Axtarış

The search found 105715 results in 0.033 seconds.

Search results

  1. Belarusun əsas zavodları tətilə çıxır: prezidentə istefa tələbi!

    Belarusun məşhur markalarından, Belarus avtomobil zavodunun (BelAZ) fəhlələri rəhbərlikdən ölkədə baş verən situasiyaya aydınlıq gətirməsini, habelə zavodun məhsullarından dinc əhaliyə divan tutulması məqsədilə istifadə olunmamasını tələb ediblər.

    Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, artıq məsələ zavod əməkdaşlarının öz iş yerlərini tərk edərək tətil elan etməsinə qədər irəliləyib.

    Fəhlələr hətta bütün istehsal müəssisələrini ümummilli tətilə çıxmağa, ölkə rəhbərliyini isə istefaya çağırıblar.

    Muxalifet2 - 13-08-2020

  2. HƏBSDƏKİ BAŞ MEMARIN BACISI İNTİHAR EDİB... - Akif Əliyevin qardaşı Prezidentdən kömək istədi

    “Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın hiyləsi və ssenarisi ilə həbs edilən qardaşım Akifin haqsız tutulmasına dözə bilməyən bacımız bu ilin iyul ayının ortalarında intihar etmişdir...”

    Muxalifet2 - 13-08-2020

  3. Azərbaycanda 100 məhkum cəzadan azad edilib - 211 NƏFƏR İSƏ...

    Cinayət qanunvericiliyinə edilən dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xidmətləri üzrə 1 000-dək məhkumun işləri öyrənilib.

    Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

    Yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq artıq 100 məhkum cəzadan tamamilə azad edilib.

    211 nəfərin cəza müddəti azaldılıb və ya yüngül cəza növü ilə əvəz edilib, 63 nəfərin əməli yeni maddələrə tövsif edilib.

    Muxalifet2 - 13-08-2020

  4. "83 milyonluq xalqımızın nəbzi Azərbaycanla döyünür" - Hulusi Akar

    "Həqiqətən biz bir millət, iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür".

    Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar avqustun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib.

    Muxalifet2 - 13-08-2020

  5. "Türkiyə-Azərbaycan hərbi təlimləri bəzi ölkələrdə narahatlıq doğurur, ancaq..." - İLHAM ƏLİYEV

    “Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin son günüdür. Hərbi təlimlərin birinci mərhələsi başa çatır. Bu, çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir”. 

    Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

    Muxalifet2 - 13-08-2020

  6. AZƏRBAYCANA QARŞI NÖVBƏTİ TƏXRİBAT - Cahandar Bayoğlu: ""5-ci kolon”un sonu yaxınlaşdıqca, siz də bitəcəksiniz"

    Türkiyə-Azərbaycan Birliyindən qorxuya düşən Tehran-İrəvan-Moskva “üçlüyü” növbəti təxribata əl atıb. Muxalifet.az xəbər verir ki, Türkiyə və Azərbaycanın son günlər davam edən hərbi təlimlərindən əndişəyə düşən məlum “üçlük” terrora çağırış videosu paylaşıb. Bu videoda Turan Partiyasının adından da istifadə olur. Hansı ki, sözügedən partiyanın başqanı Cahandar Bayoğlu məlum təxribat əməli ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
    “Əziz yurddaşlar!
    Sevgili Türk milləti!

    Muxalifet2 - 14-08-2020

  7. ABŞ-da naməlum uçan obyektlərlə bağlı işçi qrupu yaradılır

    ABŞ Müdafiə Nazirliyi Hava Qüvvələri pilotlarının qarşılaşdığı naməlum uçan obyektləri araşdırmaq üçün işçi qrupu yaratmaq qərarına gəlib.

    Bu barədə “CNN” hərbi mənbələrə istinadən xəbər verir.

    Müdafiə nazirinin müavini David Norkvist yaxın günlərdə rəsmi olaraq təqdim ediləcəyi gözlənilən işçi qrupuna nəzarət edəcək.

    Qeyd edək ki, cari ilin iyul ayında ABŞ Konqresində naməlum uçan obyektlərlə bağlı narahatlıq ifadə edilib. Bildirilib ki, obyektlər “potensial düşmənlər”in kəşfiyyat vasitəsi ola bilər./Report

    Muxalifet2 - 14-08-2020

  8. İrandan Venesuelaya yanacaq aparan 4 tanker ələ keçirildi

    ABŞ hakimiyyəti İrandan Venesuelaya yanacaq tədarük edən dörd tankerin yüklərini müsadirə edib.

    Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

    Söhbət “Bella”, “Bering”, “Pandi” və “Luna” tankerlərindən gedir. Bundan əvvəl də həmin tankerlər İrandan Venesuelaya səyahət edib.

    İyulun əvvəlində Kolumbiya məhkəməsi prokurorluğun həmin tankelərə həbs qoyulması ilə bağlı iddiasını təmin edib.

    Muxalifet2 - 14-08-2020

  9. Eldar Həsənov vətənə xəyanət şübhəsi ilə saxlanıb – Səfirin həbsi ilə bağlı SENSASİON MƏLUMATLAR

    Azərbaycan Xarici İşlər Nazirliyində aparılan antikorrupsiya əməliyyatlarının miqyası hər gün böyüməkdədir. Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində 1 aydan çoxdur apardığı əməliyyatlarla və həbslərlə bağlı son günlər bir-birindən maraqlı və sensasiyalı məlumatlar yayılmaqdadır.

    Muxalifet2 - 14-08-2020

  10. Belarusu bürüyən etirazlar: Lukaşenko yumşaldı və... - YENİLƏNİB

    Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə davam etməkdə olan etirazlar zamanı saxlanılanlarla bağlı faktları araşdırmağı tapşırıb. Bu haqda Belarus parlmentinin yuxarı palatasının spikeri Natalya Koçanova bildirib.

    Onun sözlərinə görə, prezident “əmək kollektivlərinin mövqeyini eşidib” və bu istiqamətdə iş aparılmasını tapşırıb. “Artıq bu gün axşam min nəfərdən çox adam icazəsiz aksiyalarda iştirak etməmək barədə iltizam alınaraq buraxılıb, yetkinlik yaşına çatmayanlar valideyinlərinin nəzarətinə təhvil verilib”,-o deyib.

    Muxalifet2 - 14-08-2020

  11. Yeni "London taksi"ləri neçəyə alınıb? - İNANILMAZ RƏQƏM

    Xəbər verdiyimiz kimi, dünən Bakıda TX modelli yeni 100 ədəd “London taksi”sinin təqdimat mərasimi keçirilib.

    Muxalifet.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ”Bakı Taksi Xidməti” MMC-nin sifarişi əsasında Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən alınaraq Bakıya gətirilib.

    Muxalifet2 - 14-08-2020

  12. Eldar Həsənovu həbsxanaya salan əsl səbəb...

    Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Hümbət oğlu Həsənovun bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq tədbirləri çərçivəsində həbs olunması şok effekti yaratdı.

    Bu həbsin xüsusilə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfəri və az öncə baş verən anlaşılmazlığın aradan qaldırılması, siyasi münasibətlərin nizamlandığı bir məqamda baş verməsi böyük rezonans doğurdu.

    Muxalifet2 - 14-08-2020

  13. Heydər Əliyev Eldar Həsənov haqda: “Xəyanətdən başqa bir söz deyə bilmərəm...” – Tam mətn

    Eldar Həsənovun DTX tərəfindən həbs olunması onun siyasi keçmişi ilə bağlı məsələləri yenidən gündəmə gətirib.

    Muxalifet2 - 14-08-2020

  14. Ramiz Mehdiyev Əli Abbasovu işdən çıxardı - YENİ DİREKTOR KOLLEKTİVƏ TƏQDİM EDİLDİ

    AMEA Rəyasət Heyətinin qərarı ilə Əməkdar mühəndis Vasif Bilal oğlu Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib.
    “Qafqazinfo” xəbər verir ki, yeni direktor artıq kollektivə təqdim olunub.

    Muxalifet2 - 14-08-2020

  15. Təhsil naziri ictimaiyyətə müraciət etdi - TƏKLİF İSTƏDİ...

    COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm.

    Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

    O qeyd edib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır.

    Nazir ictimaiyyətə müraciət edərək bildirib ki, mövzu ilə bağlı rəy və təklifləri eşitmək maraqlı olardı:

    Muxalifet2 - 14-08-2020

  16. Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır

    Sabahdan etibarən Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.

    Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

    Nəqliyyat vasitələri 17 avqust səhər saat 06:00-dan yenidən faəliyyətlərini bəpa edəcəklər.

    Muxalifet2 - 14-08-2020

  17. Rayonlara gediş-gəliş açılırmı?

    Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət qoyulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 avqust saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

    Muxalifet2 - 14-08-2020

  18. Nurəddin Mustafayev işdən qovuldu, Cavid Qurbanov da cəzalandırıla bilər - ŞOK

    Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi - baş icra məmuru baş ədliyyə müşaviri Nurəddin Mustafayev işdən azad olunub.
     
    Ovqat.com xəbər verir ki, Nurəddin Mustafayevin həbsi gözlənilir.
     
    İşdən qovulmanın şok səbəbləri barədə məlumatlar almışıq.
     
    Aldığımız digər məlumata görə, Azərbaycan Dəmir Yolları ACS-nin sədri Cavid Qurbanov da cəzalandırıla bilər.
     
    Məlumatlar dəqiqləşdirilir.

    Muxalifet2 - 14-08-2020

  19. “Maliyyə məsələlərində sonuncu imza atan Məmmədyarov olub” - SABİQ NAZİR

    “Məmmədyarovun rəhbərlik etdiyi dövr XİN tarixində ”qara səhifə"dir"

    Muxalifet2 - 14-08-2020

  20. TÜRK ORDUSU GÖZLƏNİLƏN YERDƏ! – Türkiyə qardaşlığın fərmanına baş əyib, vəfalı Türk qardaşına dəstəyə gəldi!

    Türk demək törəli, ədalətli, cəsur, mərd, mərhəmətli, güclü insan deməkdir. Türk milləti olaraq hər zaman insani dəyərləri önəmsəmiş, məzlumun, məsumun yanında, zalımın qarşısında olmuşuq. Kim bilir, bəlkə də bu səbəbdən bütün soysuzlar, vətənsiz xainlər, şərəfsizlər, vicdansızlar bizlərə qarşı daima cəbhə alır, hər fürsətdə müqəddəs dəyərlərimizə, bayrağımıza, Türk yurdlarına, vətən toprağımıza saldırırlar.

    Muxalifet2 - 14-08-2020

Pages