Axtarış

The search found 105715 results in 0.031 seconds.

Search results

  1. Koronovirusa yoluxan şəxs 20 gün sonra təhlükəsizdir

    “Sağalmış şəxslərin izolyasiya müddəti ilə bağlı müxtəlif fikirlər var idi. Hətta bəziləri bu müddəti 35 gün deyirdilər. Amma ABŞ-da aparılan tədqiqatlar göstərdi ki, bu qədər vaxt lazım deyil”.
    Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib. 

    Muxalifet2 - 21-08-2020

  2. “RAMİZ MEHDİYEV DƏRHAL İSTEFA VERMƏLİDİR” – Deputat tələb edir

    “Ramiz Mehdiyev pandemiya dövründə ölkənin karantin rejimi qaydalarını kobud surətdə pozduğuna görə AMEA-nin prezidenti vəzifəsindən dərhal istefa verməlidir”.

    “AzPolitika.info” xəbər verir ki, belə bir çağırışla Milli Məclisin üzvü, tanınmış təhsil eksperti Etibar Əliyev çıxış edib. 

    Muxalifet2 - 21-08-2020

  3. ABŞ-da 750 milyon mutant ağcaqanad təbiətə buraxılır

    ABŞ-ın Florida ştatı bölgədəki ağcaqanad problemini təbiətə milyonlarla genetikası ilə oynanmış ağcaqanadlar buraxaraq həll etməyi planlaşdırır.

    “Euronews” xəbər verir ki, bu həftə Florida-Kis Ağcaqanadlara Nəzarət Mərkəzi genetikası dəyişikliyə məruz qalmış 750 milyon ağcaqanadı xəstəlik yayan sarı qızdırmalı ağcaqanadla (“Aedes aegypti”) mübarizə aparmaq üçün təbiətə buraxmaq qərarı verib.

    Muxalifet2 - 21-08-2020

  4. ABŞ mətbuatı “Lotu Quli”dən yazır

    Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Nadir Sələfovun ölümü haqda daha çox qardaş ölkə və Rusiya mətbuatı danışır. Amma Lotu Qulinin qətlə yetirilməsindən ABŞ mətbuatı da yazmağa başlayıb.

    Muxalifet2 - 21-08-2020

  5. Aleksey Navalnı müalicə üçün Almaniyaya aparıldı

    Rusiyanın Omsk şəhərinin Təcili Tibbi Yardım xəstəxanasında müalicə alan Aleksey Navalnı xüsusi tibbi təyyarə vasitəsi ilə Almaniyaya yola salınıb. 

    “Report” “TASS”a istinadən xəbər verir ki, koma vəziyyətində olan rusiyalı müxalifətçi Berlin şəhərindəki “Şarite” klinikasında müalicəsini davam etdirəcək. 

    Məlumata görə, təyyarə Omsk Beynəlxalq Hava Limanından yerli vaxtla saat 04: 59-da (Bakı vaxtı ilə - 05:59) uçub.

    Muxalifet2 - 22-08-2020

  6. İctimai nəqliyyat iki gün işləməyəcək

    Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir.

    Muxalifet2 - 22-08-2020

  7. Əbülfəz Elçibəyin vəfatından 20 il ötür

     Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatından 20 il keçir.
    Muxalifet.az xəbər verir ki, Ə. Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.
    Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub.
    1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ilk sədri olub.

    Muxalifet2 - 22-08-2020

  8. Məhkəmə Ramiz Mehdiyevin kürəkəni barəsində həbs qərarı verib - FOTO, VİDEO / YENİLƏNİB

    Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılacaq.

    Muxalifet.az APA-ya istinadla xəbər verir ki, məhkəmə karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayev barəsində qərar verəcək.

    Muxalifet2 - 22-08-2020

  9. Kürəkənin "yaxşı eləmişik" sözünə xalqın reaksiyası... - MEHDİYEV BU SINAQDAN NECƏ ÇIXACAQ?

    Toy sevincini yaşamaq hər bir gəncin istəyidir. Gənclərimizi bu mənada səmimi-qəlbdən təbrik edirəm, onlara xoşbəxt həyat arzulayıram. Günah gənclərdə deyil. Valideynləri azca dözüm nümayiş etdirə bilərdilər. Üzü payıza yəqin ki, toylara da karantin yumşaltması tətbiq olunacaqdı. O zaman baba Ramiz Mehdiyev öz səlahiyyət imkanlarına arxalanıb pandemiya ilə əlaqədar Azərbaycan hökumətinin tətbiq etdiyi karantin rejimini və qaydalarını da pozmazdı.

    Muxalifet2 - 22-08-2020

  10. Ərdoğan nəhəng qaz yatağı tapdıqlarını elan etdi, ruslar narahat oldu - “QAZPROM” TÜRKİYƏ BAZARINI TAMAMİLƏ İTİRƏ BİLƏR...

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün ölkəsinin Qara dənizdəki ərazi sularında nəhəng qaz yatağının kəşf edildiyini açıqlayıb.

    Ərdoğan bunun Türkiyənin tarixində ən iri ehtiyatlara malik yataq olduğunu deyib. Yataqda onun sözlərinə görə, 320 milyard kubmetrə yaxın təsdiqlənmiş qaz ehtiyatları var.

    Muxalifet2 - 22-08-2020

  11. “BELARUS İLİN SONUNA QƏDƏR RUSİYANIN TƏRKİBİNƏ QATILACAQ...” - Jirinovski bir yeşik pivədən mərc gəldi

    Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Belarusun ilin sonuna qədər Rusiyanın tərkibinə qatılacağına əmindir. Hətta o qədər əmindir ki, “Exo Moskva” radiostansiyasının aparıcısı ilə bir yeşik pivədən mərc gəlib.

    Virtualaz.org xəbər verir ki, Jirinovski özü bu haqda telegram-kanalında yazıb: “Exo Moskva”nın aparıcısı Aleksey Narışkinlə bir yeşik pivədən mərc gəldik ki, ilin sonuna qədər Belarus Rusiyanın tərkibinə daxil olacaq”.

    Muxalifet2 - 22-08-2020

  12. Toy qalmaqalı: Siyavuş Novruzov da cəzalandırıldı - “ONUN MƏSƏLƏSİNƏ PARLAMENTDƏ BAXILA BİLƏR...”

    Hakim Yeni Azərbaycan Partiyası deputat və partiyanın icra katibinin müavini Siyavuş Novruzovu Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə tənbeh edib. Muxalifet.az xəbər verir ki, bu haqda partiyanın bəyanatında deyilir.

    Muxalifet2 - 22-08-2020

  13. DTX Polad Həşimova həsr olunmuş layihə hazırlayıb - VİDEO

    Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi general Polad Həşimovun xatirəsinə “Paşam, hey” adlı mahnı və klip hazırlayıb. 

    Muxalifet.az xəbər verir ki, Aygün Muradxanlının rəhbəri olduğu layihədə bəstəkarı Faiq Sücəddinov, sözlərinin müəllifi Musa Urud olan mahnını Şəmistan Əlizamanlı ifa edib.

    Muxalifet2 - 22-08-2020

  14. “RAMİZ MEHDİYEV ZƏRƏRSİZLƏŞDİRİLMƏLİDİR!” – Deputatdan ŞOK AÇIQLAMA: “Siyavuş Novruzov o toyda ermənilərin əhatəsində idi”

    “Bütün dünya pandemiyanın yaratmış olduğu ağır vəziyyətin içindədir. Azərbaycan dövləti bu böyük bəladan az itki ilə çıxmaq üçün bütün imkanlarını səfərbər edib. Dövlət başçısı səviyyəsində bütün proseslər nəzarət altındadır. Xalqımız dövlətimizlə bərabər Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələblərə uyğun olaraq virusa qarşı mübarizə aparır.

    Muxalifet2 - 22-08-2020

  15. “MƏN ETDİYİM İŞİ HEÇ VAXT GİZLƏTMİRƏM...”– "Mən cəfəngiyyat adamı deyiləm ki..."

    Keçmiş nəqliyyat naziri Ziya Məmmədov AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə toy etməsindən və buna görə onun kürəkəni, eks-deputat İlham Əliyevin məhkəmə tərəfindən cəzalandırılmasından danışıb.

    Ziya Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, qanun hər bir vətəndaş üçün eynidir:

    Muxalifet2 - 22-08-2020

  16. Hacı İbrahimin qardaşının həbsi tələb edildi - MƏHKƏMƏ İŞİ

    "Hacı İbrahim" kimi tanınan İbrahim Nehrəmlinin qardaşı, iş adamı Sahib İbrahimov yenidən hakim qarşısına çıxarılıb. Onun həbsi tələb edilib. Musavat.com xəbər verir ki, Sahib İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

    Məhkəmənin hökmünə əsasən, zərərçəkmiş Ehtibar Allahverdiyevin vəkili Xəqani İmanovun mülki iddiası təmin edilib.

    X.İmanov söyləyib ki, nümayəndəsi olduğu Ehtibar Allahverdiyeva 162 min 400 dollar zərər vurulub. Məhkəmə mülki iddianı 142 min manatlıq hissədə təmin edib.

    Muxalifet2 - 22-08-2020

  17. Messi ilə bağlı sensasion İDDİA

    "Barselona" klubunun kapitanı Lionel Messi haqda sensasiyalı transfer xəbəri yayılıb.
    İddia olunur ki, 33 yaşlı argentinalı hücumçu PSJ-yə keçə bilər.

    Mənbənin yazdığına görə, Messi 4 il "Barselona"da komanda yoldaşı olduğu Neymarla yenidən birlikdə top qovmaq arzusundadır.

    Fransa mətbuatında da bu tip xəbərlər dərc edilir.

    Kataloniya klubunun Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya 2:8 hesabı ilə acınacaqlı şəkildə məğlubiyyətinin ardından "Barselona"da radikal qərarlar qəbul edilib.

    Muxalifet2 - 22-08-2020

  18. Eldar Mahmudovun bankında qızılların oğurlanması, borcun şişirdilməsi təsdiqləndi - EKSPERTİZA RƏYİ

    "Azəriqazbank"dakı (AGbank) saxta qızıl işi ilə bağlı qalmaqal böyüyür. Milyonlarla dəyəri olan qızılların kim tərəfindən saxtalaşdırıldığı araşdırılır. Bu iş üzrə ekspertiza rəyi maraqlı məqamları üzə çıxarıb.

    Musavat.com xəbər verir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham edilən Səmimi Eldar Yunis oğlu həbsdədir.

    Eldar Səmimi barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.

    Muxalifet2 - 22-08-2020

  19. “Lotu Quli”nin nəzarət etdiyi sahələr onlar arasında bölündü

    Antalyada qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun ölümündən sonra onun nəzarət etdiyi sahələr artıq bölünməyə başlayıb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” öz mənbələrinə istinadən məlumat yayıb. İddia olunur ki, “qanuni oğru” Vaqif Süleymanov (Diplomat)Gürcüstandan olan əslən azərbaycanlı biznesmenlərə nəzarət edəcək.

    Muxalifet2 - 22-08-2020

  20. Cəbrayıl və Füzulinin işğalından 27 il ötür

    Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etməsinin ildönümüdür.

    Muxalifet.az xəbər verir ki, işğaldan 27 il ötür.

    Ərazisi 1 050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib.

    Rayonda 90 kənd var və hazırda yalnız bir kənd - Cocuq Mərcanlı erməni işğalından azad olunub. İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib.

    Muxalifet2 - 23-08-2020

Pages