Azərbaycan heyəti ilə bizim Milli Müdafiə nazirimiz və güc strukturlarımızın rəhbərləri arasənda ətraflı danışıq aparılıb”.

    BLOOMBERG”: “Ərdoğan Qərbə meydan oxuyur

    Muxalifet2 - 18-07-2020

  12. Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında orduya dəstək aksiyası keçirilir – FOTO

    Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısında Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən gərginliklə bağlı Azərbaycana və Azərbaycan ordusuna dəstək aksiyası keçirilir. 

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız paytaxt Tbilisidəki səfirlik binasının önünə toplaşaraq Azərbaycana öz dəstəklərini ifadə edirlər. 

    Muxalifet2 - 18-07-2020

  13. Məleykə Abbaszadənin qəfil vəfat edən qızı yüksək vəzifədə çalışırmış – FOTOLAR

    Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə qəfil ürəktutmasından Şamaxı rayonu Çuxuryurd kəndində vəfat edib.

    Publika.az-ın məlumatına görə, Nigar Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru olub.

    O, bu vəzifədə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın oğlu Mehdi Abdullayevi əvəz etmişdi.

    Muxalifet2 - 18-07-2020

  14. Məleykə Abbaszadənin qızı qəfil vəfat etdi – FOTO

    Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib. 

    Muxalifet.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib.

    Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib. İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan dünyasını dəyişib.

    Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir.

    Muxalifet2 - 18-07-2020

  15. Sabiq nazir əmlaklarını satışa çıxardı – SİYAHI / FOTOLAR

    Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycandakı mülk və torpaqlarını satışa çıxarıb.

    Bu haqda məlumatı jurnalist Cavanşir Həsənli yayıb.

    O, keçmiş nazirin aşağıdakı əmlakları satışa çıxardığını bildirib:

    1) Giləzidə 100 hektar zeytun bağı, möhtəşəm turizm istirahət mərkəzi,

    2) Xızıda Altıağacda 70 hektar meşə ərazisi, dağın üstündə onlarla kottec;

    Muxalifet2 - 18-07-2020

  16. ƏLİ HƏSƏNOVUN VƏZİFƏDƏ OLAN QOHUMLARI… – Onları indiyə qədər “toxunulmaz” edən nədir?

    Ölkədə aparılan islahatların müsbət nəticə verməsi üçün bu tip adamların vəzifələrdən uzaqlaşdırılması mütləqdir. Çünki onlar səlahiyyət sahibi olduğu müddətdə öz əməlləri ilə ölkədə aparılan islahatlara kölgə salmaqla yanaşı, yeni kadrların fəaliyyətinə də əngəl olacaqlar. Necə ki, biz artıq bunun işartılarını görməkdəyik…

    Muxalifet2 - 18-07-2020

  17. Düşmənin atəş nöqtələri bölmələrimizin dəqiq atəşi ilə susduruldu – CƏBHƏDƏN YENİ XƏBƏR

    “Ümumilikdə vəziyyətin gərgin olmasına baxmayaraq, iyulun 17-dən 18-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlik hökm sürüb”.

    Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

    O bildirib ki, ön xətt mövqelərində ara-sıra atəşkəs rejimi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən pozulub.

    “Düşmənin aktiv fəaliyyət cəhdinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb.

    Muxalifet2 - 18-07-2020

  18. Həftərlə ABŞ arasında bazarlıq – NEFTƏ AVROPA NƏZARƏT EDƏCƏK?

    Türkiyənin “Yeni Şafak” qəzetinin yazdığına görə, ABŞ hərbi heyəti ilə qiyamçı general Xəlifə Həftər arasında danışıqlar aparılır.

    Qiyamçıların Liviyanın Sirte rayonunu tərk eləməsi müqabilində yeni bir atəşkəs razılaşması təklif olunur və neft bölgələrinə BMT-nin nəzarətində olan Avropa sülh qüvvələrinin yerləşdirilməsi tələb edilir./Hurriyyet.org

    Muxalifet2 - 18-07-2020

  19. Bayden Trampdan 8 pillə irəlidədir - SOSİAL ARAŞDIRMA

    USA Today” qəzetinin yazdığına görə, Demokratiya Fondu adlı qeyri-hökumət təşkilatının və Kaliforniya Universitetinin Los Ancelosdakı əməkdaşlarının ABŞ-da prezident seçkiləri ilə bağlı apardığı sosial sorğunun nəticəsində amerikalıların 55 %-nin Trampın prezident fəaliyyətini bəyənmədikləri bəlli olub.

    Seçicilərn 41 faizi növbəti seçkilərdə hazırkı prezident Donald Trampa, 49 faizi isə onun rəqibi C.Baydenə səs vercəklərini bildiriblər.

    Muxalifet2 - 18-07-2020

  20. İrəvanda Azərbaycan Himninin səslənməsi erməniləri şoka salıb – VİDEO

    İşğalçı Ermənistanın bəzi məkanlarında Azərbaycan Himni səsləndirilib.

    Muxalifet.az xəbər vreir ki, himni səsləndirən Azərbaycan vətəndaşı Rəşad İbrahimov bu barədə modern.az saytına danışıb.

    Muxalifet2 - 18-07-2020

Pages