Ermənilər saz və tarımıza da sahib çıxmağa çalışır - SƏRGİDƏ HƏR İKİ ALƏT "ERMƏNİLƏRİNKİ" KİMİ TƏQDİM OLUNUB

Baxış sayı:
14329

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları - 2020” yarışmalarında Ermənistan Azərbaycana qarşı təxribat törədib.

Məlumata görə, təxribat beynəlxalq yarışmada iştirak edən ölkələrin mədəniyyətlərinin sərgisi zamanı yaşanıb.

Azərbaycan Respublikasının milli musiqi alətləri olan tar, saz erməni milli musiqi alətləri kimi sərgi iştirakçılarına təqdim olunub.

Azərbaycan nümayəndə heyyəti artıq təşkilatçılara bu barədə öz narazılıqlarını bildirib.

Nəzərinizə çatdıraq ki, Azərbaycanın da qatıldığı hərbi oyunlar bu gün başlayıb və sentyabrın 5-nə kimi davam edəcək.