Axtarış

The search found 105715 results in 0.06 seconds.

Search results

  1. “MAVİ DƏBİLQƏLİLƏR”İN LİVANDA QALIB-QALMAYACAĞI SUAL ALTINDADIR –ABŞ fürsətdən istifadə edərək "Hizbullah"ı daha da zəiflətmək istəyir

    Marianna Belenkaya

    “Kommersant”, 13.06.2020

    Muxalifet4 - 13-08-2020

  2. İRAN İRAQDAN VƏ LİVANDAN SONRA SURİYANI DA İTİRİR –Onun ən optimal seçimi Türkiyə ilə anlaşmaqdır

    Umut Başar

    İran, 12.09.2020-ci il

    Muxalifet4 - 13-08-2020

  3. MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ DAHA BİR DƏYİŞİKLİK - Keçmiş Baş prokurorun qardaşı vəzifədən azad edildi

    Mədəniyyət nazirliyində kadr dəyişikliyi davam edir.

    Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov yaş həddinə görə nazirliyin aparat rəhbəri Fikrət Babayevi öz ərizəsi ilə işdən azad edib.

    Qeyd edək ki, Fikrət Babayev sabiq Baş prokuror Murad Babayevin qardaşıdır.

    Muxalifet4 - 13-08-2020

  4. Neymar Messinin rekordunu yenilədi

    PSJ-nin hücumçusu Neymar yeni rekorda imza atıb.

    Apasport.az saytının məlumatına görə, braziliyalı forvard buna Çempionlar Liqasının 1/4 final mərhələsində “Atalanta” ilə qarşılaşmada nail olub.

    Dünənki görüşdə 16 dəfə uğurlu driblinq edən 28 yaşlı oyunçu bu baxımdan 2019/20 mövsümünün rekordunu yeniləyib. Ona qədər ən yüksək göstərici “Barselona”nın kapitanı Lionel Messi və “Napoli”nin hücumçusu Lorenzo İnsinyeyə məxsus idi. Hər iki futbolçu bir matçda 11 uğurlu driblinqlə yadda qalıb.

    Muxalifet4 - 13-08-2020

  5. Ukraynada “Lotu Quli”nin adamları həbs olundu - SAHIBKARI QAÇIRMAĞA ÇALIŞIBLAR...

    Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessa şəhərində “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun dəstəsinin üzvlərini saxlayıb.
    Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
    Bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Odessa şəhərində xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində “Lotu Quli”nin dəstəsinin iki üzvü saxlanılıb.
    Qeyd olunub ki, saxlanılan şəxslər regiondakı sahibkarların oğurlanmasında, quldurluq və soyğunçuluqda təqsirli bilinirlər.

    Muxalifet4 - 13-08-2020

  6. Azərbaycanlı kriminal avtoritet öldürüldü

    Ukraynada paytaxt Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb.
    Hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı zamanı mübahisə zəmnində baş verib.
    Avqustun 10-da baş vermiş insident zamanı M. Hüseynov ürək nahiyədən aldığı bıçaq zərbəsindən yerindəcə ölüb.
    Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəməsi onlar barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçib.

    Muxalifet4 - 13-08-2020

  7. İlham Əliyevin Putinə zənginin əsas səbəbi nə idi? – “Təxribatlar bir-bir onun diqqətinə çatdırılıb...”

    Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfər edəcəyi xəbəri günlər öncəsindən yayılmışdı. Müdafiə naziri Zakir Həsənovun Ceyhun Bayramovla birgə Ankaraya gedib Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdüyü xəbəri isə həmin gün yayıldı. Ceyhun Bayramovun Türkiyəyə səfəri və görüşləri geniş işıqlandırıldı, Zakir Həsənovun isə Ankarada hansı mövzuları müzakirə etməsi haqqında məlumat yayılmadı.

    Muxalifet4 - 13-08-2020

  8. “LUKAŞENKO BELARUSU TƏRK ETMƏLİ OLACAQ...” - Rusiya siyasi elitasından Minskdə baş verənlərə fərqli münasibət

    Prezident seçkisindən sonra Belarusda baş verənlər bütün dünyanın gündəm mövzusu olsa da, bu hadisələrin ən çox müzakirə olunduğu ölkə Rusiyadır. Muxalifet.az azpolitika.info-ya istinadən xəbər verir ki, Rusiyanın aparıcı siyasi qüvvələrinin təmsilçiləri mətbuata açıqlamaları və sosial şəbəkələrdəki paylaşımlarında Minskdə baş verənlərlə bağlı fərqli mövqe sərgiləməkdədirlər.

    Muxalifet4 - 13-08-2020

  9. XİN STRUKTURUNDA DİPLOMATLARLA PULLAR OĞURLANIB - İstintaqla bağlı yeni sensasiyalı xəbərlər

    Dövlət Təhlükəsizlik Xidmətinin ötən ayın 3-ü və 10-da Xarici İşlər Nazirliyində (XİN) apardığı antikorrupsiya həbslərinin miqyası böyüməkdədir. Nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla bir neçə XİN əməkdaşının həbsindən sonra nazirlikdə digər rəhbər şəxslərin, nazir müavinlərin də istintaqa cəlb olunacağı gözlənilirdi. 

    Muxalifet4 - 13-08-2020

  10. TÜRK ORDUSUNDAN MÖHTƏŞƏM ƏMƏLİYYAT - PKK lideri və 2 general məhv edildi

    Türk PUA-larının PKK lideri Cəmil Bayıka qarşı keçirdiyi əməliyyatın təfərrüat barədə “Sabah” nəşri məlumat yayıb. 

    Muxalifet4 - 13-08-2020

  11. Başsız medianın yeni sahibləri: Keçid dövrü JURNALISTLƏRI!

    İnformasiy elə bir şeydir ki, düzgün idarə edilməsə, yönəldilməsə, hər sözündə dövlət, xalq düşünülməsə, ancaq faciələr törədər.
    İnformasiya həm də elə bir şeydir ki, onunla “oynayanlar” mütləq iradəli və xarakterli olmalıdır. Yəni media, jurnalistika, xaraktersizliyi, cəsarətsizliyi qəbul etməyən peşədir. Həmçinin bu o demək deyil ki, səsini başına atıb hay-küy qoparanların, jurnalistəm deyənlərin hamısı, jurnalistdir. Əslində yaxşı, peşəkar jurnalist yüksək rütbəli, peşəkar, səbirli və tərbiyəli döyüşçüdür. 

    Muxalifet4 - 13-08-2020

  12. Keçmiş nazir müavini Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu

    Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Daxili İşlər nazirinin sabiq müavini Əsgər Ələkbərovun qohumu saxlanılıb

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirir ki, Abşeron rayonu ərazisində keçirdilən əməliyyat zamanı Ramin Ələkbərov, Əbdül Umarov, Səfər Ələkbərli və Orxan Mehdiyev tutulublar. Ramin Ələkbərov sabiq nazir müavininin qardaşı oğludur.

    Muxalifet4 - 13-08-2020

  13. DGK sədrinin birinci müavini ilə bağlı MÜƏMMALAR - İsmayıl Hüseynov toxunulmazdırmı?

    İki il əvvəl, 25 iyun 2018-ci il tarixdə prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilən İsmayıl Hüseynovun karyerasında sual doğuran çoxsaylı məqamlar olsa da, bu ona vəzifə pillələrində sürətli yüksəlişə mane olmayıb. 

    Muxalifet4 - 13-08-2020

  14. SON DƏQİQƏ! - Eldar Həsənov həbs olundu - DTX-dan NÖVBƏTİ ƏMƏLİYYAT

    Dövlət Təhlükəsizliyi Xidməti səfir Eldar Həsənovun həbsi ilə bağlı məlumat yayıb.

    Muxalifet2 - 13-08-2020

  15. Eldar Həsənov saxlanıldı - ŞOK

    Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfiri, sabiq Baş prokuror Eldar Həsənov istintaqa cəlb olunub.
    Muxalifet.az xəbər verir ki, yaxın vaxtlarda bununla bağlı rəsmi məlumat yayılacaq.

    Muxalifet2 - 13-08-2020

  16. Prezident Hulusi Akarı qəbul etdi - FOTOLAR

    Prezident İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hakan Küçükakyüzü, Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edib.

    Muxalifet.az xəbər verir ki, görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.

    Muxalifet2 - 13-08-2020

  17. İstanbul Universiteti koronavirusun yeni müalicə metodunu tapdı - ABŞ hərəkətə keçdi

    Türkiyənin İstanbul Universitetinin Tibb Fakültəsi reanimasiyada müalicə edilən COVID-19 xəstələrinin bir qisminin müalicəsində istifadə edilən venadaxili insan immunoqlobulininin tətbiqindən uğurlu nəticələr əldə edib.

    Publika.az xəbər verir ki, müalicə üsulunun tətbiq edildiyi xəstələrin ölüm riski digər xəstələrə nisbətən daha azdır.

    Bu xəstə qrupunda 60%-dən çox dəyərləndirilən ölüm faizi 40%-ə düşüb.

    Muxalifet2 - 13-08-2020

  18. Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu – 3 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 33 915 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, 2 146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Muxalifet2 - 13-08-2020

  19. Eldar Həsənov Belqradda yox, Bakıda həbs olunub - YENİLƏNİB

    Bu gün səhər saatlarında səfir Eldar Həsənov Azərbaycan Xarici İşlər Nazirliyində olub. Bir neçə saat sonra o, DTX əməkdaşları tərəfindən tutulub.

    Bu barədə virtualaz.org-a Azərbaycan Xarici İşlər Nazirliyindəki mənbələrdən məlumat verilib.

    Beləliklə, Rusiya mediasında Eldar Həsənovun Belqradda saxlanılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

     

    ***18:28

    Muxalifet2 - 13-08-2020

  20. DTX-nin saxladığı Eldar Həsənov kimdir? - DOSYE

    Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. 

    Xatırladaq ki, Eldar Həsənov 1955-ci il 10 oktyabr tarixində Kəlbəcərin Laçın kəndində anadan olub.

    Muxalifet2 - 13-08-2020

Pages