Axtarış

The search found 105715 results in 0.031 seconds.

Search results

  1. Yasamalda zəbt olunan ərazinin özəlləşməsinə icazəni Əbülfəz Qarayev veribmiş...

    Xəbər verdiyimiz kimi, bu gün Yasamal rayonunda meşə tipli yeni parkda yaradılacaq şərait barədə Prezident İlham Əliyevə məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, "Cənab Prezident, vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Siz müdaxilə edəndən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı".

    Muxalifet2 - 4-08-2020

  2. Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu - 5 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda koronavirus infeksiyasına yeni 226 yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər  verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089-dur. 

    Muxalifet2 - 4-08-2020

  3. Livanda partlayışda minlərlə insan yaralanıb, onlarla ölən var - VİDEO, FOTO / Yenilənib

    Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyəti Beyrutdakı partlayış zamanı 2,2 min nəfərdən çox insanın xəsarət aldığını bildirib. 

    "Report" xəbər verir ki, bu barədə yerli OTV telekanalı bildirib.

    Məlumata görə, hadisə zamanı azı 30 nəfər həlak olub. 

    ***21:00

    Livanın paytaxtı Beyrutda baş verən ard-arda iki partlayışda azı 10 nəfər ölüb.

    Muxalifet2 - 4-08-2020

  4. Beyrutdakı partlayışda yaralanlar arasında Türkiyə vətəndaşları da var

    Beyrutda baş verən partlayışda iki Türkiyə vətəndaşı yaralanıb.

    APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb.

    Nazir qeyd edib ki, yüngül xəsarət alan Türkiyə vətəndaşlarının vəziyyəti hazırda normaldır. 

    Muxalifet2 - 4-08-2020

  5. RAYONLARA GEDİŞ QADAĞASI - Avqustun ortalarında hansı qərarlar verilə bilər?

    “Rayonlara gediş-gəlişə icazə verilməli idi. Onsuz da rayonlara gedib, gəlirlər. Kifayət qədər gedib-gələn var. Hərə bir bəhanə ilə gedir. Karantin təkcə kasıb-kusuba aid deyil. İmkan verilməlidir ki, insanlar rayonlara getsinlər. Ancaq karantin davranış qaydaları hazırlanmalıdır ki, may ayındakı hallar təkrar olmasın”.

    Bunu azadliq.org-a açıqlamasında tibb sahəsi üzrə professor Adil Qeybulla deyib. "SMS icazənin ləğvi müsbət addımdır, amma rayonlara gediş-gəlişin açılmasına ehtiyatla yanaşblar" - mütəxəssis vurğulayıb.

    Muxalifet2 - 5-08-2020

  6. BANKLARDA BATAN ƏMANƏTLƏR - Yüzlərlə müştərinin tələbi yerinə yetiriləcəkmi?

    Üç ay öncə lisenziyası ləğv olunan dörd bankın – “Ata Bank”, “AG Bank”, “NBC Bank” və“Amrahbank”ın bir qrup əmanətçilərinin pulları qaytarılmır. Mərkəzi Bankın qarşısında dəfələrlə etiraz aksiyaları keçirən vətəndaşlar bildirirlər ki, əllərindəəmanətlərinin sığortalı olması barədə sənəd var.

    Mərkəzi Bank onlara cavabında bəyan edib ki, ilin əvvəlində banklara depozit qəbulunu dayandırmaq barədə xəbərdarlıq olunub, banklar isə buna məhəl qoymayaraq, əmanət qəbulunu davam etdiriblər.

    Muxalifet2 - 5-08-2020

  7. İcaze.e-gov.az portalından icazələr bu formada alınacaq

    COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq. Nəzərdə tutulan müddətdə həmin şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək. Nazirlər Kabinetinin müvafiq qərarı ilə fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin 5 avqust tarixindən icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb.
     

    Muxalifet2 - 5-08-2020

  8. ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə

    2016-cı ildə Amerika Birləşmiş Ştatlarıda (ABŞ) keçirilmiş prezident seçkilrinə Rusiyanın müdaxiləsi barədə hesabatın məxfiləşdirilmiş final versiyasını üzərində iş demək olar, başa çatıb.
     
    ABŞ Konrqesi Senatında sənədin lehinə kəşfiyyat üzrə xüsusi komitə səs verib. Bu barədə xüsusi komitənin müvəqqəti başçısı, respublikaçı-senator (Florida ştatı) Marko Rubio və sədr müavini Mark Uorner xəbər veriblər (dw.com).
     
    Bu günlərdə komitə əlavə fikiləri dinləyəcək və sənədin yekun versiyasını təsdiqləyəcək. Versiya geniş kütlə üçün açıq olacaq.

    Muxalifet2 - 5-08-2020

  9. Livandakı partlayışda ölənlərin sayı 50-ni keçdi — İtkilərin sayı durmadan artır

    Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində azı 50 nəfər həlak olub, təxminən 2,7 min nəfər isə xəsarət alıb.
    Trend-in TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Naziri Həməd Həsən deyib.
    Onun sözlərinə görə, ölənlər arasında azı 7 tibb işçisi var, onlarla tibb işçisi isə xəsarət alıb. Nazir əlavə edib ki, ölənlərin və yaralananların sayı arta bilər.
    Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyəti bildirir ki, insanların xilas edilməsində təxminən 75 təcili yardım maşını iştirak edir.

    Muxalifet2 - 5-08-2020

  10. Beyrutda dəhşətli partlayışda ölən və yaralananlar arasında azərbaycanlılar varmı? - RƏSMİ AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, dünən axşam Beyrut limanında güclü partlayış baş verib. Nəticədə, 100 nəfərdən çox insan ölüb, dörd mindən çox insan xəsarət alıb.

    Xəsarət alanlar və ölənlər arasında azərbaycanlı varmı?

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Oxu.Az-a açıqlamasında bildirib ki, Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumat daxil olmayıb.

    Muxalifet2 - 5-08-2020

  11. Yüzlərlə erməni xəsarət aldı, itkin düşənlər var - Ermənistan fəlakəti açıqladı

    Livanın paytaxtı Beyrutda ötən gün baş verən dəhşətli partlayış nəticəsində xəsarət alan və ölənlərin arasında ermənilər də var.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Muxalifet2 - 5-08-2020

  12. Beyrutdakı partlayışın səbəbi məlum oldu: yaralananların 48-i BMT əməkdaşlarıdır - VİDEO

    Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın ilkin səbəbləri açıqlanıb.

    Livanın “LBC International” telekanalı məlumat verir ki, Beyrut limanında baş vermiş partlayış aparılan qaynaq işləri zamanı 2 700 ton selitrin partlaması nəticəsində meydana gəlib.

    “Oğurluq hallarının qarşısını almaq məqsədilə hasardakı dəliklərdə qaynaq işlərinin icra edildiyi zaman 2 700 ton selitr partlayıb”, - telekanal hüquq-mühafizə orqanlarının ilkin nəticələrinə istinadən xəbər verir.

    Muxalifet2 - 5-08-2020

  13. BAKIDA BÖYÜK OĞURLUQ - Evdən 1 milyon manatlıq qızıl-zinət əşyaları apardılar

    Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1.000.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlanması barədə müraciət daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı, Bakı şəhər sakini T.Rəhimli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

    Muxalifet2 - 5-08-2020

  14. Çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edildi - VİDEO

    Fövqəladə Hallar Nazirliyi çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edib.

    APA-nın məlumatına förə, Nazirlik əhaliyə çimərlikdə xoş zaman keçirmək üçün bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.

    Belə ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə:

    - çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!

    - qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir!

    Muxalifet2 - 5-08-2020

  15. 2020-ci il dövlət büdcəsinə dəyişikliklər birinci oxunuşda qəbul edilib - YENİLƏNİB

    Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.

    Muxalifet2 - 5-08-2020

  16. Beyrutda 10 yanğınsöndürən həlak olub - YENİLƏNİB

    Beyrut limanında baş vermiş partlayışdan sonra başlayan yanğının söndürülməsi zamanı 10 yanğınsöndürən həlak olub.
    “LBCI Nеws” xəbər verir ki, bu barədə Beyrut şəhərinin qubernatoru Marvan Abbud bildirib.
    ***
    Livan mülki müdafiə qüvvələrinin əməkdaşları tərəfindən Beyrut limanında baş vermiş partlayışdan sonra başlayan yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
    Bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.
    Bildirilib ki, partlayışın baş verdiyi ərazidə Livan ordusunun dəstələri tərəfindən növbətçilik təşkil olunub.

    Muxalifet2 - 5-08-2020

  17. “Belarusun Janna d`Arkı”: ÜÇ QADIN BİR KİŞİYƏ QALİB GƏLƏ BİLƏCƏKMİ?

    Mitçel A. Orenştayn, Valeri Yakuboviç

    “Project Syndicate”, 04.06.2020

    Belarusun 1994-cü ildən bəri ilk və yeganə prezidenti olan Aleksandr Lukaşenko qadınları sevdiyini iddia edir. Ancaq keçmiş sovet blokunun əksər mühafizəkar diktatorları kimi, onların cəmiyyətdə ana və ya konfetcik kimi müəyyən bir rolu olduğunu düşünür. Avqustun 9-da ardıcıl altıncı müddətə seçilmək iddiasında da Lukaşenko 3 belarus qadını düzgün qiymətləndirmədiyini anlayacaq.

    Muxalifet2 - 5-08-2020

  18. XARİCDƏ OTURUB, AZƏRBAYCAN DÖVLƏTİNƏ QARŞI FƏALİYYƏT GÖSTƏRƏN ŞƏBƏKƏ – “Sapı özümüzdən olan baltalar” ölkədə xaos yaratmağa çalışırlar

    Son günlər ABŞ-da polis tərəfindən qaradərili Corc Floydun öldürülməsi dünya mətbuatını lərzəyə gətirdi. Əslində, bu hadisə demokratiyanın beşiyi sayılan ABŞ-da ilk hadisə deyildi.  Belə ki, Alabama Tuskegee Universitetinin statistik araşdırmasına görə, 2015-ci il ABŞ-da qaradərilərin öldürüldüyü ən çox ildir.

    Muxalifet2 - 17-07-2020

  19. LERİK SAKİNİ POLİSDƏN ŞİKAYƏTÇİDİR – “Mənə dedi ki, biz neçə nəfəri belə şəkillərlə içəri salmışıq…”

    Lerik rayonunun Piran kənd sakini Bayramov Ziyatay Ərəstun oğlu tərəfindən Muxalifet.az saytına şikayət məktubu daxil olub. Şikayətçinin ölkə rəhbərliyinə, Daxili İşlər nazirinə və Baş Prokurora ünvanladığı məktubunda iddia edilir ki, sözügedən şəxs heç bir günahı olmadığı halda, həmyerlisi Məmmədov Namiq Əliağa oğlu tərəfindən şərlənib. Lerik rayon Polis İdarəsi isə həmin şəxsin şikayəti əsasında qeyri-obyektiv araşdırma apararaq, onu günahkar çıxarmağa çalışır.

    Muxalifet2 - 5-08-2020

  20. Keçmiş bələdiyyə sədri vətəndaşın torpağının üzərindən özünün fermer təsərrüfatına yol saldı – “0.25 ha taxıl ərazimi məhv etmişdir”

    Qobustan rayonun Xilmilli kənd sakini Xatın Osmanova tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şamaxı rayon, Çuxuryurd Bələdiyyəsinin sədrindən şikayətçi olan X.Osmanova ölkə rəhbərliyinə müraciət edib:
    “Hörmətli Prezident!
    Mən ailəmlə Qobustan rayonun Xilmilli kəndində yaşayıram. Ailəmizə islahat vaxtı verilmiş 12.38 ha pay torpağında qanunsuz olaraq maşın yolu salınmışdır. Bu yolu Məlikov Soltanpaşa Əziz oğlu özbaşna olaraq, özünə məxsus 900 ha taxıl sahəsinə gediş-gəliş üçün salmışdır.

    Muxalifet2 - 5-08-2020

Pages