Axtarış
The search found 105715 results in 0.056 seconds.
Search results
“HEÇ KİMƏ AYRICA SƏLAHİYYƏTLƏR, İMTİYAZLAR VERİLMƏYİB” - Əli Əhmədov da Mehdiyevi "vurdu"
“Bəşəriyyətin böyük bəlasına çevrilmiş COVID-19 pandemiyasına qarşı mübarizə bütün dövlətlərin, o cümlədən Azərbaycan dövlətinin gündəliyində başlıca məsələdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması, ölümcül virusun yayılmasının qarşısının alınması istiqamətində sistemli və səmərəli işlər görülməkdədir. Dövlətimizin böyük imkanları bu istiqamətdə səfərbər edilib, xəstəliyə yoluxma hallarının ciddi şəkildə azalmasına nail olunub.
Muxalifet2 - 23-08-2020
Üç yaşlı uşaq suda boğulmaqda olan yaşıdını xilas etdi - VİDEO
Üç yaşlı uşaq hovuzda boğulmaqda olan yaşıdını xilas edib.
“Daily Mail”in məlumatına görə, hadisə Braziliyada yaşanıb.
Bildirilir ki, uşaqlardan biri anasının gözündən yayınaraq hovuza tərəf gedib. Evə quraşdırılan müşahidə kameralarından aydın görünür ki, uşaq hava döşəyini götürmək istəyərkən suya yıxılıb.
Xoşbəxtlikdən həmin vaxt dostu Artur yanında olub. O, əvvəlcə kömək istəmək üçün ətrafa baxıb, ancaq heç kimin olmadığını görəndə əlini uzadaraq güclə də olsa dostunu sudan çıxara bilib.
Muxalifet2 - 23-08-2020
Reper ABŞ-da prezidentliyə namizədliyini irəli sürdü
Amerikalı reper Kanye Uest Luiziana ştatında ABŞ-da prezident seçkilərində iştirak etmək üçün müraciət edib.
Bubbarədə yerli xəbər portalı “Nola” məlumat yayıb.
Qeyd olunur ki, bir çox ştatdan fərqli olaraq Luizianada müstəqil namizədlərin bülletenə öz adlarını yazdırması üçün minlərlə imza toplanmasına ehtiyac yoxdur. Bunun əvəzinə, namizəd yalnız 500 dollarlıq qeydiyyat haqqı ödəməlidir.
Məlumata görə, hip-hop ulduzu ilə yanaşı Luizianadan daha 10 müstəqil namizəd ABŞ-da prezident seçkilərində iştirak etmək üçün müraciət edib.Muxalifet2 - 23-08-2020
ÜST maskadan istifadə üçün minimal yaş həddini açıqladı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələr verib.
Bu barədə ÜST-ün saytında məlumat yer alıb.
Qeyd olunur ki, təşkilatlar koronavirus pandemiyası ilə əlaqədar 5 yaşdan kiçik uşaqlardan maska taxılmasını tələb etməməyi məsləhət görür.
“Bu, uşağın təhlükəsizliyinə və ümumi maraqlarına, eləcə də maskanı minimal yardımla lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır”, - məlumatda belə deyilir.Muxalifet2 - 23-08-2020
3 uşaq anası Rusiya gözəli seçildi
Rusiyada Nijni Novqorod sakini, 3 uşaq anası Darya İvanova “Miss Rusiya-2020” Gözəllik Müsabiqəsinin qabili olub.
Bu barədə müsabiqənin təşkilatçısı olan Qadınlar Planeti Fondu “Instagram” səhifəsində məlumat yerləşdirib.
Darya İvanovanın 37 yaşı var./apaMuxalifet2 - 23-08-2020
Azərbaycanın yüksək dağlıq ərazilərinə qar yağıb - FOTO
Ötən gün axşam saatlarından şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, dağlıq və dağətəyi yaşayış məntəqələrinə yağış yağıb, temperatur bir neçə dərəcə aşağı düşüb.
Regionun 2000 metrdən yüksək dağlıq ərazilərinə isə qar yağıb.Muxalifet2 - 23-08-2020
Tanınmış xanım blogger Azərbaycan naziri ilə eşq yaşadığını açıqladı
"İnstagram" sosial şəbəkəsində 31 min izləyicisi olan Olqa Leibman azərbaycanlı nazirlə eşq yaşadığını deyib.
Bir müddət Rusiya telekanallarında aparıcı kimi çalışan, indi isə sosial şəbəkədə daha çox blogger kimi tanınan Olqa Leibman instagramda canlı yayımda izləyicilərinin suallarını cavablandıran zaman Azərbaycanda olması haqda da danışıb.
Muxalifet2 - 23-08-2020
Türkiyə Rusiyadan ikinci S-400 alayını alır
Rusiya və Türkiyə arasında S-400 "Triumf" zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair müqavilə imzalanıb.
"RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixiyev deyib.
“Müqavilə imzalanıb, hazırda tərəfdaşlarımızla bu müqavilənin icrası üçün maliyyə məsələlərini müzakirə edirik”deyə, o bildirib.
Muxalifet2 - 23-08-2020
Ermənilər saz və tarımıza da sahib çıxmağa çalışır - SƏRGİDƏ HƏR İKİ ALƏT "ERMƏNİLƏRİNKİ" KİMİ TƏQDİM OLUNUB
Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları - 2020” yarışmalarında Ermənistan Azərbaycana qarşı təxribat törədib.
Məlumata görə, təxribat beynəlxalq yarışmada iştirak edən ölkələrin mədəniyyətlərinin sərgisi zamanı yaşanıb.
Azərbaycan Respublikasının milli musiqi alətləri olan tar, saz erməni milli musiqi alətləri kimi sərgi iştirakçılarına təqdim olunub.
Azərbaycan nümayəndə heyyəti artıq təşkilatçılara bu barədə öz narazılıqlarını bildirib.
Muxalifet2 - 23-08-2020
Siyavuş Novruzov və xanımı toya görə cərimələndi - HƏR BİRİ DÖRD YÜZ MANAT
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha üç nəfər cərimələnib.
Belə ki, deputat Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və filarmoniyanın direktorunun həyat yoldaşı Aysel Adıgözəlzadə sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarını pozaraq övladı üçün təşkil etdiyi toy mərasimində iştirak etdiklərinə görə cərimələniblər.
Muxalifet2 - 23-08-2020
MEHDİYEVİN NƏVƏSİNİN TOYUNDA İŞTİRAK EDƏN DAHA 3 TANINMIŞ CƏRİMƏLƏNDİ - Aralarında Abel Məhərrəmov da var...
BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin karantin qaydalarını pozaraq övladı üçün təşkil etdiyi toy mərasimində iştirak etdiklərinə görə cərimələniblər.
Muxalifet2 - 23-08-2020
"Deputat və Ombudsmanın cərimələnməsində qayda pozuntusu yoxdur" - HÜQUQŞÜNAS
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və Ombudsman Səbinə Əliyeva karantin rejimi ilə bağlı qaydaları pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdikləri üçün cərimələniblər.
Daxili İşlər Nazirliyi (DİN) bu şəxslərin hər birinin 400 manat məbləğində cərimələndiyi barədə məlumat yayıb.Muxalifet2 - 23-08-2020
Sabiq İcra başçısının həbs qətimkan müddəti uzadıldı
Səbail rayon Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması bağlı istintaq orqanını təqdimatına baxılıb.
Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanını təqdimatı təmin olunub.
Qərara əsasən, Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Mahir Quliyev bu ilin aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.Muxalifet2 - 23-08-2020
Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 17 nəfər CƏRİMƏLƏNDİ - Fotolar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir qrup şəxs cərimələnib.
Məlumata görə, 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.Muxalifet2 - 23-08-2020
Timoşenko koronavirusa yoluxdu - VƏZİYYƏTİ AĞIRDIR
Ukraynanın sabiş Baş Naziri, parlamentdəki “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Bu barədə Y. Timoşenkonun mətbuat katibi Marina Soroka “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
M. Soroka Y. Timoşenkonun durumunun ağır olduğunu, hərarətinin 39 dərəcəyə çatdığını bildirib.
Muxalifet2 - 23-08-2020
Ramil Usubov və Elçin Babayev də Mehdiyevin nəvəsinin toyunda olublar? - İDDİA
AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin böyük siyasi qalmaqala səbəb olmuş toyunda iştirak edənləri də cəzalandırmağa başlayıblar.
Belə ki, artıq BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq rabitə naziri Əli Abbasov, deputat Siyavuş Novruzov və onun həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva, həmçinin Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadənin 400 manat cərimələndikləri rəsmən təsdiqlənib. A.Məhərrəmov, Ə.Abbasov və M.Adıgözəlzadənin polis şöbəsində çəkilmiş fotoları da yayılıb.
Muxalifet2 - 23-08-2020
MİF “SINDI”, QALDI “SÜRÜ”… - Jalə Mütəllimova yazır
Rus gəmiləri sahilə boşuna yan almamışdı...
Susdurulan, əttökən blogerlər, kartatekası ilə dünən nahaqdan ortaya düşməmişdi...
Ölkə mediası Abşeron məhkəməsinə elə-belə cəm edilməmişdi...
Toya dəvət olunanlara, YAP-dan get, icazəsini elə-belə verməmişdilər...
Bir müğənni də o videonu elə-belə yaymamışdı...
Şoudur deyənlərə, "bizim kefimiz yaxşıdır", mesajı da elə o mifə arxayınlıqdan doğurdu. Heç nədən xəbəri olmadığına dəlalət edirdi. Bu baş verənlərin şou olmadığını dəqiq isbatlayır...
Muxalifet2 - 23-08-2020
Hadı Rəcəblinin nəvəsinin nikah mərasiminin görüntüləri yayılıb - VİDEO
Bir neçə gün əvvəl sabiq millət vəkili Hadı Rəcəblinin nəvəsinə toy mərasimi təşkil etdiyi ilə bağlı xəbərlər yayılmışdı.
Sabiq millət vəkilinin mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçirildiyi bildirilirdi.
Hazırda həmin nikah mərasimində çəkilmiş video sosial şəbəkələrdə paylaşılır. Videogörüntülərdə tibbi maskalı şəxsin görüntüsü sübut edir ki, çəkiliş karantin dövrünə təsadüf edir.
Həmin görüntüləri təqdim edirik:Muxalifet2 - 23-08-2020
“Nar” və TƏBİB tərəfindən təşkil olunmuş “Günün Qəhrəmanları” müsabiqəsinin qalibləri açıqlanıb
“Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə baş tutan “Günün Qəhrəmanları” yazı müsabiqəsi başa çatıb. Müxtəlif sahələrdə çalışan və pandemiya dövründə öz qəhrəmanlıqları ilə fərqlənən insanlar haqqında yazıları bir araya gətirən müsabiqə cəmiyyətdə xüsusi maraqla qarşılanıb. Həm jurnalistlərin, həm də sosial media istifadəçilərinin qatıldığı müsabiqəyə 100-ə yaxın müraciət daxil olub. Bu müraciətlər içərisindən müsabiqənin şərtlərinə cavab verən 78 yazı münsiflər heyətinə təqdim edilib.
Muxalifet2 - 23-08-2020
“RUHUMUN ƏKİZİ VƏ YA GÜZGÜDƏKİ MƏN” – İradə Aytel və Elşən İsmayıldan ortaq layihə
Tanınmış yazar və publisist İradə Aytelin bir zamanlar mətbuatda yayımlanan və xeyli oxucunun böyük marağına səbəb olmuş hekayəsi “VİRTUAL SEVGİ” gənc rejissor Elşən İsmayılın marağını cəlb etmiş və hekayə əsasında yeni film ssenarisi yazılmışdır.
Muxalifet.az xəbər verir ki, artıq “RUHUMUN ƏKİZİ VƏ YA GÜZGÜDƏKİ MƏN” adı ilə yeni bir romantik, ağır psixoloji dram janrında yeni bir filmin çəkilişlərinə də başlanılmışdır.Muxalifet2 - 23-08-2020