Axtarış
The search found 105715 results in 0.054 seconds.
Search results
BAKİ İNZİBATİ MƏHKƏMƏSİNDƏN AĞLASIĞMAZ QƏRAR - Ali Məhkəmənin ləğv etdiyi qərardad yenidən qəbul edildi
Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlunun məhkəmə təminatı hüququna da elə məhkəmələrin özləri qadağa qoyub.
Muxalifet2 - 12-08-2020
23 gün “dəlixana”da yatızdırdılar, sonra dəli olmadığı üzə çıxdı – MƏHKƏMƏ SƏDRİ VƏ HAKİM HAQQINDA ŞOK İDDİA
Ramiz Yarıyev: “Vüsal Cəbrayılov və Elxan Əmirəliyev məni “dəlixana”ya saldırdılar”
“Cəlilabad Məhkəməsində rüşvət və korrupsiya tüğyan edir, haqq sözü deyənləri isə əzirlər”
Muxalifet2 - 12-08-2020
RUSİYA ERMƏNİSTANI AZƏRBAYCANA QARŞI SİLAHLANDIRIR - İşğalçıya hansı silahlar, hansı marşrut üzrə göndərilib? / FOTOLAR
Cənubi Qafqaz regionunu yenidən savaş meydanına çevirməyə çalışırlar. Belə anlaşılır ki, bu region uğrunda mübarizə amansız xarakter almağa başlayıb. Və bu mübarizənin bir tərəfində də məhz Ermənistanı silahlandırmaqda davam edən Rusiyanın dayandığı qətiyyən şübhə doğurmur.
Kremlin Cənubi Qafqazda tək istinad nöqtəsi artıq aciz duruma düşüb, demək olar ki, heç nəyə yaramayan Ermənistan sayılır. Halbuki Paşinyan hakimiyyəti Rusiyanı Qərbdəki yeni ağalarına satmağa, beləliklə də, ilk uyğun imkanda Kremlə xəyanət etməyə hazır olduğunu artıq dəfələrlə sübut edib.
Muxalifet2 - 12-08-2020
MASKA TAXANLAR KORONAVİRUSU YÜNGÜL KEÇİRİR - Yeni elmi araşdırma
Bütün koronavirus pandemiyası dövründə ağız maskalarına istər ictimaiyyətin, istərsə də hətta ekspertlərin münasibəti ziddiyyətli olub. Bəziləri maskaların mənasız olduğunda israr etsələr də, nəhayət ondan istifadənin zəruriliyini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və əksər hökumətlər də tanıdı.
Amma Britaniyada nəşr olunan "The Independent" qəzeti yazır ki, yoluxmalarla mübarizədə maskaların nəinki faydalı olduğunu, hətta son dərəcə faydalı olduğunu isbata yetirən elmi araşdırma keçirilib.
Muxalifet2 - 12-08-2020
“AZƏRBAYCAN TÜRKİYƏ İLƏ KONFEDERATİV ƏSASDA BİRLƏŞƏRSƏ...” - "Bununla təhlükəsizliyimiz ömürlük təmin ounlacaq"
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimlərinin avqustun 10-dək keçiriləcəyi bildirilsə də, Müdafiə Nazirliyinin rəsmi məlumatında təlimlərin birinci mərhələsinin yekunlasmasından söhbət gedir. Əslində Azərbaycan ictimaiyyəti təlimlərin tez bitməsini gözləmir, hətta Türkiyə ordu bölmələrinin və döyüş texnikalarının ölkəmizdə qalmasını çox arzulayır.
Muxalifet2 - 12-08-2020
Azərbaycanda daha 93 nəfər koronavirusa yoluxdu –2 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 33 824 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 058 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib, 2 269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Muxalifet2 - 12-08-2020
DEPUTAT - “TƏBİB” QOVĞASI - Rüfət Quliyevi narahat edən nədir?
Ardıcıl 4 dəfə, yəni az qala 20 ilə yaxındır deputat olan Rüfət Quliyevlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı arasında gərginlik olduğu üzə çıxıb.
Muxalifet2 - 12-08-2020
“Yelmar Həsənov 6 nömrəli kabinetdə oturub, camaatı soymaqla məşğuldur” – UCAR SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT
“O, məndən 37 manat əvəzinə, məcburi şəkildə 200 manat aldı”
Muxalifet2 - 12-08-2020
Gürcüstanla Azərbaycanın münasibətləri hansı səviyyədədir? - BU SUALA QONŞU ÖLKƏNİN SAKİNLƏRİ CAVAB VERDİ
Gürcüstanda rəyi soruşulanların 68%-i ölkənin Azərbaycanla münasibətlərinin yaxşı olduğunu hesab edir.
Bu barədə ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda apardığı icitmai rəy sorğusunun nəticələrində bildirilib.
Sorğuda iştirak edənlərin 13%-i Gürcüstanın Azərbaycanla münasibətlərini nə yaxşı, nə pis, 14%-i isə pis qiymətləndirib. Respondentlərin yalnız 5%-i müvafiq sualı cavablandıra bilməyib.
Rəyi soruşulanların 8%-i Azərbaycanı Gürcüstanın ən vacib siyasi tərəfdaşı, 11%-i isə ən vacib iqtisadi tərəfdaşı adlandırıb.
Muxalifet2 - 12-08-2020
Kürüyə, neftə, zəfərana əsl sahibinin əli çatana qədər islahatlar aparılmalıdır
Qədeş, kürü var?Muxalifet2 - 12-08-2020
Türkiyənin hərbi rəhbərliyi tam heyətlə Bakıya gəldi
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib.
Türkiyə KİV-ləri xəbər verir ki, onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüz müşayiət edir.
Muxalifet2 - 12-08-2020
Koronavirusa yoluxan azərbaycanlıda Sibir xorası da aşkarlandı
Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində koronavirus diaqnozu qoyulan qadında Sibir xorası da aşkarlanıb.
Bu barədə "Azadlıq" radiosunun Gürcüstan xidməti məlumat yayıb.
Pasiyent Sibir xorasına xas simptomlarla Rustavi şəhər Mərkəzi Xəstəxanasına avqustun 11-də yerləşdirilib. Yüksək temperaturlu qadın Sibir xorası və koronavirusla bağlı testdən keçirilib. Hər iki halda cavab pozitiv olub.
Qeyd edək ki, Qaracalar kəndində iyulun 24-dən avqustun 10-dək xüsusi karantin rejimi tətbiq olunub.(Report)
Muxalifet2 - 12-08-2020
Minskdə müxalifət tərəfdarları toplaşmağa başladı - VİDEO
Belarusun paytaxtı Minskin müxtəlif hissələrində müxalifət tərəfdarlarından ibarət qruplar toplaşmağa başlayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.
Agentliyin məlumatına görə, “canlı zəncirlər”, xüsusilə, “Puşkinskaya” və “Kamennaya qorka” metrostansiyalarının, eləcə də MUM-un yaxınlığındadır.
Çoxları etiraz aksiyasında həlak olanların xatirəsinə hörmət əlaməti olaraq gül-çiçək dəstələri gətirib.
Muxalifet2 - 12-08-2020
RAMİZ HƏSƏNOV DEYİLƏNLƏRİ TƏKZİB ETDİ - “Bu, tamamilə yanlış məlumatdır...”
"Mən istintaqa çağırılmamışam. Ümumiyyətlə, nə bu gün, nə də bundan əvvəl heç bir orqana dəvət edilməmişəm və heç bir ifadə verməmişəm".
Muxalifet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.
Muxalifet2 - 12-08-2020
“Belaruslar azadlıq və demokratiya istəyirlər” - POMPEO
ABŞ Belarusda nələr baş verdiyini görür və bu ölkədə seçkilərin nəticələrinin ədalətli olduğuna şübhə edir. “Qafqazinfo” “Sputnik Belarus”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo Çexiyanın Baş Naziri Andrey Babişlə Praqada keçirilən mətbuat konfransında bildirib.
“Belaruslar azadlıq və demokratiya istəyirlər, onlar buna layiqdirlər. Mülki fəalların öz fikirlərini sərbəst ifadə etmək hüququ qazanmaları və güc strukturlarının qəddar hərəkətlərindən qorunmaları vacibdir”, - Dövlət Departametinin başçısı deyib.
Muxalifet2 - 12-08-2020
Hadi Rəcəblinin rəis qardaşı işdən çıxarıldı
Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəcəbov İqbal Musa oğlu vəzifəsindən azad edilib.
Muxalifet2 - 12-08-2020
Polşada Qarabağ münaqişəsinin həllinə mane olan əsas səbəbi tapdılar - “ERMƏNİSTAN RUSİYAYA GÜVƏNİRDİ, BU DƏFƏ YANILDI...”
Azərbaycanla Ermənistan arasında iyulda yenidən kəskinləşən münaqişə, Tovuz istiqamətində baş vermiş toqquşmalar xarici analitiklərin diqqətini növbəti dəfə Qarabağ münaqişəsinə cəlb edib.
Polşa Radiosu Varşava İnstitutunun (Warsaw Institute) analitiki Qjeqoj Kuçinskinin dəyərləndirmələrini efirə verib.
Muxalifet4 - 13-08-2020
İLHAM ƏLİYEV PUTİNƏ ZƏNG ETDİ - “İyulun 17-dən sonra Ermənistana hərbi yüklər daşınması sual doğurur”
Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Muxalifet4 - 13-08-2020
“HƏR İKİ ÖLKƏ ARTIQ QƏRARINI VERİB…” –Politoloqlar Türkiyə-Azərbaycan arasındakı mövcud vəziyyəti şərh etdi
Avqustun 12-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitləri Azərbaycana səfərə gəlib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.
Muxalifet4 - 13-08-2020
Prezidentin köməkçisi koronavirusa yoluxdu
Venesuela Prezidenti Nikolas Maduronun Turizm və Mədəniyyət üzrə müşaviri Xorxe Rodriqez koronavirusa yoluxub.
Bu barədə müşavir özü sosial media hesabından açıqlama yayıb.
X.Rodriqez bildirib ki, ümumi vəziyyəti yaxşıdır, izolyasiya olunur və xəstəlikdən qurtulmaq üçün lazımi qulluğu görür.
Son rəqəmlərə görə, Venesuelada 29 min 88 nəfər koronavirusa yoluxub, 247 nəfər ölüb.
Venesuela koronavirus pandemiyasına qarşı sərt tədbir görməyən ölkələr arasındadır./Publika.az
Muxalifet4 - 13-08-2020