Axtarış

The search found 105715 results in 0.038 seconds.

Search results

  1. YENİLƏNƏN BÜDCƏ HAZIRKİ İQTİSADİ SİTUASİYAYA ADEKVATDIR - Təhlil

    Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” layihə birinci oxunuşda qəbul edilib. Dövlət büdcəsinə dəyişiklik edilməsi uzun müddət idi ki, müzakirə edilirdi və təbii ki, gözlənilən idi.. Çünki neftin dünya bazarında ucuzlaşması və mart ayından tətbiq edilən karantin rejimi yeni iqtisadi və sosial reallıqların yaranmasına səbəb olmuşdu. Bu səbəbdən də yeni çağırışlar fonunda büdcə zərfinə yenidən baxılması zəruri idi.

    Muxalifet2 - 6-08-2020

  2. Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti 3 ay müddətinə dayandırılacaq

    Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti müvvəqəti olaraq dayandırılır.

    Məlumata görə, qatarlar avqustun 10-dan noyabrın 10-na qədər hərəkətdə olmayacaq. Buna görə də qeyd olunan müddət ərzində Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.

    Muxalifet2 - 6-08-2020

  3. "İndi proqnoz verməyə heç kim cəsarət etməz" - Prezident

    "Sosial dəstək bundan sonra da davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik.

    Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib.

    Muxalifet2 - 6-08-2020

  4. "Dövlət bunu da edirsə, onda Dövlət Neft Şirkəti nə işlə məşğuldur" - İLHAM ƏLİYEV

    “Sosial dəstək bundan sonra da davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Halbuki, heç kim deyə bilməz ki, postpandemiya dövrü nə vaxt başlayacaq. Ümumiyyətlə, hesab edirəm ki, indi proqnoz verməyə heç kim cəsarət etməz.

    Muxalifet2 - 6-08-2020

  5. Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma qeydə alındı - SON SUTKA ƏRZİNDƏ 3 NƏFƏR VƏFAT EDİB

    Azərbaycanda 144 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet2 - 6-08-2020

  6. Azərbaycana xaricdən 215 həkim gətirilib

    "Bununla yanaşı, Siz də qeyd etdiniz ki, digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı Azərbaycana gətirilmişdir. Bu həkimlər Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadandır. Bu gün ümumilikdə 215 nəfərdən ibarət tibbi heyət bizim həkimlərlə bərabər fəaliyyət göstərir".

    "Report" xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib.

    Muxalifet2 - 6-08-2020

  7. Azərbaycanlı və türkiyəli müəllim karantində ailə qurdu - FOTO

    Bakıda karantin dövründə daha bir cütlük ailə qurub.

    “Report”un məlumatına görə, “Bakü Türk İlkokulu”nda işləyən İlahə Mustafayeva və Yakup Tanatar evlənib.

    Karantin qaydalarına uyğun baş tutan nikah mərasimində cütlük maskadan istifadə edib.

    Muxalifet2 - 6-08-2020

  8. Bu şəhər və rayonlarda avqust ayı üçün 190 manat veriləcək - SİYAHI

    Prezident İlham Əliyevin tapşırığına əsasən, pandemiya dövründə növbəti sosial dəstək tədbiri - sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) üzrə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə proqramı həyata keçiriləcək.
    Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qərar layihəsi Nazirlər Kabinetinə təqdim olunub.

    Muxalifet2 - 6-08-2020

  9. Azərbaycanda karantin rejimi yenidən yumşaldılacaq - Baş nazir açıqladı

    "Onu da məruzə etmək istəyirəm ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür".
    Bunu Baş nazir Əli Əsədov avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib.

    Muxalifet2 - 6-08-2020

  10. Sərdar Ortaç Ağamirzənin meyxanasına müraciət etdi - Video

    Türkiyəli müğənni Sərdar Ortaç meyxanaçı Ağamirzə ilə bağlı paylaşım edib.

    Yenisabah.az xəbər verir ki, müğənni meyxanaçının “Ana” şeirini deyərək  görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

    Muxalifet2 - 6-08-2020

  11. “Məni koronavirusa qəsdən yoluxdurublar” - LUKAŞENKODAN ŞOK AÇIQLAMA

    “Məni koronavirusa qəsdən yoluxdurublar”.
    Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.
    “Biz hazırda bunu araşdırırıq”, - deyə Belarus Prezidenti qeyd edib.
    Xatırladaq ki, bir müddət əvvəl A. Lukaşenko yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğunu, lakin xəstəliyi simptomsuz keçirdiyini açıqlayıb./apa

    Muxalifet2 - 6-08-2020

  12. “Twitter” Trampın seçki təşviqatı apardığı səhifəni bloklayıb

    “Twitter” ABŞ Prezidenti Donald Trampın seçki təşviqatı apardığı səhifəni bloklayıb.

    CNN telekanalı məlumat verir ki, buna səbəb Birləşmiş Ştatlar prezidentinin “Twitter” səhifəsində COVID-19 infeksiyası barədə həqiqətə uyğun olmayan məlumatlar yaymasıdır.

    Muxalifet2 - 6-08-2020

  13. Azərbaycan ordusu Ermənistana məxsus PUA-nı məhv etdi - TOVUZDA YENİ GƏRGİNLİK

    Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

    Bu barədə Müdafiə Nazirliyi xəbər verir.

    Qeyd edilir ki, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

    Muxalifet2 - 6-08-2020

  14. “Rusiya Azərbaycanlıları Konqresini Ramiz Mehdiyev dağıtdı” - Eldar Namazovdan İTTİHAM

    "Bizim Rusiyada güclü diaspora təşkilatımız var idi. ÜmumRusiya Azərbaycanlıları Konqresində o ölkənin elm, biznes, mədəni həyatında tanınan çox nufuzlu soydaşlarımız toplanmışdı. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin atdığı addımlar nəticəsində o təşkilat darmadağın oldu, qeydiyyatı ləğv edildi".
    Bu 
    sözləri Prezident Heydər Əliyevin sabiq köməkçisi, politoloq Eldar Namazov “Press-Klub TV”-nin “Babat debat” proqramında çıxışı zamanı deyib.

    Muxalifet2 - 6-08-2020

  15. Bill Qeyts koronavirusdan da qorxunc fəlakətdən xəbər verdi

    “Microsoft”un banisi Bill Qeyts nəticələri koronavirus pandemiyasının ziyanını üstələyəcək iqtisadi böhrandan xəbər verib.

    Bu barədə “Report” RİA “Novosti”yə istinadla xəbər verir.

    O, ən yaxın bir neçə onillikdə planetin iqlim dəyişikliyinin səbəb olacağı qlobal böhranla qarşılaşacağını proqnozlaşdırır.

    "Pandemiya nə qədər ağır olsa da, iqlim dəyişikliyi daha da pis ola bilər", - milyarder öz bloqunda yazıb.

    Muxalifet2 - 7-08-2020

  16. Livanda partlayışla bağlı bir neçə nəfər həbs edildi

    Livanın paytaxtı Beyrutda güclü partlayış baş verən limanın administrasiyasının 16 əməkdaşı saxlanılıb.

    Bu barədə "TASS" xəbər verir.

    Qeyd edək ki, avqustun 4-ü Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 100-dən çox şəxs həlak olub, 5 minə yaxın insan isə xəsarət alıb.

    Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.

    Muxalifet2 - 7-08-2020

  17. Lola Kərimova Hollivud təpələrində yerləşən üç villasını satır - “CENEVRƏDƏ DƏ MALİKANƏSİ VAR, 47 MİLYON DOLLARA...”

    Özbəkistanın mərhum eks-prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva və onun əri Timur Tillayev ABŞ-ın Los-Anceles şəhərində, məşhur Hollivud təpələrində yerləşən üç villasını satışa çıxarıb.

    "Azadlıq” radiosunun özbək xidməti xəbər verir ki, “Variety” nəşri həmin villaların ümumi dəyərinin 18.9 milyon dollar olduğunu göstərib. Nəşr habelə Kaliforniya ştatındakı həmin evlərin ümumi sahəsinin 3277 kvadrat metrdən 4429 kvadratmetrə qədər dəyişdiyini bildirir. Hər birinin qiyməti isə 6 milyondan 6.5 milyon dollara qədərdir.

     

    Muxalifet2 - 7-08-2020

  18. “TENDER KRALLARI”na PANDEMIYA DA BATA BILMIR - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company”

    Azərbaycanda tenderlərin, dövlət satınalmalarının böyük korrupsiya mənbəyi olmasına dair mətbuatda yazılan məqalələrin, ayrı-ayrı ekspertlərin tənqidi fikirlərinin sayı-hesabı yoxdur.

    DTX-nın ayrı-ayrı icra hakimiyyətlərində və məlum nazirliklərdə keçirdiyi əməliyyatlardan da bəlli oldu ki, bu qurumların başındakı məmurların əsas çirkli gəlir mənbələrindən biri, bəlkə də birincisi məhz dövlət satınalmaları, tenderlərdir.

    Muxalifet2 - 7-08-2020

  19. Kreml regionlarda qiyamla üz-üzə qalıb - Putin reytinqini sürətlə itirir

    "Rusiyanın uzaq şərqində böyük nümayişlər prezidentdən narazılığın Moskvadan kənara çıxmasının göstəricisidir". “The Financial Times” qəzetində Henri Foy bu haqda yazıb.

    Muxalifet2 - 7-08-2020

  20. Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib - 8 nəfər xəsarət alıb

    SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.

    Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

    Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.

    Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.

    Məlumata görə, yanğında səkkiz nəfər xəsarət alıb.

    Muxalifet2 - 7-08-2020

Pages