Axtarış
The search found 105715 results in 0.08 seconds.
Search results
Gələn həftə Məhərrəm ayı başlayır -AVQUSTUN 30-U AŞURA GÜNÜDÜR
Gələn həftə, avqustun 21-də Məhərrəm ayı başlayacaq.
Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u Aşura günüdür.
Sentyabrın 19-da başlayacaq Səfər ayı oktyabrın 19-da başa çatacaq.
Muxalifet2 - 10-08-2020
Belarusda seçkilərin ilkin nəticələri açıqlandı - LUKAŞENKO BÖYÜK SƏS FƏRQİ İLƏ ÖNƏ ÇIXARILIB...
Belarusda Aleksandr Lukaşenko 80,23% səslə prezident seçkilərində qalib olub.
Muxalifet.az xəbər verir ki, bunu Belarusun Mərkəzi Seçki Komissiyası açıqlayıb
Muxalifet2 - 10-08-2020
Belarusda nümayişlərdə yüzlərlə insan saxlanıldı - ÖLƏN VƏ YARALANANLAR VAR
Belarusda prezident seçkilərinin nəticələrinə etiraz edən 213 nəfər saxlanılıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu ölkənin “Vesna” hüquq müdafiəsi mərkəzi açıqlayıb.Muxalifet2 - 10-08-2020
Həbs olunan generalı istintaq təcridxanasından buraxdılar - ƏFQAN NAĞIYEV EV DUSTAĞI OLDU...
Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs olunan Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.
Virtualaz.org-a məlum olub ki, avqustun 8-də Bakı Hərbi Məhkəməsi Ə.Nağıyev barəsindəki həbs qətimkan tədbiri qərarını dəyişərək onu ev dustaqlığı ilə əvəz edib. Ə.Nağıyev hazırda evində nəzarət altındadır.
Muxalifet2 - 10-08-2020
“Zorakılıq etməyin!...” - Tixanovskaya çağırış etdi
Sveatlana Tixanovskayanın köməkçisi Mariya Kalesnikava prezidentliyə namizədin müraciətini oxuyub.
O, müraciətində təhlükəsizlik qüvvələri və Belarus vətəndaşlarını zorakılıqdan çəkinməyə çağırıb. “Hazırda qərar qəbul edənlərdən, xüsusi qüvvələrin komandirlərdən xahiş edirəm: dinc sakinlərə qarşı gücdən istifadə etməyin”, – o deyib.
Muxalifet2 - 10-08-2020
Koronavirus varlı ölkələrdə bu tarixdə bitəcək, kasıblarda isə... - Bil Qeytsdən qorxulu AÇIQLAMA
"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı şəxslərindən olan Bill Qeyts koronavirusla bağlı açıqlaması ilə diqqət çəkib.
Muxalifet.az "haberler"-ə istinadla bildirir ki, o, minlərlə insanın ölümünə səbəb olan koronavirusun 2022-ci ilə qədər aramızda olacağını söyləyib.
Ölkələri varlı və kasıb olmaqla fərqləndirən Bil Qeyts koronavirusun varlı ölkələrdə 2021-ci ilin, kasıb ölkələrdə isə 2022-ci ilin sonlarında bitəcəyini bildirib.(Milli.az)Muxalifet2 - 10-08-2020
BAHALI MƏRMƏRLƏR, QIZIL SUYUNA ÇƏKİLƏN DİVARLAR... - "Azərsu" rəhbərinin Prezident sarayını kölgədə qoyan villasının FOTOLARI YAYILDI
Muxalifet2 - 10-08-2020
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.
Dövlət başçısı A.Lukaşenkonu prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Belarus xalqının firavanlığı və ölkənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Muxalifet2 - 10-08-2020
Zelenski belarusların mübarizsinə dəstək verdi
Ukrayna Prezidenti Vladimir Zelenski belarusların dəyişikliklərlə bağlı mübarizələrinə dəstək verib.
Bu barədə o, rəsmi “Telegram” səhifəsində yazıb.
“Qonşularımızı maksimum tolerantlığa, səbr etməyə və küçə zorakılığından imtina etməyə çağırırıq.
Ukrayna və şəxsən mən Belarusun güclü iqtisadiyyatı və sabit sosial münasibətləri olan və sözün əsl mənasında müstəqil, demokratik bir ölkə olmasında son dərəcə maraqlıyıq”,-deyə Ukrayna lideri vurğulayıb./Virtualaz.org
Muxalifet2 - 10-08-2020
Ölkədən qaçdığı deyilən Lukaşenkodan İLK BƏYANAT
Belarus lideri Aleksandr Lukaşenko dünən ölkədə keçirilən prezident seçkilərindən sonra ilk bəyanatını verib.
BELTA saytı xəbər verir ki, avqustun 10-da Lukaşenko Belarus Milli Biotexnologiya QSC-də olub.
“İnsanlar, siyahət vahid olmalıdır”, - deyə Lukaşenko səfəri zamanı bildirib.
Lakin müxalif resurslar onun dünən ölkəni tərk etdiyini deyir. “PlaneFinder” saytının məlumatına əsasən, Lukaşenko Türkiyəyə uçub.
Muxalifet2 - 10-08-2020
Rüşvət alarkən yaxalanan vəzifəli şəxslərdən xəbər var...
Xidməti vəzifələrinin icrası ilə əlaqədar malik olduğu statusla bir araya sığmayan hərəkətlər edən, tutduğu vəzifədən öz şəxsi mənafeləri naminə istifadə edən, bu cür hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.
Muxalifet2 - 10-08-2020
AzTV-nin xanım əməkdaşının rüsvayedici şəkillərini yayan şəxs həbs edildi - ŞANTAJ İDDİASI
Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şantaj edən şəxs həbs edilib.
Muxalifet2 - 10-08-2020
MUXALİFET.AZ-IN YAZISINA DİN-DƏN REAKSİYA – “S.Məmmədovaya məxsus pensiya kartından 234 manat pulu çıxaran şəxsin görüntüləri “Kapital” bank ASC-dən götürülmüşdür...”
Muxalifet.az saytında dərc olunan “LERİK SAKİNİ POLİSDƏN ŞİKAYƏTÇİDİR – “Mənə dedi ki, biz neçə nəfəri belə şəkillərlə içəri salmışıq…” – sərlövhəli yazıya Daxili İşlər Nazirliyindən (DİN) reaksiya verilib. Nazirliyin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev tərəfindən redaksiyamıza daxil olan məktubu olduğu kimi dərc edirik:
Muxalifet2 - 10-08-2020
İCRA BAŞÇISI VƏ MÜAVİNİ HAQQINDA SENSASİON İDDİALAR - "DOST" İş Mərkəzinin xətti ilə dövlətin milyonlarla vəsaiti necə talan olunur… / PREZİDENTƏ MÜRACİƏT
Ucar rayon sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Nazim Rəcəbova müraciət edən sakinlərin məktubunu olduğu kimi dərc edirik:
“Biz bu şikayət ərizəsini imza edən şəxslər "DOST" İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayonu Kommunal Müəssisələr Kombinatında fəhlə vəzifəsində işləyirik.Muxalifet2 - 10-08-2020
"AKSİYALARI SİZ TƏŞKİL ETMİSİNİZ..." - Lukaşenko Polşa, Britaniya və Çexiyanı ittiham etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident seçkilərindən sonra ölkədə keçirilən aksiyalara görə Polşa, Britaniya və Çexiyanı ittiham edib.
"Belta" agentliyinin verdiyi məlumata görə, bu barədə o, MDB İcra Komitəsinin sədri, MDB-dən olan müşahidə missiyasının rəhbəri Sergey Lebedevlə görüşündə bildirib.
A. Lukaşenko 9 avqust mitinqləri zamanı nümayişçilərin Polşa, Britaniya və Çexiyadan gələn telefon zəngləri ilə idarə edildiyini bildirib.Muxalifet2 - 10-08-2020
Kasıbların kralı: xalqı aclıq çəkir, özü dəbdəbə içində üzür... - VI MƏHƏMMƏD VƏ ONUN GÜZƏRANI
Mərakeş kralı VI Məhəmməd 2,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı monarxlarından biri hesab olunur. Dövlət xəzinəsi birbaşa sərəncamında olan kral özü və ailəsinə heç bir korluq vermir. O, hər il təkcə cib xərcliyinə 40 milyon dollar ayırır. Dövlət başçısının qarajında “Maybach”, “Aston Martin”, “Ferrari” və onlarla digər dəbdəbəli və tuninq avtomobillər var.
Muxalifet2 - 10-08-2020
"RUSİYANIN DAĞILMASINI İSTƏMİRSİNİZSƏ..." - Cahandar Bayoğludan Yevgeni Satanovskiyə AÇIQ MƏKTUB
Şərqşünas və iqtisadçı professor, Rusiya Dövlət Dumasında dini təşkilatlar və vicdan azadlığı komitəsinin baş eksperti, TV kanallarda şərhçi kimi tanınan Yevgeni Satanovski cənabları, sizi bizlər daha çox son zamanlar “Ermənistan”- Rusiya hərbi birliklərinin Azərbaycan Respublikası ərazisinə hərbi təcavüz zamanı yaranmış krizislərin üzərindən oynanılan siyasi proseslərdən tanıyırıq.
Muxalifet2 - 10-08-2020
Pentaqon Ermənistanda və Azərbaycanda yarasa toplayır? - ERMƏNİ EKSPERTDƏN İDDİA
Ermənistanda Pentaqonun eqidası altında yarasaların toplanması proqramı həyata keçirilir.
Erməni mənbələri xəbər verir ki, bu barədə zoonoz xəstəliklərə nəzarət veterinat səhiyyənin təşkili üzrə ekspert, “Vahid sağlamlıq” koalisiyasının lideri Qriqor Qriqoryan bildirib.
“Pentaqonun Ermənistan ərazisində həyata keçirdiyi layihələrdən biri Şərqi Avrasiyada yaşayan yarasaların toplanması proqramıdır”,-o deyib.
Muxalifet2 - 10-08-2020
LUKAŞENKO ETİRAZÇILARI “QOYUN” ADLANDIRIB – “Polşadan, Böyük Britaniyadan, Çexiyadan zənglər olub...”
Məlum olduğu kimi, Belarusda keçirilən prezident seçkilərindən sonra baş tutan kütləvi etiraz aksiyalarına hakimiyyət tərəfindən sərt şəkildə müdaxilə olunub.
Azpolitika.info xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi min nəfəri Minskdə olmaqla, ölkə üzrə 3 minədək etirazçının saxlandığını, toqquşmalar zamanı 50-dən çox dinc sakinin, 39 hüquq-mühafizə əməkdaşının xəsarət aldığını rəsmən bəyan edib.
Muxalifet2 - 10-08-2020
Azərbaycanda daha 79 nəfər koronavirusa yoluxdu, 2 NƏFƏR VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 33 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib, 2 513 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Muxalifet2 - 10-08-2020