Axtarış
The search found 105716 results in 0.03 seconds.
Search results
Koreya qadağalar qoymadan Covid-19-a yoluxmanı necə azaltdı?
Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op ölkəsinin koronavirusla mübarizədə təcrübəsini bölüşüb.
Bu barədə səfir AzTV-nin "Koronavirus İnfo" verilişinə müsahibəsində danışıb:
Muxalifet2 - 29-07-2020
Avtomobilsiz, meşə içində şəhər: bu, nağıl deyil, bir alman şəhəridir - Fotolar
Əsası orta əsrlərdə qoyulmuş bu gözəl mənzərəli şəhər 900 illik yubileyini qeyd edir, lakin onun innovativ dizaynı bu şəhəri ekoloji davamiyyət və yaşayış üçün yararlılıq dərəcəsi baxımından dünyanın ən qabaqcıl şəhərlərindən birinə çevirir.
Freiburg-un Breisgau rayonunda yerləşən tarixi Qədim Şəhər mərkəzində hərəkət edən tramvay "900 yaşlı gənc" şüarı ilə bəzədilib.
Muxalifet2 - 29-07-2020
Yasamalda göl ətrafında otel tikdirmək istəyən sabiq deputat imiş
Bakının Yasamal rayonunda "Üç Tac" yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafında otel inşa etdirmək istəyən şəxsin kimliyi bəlli olub.
Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, həmin ərazi sabiq deputat Hacı Salayevin mülkiyyətindədir. H. Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevin qardaşıdır.
Qeyd edək ki, sabiq deputat böyük biznes imperiyasına malikdir.
Muxalifet2 - 29-07-2020
İcra Hakimiyyətinin saxlanılan memarı azadlığa buraxıldı
Xəbər verdiyimiz kimi, Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılıb.
Zərdab Rayon İcra Hakimiyyətindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan S.Əhmədovun ifadəsi alınaraq sərbəst buraxılıb.
Muxalifet4 - 29-07-2020
KORRUPSİYA İDARƏSİ İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT KEÇİRİB – Saxlanılanlar var
Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılıb.
Avropa.info xəbər verir ki, Sahid Əhmədov Bakıdan gedən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həbs olunub.
S. Əhmədovla yanaşı, bir icra nümayəndəsi və bir bələdiyyə sədrinin də saxlanıldığı qeyd olunur.
Muxalifet4 - 29-07-2020
“SONDA ÇOX YAXŞI BİR NÖQTƏYƏ GƏLİNDİ…” – Ərdoğanla Putin Qarabağ mövzusunda hansı razılığa gəlib?
“İbrahim Kalının açıqlaması iki qardaş ölkənin münasibətlərinin təzahürü kimi dəyərləndirilə bilər. Bu açıqlamanın görünən tərəfləridir. İndiyədək də qardaş ölkənin dəstəyi olub, amma əvvəlki illərdən fərqli olaraq bu dəfə Türkiyə hər cür dəstək verməkdən çəkinmir və bunu əməldə də göstərir. Görünməyən tərəf, amma həm də məsələnin mahiyyətində dayanan Rusiya-Türkiyə münasibətləridir və bu münasibətlərin artıq Suriya, Liviya cəbhəsində deyil, Cənubi Qafqazda, konkret olaraq Qarabağda özünü göstərməsidir”.
Muxalifet4 - 29-07-2020
İordaniya Ermənistana silah satmadığını açıqladı
İordaniya hökuməti bu ayın əvvəlində Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmalar zamanı krallığın Ermənistana silah göndərməsi barədə yayılan məlumatları təkzib edib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Azərbaycanın Əmmandakı səfiri Rasim Rzayev ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Muxalifet4 - 29-07-2020
Senator etirazçı qadınlar tərəfindən döyüldü – FOTO/VİDEO
ABŞ-ın Viskonsin ştatında, Medisonda iki qadın etiraz aksiyasını videoya çəkən senatoru döyüblər.
“Daily Mail”in məlumatına görə, həmin qadınlar artıq həbs olunublar.
Bildirilib ki, hadisə “Black Lives Matter” hərəkatının nümayəndələri qaradərili şəxsin həbs olunmasına qarşı etiraz aksiyası keçirərkən baş verib.
Demokrat Partiyasının senatoru Tim Karpenter 26 yaşlı Samanta Hayer və 33 yaşlı Kerida Oreylinin hücumuna məruz qalıb.
Muxalifet4 - 29-07-2020
“Nezavisimaya qazeta” Türkiyənin Azərbaycana diviziya yeritdiyini yazır – “TÜRKLƏR SÜBUT EDİB Kİ, SAYLA YOX, AĞILLA VURUŞURLAR…”
Bu gün iyulun 29-da Azərbaycan ərazisində Türkiyə ilə birlikdə iki ölkə silahlı qüvvələrinin irimiqyaslı hərbi təlimləri başlayır.
Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr fonunda keçirilən bu təlimlər Türkiyənin Azərbaycana açıq hərbi dəstəyi kimi qarşılanır və təkcə Ermənistanda deyil, Rusiyada da yaxından izlənməkdədir.
Muxalifet4 - 29-07-2020
QARIŞQALAR, ŞİMPANZELƏR VƏ PUTİN – Rusiyalı şərhçidən Xabarovsk hadisələrinin təhlili
Keçmiş zamanlarda Xabarovsk münaqişəsi becid və kobud şəkildə həll edilirdi. Yeni general-qubernator vilayətə təşrif gətirir və ordunun köməyi ilə iğtişaşlaı qısa zamanda yatırırdı. Əsas araqarışdıranlar tutulurr və sonra dar ağacından asılırdı. Asılmayanlar döyülür və ya 25 illik xidmət üçün orduya göndərilirdi.
Yəni hər şey çox amansız idi.
Muxalifet2 - 29-07-2020
Əli Həsənovun ailə üzvləri də koronavirusa görə dövlətdən yardım alıblar – SİYAHIDA DİGƏR SABİQ VƏ İNDİKİ NAZİRLƏRİN ADLARI DA VAR / FOTOLAR
Bildiyimiz kimi, koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının icrası çərçivəsində sahibkarlara da dövlət tərəfindən maliyyə dəstəyi göstərilib.
Muxalifet2 - 29-07-2020
“Bu, korrupsiya halıdır, dərhal cəzalandırılsın…” - Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür
“Bu birbaşa korrupsiyadır, burada birbaşa cinayət tərkibi var”.
Bu sözləri deputat Mahir Abbaszadənin rəhbəri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq 3 sifarişi öz şirkəti olan “AZ. İNŞAAT –M.V.” MMC-yə verməsinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
Muxalifet2 - 29-07-2020
“Günün Qəhrəmanları” müsabiqəsinə müraciətlərin qəbulu davam edir!
“Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə keçirilən “Günün Qəhrəmanları” yazı müsabiqəsinə müraciətlərin qəbulu 10 avqust tarixinədək davam edir. Müsabiqə pandemiya ilə mübarizə dövründə fədakarcasına gündəlik işlərini icra etməyə davam edən bütün insanların hekayələrini və sosial təşəbbüslər haqqında yazıları bir araya toplayır. Bugünədək layihədə iştirak üçün 60-dan çox sorğu qəbul edilib.
Muxalifet2 - 29-07-2020
Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu – 8 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Muxalifet2 - 29-07-2020
“Karantin təcili ləğv edilməlidir, çimərliklər açılmalıdır” – Professordan ÇAĞIRIŞ
Professor Musa Qəniyev aylardır, davam edən karantin rejimi şəraitində insan orqanizmində baş verəcək geridönməz fəsadlara toxunaraq, koronavirusla mübarizənin taktikası barədə öz təkliflərini verib.
Medicina.az xəbər verir ki, həkim hazırkı şərtlərdən narahatdır və buna əsasları var.
“Mən karantin tədbirlərinin gündəlik yaşam minimumlarına ehtiyacı olan, insanlarımıza vurduğu maddi zərbəni hələlik bir kənara qoyuram. Bu halın yalnız insan orqanizmində törədə biləcəyi geridönməz fəsadlara toxunmaq istəyirəm.
Muxalifet2 - 29-07-2020
Bakıdakı erməni kilsəsi niyə soyqırım muzeyi olmasın ki?!
Tarixi abidə olaraq şəhərin düz mərkəzində olan erməni kilsəsi qorunmalıdır. Bu birmənalıdır. Biz ermənilərin dünyaya təqdim etməyə çalışdığı kimi, barbar deyilik. Heç kimə qarşı soyqırım törətməmişik. Dinlərə də, millətlərə də sayğısı olan, tolerant dövlətik, xalqıq.
Amma az qala hər kəndində, türk, azərbaycanlı nifrəti təbliğ edən ermənilərə qarşı mütləq bir addım atılmalı. Onlarda olduğu kimi, kindən, hikkədən doğan addım yox, ədaləti əks etdirən addım, haqq səsi.
Muxalifet2 - 29-07-2020
Eldar Həsənov silah satışı qalmaqalından danışdı: “Xaincəsinə istifadə edərək...”
Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfiri Eldar Həsənov Serbiyanın nüfuzlu “Balkanin” xəbər portalına müsahibə verib. Bu barədə səfirliyin press-relizində xəbər verilir və müsahibənin tərcüməsi təqdim olunur. E.Həsənov müsahibədə son günlərin aktual mövzularından biri olan Serbiyanın Ermənistana silah satması məsələsinə də toxunur. Bu aktuallığı nəzərə alaraq, səfirin müsahibəsini təqdim edirik:
Muxalifet2 - 29-07-2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi
İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.
Muxalifet2 - 29-07-2020
Lukaşenko rusiyalı muzdlulara görə Moskvadan izahat tələb etdi - MİNSKƏ QOŞUN YIĞILIR
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan “Vaqner” özəl hərbi şirkətinin bir qrup muzdlusunun Minsk ətrafında yaxalanması ilə bağlı izahat tələb edib. O, situasiyanı “fövqəladə hadisə” adlandırıb. Lukaşenko KQB sədri Valeri Vakulçikdən tələb edib ki, dərhal Rusiyanın müvafiq orqanlarına müraciət edib nə baş verdiyini aydınlaşdırsın.
“Əgər günahkardırlarsa o zaman bu situasiyadan ləyaqətlə çıxmaq lazımdır. Günahkar deyillərsə yaxşı, o zaman bizim dost ölkəni biabır etmək kimi bir hədəfimiz yoxdur”,-Belarus prezidenti bildirib.
Muxalifet2 - 29-07-2020
Belarusu qarışdırmaq üçün göndərilən rusiyalı muzdluların görüntüləri yayıldı - VİDEO
Belarus televiziyası Minsk ətrafında ötən gecə tutulan 32 rusiyalı muzdlu barədə reportaj verib. Virtualaz.org xəbər verir ki, reportaja əsasən Belarus KQB-sinin xüsusi təyinatlıları muzdluların yerləşdiyi pansionata gecə saatlarında basqın edir və onları yatan yerdə yaxalayır. Kadrlardan görünür ki, saxlanılanların bir çoxunun bədənlərində kriminal aləmlə və muzdlu hərbi fəaliyyətlə əlaqəli olan “nakolkalar” yer alır.
Muxalifet2 - 29-07-2020