Axtarış
The search found 105715 results in 0.031 seconds.
Search results
DAHA BİR İCRA BAŞÇISI HƏBS OLUNDU! - Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir / Yenilənib
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.
Muxalifet2 - 19-08-2020
LUKAŞENKO ÜÇÜN “SONUN BAŞLANĞICI”, YOXSA... - Belarus son həddə çatıb
BelAZ yük maşını istehsal edən nəhəng zavodun qarşısında dayanarkən, özünü 1917-ci il Rusiya bolşevik inqilabı dövründə olduğu kimi hiss edirsən. İnsanlar vərəqələr paylayır, fəhlələr tətil komitələri təşkil edir, "yoldaşlar" isə ehtiraslı nitqlər söyləyərək həmkarları tətilə qoşulmağa çağırırlar.
Muxalifet2 - 19-08-2020
Yer üzündə ən yüksək temperatur qeydə alındı - 87 İL SONRA
ABŞ-ın Kaliforniya ştatındakı Ölüm Vadisində (Death Valley) 87 ildən sonra dünyanın ən yüksək temperaturu qeydə alınıb.
Virtualaz.org bildirir ki, vadidə temperatur 54,4 dərəcə təşkil edib.
Bundan əvvəl vadidə 1913-cü ildə 56,7 dərəcə temperatur dünyada ən yüksək temperatur kimi qeydə alınıb.
Yüksək temperaturun ABŞ-ın qərb sahillərinə təsirinin yaxın günlərdə də davam edəcəyi bildirilir.
Muxalifet2 - 19-08-2020
Vilayət Eyvazov Kəramət Böyükçölün atasına ZƏNG EDİB
Daxili İşlər naziri Vilayət Eyvazov yazıçı Kəramət Böyükçölün atası, şair Qəşəm Nəcəfzadəyə zəng edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Q.Nəcəfzadə özü“Facebook” hesabında paylaşım edib.
V.Eyvazova təşəkkürünü bildirən şair belə yazıb:
Muxalifet2 - 19-08-2020
“RUSİYA ERMƏNİSTANA 50 MİN TONDAN ARTIQ SİLAH-SURSAT BAĞIŞLAYIB” - Sarqsyan Paşinyana Moskvanın İrəvan üçün etdiklərini xatırladıb
Ermənistanın sabiq prezidenti Serj Sarqsyan avqustun 19-da keçirdiyi mətbuat konfransında 2016-cı ilin aprel döyüşləri də daxil olmaqla, hakimiyyətdə olduğu dövrdə baş verən hadisələrə aydınlıq gətirib.
Muxalifet2 - 19-08-2020
ƏRDOĞANIN “CÜMƏ GÜNÜ SÜRPRİZİ” AÇIQLANDI - “Türkiyə Qara dənizdə...”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında cümə günü muştuluq verəcəyini bəyan edib.
“Report” “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, söhbət Qara dənizdə kəşf edilən enerji yatağından gedir.
“Euronews”da yer alan məlumata görə isə prezidentin müjdə dediyi Aralıq dənizində təsbit edilən təbii qaz yatağıdır.
Bildirilib ki, kəşf edilən təbii qaz yatağı hidrokarbondur.
Muxalifet2 - 19-08-2020
“Lotu Quli”nin öldürülməsinin təfərrüatları: hadisə yerində keçinib... / FOTO
Əfsanəvi “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifovun Türkiyənin Antalya kurort şəhərində yaxın ətrafına daxil olan “Xan Əhmədlinski” ləqəbli kriminal avtoritet tərəfindən güllələnməsinin bəzi təfərrüatları məlum olub.
Muxalifet2 - 20-08-2020
Aleksey Navalnı komadadır, onun hansı maddə ilə zəhərləndiyi açıqlandı - TUALETƏ GEDİB VƏ QIŞQIRARAQ KÖMƏYƏ ÇAĞIRIB... / YENİLƏNİB
Rusiya müxalifətinin lideri, korrupsiya ilə mübarizə Fondunun əsasını qoyan Aleksey Navalnı ağır zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Rusiya KİV-ləri xəbər verir ki, Navalnının vəziyyəti Tomskdan Moskvaya uçan təyyarədə pisləşib. Təyyarə Omskda təcili yerə enib və siyasətçi yerli xəstəxanaya çatdırılıb.
Muxalifet2 - 20-08-2020
“Lotu Quli” ni güllələyən yaxın dostu “Xan Əhmədlinski”dir - YENİLƏNİB
“Lotu Quli”ni güllələyən şəxslə bağlı bəzi məlumatlar daxil olmaqdadır. Həmin şəxs “Xan Əhmədlinski” ləqəbi ilə tanınan kriminal avtoritetdir. Bildirilir ki, “Xan” son vaxtlar “Lotu Quli”nin təşəbbüsü ilə onun yaxın ətrafına daxil olubmuş. Sosial şəbəkələrdə “Lotu Quli”nin “Xan Əhmədlinski” ilə birlikdə çəkilmiş fotoları da yer alır.
8.38
Muxalifet2 - 20-08-2020
ƏLİ HƏSƏNOVUN SƏHHƏTİ PİSLƏŞDİ - Təcili Türkiyəyə aparıldı
Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və o təcili olaraq Türkiyəyə yola salınıb.
Bu haqda məlumatı Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov yayıb. O bildirib ki, son günlər Ə. Həsənovun ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlayıb və ev şəraitində müalicə alıb.
Muxalifet2 - 20-08-2020
“Qanuni oğru”ları niyə eyni gündə öldürdülər? - MÜƏMMA
Azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.
"Qafqazinfo" xəbər verir ki, bu, son 7 il ərzində Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən üçüncü azərbaycanlı "qanuni oğru"dur.
Muxalifet2 - 20-08-2020
Kürdəmirin icra başçısı bu cinayətlərdə ittiham olunur... - RƏSMİ
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərova irəli sürülən ittihamlar məlum olub.
C.Cəfərov 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.
Muxalifet2 - 20-08-2020
Afaq Aslan "Lotu Quli"nin qətlindən danışdı
Müğənni Afaq Aslan Antalyada dostu Xan Əhmədlinski tərəfindən güllələnərək qətlə yetirilən kriminal avtoritet "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun ölümünə münasibət bildirib.
Afaq Aslan Teleqraf.com-a açıqlamasında qısaca bu sözləri deyib: "Allah rəhmət eləsin. Hər birimizə ağırdır".
Muxalifet2 - 20-08-2020
"Lotu Quli"nin dəfn olunacağı yer açıqlandı
Kriminal aləmdə "Lotu Quli” adı ilə tanınan Nadir Səlifovun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Bu barədə Publika.az-a kriminal avtoritetin ailəsinə yaxın şəxslər bildiriblər.
Qeyd edilib ki, cənazənin Türkiyədən şəxsi təyyarə ilə gətirilməsi və dəfn mərasiminin Bakı şəhərinin Sabunçu rayonu ərazisində keçirilməsi nəzərdə tutulub.
Cənazənin nə vaxt gətiriləcəyi, dəfn və yas mərasiminin hansı şəraitdə keçiriləcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Muxalifet2 - 20-08-2020
BNA rəhbəri Vüsal Kərimlidə koronavirus aşkarlandı
Paytaxta gətiriləcək yeni 115 ədəd avtobuslara baxış keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumatda bildirilir ki, pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara uyğun olaraq nümayəndə heyətinin üzvləri uçuşdan əvvəl COVID-19 testindən keçiblər.
Muxalifet2 - 20-08-2020
QATİL "LOTU QULİ"Nİ ÖLDÜRMƏZDƏN ƏVVƏL ÇƏKİLİŞ APARIB - Şok görüntülər / VİDEO
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
Xəbər verdiyimiz kimi, o, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.
Loti Qulinin başından 4 güllə yarası aldığı bildirilir. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Muxalifet2 - 20-08-2020
Məhkəmə Kürdəmirin icra başçısı barəsində qərar verdi - Yenilənib
Binəqədi Rayon Məhkəməsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən C.Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***
Muxalifet2 - 20-08-2020
İCRA BAŞÇISININ KİMDƏN, NƏ QƏDƏR RÜŞVƏT ALDIĞI AÇIQLANDI - Rəsmi məlumat
Baş Prokurorluq Kürdəmir Rayon İcra Hakmiyyətində (RİH) keçirilən əməliyyatla bağlı rəsmi açıqlama yayıb.
Qurumun Mətbuat xidmətindən daxil olan açıqlamada deyilir:
Muxalifet2 - 20-08-2020
Hadı Rəcəbli bu gün oğluna toy edir - 150 qonaqla...
Sabiq millət vəkili Hadı Rəcəbli bu gün oğluna toy mərasimi keçirəcək.
Bu barədə Axar.az-a məlumat verən mənbənin sözlərinə görə, toy “Sea Breeze” restoranında təşkil ediləcək.
Sabiq millət vəkilinin mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçiriləcəyi də qeyd edilir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy mərasimlərinin keçirilməsini qadağan edib.
Muxalifet2 - 20-08-2020
Belarusda etirazlar: Qrodno şəhər hakimiyyəti müxalifətin tərəfinə keçdi VƏ AZ SONRA MÖVQEYİNİ DƏYİŞDİ...
Belarusun Polşa ilə sərhəd Qrodno şəhərinin hakimiyyəti ölkədə avqustun 9-da keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə qarşı çıxan fəalların bütün tələblərini qanuni saydığını bəyan edib.
Muxalifet2 - 20-08-2020