Axtarış
The search found 105715 results in 0.06 seconds.
Search results
Elektron qolbaq daşıyacaq şəxslərin siyahısı artırılıb
Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.
Bu barədə Prezident İlham Əliyevin avqustun 10-da imzaladığı "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda öz əksini tapıb.
Muxalifet2 - 10-08-2020
Livanda hökumət istefa verdi - SƏHİYYƏ NAZİRİ AÇIQLADI
Livan hökuməti istefa verib.
Bu barədə ölkənin Səhiyyə naziri Nazirlər Kabinetinin iclasından sonra bildirib.
Beləliklə, Livan hökuməti cümə günündən kütləvi toqquşmalara çevrilən mitinqlərə çıxan yerli sakinlərin tələblərindən birini yerinə yetirəcək. Onlar, həmçinin parlamentin buraxılmasını və islahatların keçirilməsini tələb edirdilər.
Cümə günü mitinqçilər dörd nazirliyin binasını ələ keçirmişdilər, amma ordu onları hökumət komplekslərindən çıxarmağa müvəffəq olmuşdu.
Muxalifet2 - 10-08-2020
“Batka” bir ssenari qurdu, hər şeyi tərsinə çevirdi: Kreml hələlik onun “oyun şərtləri” ilə barışmaq zorundadır
Belarus prezidenti Aleksandr Lukaşenko həm ABŞ və Qərblə, həm də Rusiya ilə geniş manevr imkanları qazanmış kimi görünür...
Muxalifet2 - 10-08-2020
Gürcüstanda ermənilər tərəfindən azərbaycanlı ailəyə hücum olub - FOTO
Ötən həftə Gürcüstanın ermənilərin yığcam yaşadıqları Axaltsixe bölgəsində yaşayan Mərdəliyevlər ailəsinə hücum olub.
“Report”un yerli bürosu xəbər verir ki, bir qrup şəxs gecə saatlarında məhsəti türkləri olan Azərbaycan vətəndaşlarına məxsus avtomobilə ziyan vurublar, milli zəmində təhqiramiz ifadələr işlədiblər.
Muxalifet2 - 10-08-2020
“GÜNAHKAR” - Elşən İsmayıldan yeni və fərqli film!
Gənc rejissor bir müddətdir ki, yeni filmin üzərində işləyir.
Muxalifet.az xəbər verir ki, bu dəfə sənətkar öncəki filmlərdəki kimi milli-ideoloji deyil, tamamən fərqli bir mövzuya müraciət etmişdir.Muxalifet2 - 10-08-2020
"Müxalifət liderinə qarşı sui-qəsd hazırlanmışdı..." - BELARUS KQB-SİNİN SƏDRİ
Belarus KQB sədri Valeri Vakulçik prezidentliyə namizəd Svetlana Tixanovskayaya qarşı sui-qəsd hazırlandığını açıqlayıb.
Bu barədə Belarus rəsmi “BelTA” agentliyi məlumat yayıb.
"Ortaq qərargahdan verilən məlumata görə, onlar Tixanovskayaya qarşı hazırlanan sui-qəsd cəhdindən qorxurlar”, - Vakulçik Belarus televiziyasının efirində deyib.
Bundan bir qədər əvvəl isə, Daxili İşlər Nazirliyinin əməkdaşları ekstremizmə qarşı mübarizədə qurban lazım olduğuna dair məlumat əldə ediblər.
Muxalifet2 - 10-08-2020
Belarusdakı vəziyyəti yaxından izləməyə davam edəcəyik - AVROPA İTTİFAQI BƏYANAT YAYDI
Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Aİ-nin Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi Belarusdakı prezident seçkilərlə bağlı bəyanat yayıb.
Bu barədə Aİ-nin rəsmi sayında məlumat verilib.
“Avqustun 9-da Belarus Respublikasında prezident seçkiləri keçirildi. Avropa İttifaqı dəfələrlə seçkilərin düzgün keçiriləcəyinə dair ümidlərini ifadə edib.
Muxalifet2 - 10-08-2020
Almaniya pislədi, Polşa sanksiyalara çağırdı - Lukaşenkonun növbəti qalibiyyətinə sərt təpki
Avqustun 9-da Belarusda keçrilən prezident seçkilərininin nəticələrinə və etirazların zola dağıdılmasına bəzi Avropa ölkələrinin reaksiyası sərt olub.
Almaniya hökuməti Belarusdakı prezident seçkilərinin demokratik seçkilərə dair minimal standartlara cavab vermədiyini, bunun yolverilməz olduğunu bəyan edib. Hökumətin rəsmi sözçüsü Şteffen Saybert nümayişçilərə qarşı güc tətbiqini pisləyib.
Muxalifet2 - 10-08-2020
Buraxılış imtahanlarının nəticələri elan olundu - RƏSMİ
11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri elan olunub.
Muxalifet2 - 11-08-2020
Beyrutda yenidən iğtişaşlar başladı - ETİRAZÇILARA ZOR TƏTBİQ OLUNUB
Livanın paytaxtı Beyrutda yenidən etiraz aksiyaları başlayıb.
"RİA Novosti” xəbər verir ki, nümayişçilər ölkə parlamentinin binasını və onun qarşısında olan polislərə daş atıblar.
Hüquq mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, Livanın baş naziri Həsən Diyab xalqa müraciətində hökumətin tam tərkibdə istefa verdiyini bəyan edib.
Muxalifet2 - 11-08-2020
Slovakiya rusiyalı diplomatları ölkədən çıxardı - DE-ŞİFRƏ OLUNUBLAR
Slovakiya Rusiya diplomatlarını casusluqda ittiham edərək ölkədən çıxarıb.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Slovakiyanın “Markiza” kanalı isə bildirib ki, söhbət üç diplomatdan gedir. Bildirilib ki, onlar Rusiya xüsusi xidmət orqanlarının işçiləridir.
Xatırladaq ki, 2018-ci ildə də Slovakiya rusiyalı diplomatın casusluq fəaliyyəti ilə məşğul olduğunu iddia edərək onu ölkədən göndərib.
Muxalifet2 - 11-08-2020
"Dünyanın koronavirusdan qurtulacağı tarix..." - BİLL QEYTS AÇIQLADI
Koronavirus pandemiyasını yalnız iki il yarım sonra dayandırmaq mümkün olacaq.
Bbu barədə “Microsoft”un təsisçisi Bill Qeyts “Wired”ə müsahibəsində deyib.
“Məndə belə təəssürat yaranır ki, biz, zəngin dünya, əsasən, 2021-ci ilin sonuna bunun öhdəsindən gələcəyik, bütövlükdə dünya isə bunu 2022-ci ilin sonuna qət edəcək”, - Qeyts qeyd edib.
Eyni zamanda, milyarderin sözlərinə görə, pandemiya malyariya, poliomielit və HİV ilə mübarizə aparmaq üçün dərman axtarışında irəliləyişi əhəmiyyətli dərəcədə yavaşlayıb.
Muxalifet2 - 11-08-2020
Serbiya Baş nazirinin müavini Bakıda görüşlər keçirir - FOTO
Azərbaycan və Serbiya hökumət nümayəndələrinin iştirakı ilə görüş keçirilir.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov iştirak edirlər.
Muxalifet4 - 11-08-2020
Ələkbər Ələkbərovun Qazaxıstanda qanlı oyunu ifşa olundu - OĞURLANDIĞINI SƏHNƏLƏŞDİRİB VƏ... / FOTO
Bu günlərdə musavat.com və ona istinadən bir çox KİV-lər Qazaxıstanda, yaxud Özbəkistanda Azərbaycan vətəndaşının girov götürüldüyü, naməlum şəxslərin ona işgəncə verdiyi və yaxınlarından iri məbləğdə pul tələb etdiyi barədə xəbər dərc etmişdi. Bildirilirdi ki, 1983-cü ildə anadan olmuş Ələkbərov Ələkbər Rövşən oğlu Özbəkistana, yaxud Qazaxıstana qonaq qismində gedib və orada girov götürülüb. Sayt həmin şəxsin qan içində, paltarları cırılmış və əlləri bağlanmış halda yerə uzanmış vəziyyətdə fotosunu və videosunu da dərc etmişdi.
Muxalifet4 - 11-08-2020
Ərdoğan Ceyhun Bayramovu və Zakir Həsənovu qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovu və Azərbaycanın Müdafiə naziri Zakir Həsənovu qəbul edib.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Prezidentinin saytı məlumat yayıb.
Qəbulda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Milli Müdafiə naziri Hulusi Akar da iştirak ediblər.
Muxalifet4 - 11-08-2020
“İNSANLARLA DONUZ KİMİ RƏFTAR EDİRLƏR...” - Minskdəki milis şöbəsindən kadrlar yayıldı - VİDEO
Sosial şəbəkələrdə Belarusda avqustun 9-da keçirilən prezident seçkisindən sonra baş tutan etiraz aksiyalarının sərt şəkildə dağıdılmasına dair çoxsaylı videolar yayılıb. Azpolitika.info xəbər verir ki, belə videoların biri də aksiyalarda həbs olunan şəxslərə qarşı Minskin milis şöbələrində göstərilən münasibəti əks etdirir.
Muxalifet4 - 11-08-2020
AZAL-da “TƏMİZLƏMƏLƏR” BAŞLADI - Şirkətdə bir qrup vəzifəli şəxs işdən çıxarılıb
Prezident İlham Əliyevin bir neçə gün əvvəl keçirdiyi müşavirədə bəzi dövlət şirkətlərinin fəaliyyətini kəskin tənqid etməsindən sonra həmin qurumlarda təmizləmə əməliyyatına start verilib.
Muxalifet.az olaylar.az-a istinadla xəbər verir ki, "təmizləmə əməliyyatının" həyata keçirildiyi qurumlardan biri də AZAL-dır.
Muxalifet4 - 11-08-2020
“Bu, Azərbaycanın altına dinamit qoymaq kimi bir şeydir” – QAFAR ÇAXMAQLI
“Biz öz türk adımızı ilk dəfə bu coğrafiyada özümüzə qaytardıq”
“Türkiyənin bölgədə fəallaşması ilə “beşinci kolon” özünü biruzə verdi…”
Muxalifet4 - 11-08-2020
BİRGƏ TƏLİMLƏR AZƏRBAYCANA NƏ QAZANDIRDI? – “Açıq mesaj verildi ki, Türkiyə Azərbaycanı tək qoymayacaq"
Avqustun 10-da Azərbaycan-Türkiyə birgə hərbi təlimləri yekunlaşdı. Naxçıvanda, Bakıda, Kürdəmirdə, Gəncədə gerçəkləşdirilən təlimlərdə silahlı qüvvələrin əsas birlikləri döyüş atışını, hücum və müdafiə əməliyyatlarını məşq edib. Hər iki ölkənin Müdafiə Nazirliklərinin vaxtaşırı yaydıqları məlumatda birgə təlimlərin kifayət qədər uğurlu və səmərəli olduğu bildirilib.
Muxalifet2 - 11-08-2020
Azərbaycanda daha 84 nəfər koronavirusa yoluxdu – 3 PASİYENT VƏFAT ETDİ
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 856 nəfər müalicə olunaraq sağalıb, 495 nəfər vəfat edib, aktiv xəstə sayı 2 380 nəfərdir.Muxalifet2 - 11-08-2020