Axtarış

The search found 105715 results in 0.033 seconds.

Search results

  1. Seçkilərə bir gün qalmış Putinin Lukaşenkoya zəngi... - DƏSTƏK, YOXSA HƏDƏ-QORXU?

    Belarusda sabah avqustun 9-da keçiriləcək prezident seçkilərinə bir gün qalmış Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoya zəng vurub. Virtualaz.org xəbər verir ki, bu haqda Kremlin Telegram-kanalı məlumat yayıb.

    Muxalifet2 - 8-08-2020

  2. ERMƏNİLƏR PUA-ları KİMDƏN ALIR? - Hərbi ekspert açıqladı

    “Ermənilər pilotsuz uçuş aparatlarını Çin və Rusiya ilə yanaşı Belarusdan da alırlar. Bizim həmin aparatları müəyyən etməyimiz çox asandır”. Bunu Musavat.com-a açıqlamasında ermənilərin daha bir PUA-sının Azərbaycan hava hücumlarından müdafiə qoşunları tərəfindən məhv edilməsinə münasibət bildirərkən hərbi ekspert Üzeyir Cəfərov dedi. O, təkcə Tovuz hadisələrindən bu günədək düşmənin 10 pilotsuz uçuş aparatının məhv edildiyini söylədi.

    Muxalifet2 - 8-08-2020

  3. DÖVLƏT ŞİRKƏTLƏRİ NİYƏ BÜDCƏNİ "YEYİR"? - Ortada milyardlarla zərər var...

    Azərbaycanda dövlət şirkətlərinin itkilərə yol verməsi, zərərlə işləməsi yenidən gündəmə gəlib. Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı ötən gün keçidiyi videoformatda müşavirədə dövlətə məxsus səhmdar cəmiyyətlərinin fəaliyyətini kəskin tənqid edib, başqa sözlə, onları büdcənin “pulsoran”ına çevrilməkdə günahlandırıb. Dövlət başçısının sözlərinə görə, dövlət şirkətləri kəsirlərinin büdcə vəsaitləri hesabına bağlanacağına öyrəşiblər.

    Muxalifet2 - 8-08-2020

  4. "Hər birimiz karantin rejimindən yorulmuşuq" - YAQUT QARAYEVA

    “Dünən Azərbaycan üzrə statistika pozitiv olub. Hər gün yoluxanların sayı sağalanların sayından az olur”.

    Bu fikirləri  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

    Muxalifet2 - 8-08-2020

  5. Beyruta azot gətirən gəmi barədə məlumat yayıldı

    Moldovanın “Rhosus” şirkətinin Beyrutda ammoniumu müsadirə edilən gəmisi 2018-ci ildə Livan paytaxtınının limanında batıb.

    “The New York Times” gəmilərin hərəkətinin peykdən izlənilməsi görüntülərinə əsasən belə məlumat yayıb.

    Bildirilib ki, Moldova bayrağı altında üzən gəmi Batumidən 2,75 min ton ammonium nitratı Mozambikə daşıyırmış. Selitrin Gürcüstanın Rustavi şəhərindəki “Azot” zavodunda istehsal edildiyi ehtimal olunur.

    2013-cü ilin oktyabrında “Rhosus”un gəmisi istismar qaydalarını pozduğu üçün Beyrutda limanda həbs edilib.

    Muxalifet2 - 8-08-2020

  6. Ölkə mediası bir əlin nəzarətinə verilməlidir - JALƏ MÜTƏLLİMOVA

    Bu yazını çalışın hər biriniz oxuyun. Ola bilər ajeotaj yaratdı, bəlkə söyüldüm, hücuma məruz qaldım, hətta bir zəng gəldi ki, o yazını təcili sil, bunu da düşünmüşəm! Zatən indi hər istiqamətdən hücum və təhqirlər gözləyənlərdənəm! Artıq acı da olsa həyat tərzimizdir bu! Amma və lakin, bu yazı ciddi həyəcan təbilidir! Azərbaycanın informasiya təhlükəsizliyinə dair vəziyyətin nə yerdə olduğunun çox aydın göstəricisidir. Bu yazını özünə vətənpərvər, vicdanlı, əxlaqlı media adamı, kapitanı deyənlər dəstəkləməlidir deyə düşünürəm.

    Muxalifet2 - 8-08-2020

  7. Beyrutda polislə toqquşmalarda 130 etirazçı yaralandı - FOTO

    Livanın paytaxtı Beyrut şəhərinin mərkəzində polis qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmada 130 şəxs yaralanıb.

    Bu barədə Livan Qızıl Xaç Cəmiyyəti öz “Twitter” səhifəsində məlumat verib.

    Bildirilib ki, 28 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib. 

    Mitinqlər Beyrutun mərkəzindəki parlament binasının qarşısından başlayıb.

    Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

    Muxalifet2 - 8-08-2020

  8. “Etiraf etmək lazımdır ki, Azərbaycan Ordusu daha güclüdür və yaxşı təchiz olunub, amma...” - RUSİYA GENERALI

    Rusiya Hərb Elmləri Akademiyasının rəyasət heyətinin üzvü, hərb elmləri doktoru, bir sıra müharibələrin veteranı, general-leytenant Sergey Çvarkova görə, Qarabağ münaqişəsini sülh yoluyla həll etmək mümkün deyil. Amma Rusiyanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü siyasətin sayəsində az qala 30 ildir ki, münaqişə nəzarət altındadır və onun ifrat kəskinləşməsinə imkan verilmir.

    Muxalifet2 - 8-08-2020

  9. “ÜÇ AYDIR SUSUZUQ, AYDA 200 MANAT XƏRCƏ DÜŞÜRÜK..." - Aşağı Güzdək sakinləri Bakı-Şamaxı yolunu kəsdi

    Bakının Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində üç aydır ki, içməli su yoxdur. Maşınla su alan sakinlər hər ay buna görə 200 manatadək pul ödəməli olurlar. Uzun müddətdir problemlərinin həll olunmamasından əziyyət çəkən güzdəklilər çıxış yolunu Bakı-Şamaxı yolununun hərəkət hissəsini bağlamaqda görüblər.

    Virtualaz.org xəbər verir ki,  qəsəbə sakinləri bu gün səhər saatlarında Bakı-Şamaxı yoluna çıxıb. Sakinlərin tələbi şikayətlərinin aidiyyatı qurumlar tərəfindən həll olunması, müraciətlərinə baxılmasıdır.

    Muxalifet2 - 8-08-2020

  10. Azərbaycanda koronavirusa yoluxanların sayı 105 nəfərə düşdü - 5 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda 105 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 33 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 056 nəfər müalicə olunaraq sağalıb, 488 nəfər vəfat edib, aktiv xəstə sayı 2937 nəfərdir.

    Muxalifet2 - 8-08-2020

  11. Siyasi partiyalar, ictimai təşkilatlar Azərbaycan və Türkiyə prezidentlərinə müraciət etdi

    Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana
    Azərbaycan Respublikasında fəaliyyət göstərən
    ictimai-siyasi təşkilatların
    M Ü R A C İ Ə T İ

    Cənab Prezident!

    Muxalifet3 - 8-08-2020

  12. Ermənilər Gürcüstanda iğtişaşlar törədib - 5 BİNA YANDIRILIB / Video

    Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib. “Report”un yerli bürosu xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub.

    Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv gənc Axalkalakidə yerləşən 4 ev və 1 mehmanxananı yandırıblar. Yandırılan binaların sahibinin gəncin qətli ilə bağlı olduğu bildirilir.

    Muxalifet2 - 9-08-2020

  13. "Abxaziya və Osetiyanı təcavüzdən qoruduq" - MEDVEDEVDƏN ABSURD AÇIQLAMA

    "Rusiya hər zaman sərhədyanı ölkələrin sabitliyini və təhlükəsizliyini qoruyurdu və həmişə qoruyacaq. 2008-ci ildə Rusiya, Abxaziya və Osetiyanı təcavüzdən qorudu".

    Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının Baş katbinin müavini Dimitri Medvedev 2008-ci il Rusiya-Gürcüstan müharibəsini şərh edərkən deyib.

    Medvedev baş verənlərdə Gürcüstanı günahkar hesab edib:

    Muxalifet2 - 8-08-2020

  14. Azərbaycan vətəndaşı girov götürülüb: ona işgəncə verərək ailəsindən pul tələb edirlər - FOTO

    Azərbaycan vətəndaşı Ələkbərov Ələkbər Rövşən oğlu girov götürülüb. Ona işgəncə verərək ailəsindən pul tələb edirlər.

    Bu barədə Musavat.com-a Ələkbər Ələkbərovun ailə üzvləri məlumat verib.

    Məlumatda bildirilir ki, 1983-cü il təvəllüdlü Ələkbər Ələkbərovun Özbəkistanda və ya Qazaxıstanda girov götürüldüyü ehtimal edilir. Onun ailə üzvlərinə bu barədə dəqiq məlumat verilməyib.

    Musavat.com bu barədə adı çəkilən hər iki ölkənin səfirliyi ilə əlaqə saxlayıb.

    Muxalifet2 - 8-08-2020

  15. Cahangir Əsgərovun ölkədə və xaricdə daha 31 şirkəti üzə çıxdı - SİYAHI

    "Cahangir Əsgərovun AZAL-I zərərlə işlətməsinin bir səbəbi var: başı öz şirkətlərinin qazancına qarışıb. "Premium Bank” ASC 2019-cu ildə 11 milyon manat, "İpək Yolu Sığorta” ASC isə 1 milyon manat balans mənfəəti götürüb”.

    Muxalifet2 - 9-08-2020

  16. Beyrutda etirazlar: Nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi

    Livanın paytaxtı Beyrut şəhərində davam edən nümayişlərdə silah səsləri eşidilib.

    Virtualaz.org bildirir ki, güllə yarası alan polis vəfat edib.

    Qeyd olunub ki, silahlı insident zamanı nümayişçilərin də bir neçəsi ağır yaralanıb. Bundan başqa, 172 nəfər toqquşmalarda xəsarət alıb. Bildirilib ki, 55 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib. Etirazçılar Livan Banklar Asosassiyasının binasına daxil olub. Onlara Livan ordusunun ehtiyatda olan zabitləri başçılıq edir.

    Muxalifet2 - 9-08-2020

  17. “Barselona” və “Bavariya” Çempionlar Liqasının 1/4 finalına yüksəlib

    Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
     

    Apasport.az saytının məlumatına görə, martdan təxirə salınan 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində son iki matç baş tutub.
     
    Hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıblar. İngiltərədəki ilk oyunda da qalib gələn “Bavariya” “Çelsi”ni yenərək 1/4 finala yüksəlib.
     
    “Barselona” isə “Napoli”ni mübarizədən kənarlaşdırıb. İspaniya təmsilçisi İtaliyada heç-heçə etdiyi rəqibi doğma divarlar arasında məğlub edib.
     

    Muxalifet2 - 9-08-2020

  18. Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi

    Bakıda polisə soyuq silahla xəsarət yetirilib.

    Hadisə Xətai rayonunda qeydə alınıb.

    Belə ki, polis əməkdaşı oğurluq edən şəxsi yaxalayan zaman cinayətkar ona bıçaq zərbəsi endirib. Nəticədə polis həyatını qorumaq və oğurluq edən şəxsin ərazidən qaçmasının qarşısını almaq üçün öncə havaya, daha sonra ona atəş açıb.

    Muxalifet2 - 9-08-2020

  19. Bu gün Belarusda prezident seçkiləridir - 5 NAMİZƏD YARIŞACAQ

    Belarusda prezident seçkilərində əsas səsvermə günü bu gün keçiriləcək.

    Ölkə ərazisində 6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb.

    36 ölkədə yaşayan Belarus vətəndaşları isə 44 məntəqədə səs verə biləcək.

    Belarusda başqa vətəndaşların əvəzinə səsvermə, hətta etibarnamə olduğu halda da yolverilməzdir. Əgər vətəndaş sağlamlığının vəziyyətinə görə və ya başqa üzrlü səbəbdən seçkilər günündə səsvermə məntəqəsinə gələ bilmirsə, onun həmin gün olduğu yer üzrə səsvermə təşkil olunacaq.

    Muxalifet2 - 9-08-2020

  20. Gürcüstanda ermənilərin cinayətləri ilə bağlı istintaq başladı

    Gürcüstanın Daxili İşlər Nazirliyi Axalkalaki şəhərində ötən axşam baş verən qarşıdurmalarla bağlı istintaqa başlayıb.

    İstintaq qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silahın əldə olunması və saxlanılması, başqasının əmlakının zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunan qrup halında zorakılıq maddələri üzrə aparılır.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürmə və odlu silahlı qanunsuz əldə etmədə təqsirli bilinən 1983-cü il təvəllüdlü şəxs saxlanılıb. Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

    Muxalifet2 - 9-08-2020

Pages