Axtarış

The search found 105715 results in 0.028 seconds.

Search results

  1. Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub - “İSTİNTAQIN SUALLARINA CAVAB VERMƏLİDİR...”

    Keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycanı tərk etməsinə qadağa qoyulub. Səbəb XİN sistemində yol verilmiş korrupsiya və mənimsəmələrə dair Dövlət Təhlükəsizliyi Xidməti və Baş prokurorluq tərəfindən aparılan istintaqdır. Bu haqda gununsesi.info istintaqdakı mənbəyə istinadən bildirir.

    “Elmar Məmmədyarov istintaqın çoxsaylı suallarına cavab verməlidir”,-mənbə əlavə edib.

    Muxalifet2 - 14-08-2020

  2. BBC-nin aparıcısı Paşinyanı divara dirədi, erməni baş nazir özünü itirdi - "SİZ AY BOYUNCA CİDDİ TƏXRİBATLARA ƏL ATDINIZ..."

    Ermənistanın baş naziri Nikol Paşinyan BBC-nin “HARDTalk” proqramında çətin vəziyyətə düşüb.

    Belə ki, jurnalist Stiven Sakur N.Paşinyana Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalı, Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribat, mülki vətəndaşımızı qətlə yetirməsi, Dağlıq Qarabağa qanunsuz yol çəkilməsi, Avropa parlamentarilərinin bununla bağlı bəyanatı və digər məsələlərlə bağlı suallar ünvanlayıb.

    Paşinyan suallar qarşısında aciz duruma düşüb, onlardan yayınıb, rabitəsiz cavablar verib və işğala haqq qazandırmağa çalışıb.

    Muxalifet2 - 14-08-2020

  3. Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu – 4 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib, 2 024 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Muxalifet2 - 14-08-2020

  4. Meyxanaçı Vüqar Coratlı qəfil vəfat etdi - FOTO

    Meyxanaçı Vüqar Hüseynov vəfat edib.
     
    Muxalifet.az
     xeberle.com-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında dünyasını dəyişib. Onun səhhətində yaranan problemə görə dünyasını dəyişdiyi bildirilir. 37 yaşlı meyxanaçı Corat kənd qəbiristanlığında dəfn olunub.
    Qeyd edək ki, Vüqar Corat kimi tanınan meyxanaçı 2002-ci ildə, 19 yaşında "De, gəlsin" meyxana yarışmasının qalibi olmuşdu. O, meyxanaçı Mahir Cürətin tələbəsi sayılırdı.
     

    Muxalifet2 - 14-08-2020

  5. “BAĞIMDA DİNCƏLİRƏM, İSTİNTAQA ÇAĞIRILMAMIŞAM...” – Məmmədyarov danışdı

    Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatlara münasibət bildirib. 

    Unikal.org-a açıqlama verən Elmar Məmmədyarov deyib: "Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda dincəlirəm. Həmçinin ölkədən çıxmağa niyyətim və getməyə də yerim yoxdur. Pandemiya vaxtı hara gedirəm? Onu da deyim ki, istintaqa çağırılmamışam".

    ***

    Muxalifet2 - 14-08-2020

  6. Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB

    Bu saatlarda Səbail Rayon Məhkəməsində Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

    Virtualaz.org-un xəbərinə görə, məhkəmənin qərarı ilə Eldar Həsənov barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.

    E.Həsənovun hüquqlarını tanınmış vəkil Adil İsmayılov müdafiə edir.

    Muxalifet2 - 14-08-2020

  7. HƏSƏNOVA QARŞI İRƏLİ SÜRÜLƏN İTTİHAMLAR MƏLUM OLDU - Vəkilinin açıqlaması

    Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənova qarşı irəli sürülən ittihamlar məlum olub.

    "Report" xəbər verir ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Eldar Həsənov barəsində noyabrın 3-dək həbs-qətimkan tədbiri seçilib.

    Muxalifet2 - 14-08-2020

  8. “Kremlin Azərbaycan planı fiaskoya uğradı” - Bölgədə vəziyyət dəyişir

    “Rusiyanın Tovuz hadisələri zamanı Ermənistana 400 ton həcmində silah-sursat göndərməsi göstərdi ki, bundan sonra Qarabağ münaqişəsinin həlli yönündə vasitəçi kimi heç bir müsbət addım atmayacaq. Moskvanın bununla da Azərbaycanı KTMT və Avrasiya İttifaqına cəlb etmək planı fiaskoya uğradı”.

    Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

    Ekspertin sözlərinə görə, Moskva-Bakı-Ankara formatı məhz Kremlin Ermənistan siyasətinə görə ciddi bir irəliləyişə nail olmadı:

    Muxalifet2 - 14-08-2020

  9. Ərdoğanın sözçüsü: “Azərbaycan hər hansı hücuma məruz qalarsa...” - ANKARADAN DAHA BİR DƏSTƏK MESAJI

    Türkiyə və Azərbaycan yaxşı gündə də, pis gündə də hər zaman bir-birinin yanında olub, bundan sonra da olacaq. virtualaz.org xəbər verir ki, bu haqda Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ötən gün axşam AzTV-də qatıldığı videokonfransda deyib.

    Muxalifet2 - 15-08-2020

  10. “QAZAXISTANLA TÜRKMƏNİSTANIN DAVRANIŞI TƏƏSSÜF DOĞURUR...” – "Rusiyanın işğalçı dövləti silahlandırması isə..."

    YAP-çı deputat Sadiq Qurbanov: "Düşünürəm ki, Azərbaycan Prezidentinin prinsipial mövqe ortaya qoyması Moskvanın öz siyasətində müəyyən korrektələr etməsinə gətirib çıxaracaq"

    Son günlər ən çox müzakirə olunan mövzulardan biri ermənilərin Tovuz istiqamətindəki hərbi təcavüz cəhdi zamanı istifadə etdikləri silahlar və bundan dərhal sonra Rusiyanın Ermənistana böyük miqdarda silah-sursat göndərməsidir.

    Azpolitika.info bu mövzuyla bağlı Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanovun fikirlərini öyrənib:

    Muxalifet2 - 15-08-2020

  11. Operativ Qərargah brifinq keçirəcək - MÜHÜM QƏRAR VERİLƏCƏK

    Bu gün saat 11:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək.

    BAKU.WS xəbər verir ki, brifinqdə koronavirus pandemiyası ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xəstəliyin yayılma dinamikası, karantinin sərtləşdirilməsi və yumşaldılması ilə bağlı vacib məsələlər müzakirə olunacaq.

    Brifinqdə jurnalistləri maraqlandıran suallara aydınlıq gətiriləcək. 

    Muxalifet2 - 15-08-2020

  12. Kafe və restoranların fəaliyyətinə icazə verildi

    Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqqında qərar qəbul edib.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Muxalifet2 - 15-08-2020

  13. Minskdə hökumət binası qarşısında çoxminli etiraz mitinqi - HAKİMİYYƏT YUMŞALIB, OMON DƏYƏNƏKLƏRİ ENDİRİB... / VİDEO

    Minskdə avqustun 9-da keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz olaraq ölkə boyu aksiyalar davam edir.

    Avqustun 14-də axşam Minskdə Hökumət Evinin qarşısında çoxminli etiraz mitinqi olub. Mitinq yerli vaxtla saat 21.00-da bir dəqiqəlik sükutla başa çatıb, toplaşanlar əllərindəki yanan fonarları yuxarı qaldırıblar. Təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə etməyib.

    Muxalifet2 - 15-08-2020

  14. “Eldar Həsənovu dövlət çevrilişinə cəhdə görə həbs ediblər” – SENSASİON MÜSAHİBƏ

    “Məncə, korrupsiya ilə bağlı ittiham əsas ittiham üçün örtük rolunu oynayır”
     
    “Azərbaycanda dövlət çevrilişi ilə hakimiyyəti dəyişdirmək Rusiyanın planlarına daxildir. Son vaxtlar İlham Əliyevin Rusiyadan uzaqlaşmaq, Türkiyəyə yaxınlaşmaq xətti götürməsi, Dağlıq Qarabağ məsələsində müstəqil siyasət aparması Rusiyanın xoşuna gəlmir və onu bu cür – çevriliş yoluyla dəyişdirmək istəyir”
     

    Muxalifet2 - 15-08-2020

  15. Mingəçevirdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı - FOTOLAR

     Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yasin Fərzəliyevə ev şəraitində müalicə təyin edilsə də, ancaq o, özünütəcrid qaydalarına riayət etməyərək yaşadığı ünvanı tərk edib.

    Muxalifet2 - 15-08-2020

  16. Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır

    Abşeron rayonunda anasını öldürməyə cəhddə təqsirləndirilən Nazim Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim İlham Mahmudovun icraatındadır.

    Qeyd edək ki, hadisə yanvarın 29-da saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində baş verib. 

    1996-cı il təvəllüdlü Nazim Nağıyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla anası - 1965-ci il təvəllüdlü Səlmirə Nəqiyevaya bıçaqla çoxsaylı xəsarətlər yetirib. 

    Muxalifet2 - 15-08-2020

  17. Baş Nazir kənd inzibati ərazi dairələrilə bağlı qərar imzalayıb

    Baş Nazir Əli Əsədov Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi və onların 2021-2025-ci illər üçün açılması barədə qərar imzalayıb.

    Nazirlər Kabineti Konstitusiyanın 119-cumaddəsinin səkkizinci abzasını rəhbər tutaraq, 2020-ci ildə kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçot sənədlərinin müddətinin başa çatdığını və 2021-2025-ci illər üçün onların yenidən çap edilməsi zərurətini nəzərə alaraq qərara alır:

    Muxalifet2 - 15-08-2020

  18. COVID-19-dan sağalan həkim Cavid Paşayev evə buraxılıb - FOTO

    Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin yeni növ koronavirusdan (COVID-19) sağalması ilə bağlı “Facebook” hesabında paylaşım edib.

    Muxalifet2 - 15-08-2020

  19. Azərbaycanda 16 COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb

    “Koronavirus infeksiyasına yoluxduğuna görə ev şəraitində müalicə almalı olduğu halda küçəyə və ictimai yerlərə çıxaraq digər şəxslərin həyatına ciddi təhlükə yaradan 16 şəxs barəsində cinayət işi başlanılıb".

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov deyib. 

    Muxalifet2 - 15-08-2020

  20. “Əmrahbank”da Qalina Burlaçukun əlil oğlu üçün yığdığı pulları necə mənimsədilər... - MƏHƏRRƏMOVLA EYVAZOVUN İŞİ, PROSES BAŞLADI

    “Əmrahbank”ın “İnvestisiya” filialının dələduzluqda və vəzifə saxtakarlığında ittiham olunan əməkdaşları – Əli Məhərrəmov və İkram Eyvazovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib.

    Muxalifet2 - 15-08-2020

Pages