Axtarış
The search found 105715 results in 0.033 seconds.
Search results
"Forbes" ən çox qazanan aktyorların siyahısını AÇIQLADI
"Forbes" jurnalının versiyasına görə, Amerika aktyoru və prodüseri Dueyn Conson bu il də ən çox qazanan aktyorların reytinqinə başçılıq edib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, 12 ay ərzində Conson 87.5 milyon dollar qazanıb.
O, təkcə bu il “Netflix”də nümayiş olunacaq “Red Notice” serialından 23.5 milyon dollar əldə edib.
Siyahıda iki yerdə kanadalı aktyor Rayan Reynold dayanır, o, 71.5 milyon dollar qazanıb.
Üçlüyü amerikalı Mark Uolberq tamamlayır.
Muxalifet2 - 11-08-2020
Beyrutdakı partlayışda ölənlərin sayı artdı - ƏN AZI 30 NƏFƏR DƏ...
Beyrut limanında baş verən partlayış nəticəsində ən azı 171 nəfər həlak olub.
"Sky News Arabia" telekanalının verdiyi xəbərə görə, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, ən azı 30 nəfər hələ də itkin düşmüş hesab olunur.
Qeyd edək ki, ötən gün BBC Beyrutun qubernatoru Marvan Abbuda istinadən partlayış nəticəsində 200-dən çox insanın öldüyünün ehtimal olunduğu barədə məlumat yayıb.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib.
Muxalifet2 - 11-08-2020
Bakıda qadın 30 nəfəri aldadaraq pulunu aldı
Bakıda dələduzluqda təqsirləndirilən Xədicə Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilən iş hakim Babək Pənahovun icraatındadır.
Qeyd edək ki, X.Əhmədova müxtəlif vədlər verərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib.
İş üzrə 30 zərərçəkmiş var.
Muxalifet2 - 11-08-2020
Əli Əsədovdan pandemiya dövründə kafe və restoranlarla bağlı QƏRAR
Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib.
Baş Nazir Əli Əsədovun qərarına əsasən, “qida qəbulu” sözlərinin əvvəlinə “ictimai iaşə müəssisələrinin” sözləri və “zallarında” sözündən sonra “, otaqlarında, habelə onların açıq hava sahələrində” sözləri əlavə edilib.
Muxalifet2 - 11-08-2020
ÜST-dən ilk peyvəndin qeydiyyatdan keçməsinə münasibət - "STANDARTLARA UYĞUN OLUB-OLMAMASI MÜZAKİRƏ OLUNUR"
Rusiya Prezidenti Vladimir Putinin ilk qeydiyyatdan keçmiş koronavirus peyvəndi ilə bağlı açıqlamasından sonra ÜST məsələyə münasibət bildirib.
ÜST-nin sözçüsü Tarik Yasareviçin sözlərinə görə, Rusiya istehsalı koronavirus peyvəndinin ÜST standartlarına uyğun olub-olmaması müzakirə olunur.
Muxalifet2 - 11-08-2020
Комментарий: Осень белорусского диктатора
DW
Выборы были фарсом, победа Лукашенко - результат фальсификаций. Но гражданское общество в Беларуси победило. Эпоха диктатора подходит к концу, и в Минске может начаться отсчет нового времени, считает Кристиан Триппе.
Muxalifet2 - 11-08-2020
“RAMİZ MEHDİYEV HAQDA YAZILANLAR SİFARİŞLİDİR...” - Ziya Məmmədov Mehdiyevin müdafiəsinə qalxdı
Son zamanlar Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı tənqidi fikirlərə, hətta onun ünvanına səsləndirilən ciddi ittihamlara tez-tez rast gəlinir. Nəinki müxalif mövqeli, hətta hakimiyyətə yaxın olan şəxslər, deputatlar R.Mehdiyevi ölkədəki “5-ci kolon”un əsas siması, idarəçisi kimi göstərirlər və onun Azərbaycandan daha çox Rusiyaya xidmət etdiyinə işarə vururlar.
Muxalifet2 - 11-08-2020
15 yaşlı qız özünü öldürməyə cəhd etdi, cərimələndi - VİDEO
Paytaxt Tbilisidə 15 yaşlı gənc qız özünü Kür çayına atıb.
Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə məlumatı və video görüntüləri Laşa Babuxadia adlı gənc özünün facebook səhifəsində paylaşıb.
Sözügedən şəxs qeyd edib ki, gənc qız xilasedicilər tərəfindən sudan çıxarılıb və polis tərəfindən ona özünü öldürməyə qəsd etdiyi üçün 500 lari cərimə yazılıb.
Qeyd edək ki, sözügedən hadisə ilə bağlı rəsmi hər hansı məlumat yoxdur./Publika.az
Muxalifet2 - 12-08-2020
Avropa İttifaqı Belarusu sanksiyalarla hədələdi
Avropa İttifaqı Belarusda keçirilən prezident seçkilərində zor tətbiqi, nəticələrin saxtalaşdırılması, əsassız həbslərə görə məsul şəxslərə qarşı tədbirlər görə bilər. “Qafqazinfo” “Sputnik Belarus”a istinadən bildirir ki, bu barədə Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Aİ-nin 27 ölkəsinin XİN başçıları ilə razılaşdırılmış bəyanatında deyilir.
Muxalifet2 - 12-08-2020
“Rəis məni hədələdi ki, səni içəridə dizi üstündə oturdacam” – ADP İMİŞLİ RAYON TƏŞKİLATININ SƏDRİNDƏN PREZİDENTƏ MÜRACİƏT
ADP İmişli rayon təşkilatının sədri, jurnalist Məhbub Zülfüqarlı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, DTX rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, eləcə də İmişli rayon prokuroru Valeh Səmədova müraciət edən şikayətçi yazır:
“Cənab Prezident!Muxalifet2 - 11-08-2020
Belarusda iki mindən çox insan saxlanılıb
Təkcə ötən gün ərzində Belarusda iki mindən çox insan saxlanılıb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, avqustun 10-da müxtəlif internet resurslarında ölkənin müxtəlif yaşayış məntəqələrinin mərkəzi hissəsində icazəsiz tədbirlər keçirmək çağırışları səslənib. Daxili İşlər Nazirliyi asayişi qorumaq və ictimai təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlər həyata keçirib.Muxalifet2 - 12-08-2020
“Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı - ŞƏMKİRDƏ
Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı, Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və 42 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Şirxan Aslanov narkotik vasitələrin qanunsuz satışında və saxlamaqda şübhəli bilindikləri üçün saxlanılıblar.
Muxalifet2 - 12-08-2020
İMİŞLİ SAKİNİ QOHUMLARIN QANINI TÖKDÜ – Biri öldü, digəri yaralıdır
Avqustun 11-də saat 21 radələrində İmişli rayonu, Göbəktala kəndi ərazisində 1985-ci il təvəllüdlü Amid Əmirahovun öldürülməsi, 1990-cı il təvəllüdlü Səbuhi Əmirahovun isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
İmişli Rayon Prokurorluğundan bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.Muxalifet2 - 12-08-2020
Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? - TƏBİB-dən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, avqustun 11-də Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib. Açıq havada olan kafe və restoranların gələn həftədən açılması gözlənilir. Eyni zamanda rayonlara gediş-gəliş də bərpa edilə bilərmi?
Bununla bağlı KONKRET.az-a danışan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, hazırda rayonlara gediş-gəliş məsələsi müzakirə olunur:
Muxalifet2 - 12-08-2020
İcra başçısı öz rahatlığı üçün yolları bağladı - FOTOLAR
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev mərkəzdən keçən və əsas gediş-gəliş yolu olan "Heydər Əliyev" prospektini bağlatdırıb.
Muxalifet2 - 12-08-2020
İtaliyada vəfat edən opera müğənnisinin nəşi Azərbaycana gətiriləcək – NAZİRLİKDƏN AÇIQLAMA
Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunub.
“Onun nəşinin vətənə gətirilməsi üçün şəxsi pasport məlumatlarına ehtiyac var. O, sonuncu dəfə 2000-ci ildə pasport alıb. Arxiv məlumatlarını əldə etdikdən sonra müvafiq sənədlər toplanılaraq İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət olunacaq”, - deyə məlumatda qeyd olunur.Muxalifet2 - 12-08-2020
Azərbaycan və Serbiya arasında “minaatan” qalmaqalının pərdəarxası məqamları - TƏHLİL
Nə qədər paradoksal səslənsə də, siyasətdə də etik normalara və tərəfdaşlıq prinsiplərinə sadiqliklə yanaşmaq lazımdır.
Muxalifet2 - 12-08-2020
Minskdəki kütləvi iğtişaşların koordinatorları saxlanıldı
Ötən gün Belarusun paytaxtı Minsk şəhərində kütləvi iğtişaşların koordinatorları saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə “Belta” məlumat yayıb.
Bildirilib ki, koordinatorlardan biri “Belarus” mehmanxanasından tabeliyində olan 3 nəfəri təlimatlandırıb.
Həmin şəxslər də öz növbələrində yüzlərlə adama göstərişlər verib.
Bundan başqa, avqustun 12-dən etibarən Belarus ərazisində pirotexniki vasitələrin satışı qadağan edilib.Muxalifet2 - 12-08-2020
Türkiyənin Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlir
Avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.
Muxalifet2 - 12-08-2020
Livandan Ermənistana 100-dən çox erməni gətirildi
Livandan Ermənistana 100-dən çox erməni mənşəli şəxs gətirilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Livana humanitar yardım aparan təyyarələrlə Ermənistana 100-dən çox erməni gəlib.
N.Paşinyan qeyd edib ki, iki təyyarə daha öncə, üçüncüsü isə bir neçə saat əvvəl hava limanına enib.
Muxalifet2 - 12-08-2020