Axtarış

The search found 105715 results in 0.039 seconds.

Search results

  1. "Lotu Quli"nin qətlinə görə daha bir nəfər SAXLANILDI - VİDEO

    Xəbər verdiyimiz kimi, azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ləqəbli Nadir Səlifov Antalyadakı oteldə yemək yeyərkən yaxın dostu tərəfindən başından silahla vurularaq öldürülüb.

    Qətli törətməkdə şübhəli bilinən iki nəfər Antalya-Dənizli magistralında hərəkət edən polis qrupları tərəfindən saxlanılıb.

    Şübhəlilər, 26 yaşlı Əmir Həmidli və 25 yaşlı Xan Zeynalov saxlanılaraq Dənizli şəhər Təhlükəsizlik İdarəsinə aparılıb.

    Muxalifet2 - 20-08-2020

  2. Quli belə güllələndi - ANBAAN VİDEO

    Türkiyə mediası kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun öldürüldüyü məkandan video yayıb.

     Muxalifet.az axar.az-a istinadla xəbər verir ki, Antalyadakı həmin yerdə təhlükəsizlik qüvvələri tərəfindən xüsusi əməliyyat keçirilib.

    Muxalifet2 - 20-08-2020

  3. Şəhid generalımıza həsr olunan möhtəşəm şeir - SƏSLİ

    Muxalifet.az şəhid generalımız Polad Həşimovun xatirəsinə həsr olunan şeiri oxucularına təqdim edir.

    Sözləri şair Emil Rasimoğluna, səsləndirilməsi Xalq artisti Sabir Məmmədova aiddir.

    Buyurun, dinləyin:

    Muxalifet2 - 20-08-2020

  4. ƏLİ HƏSƏNOV İSTİNTAQA CƏLB OLUNDU VƏ... – Prezidentin sabiq köməkçisi ilə bağlı sensasiyalı material

    Bir necə gün öncə keçmiş Baş prokuror, Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinada sabiq səfir olan Eldar Həsənovun həbsi bir çox sirli pərdələrin açılmasına səbəb olub.

    Proloq

    Muxalifet2 - 20-08-2020

  5. NAVALNI AVROPAYA APARILA BİLƏR - Həkimi müxalifət liderinin Rusiyadan təxliyyəsini vacib sayır

    Tomsk şəhərindən Moskvaya qayıdarkən səhhəti kəskin pisləşən Rusiya müxalifətinin əsas liderlərindən biri Aleksey Navalnı Avropaya aparıla bil

    Muxalifet2 - 20-08-2020

  6. Azərbaycanda daha 139 nəfər COVID-19-a yoluxdu

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Son sutkada koronavirusdan ölüm faktı olmayıb.

    İndiyədək ölkədə ümumilikdə 34 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 511 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, 1 738 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Muxalifet2 - 20-08-2020

  7. Lalə Şövkətin səhhətində ciddi problem yaranıb – ƏMƏLİYYAT OLUNACAQ

    “Azərbaycan Liberal Partiyasının (ALP) lideri, professor Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb. O, ciddi cərrahiyyə əməliyyatı ərəfəsindədir”.

    Muxalifet.az xəbər verir ki. bunu ALP sədri Əvəz Temirxan bildirib. 

    Muxalifet2 - 20-08-2020

  8. KÜRDƏMİRİN İCRA BAŞÇISI BELƏ HƏBS OLUNDU - Əməliyyatın görüntüləri / VİDEO

    Mübarizə Baş İdarəsi Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

    Nəticədə Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.

    Aztv-nin efirində yayımlanan əməliyyat görüntülərini təqdim edirik:

     

     

    Muxalifet2 - 20-08-2020

  9. “Lotu Quli” İstanbulda dəfn ediləcək - QARDAŞI DANIŞDI

    Tanınmış azərbaycanlı kriminal avtoritet, “qanuni oğru” Nadir Səlifov ("Lotu Quli") İstanbulda dəfn ediləcək.

    Bu barədə virtualaz.org-a kriminal avtoritetin qardaşı Müşviq Səlifov məlumat verib.

    Məlumata görə, Nadir Səlifovun ailəsi Türkiyədə yaşadığı üçün belə qərar verilib.

    Muxalifet2 - 20-08-2020

  10. Kim Çen In səlahiyyətlərinin yarısını bacısına verdi

    Şimali Koreya lideri Kim Çen In öz səlahiyyətlərinin yarısını kiçik bacısı Kim Yo Çjona  verib.

    “YonhapNews”un Cənubi Koreyanın Kəşfiyyat Xidmətinə istinadla verdiyi məlumata görə, o, stressi azaltmaq üçün belə edib.

    Məlumata görə, KXDR rəhbəri əvvəlki kimi tam hakimiyyətə malik olacaq, lakin tədricən öz vəzifələrini kiçik bacısına ötürəcək.

    “Yo Çjon - de-fakto iki nömrəli liderdir, ancaq varis hələ seçilməyib”, - deyə mənbədən agentliyə bildirilib.

    Muxalifet2 - 20-08-2020

  11. Tramp keçmiş müşavirinin həbsi haqda - “ÇOX KƏDƏRLƏNDİM”

    ABŞ Prezidenti Donald Tramp keçmiş müşaviri Steve Bannonun həbsinə münasibət bildirib.

    "Reuters"in verdiyi xəbərə görə, Tramp bu xəbərdən pis olduğunu deyib:  "Çox kədərlənirəm. Uzun müddət idi ki, onunla heç bir əlaqəm yox idi. ...Bu, Bannon üçün çox kədərlidir".

    ABŞ Prezidenti əlavə edib ki, onun maliyyə toplayan bu donor təşkilatdan da heç bir xəbəri olmayıb.

    Muxalifet2 - 21-08-2020

  12. Almaniya Navalnıya tibbi yardım göstərməyə hazır olduğunu bildirib

    “Almaniya Aleksey Navalnı ətrafındakı vəziyyətin müəyyənləşdirilməsini zəruri hesab edir, ancaq ona tibbi yardım göstərməyə də hazırdır”.
    APA “TASS”-a istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Breqanson buxtasında Fransa prezidenti Emmanuel Makronla aparılan danışıqlardan sonra səsləndirib.

    Muxalifet2 - 21-08-2020

  13. Lotu Qulinin qətli özünümüdafiə zəminində baş verib - VƏKİL

    Kriminal avtoritet Nadir Səlifovun qətli özünümüdafiə zəminində baş verib.

    Muxalifet.az xəbər verir ki, bu barədə "SalamNews"a mərhumun qətlində şübhəli bilinən “Xan Əhmədlinski” kimi tanınan Xəqan Zeynalovun vəkilləri bildiriblər.

    Məlumatda tərəflər arasında mübahisə yarandığı, daha sonra Nadir Səlifovun odlu silahla Zeynalova atəş açaraq yaraladığı deyilir. İttiham olunan tərəf yalnız bundan sonra özünü müdafiə etmək üçün Səlifova atəş açdığını istintaqa açıqlayıb.

    Muxalifet2 - 21-08-2020

  14. Eldar Həsənov necə saxlanılıb? - VƏKİLİ DANIŞDI

    "Eldar Həsənov 13 avqust 2020-ci il tarixdə səhər saat 9 radələrində evindən çıxaraq XİN-ə yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılıb və oraya gətirilib. Bundan sonra onun arzusu ilə məni dəvət ediblər və müdafiəçi kimi işdə iştirak etməyə buraxılmışam". 

    Bu barədə Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun vəkili Adil İsmayılov şəxsi feysbuk hesabında məlumat verib.

    Muxalifet2 - 21-08-2020

  15. Lavrov Ermənistan ordusunun Tovuz istiqamətində yeni mövqe tutmağa cəhd göstərdiyini açıqladı - “NEFT-QAZ KƏMƏRLƏRİNİN 15 KİLOMETRLİYİNDƏ...”

    Azərbaycanla Ermənistan arasında iyul ayında baş vermiş münaqişəyə səbəblər kompleksi gətirib çıxarıb, onların arasında Qarabağ probleminin həll edilməməsi və Ermənistan ordusunun sərhəddə yeni mövqe ələ keçirmək cəhdi də var.

    Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, tətiyi çəkən amil coğrafi amil olub, belə ki, Ermənistan ordusu iki ölkə sərhədindəki köhnə nəzarət-buraxılış məntəqəsini tutmağa cəhd edib.

    Muxalifet2 - 21-08-2020

  16. Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır - SABAHDAN

    Həftəsonu Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.

    Muxalifet.az xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 22 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

    Nəqliyyat vasitələri 24 avqust səhər saat 06:00-dan yenidən fəaliyyətlərini bərpa edəcəklər.

    Muxalifet2 - 21-08-2020

  17. Navalnının orqanizmində ölümcül təhlükəli maddə tapıldı

    “Polis əməkdaşı telefondan göstərir ki, məhz bu maddəni tapmışıq. Bu, istintaq sirridir, lakin bu maddə ölümcül təhlükəlidir, bu maddə sadəcə Alekseyin deyil, həm də ətrafdakıların həyatı üçün təhlükəlidir, çevrədə hər kəs qoruyucu geyimdə olmalıdırlar”.
     
    Bunu Korrupsiya ilə Mübarizə Fondunun direktoru İvan Jdanov bildirib.
     

    Muxalifet2 - 21-08-2020

  18. Navalnının Almaniyaya aparılması üçün təyyarə yola düşdu... - RUSİYA MÜXALİFƏT LİDERİNİ ALMANLARA VERMƏK İSTƏMİR...

    Koma vəziyyətində olan rusiyalı müxalifətçi Aleksey Navalnının Rusiyanın Omsk şəhərindən paytaxt Berlinə aparılması üçün Almaniyadan xüsusi tibbi təyyarə göndərilib.
    Almaniyanın “Bild” nəşri xəbər verir ki, təyyarə gecəyarı Nürnberq şəhərindən yola düşüb.
    A.Navalnının Berlinin “Şarite” klinikasına yerləşdiriləcəyi bildirilir.
    Siyasətçinin mətbuat katibi Kira Yarmışın sözlərinə görə, təyyarənin yola düşməsinə baxmayaraq, həkimlər müxtəlif əngəllər yaradaraq A.Navalnının aparılmasına icazə vermirlər. Təyyarəni müxalifətçinin komandası təşkil edib.

    Muxalifet2 - 21-08-2020

  19. “Lalə Şövkətin yoğun bağırsağında şiş var” - Oğlundan AÇIQLAMA

    Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət sabah əməliyyat olunacaq.

    Muxalifet2 - 21-08-2020

  20. Rüşvəti hamıya qadağan etmişdi, özü alırdı: Tutulan başçının hədələmə videosu yayıldı

    Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyatı nəticəsində həbs edilən icra başçısı Ceyhun Cəfərov bu yaxınlarda yerli məmurlardan ədalətli, vicdanlı olmağı tələb edirmiş.

    Belə ki, keçmiş icra başçısı mayın 2-də işçiləri ilə keçirdiyi onlayn müşavirədə onları cinayətə yol verməməyə, qanunları rəhbər tutmağa səsləyib.

    Muxalifet2 - 21-08-2020

Pages