Axtarış

The search found 105715 results in 0.036 seconds.

Search results

  1. Serbiya Prezidenti İlham Əliyevə zəng etdi - ERMƏNİSTANA SİLAH TƏDARÜKÜNƏ GÖRƏ

    Avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

    Muxalifet2 - 7-08-2020

  2. TÜRKİYƏ AZƏRBAYCANI ARALIQ DƏNİZİNƏ DƏVƏT EDİR - Bakı hərbi təlimlərə qoşulacaqmı?

    Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan Türkiyənin “Aralıq dənizi qalxanı” təlimlərində iştirak edəcək. Azərbaycan Rusiyadan sonra Xəzər dənizində güclü donanmalardan birinə sahibdir. Müxtəlif xəbərlərə görə, iki ölkənin hərbi dəniz qüvvələri arasında yekun anlaşmanın əldə olunmaq üzrədir.

    Muxalifet2 - 7-08-2020

  3. Zukerberqin sərvəti 100 milyard dolları ötüb

    Dünyanın ən varlı insanlarından biri, “Facebook” sosial şəbəkəsinin yaradıcılarından olan Mark Zukerberqin sərvəti ilk dəfə 100 milyard ABŞ dolları həddini keçib.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

    Muxalifet2 - 7-08-2020

  4. ЦИВИЛИЗАЦИЯ ТЫСЯЧЕЛЕТИЯ НАЧИНАЕТСЯ С ТУРАН

    ОТЮКЕНОМ современного ТУРАН-а является КАРАБАХ

    Muxalifet2 - 7-08-2020

  5. BEYRUT LİMANI PARTLADILDI, HƏDƏFDƏ HANSI LİMANLARDIR? - Türkiyə Mersin və İskəndərunun təhlükəsizliyinə çox ciddi diqqət ayırmalıdır

    COVİD-19 pandemiyası bütün dünya gündəmini ələ aldığı bir vaxtda, Orta Şərqdə hadisələr getdikcə daha da gərginləşir. Hətta ABŞ-da seçkilərin yaxınlaşması ilə əlaqədar yeni güclü qarşıdurmaların yaranacağını da istisna etmək olmaz.

    ABŞ-ın terror təşkilatları ilə əməkdaşlığına yeni bir nümunə

    Muxalifet2 - 7-08-2020

  6. Rayonlara getmək istəyən şəxslərə DYP-dən XƏBƏRDARLIQ

    Son günlər şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, “icaze.e-gov.az” portalı vasitəsi ilə tərk etmək sisteminin 5 avqust 2020-ci il tarixdən ləğv edilməsi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan, lakin respublikanın müxtəlif rayonlarında daimi qeydiyyatda olan şəxslər məzuniyyətə çıxmalarını əsas gətirərək bu inzibati ərazilərdən çıxmağa çalışırlar.

    Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

    Muxalifet2 - 7-08-2020

  7. Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a düşdü - 4 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

    Muxalifet2 - 7-08-2020

  8. Karantin yenidən yumşalır, bir sıra iş yerləri, ticarət obyektləri açılır - SİYAHI

    COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

    Muxalifet2 - 7-08-2020

  9. Rayonlara giriş-çıxış qaydaları müəyyənləşdi

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi bir sıra qaydalarla həyata keçiriləcək.
     
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.
     

    Muxalifet2 - 7-08-2020

  10. SƏSİN DÜŞƏR YADIMA...

    Səsin düşər yadıma
    hər yağış yağanda...
    Yağışın hər damlası
    səni andırır...
     
    Səsin düşər yadıma:
    ildırımın çaxması
    və yağış damcılarının
    üzümə çarpması
    kimi...
     
    Səsin düşər yadıma:
    arzular hayqıranda,
    dəlisov hislərim
    səni axtaranda...
     
    Qaçaram bu eldən,
    açaram yeni ömrə
    bir qapı, əlimdə açar...
    Saçar işıqlarını gecənin aydınlığı
    ayın ardından, yağışla birgə...
     
    Və ömür
    bir piano
    melodiyası kimi
    axdıqca yada sən düşürsən...

    Muxalifet2 - 7-08-2020

  11. Bu şəhərlər və rayonlar üzrə 190 manat ödəniləcək - QƏRAR VERİLDİ

    Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib. 

    Muxalifet.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. 

    Muxalifet2 - 7-08-2020

  12. "Ərzaq olaraq evdə divar, tavan, əlüzyuyan var, belə getsə, onları yeyəcəyik” - KARANTİNƏ GÖTÜRÜLƏN AİLƏ

    Altı nəfərlik ailənin tək işçi qüvvəsi olan Rəhman Cəfərovun həyat yoldaşı və oğlu bir neçə gün əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirib. Ailənin digər üzvlərindən test götürülüb və onlar ev karantininə alınıb.

    Muxalifet2 - 7-08-2020

  13. Putin Lukaşenkoya zəng etdi -"VAQNER"ÇİLƏRİ TƏLƏB ETDİ

    Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonda danışıb.

    Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

    Tərəflər Belarusda saxlanılan rusiyalılarla bağlı vəziyyəti müzakirə ediblər. Onlar rusiyalıların Belarusda saxlanması ilə bağlı vəziyyətin “qarşılıqlı anlaşma ruhunda” nizama salınacağına əmin olduqlarını bildiriblər.

    Muxalifet2 - 7-08-2020

  14. Ronaldu "Yuventus"da yeni rekorda imza atdı

    İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu komandada mövsüm üzrə qol sayında rekorda imza atıb.

    "Report" xəbər verir ki, portuqaliyalı hücumçu Çempionlar Liqasının 1/8 finalının Fransa “Lion”u ilə cavab matçında dubl edib.

    Beləliklə, Ronaldu mövsüm ərzində qollarının sayını 37-yə çatdırıb. Bu göstərici klub rekordu olub.

    Əvvəlki rekord 95 il əvvəl qeydə alınıb. 1925/1926 mövsümündə bu rekorda Ferens Xirzer imza atıb. O, 35 qol vurub.

    Muxalifet2 - 8-08-2020

  15. Çində daha bir təhlükəli epidemiya yayılır - YENİ NÖV VƏBA

    Çinin şimalındakı Daxili Monqol Muxtar Vilayətinin Bayan-Nur şəhərinin yerli hakimiyyət orqanları vəba xəstəliyindən daha bir ölümün baş verdiyini bildiriblər.

    TASS xəbər verir ki, bu barədə Regional Gigiyena və Səhiyyə məsələləri Komitəsi bildirib.

    Bəyanatda bildirilir ki, şəhərdə 2020-ci ilin sonuna kimi epidemiologiya təhlükəsinə yüksəldilmiş (3-cü) reaksiya səviyyəsi tətbiq edilib.

    Muxalifet2 - 8-08-2020

  16. TÜRKİYƏ ORDUSUNDAN MÖHTƏŞƏM ƏMƏLİYYAT - Daha bir qrup terrorçu məhv edildi

    PKK-nın İraqdakı daha bir neçə terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib. 

    “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində bildirilir.

    Qeyd edilir ki, İraqn şimalındakı Asos ərazisində yeddi terrorçu hava zərbəsi ilə məhv edilib. Silahlıların yeri Türkiyənin xüsusi xidmət orqanlarının və Silahlı Qüvvələr komandanlığının koordinasiyalı işi nəticəsində müəyyən edilib.

    Muxalifet2 - 8-08-2020

  17. Rusiyanın Gürcüstana təcavüzündən 12 il ötür - DÖVLƏT BAYRAQLARI ENDİRİLDİ

    Bu gün Rusiya və Gürcüstan arasındakı 2008-ci ilin avqust müharibəsinin 12-ci ildönümü tamam olur.

    “Report”un yerli bürosu xəbər verir ki, müharibədə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstanın prezident sarayı, hökumət administrasiyası, parlament binası və digər dövlət idarələrində bayraqlar endirilib.

    Müharibənin ildönümünə həsr olunan anım mərasimləri bütün ölkə ərazisində və Gürcüstanın xarici ölkələrdəki səfirliklərində keçiriləcək. 

    Muxalifet2 - 8-08-2020

  18. 300-dən çox azərbaycanlı Gürcüstandan təxliyə olunur

    Gürcüstanda daha 352 nəfər azərbaycanlının Azərbaycana təxliyəsi prosesi başlanılıb.

    Muxalifet.az xəbər verir ki, hazırda həmin şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır.

    Onların hamısının ötən gün koronavirusla bağlı verdikləri testlərin cavabı neqativ çıxıb. Həmin şəxslərin 107-si Azərbaycan vətəndaşı, 233-ü Gürcüstan, 12-si isə Rusiya vətəndaşıdır.

    Muxalifet2 - 8-08-2020

  19. Bakıda qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlandı

    Səbail rayonu, Əlibəyov qardaşları küçəsi 42, mənzil 9-da yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.
    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat veriib.

    Muxalifet2 - 8-08-2020

  20. Beyrut limanını “Hizbullah” partladıb? - Həsən Nəsrullah AÇIQLADI

    “Hizbullah” lideri Həsən Nəsrullah rəhbərlik etdiyi təşkilatın Beyrut dəniz limanında baş vermiş partlayışla heç bir əlaqələrinin olmadığını bildirib.

    APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Jazeera” məlumat yayıb.

    Şiə qruplaşmasının rəhbəri sözügedən limanın ərazisindəki anbarda onlara məxsus heç bir silah-sursat və ya maddi sübut olmayıb. 

    O, partlayışı törədənlərin harada olduqlarından asılı olmayaraq, aşkar edilib cəzalandırılacağına ümid etdiyini söyləyib.

    Muxalifet2 - 8-08-2020

Pages