Axtarış
The search found 105716 results in 0.052 seconds.
Search results
Ermənistanda Rusiyaya etimad edənlərin sayı azalıb
Ermənistanda Rusiyaya dost kimi baxanların sayı azalıb.
“Novosti Armeniya” xəbər verir ki, bu, Qafqaz Tədqiqatlar Resurs Mərkəzinin apardığı “Qafqaz barometri - 2019” adlı rəy sorğusunun nəticəsinə əsasən bildirilib.
Sorğu 2020-ci il fevralın 21-dən – martın 15-dək Ermənistanda 31 faizi Yerevan, 33 faizi başqa şəhərlərin, 36 faizi kənd sakinləriləri olmaqla 1491 yetkin respondent arasında keçirilib.
Muxalifet2 - 31-07-2020
Milli Məclisin növbədənkənar toplantısı keçiriləcək - 59 DEPUTATIN TƏLƏBİ İLƏ
Milli Məclisin Sədri Sahibə Qafarova qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib.
Muxalifet2 - 31-07-2020
COVİD-19-dan VƏFAT EDƏN HƏKİMLƏRİMİZİN SAYI 35-ə ÇATDI - Adlar
Azərbaycanda indiyədək koronovirus infeksiyasına ümumilikdə 31 878 nəfər yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5 548 nəfərdir. Vəfat edənlər arasında pandemiyaya qarşı mübarizəyə səfərbər edilmiş səhiyyə işçilərinin sayı kifayət qədər yüksəkdir.
Muxalifet2 - 31-07-2020
Azərbaycanda daha 7 nəfər koronavirusdan vəfat etdi – 318 YENİ YOLUXMA VAR
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5 548 nəfərdir.
Muxalifet2 - 31-07-2020
Sorosa işləyir və Rusiyanın ayaqlarının altını qazır - GAZETA.RU PAŞİNYAN HAQDA
İyulun 30-da Rusiyanın “Qazeta.ru” internet-nəşrində İvan Akimovun “Paşinyan və Soros fondu ayrılmaz dostlardır” sərlövhəli məqaləsi dərc edilib.
Muxalifet.az virtualaz.org-a istinadən həmin məqaləni ixtisarla təqdim edir:
Muxalifet2 - 31-07-2020
DMİ imtahanın nəticələrini elan etdi
29-30 iyulda keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili və Hərbi Liseylərə qəbul imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, iştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:
– 9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları;
http://eservices.dim.gov.az/2020/netorta/?frm=egovMuxalifet2 - 31-07-2020
"BƏZİ ADAMLARIN QARŞISINDA QUL KİMİ BAŞ ƏYİRSİNİZ..." - Deputat yenə Ramiz Mehdiyevi hədəfə aldı
Fəzail Ağamalı: “Görək, yenə də AMEA-nı özünün qərargahına cevirəcək, yoxsa, dayanacaq...”
“Bu, nə vaxtdan istiqlalçı olub? Nə vaxtdan dövlət müstəqilliyi uğrunda mübarizə aparanlardan biri olub?”
Muxalifet2 - 31-07-2020
TÜRK BİRLİYİNİN NATO MODELİ - Aygün Muradxanlı yazır
İyulun 30-da Ermənistanın müdafiə naziri David Tonoyan İranın İrəvan böyükelçisi Abbas Babaxşan Zohuri ilə görüşüb. Ermənistan mediası yazır ki, tərəflər Azərbaycan-Ermənistan sərhədində baş verənləri, eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin 11 minlik heyətlə Azərbaycana gəlişini müzakirə ediblər. Tonoyan Zohuriyə yaranan durumun bölgədəki təhlükəsizliyi təhdid etdiyini deyib. Zohuridən öncə isə Ermənistanın müdafiə naziri Fransanın İrəvan böyükelçisi ilə görüşüb.
Muxalifet2 - 31-07-2020
NEFTİN QİYMƏTİ BÜDCƏNİ "VURDU" - Azərbaycanın dövlət büdcəsində neftin qiyməti dəyişdirilir
Avqust ayının 5-də Milli Məclisin növbədənkənar iclası keçiriləcək.
Muxalifet.az xəbər verir ki, “İclasın gündəliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələrində, “Məşğulluq haqqında” Qanunda, “İşsizlikdən sığorta haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı məsələlər daxil edilib”, - deyə məlumatda bildirilir.
Muxalifet2 - 31-07-2020
Nazirliyin 319 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülüb - 27 İŞ PROKURORLUĞA TƏQDİM EDİLDİ
Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.
Muxalifet.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, bu dövrdə nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.
Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.
Muxalifet2 - 1-08-2020
"MALİYYƏ YASTIĞIMIZ" ƏRİYİR - ARDNF-dən büdcəyə transfert 8% artırılır
Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin məbləği 850 milyon manat və yaxud 7,5% artırılır.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu, “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Muxalifet2 - 1-08-2020
MİNSKDƏ TUTULAN RUSİYALI MUZDLULARIN YAZIŞMASI AÇIQLANDI - “Köhnə biletləri küçədə zibil qabında yandırın...”
Belarusda iyulun 29-da saxlanılan və Rusiyanın “Vagner” özəl hərbi şirkətinin muzdluları olan 33 rusiyalı ətrafında Moskva ilə Minsk arasında ciddi gərginlik davam edir. Rəsmi Minsk həmin muzdluların avqustun 9-da keçiriləcək prezident seçkilərində Belarusda vəziyyəti qarışdırmaq üçün göndərildiyini bildirir. Lakin Rusiya tərəfi bunu rədd edir və iddia edir ki,muzdlular Belarusdan tranzit keçməklə üçüncü ölkəyə getməyi planlaşdırırdı və onlar heç bir qanunu pozmayıblar.
Muxalifet2 - 1-08-2020
"Serbiya Ermənistana silah ixracına 2017-ci ildən icazə verir" - SERB NAZİR ETİRAF ETDİ
2017-ci ildən bəri Serbiya Vectura trans, Partizan tech və Zastava oružje firmalarına Ermənistana silah ixracı üçün 19 icazə verib.
Virtualaz.org Regnum-a istinadən xəbər verir ki, bunu iyulun 30-da Serbiya Ticarət, Turizm və Telekommunikasiya naziri Rasim Layiç ölkə parlamentinin deputatı Marinka Tepiçin Serbiya silahlarının Ermənistana ixracı ilə bağlı suallarını yazılı şəkildə cavablandırarkən bildirib.
Nazirin sözlərinə görə, bunun üçün rəsmi və hüquqi məhdudiyyətlər yoxdur, çünki Ermənistan heç bir çoxtərəfli sanksiyalara məruz qalmır.
Muxalifet2 - 1-08-2020
“BU PARTİYA RUSİYANI DAĞITMAQ ÜÇÜN YARADILIR” – Ruslar və ermənilər Turan Partiyasının fəaliyyətindən narahat olmağa başlayıb / VİDEO
Ermənilərin Tovuza hücumundan az sonra Cahandar Bayoğlunun başqanı olduğu Turan Partiyasının Rusiyadakı müəlman-türk xalqlarına müraciəti bu ölkədə böyük narahatçılığa səbəb olub. Təsadüfi deyil ki, günlərdir bu bəyanata qarşı çoxsaylı çıxışlar səslənir, müxtəlif rus və erməni ekspertlərlə yanaşı, hətta bəzi vətən xaini olan azərbaycanlılardan da istifadə olunur.
Muxalifet2 - 1-08-2020
İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək
Avqustun 9-da İsrailin Tel-Əviv Yafo şəhərində müstəqil dövlətimizə və Azərbaycan əsgərinə dəstək məqsədilə yürüş-mitinq keçiriləcək.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
"İsraildəki Azərbaycan Evi"nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə baş tutacaq aksiya şəhərdəki erməni mərkəzi və erməni kilsəsinin qarşısında gerçəkləşdiriləcək.
Muxalifet2 - 1-08-2020
Sabaha olan hava proqnozu açıqlandı
Bazar günü, avqustun 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Muxalifet2 - 1-08-2020
Prezidentin ehtiyat fondu artırılır
Azərbaycanın dövlət büdcəsindən ehtiyat fondlarına ayırmalar 280 milyon manat və yaxud 68,3% artırılaraq 410 milyon manatdan 690 milyon manata çatdırılır.
Bu, “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Prezidentin ehtiyat fondu 180 milyon manat və yaxud 60% artırılaraq 300 milyon manatdan 480 milyon manata, büdcənin ehtiyat fondu isə 100 milyon manat və yaxud 90,9% artırılaraq 110 milyon manatdan 210 milyon manata çatdırılır.Muxalifet2 - 1-08-2020
Ərəb dünyasında ilk Atom Elektrik Stansiyası fəaliyyətə başladı
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ərəb dünyasının ilk Atom Elektrik Stansiyası (AES) fəaliyyətə başlayıb.
Muxalifet.az “Emirates” xəbərlər agentliyinə istinadən xəbər verir ki, Əbu-Dabi Əmirliyinin Əl Dəfrah bölgəsində yerləşən Bərakah AES-in 60 il ərzində elektrik enerji istehsal edəcəyi gözlənilir.
Muxalifet2 - 1-08-2020
Səfirlik Almaniyada yaşayan azərbaycanlılara çağırış edib
Azərbaycanın Almaniyadakı səfirliyi Ermənistanın Azərbaycan ərazilərinə hücumlarını və xaricdəki təxribatlarını qınayan bəyanat yayıb.
Bəyanatda deyilir:
Muxalifet2 - 1-08-2020
Bu giləmeyvə insanı arıqladır
Albalı artıq çəkidən qurtulmağa yardımçı ola bilər.
“Rosbalt verir ki, bunu dietoloq-nutrisioloq Olqa Kondratenko bildirib.
Mütəxəssisin sözlərinə görə, albalıdakı B8 vitamini orqanizmdəki maddələr mübadiləsini sürətləndirir. Bundan başqa, albalı azsaylı kalorili giləmeyvədir – hər 100 qramda, təxminən, 52 kalori. O.Kondratenko vurğulayıb ki, albalıda immuniteti möhkəmləndirən xeyli vitamin və mikroelementlər də mövcuddur.
Muxalifet2 - 1-08-2020