Axtarış
The search found 105716 results in 0.034 seconds.
Search results
Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman
Nail Əliyev
Şərqşünas,
Tarix üzrə fəlsəfə doktoru
Muxalifet2 - 27-07-2020
“Qorxuram ki, danışıqlar tamamilə dayana...” BRİTANİYALI ANALİTİK CƏBHƏDƏ BAŞ VERƏNLƏR HAQDA
15 ildir Dağlıq Qarabağ münaqişəsini izləyən və təhlil edən nüfuzlu britaniyalı analitik Lourens Broers Azərbaycanla Ermənistan arasında danışıqların tamamilə dayana biləcəyindən narahatlıq ifadə edib.
Analitik bunun səbəblərindən birinin Azərbaycanla Ermənistan sərhədində baş verən son hadisələr olduğunu deyib. Eyni zamanda onun sözlərinə görə, tərəflər münaqişənin nizamlanmasının əsas prinsiplərinə dair sənəddən də uzaqlaşırlar.
“Mənim fikricə indi real təhlükə bundan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında danışıqlar kəsilə bilər”,-o qeyd edib.
Muxalifet2 - 27-07-2020
Xabarovskdakı aksiyalar anti-Putin mitinqlərinə çevrilir - “Xalq belə yaşamaqdan yorulub!” / VİDEO
Artıq xeyli müddətdir Xabarovskda davam edən etiraz aksiyaları yaratdığı səs-küyə, effektə görə Rusiyanın Uzaq Şərq regionunun hüdudlarını aşıb.
Azpolitika.info xəbər verir ki, artıq bu aksiyalarda səsləndirilən şüarlar təkcə regionun deyil, bütövlükdə Rusiyanın problemlərini əhatə edir.
Muxalifet2 - 27-07-2020
“Bu qarşıdurmanı dayandırmaq lazımdır...” - ARİF ƏLİYEV
Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən qarşıdurmanın əks-sədası qısa müddətdən sonra Brüssel, Los-Anceles, London, Moskva və digər şəhər və ölkələrdən gəldi. “Niyə ilk dəfə Qarabağ konflikti xarici ölkələrdə yaşayan azərbaycanlılar və ermənilər arasında qanlı toqquşmalara səbəb oldu”, “bu proses kimə sərf edir və bu, kimin xeyrinədir” kimi suallar isə açıq qalıb.
Azpolitika.info bu suallara Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə birgə aydınlıq gətirməyə çalışıb.
Muxalifet2 - 27-07-2020
"KORONAVİRUSUN BELƏ DƏHŞƏTLİ OLDUĞUNU TƏSƏVVÜR ETMİRDİM..." - "Bu boğulma o boğulmadan deyil..."
"Gələn xəstələrin 90% digər xəstəliklərdən əziyyət çəkir, çoxu isə bunu bilmir”
“Koronavirus yolu çox ağır yoldur, həm həkimin, həm xəstənin ömründən ömür alır”
Muxalifet2 - 27-07-2020
Azərbaycanlı tanınmış iş adamı KORONAVİRUSDAN ÖLDÜ – FOTO
Tanınmış iş adamı Fizuli Fərəcov koronavirusdan vəfat edib.
Muxalifet.az-ın məlumatına görə F.Fərəcov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ağciyərlərində problem olub.
Qeyd edək ki, Fizuli Fərəcov “Texas”, “Mohito”, “Paradise” kimi məşhur restoran və gecə klublarının sahibi olub.
Muxalifet2 - 27-07-2020
Ərdoğanla Putin Ermənistan-Azərbaycan gərginliyini müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb.
Qeyd edilir ki, dövlət başçıları ölkələr arasındakı ikitərəfli münasibətləri, eyni zamanda Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyi müzakirə ediblər. Telefon danışığında həmçinin Suriya və Liviyada yaranmış mövcud vəziyyət də diqqət mərkəzində olub.
Muxalifet2 - 27-07-2020
Səfərbərlik xidmətindən könüllülərə zəng edilir
Bu gün sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında qeydiyyatdan keçən şəxslərə Xidmətdən zəng edilməsi haqda məlumat yayılıb.
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli İsmayılov açıqlama verib.Muxalifet2 - 27-07-2020
Türk ordusu Naxçıvanda – QÜRURLANDIRAN GÖRÜNTÜLƏR / VİDEO
Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.Muxalifet2 - 27-07-2020
Kürdəmirdə onlarla insan koronavirusa yoluxdu - CƏMİ BİR KƏNDDƏ
Kürdəmir rayonunun Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma qeydə alınıb.
”Report” xəbər verir ki, kəndin 31 sakininin koronavirus infeksiyasına yoluxması aşkarlanıb.
Kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunublar və vəziyyətin nəzarətə götürülməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.
Xəstələrin sayının artacağı isə istisna olunmur.
Muxalifet2 - 28-07-2020
Bakıda tibb bacısına qarşı soyğunçuluq
Bakıda xəstəxanada soyğunçuluq hadisəsi baş verib.
Hadisə iyulun 27-i günorta saatlarında Neftçilər Xəstəxanasında qeydə alınıb.
Belə ki, naməlum şəxs Xəstəxanada tibb bacısı işləyən şəxsin içərisində 400 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini dolabdan soyğunçuluq yolu ilə ələ keçirib.
Muxalifet2 - 28-07-2020
Koronavirusa yoluxan jurnalist vəfat etdi - FOTO
İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib.Məlumata görə, o, beyin qanamasından həyatını itirib.
Faktı APA-ya TƏBİB-dən təsdiqləyiblər. Bildirilib ki, Ə. Fəqanoğlu bu gün səhər dünyasını dəyişib.
Qeyd edək ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu Yeni klinika”da müalicə olunurdu.Muxalifet2 - 28-07-2020
“TƏHLÜKƏ ÇOX CİDDİ VƏ REALDIR…” – “Türkiyədən Azərbaycana heç vaxt belə net dəstək ifadə edilməmişdi”
Xaləddin İbrahimli: “Azərbaycan hakimiyyəti həm ölkə üçün, həm də iqtidarın varlıgı üçün təhlükənin gerçək oldugunu görür”
Professor Xaləddin İbrahimli “AzPolitika.info”-ya müsahibəsində avqustun əvvəllərində Azərbaycanla Türkiyə arasında keçiriləcək genişmiqyaslı hərbi təlimlərin əhəmiyyətindən danışıb.
Muxalifet.az müsahibəni təqdim edir:
Muxalifet2 - 28-07-2020
Azərbaycanda iş adamı koronavirusdan öldü
Tanınmış iş adamı Füzuli Fərəcov vəfat edib. Onun koronavirusdan dünyasını dəyişdiyi deyilir.
Muxalifet.az xəbər verir ki, iş adamı bu gün səhər saatlarında dünyasını dəyişib.
Məlumata görə, uzun müddətdir diabet xəstəsi olan F.Fərəcov bir neçə gün əvvəl koronavirusa yoluxub və bu gün dünyasını dəyişib.
Xatırladaq ki, F.Fərəcov "Mohito” və "Paradise” və daha bir neçə gecə klublarının, Novxanıdakı "Kalyon” restoranının sahibidir.
Muxalifet2 - 28-07-2020
Karantin rejimi yumşaldılır, rayonlara gediş-gəliş bərpa edilir - AÇIQLAMA
Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov avqustda sərt karantin rejiminin ləğv ediləcəyinin anonsunu verib. Gündəlik yoluxma sayının azalan temp üzrə sabitləşməsi insanlarda sərt karantin rejiminin ləğvinə, ya da karantin rejiminin yumşaldılmasına ümidləri daha da artırır.
“Karantin rejiminin yumşaldılmasına getməliyik”
Muxalifet.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyev bildirib ki, artıq sərt karantin rejiminin yumşaldılmasına getməliyik:
Muxalifet2 - 28-07-2020
Razi Nurullayev AXCP adından imtina etdi
Deputat Razi Nurullayevin sədr olduğu partiyanın onlayn qurultayı keçirilib.
Qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası adından imtina edilib.
Həmçinin qurultayda Milli Cəbhə Partiyasının (MCP) təsis edilməsi haqqında qərar qəbul olunub.
Muxalifet4 - 28-07-2020
Erməni mətbuatı Azərbaycan ordusunun qüdrətindən yazdı – “Bizə niyə axmaqcasına yalan danışırlar?”
“Biz bir dəfə Azərbaycan ordusunun gücünü dəyərləndirməməyin nəyə gətirib çıxardığını görmüşük. 2016-cı ilin aprelində düşmən (Azərbaycan ordusu – red.) bir neçə azad edilən ərazini (söhbət erməni işğalından azad olunan yüksəkliklərdən gedir – red.) tutdu. İndi də bu istiqamətdə və Naxçıvandan vurmaq niyyətindədir”.
Bu sözlər Ermənistanda hökumətə müxalif mövqeyi ilə tanınan “Armenian Report” saytında “Bizi niyə axmaqcasına aldadırlar?” başlıqlı məqalədən götürülüb.
Muxalifet4 - 28-07-2020
“RUSİYA İMPERİALİZMİ PUTİNİN SONUNA ÇIXA BİLƏR…” – “Kremlin bu ölkələrə bir neçə hücum variantı var”
“Önümüzdəki aylar təkcə Rusiyanın qonşuları deyil, özü üçün də təhlükəli olacaq”
ABŞ-ın “The Hill” qəzeti “Rusiya imperializmi Putinin sonuna necə çıxa bilər” başlıqlı məqaləsində Rusiya Prezidenti Vladimir Putinin özünün neoimperialist düşüncələrini reallaşdırması istəyinə toxunub.
Məqalədə həmçinin bu siyasətin əks effekt verməsi və nəticədə Putinin öz hakimiyyətini itirməsi ehtimalının yüksək olduğu deyilir. Həmin məqaləni diqqətinizə çatdırırıq:
Muxalifet4 - 28-07-2020
PKK/YPG-nin Suriyanın şimalında həyata keçirdiyi terror aktları… - SİYAHI
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi PKK/YPG terror təşkilatının Suriyanın şimalında bomba yüklü avtomobillərlə həyata keçirdiyi terror aktları ilə bağlı paylaşım edib.
Muxalifet.az-ın məlumatına görə, paylaşımda 2020-ci ilin 1 yanvar tarixindən 31 marta qədər Suriyanın şimalında PKK/YPG tərəfindən bomba yüklü avtomobillərlə ümumilikdə 16 terror aktının həyata keçirildiyi qeyd edilib.
Muxalifet4 - 28-07-2020
Türk ordusu Naxçıvanda hərbi parad keçirib: “Şu kopan fırtına Türk ordusudur, ya Rabbi!” – VİDEO
Dünən hərbi təlim məqsədi ilə Naxçıvana gələn Türk ordusu möhtəşəm hərbi yürüş keçirib.
Yüzlərlə əsgərin çəkmələrinin sədası altında Naxçıvan əhalisi bu möhtəşəm görüntüləri böyük sevinc hissilə seyr ediblər. Sakinlərdən paradı lentə alanlar da olub.
Muxalifet4 - 28-07-2020