Axtarış
The search found 105715 results in 0.05 seconds.
Search results
“Mehdiyevin akademiyanın saytından başqa tribunası yoxdur” - AMEA-nın şöbə müdiri
AMEA prezidenti Ramiz Mehdiyevin akademiyanın rəsmi saytından ard-arda şəxsi problemlərini dilə gətirməsi narazılıq doğurub.
Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Əli Abbasov bildirib ki, Ramiz Mehdiyev kimi yetişdiribsə, indi məhz onlar ona qarşı çıxır:
Muxalifet2 - 26-08-2020
Erməni diversantın videomüraciəti yayıldı
Xəbər verdiyimiz kimi, avqustun 23-ü saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.
Muxalifet.az onun videomüraciətini tədim edir:
Muxalifet2 - 26-08-2020
Dövlətin kəndlilərə ayırdığı milyonlarla manatı oğurlayıb qaçdı, Dubayda tutuldu - “ROYAL BANK” ÜZƏRİNDƏN TALANÇILIQ, ƏLİ CAM VƏ OĞLUNUN İŞİ…
Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondunun külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunan, fəaliyyəti dayandırılmış ”Röyal Bank”ın direktoru olmuş 36 yaşlı Fuad Cam və onun atası, bankın Müşahidə Şurasının sədri olmuş 67 yaşlı Əli Camın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib.
Muxalifet2 - 26-08-2020
Azərbaycanda günün koronavirus statistikası - YENİ YOLUXANLAR, SAĞALANLAR, ÖLƏNLƏR...
Azərbaycanda bu gün koronavirus infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Muxalifet2 - 26-08-2020
Livanlı ermənilər Şuşaya köçürülür - RƏSMİ
Livanlı ermənilərin iki ailəsi daimi yaşayış üçün işğal olunmuş Dağlıq Qarabağa, Şuşaya köçüblər.
Bu barədə Ermənistanın Diaspor İşləri üzrə Baş Komissarlığının mətbuat xidmətinin rəhbəri Zare Sinanyan məlumat verib.
"Livanlı ermənilərin iki ailəsi daimi yaşayış üçün Qarabağa köçüblər", - məlumatda deyilir.
Bundan əvvəl, Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərləri müxtəlif şəhər və kəndlərdə Livan ermənilərinin 100-150 ailəsini qəbul etməyə hazır olduqlarını bildirmişdilər.
Muxalifet2 - 27-08-2020
Pandemiya dövründə məktəb: Azərbaycanda dərslər hansı formada başlayacaq…
Koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da tədrisə ciddi zərbə vurdu. Bu ilin fevral-mart aylarından etibarən virusun yayıldığı ölkələrin demək olar ki, hamısı, o cümlədən Azərbaycan ilk karantin tədbirlərindən biri olaraq məktəbləri, uşaq bağçalarını, universitetləri bağladı. Təhsil Nazirliyi sürətlə tədrisi yeni şəraitə uyğunlaşdıra bilmək üçün tədbirlər görməyə başladı-ilk dəfə ölkədə teledərslər praktikası və online tədris tətbiq olundu, “Teledərs”, “Virtual məktəb” layihələri həyata keçirildi.
Muxalifet2 - 27-08-2020
Lukaşenko Merkellə və Makronla danışmaq istəmədi
Belarus prezidenti Aleksandr Lukaşenko təkcə Almaniya kansleri Angela Merkelin deyil, daha bir Avropa liderinin-Fransa prezidenti Emmanuel Makronun telefon zənginə cavab verməyib.
Bu haqda Estoniyanın baş naziri Yuri Ratas açıqlayıb.
Muxalifet2 - 27-08-2020
Karantini pozaraq Qəbələyə gedən şəxslər cərimələndi
Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, istirahət məqsədilə rayona gələn şəxslər barəsində inzibati qaydada tədbir görülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində hərəkət edən avtomobillər yoxlanış məqsədilə saxlanılıb.
Muxalifet2 - 27-08-2020
Məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlandı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 975 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.
İdarədən verilən məlumata görə, onlardan 491 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 484 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.
Muxalifet2 - 27-08-2020
Bakının bir neçə rayonunda su kəsiləcək
Bölgələrdə yağıntılar səbəbindən Kür çayında bulanıqlıq artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
Bu barədə "Azərsu" ASC-dən bildirilib.
Məlumata görə, bununla əlaqədar bu gün Şirvan və Hacıqabul şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
Muxalifet2 - 27-08-2020
İlon Maskın sərvəti 100 mlrd. dolları ötüb
“Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi İlon Maskın sərvəti cari ilin əvvəlindən kəskin artaraq 100 mlrd. ABŞ dollarını ötüb.
“APA-Economics”in “Bloomberg”ə istinadla verdiyi məlumata görə, avqustun 27-nə Maskın sərvəti 101 mlrd. dollar səviyyəsində qiymətləndirilir. 2020-ci ilin əvvəlində isə bu rəqəm 27,4 mlrd. dollara bərabər idi. Göründüyü kimi, ilin əvvəlindən İlon Maskın sərvəti 73,6 mlrd. dollar və ya 3,7 dəfə artıb.
Muxalifet2 - 27-08-2020
Sabaha olan hava proqnozu
Bakıda və Abşeron yarımadasında avqustun 28-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər zəif duman müşahidə olunacaq, gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz 29-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Muxalifet2 - 27-08-2020
Messinin transferi "Bavariya"nın fəlsəfəsinə uyğun deyil
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi ilə müqavilənin imzalanması Almaniya "Bavariya"sının fəlsəfəsinə uyğun deyil.
Muxalifet.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin Direktorlar Şurasının sədri Karl-Haynts Rummenigge "Tuttosport" nəşrinə açıqlamasında deyib.
Muxalifet2 - 27-08-2020
Bugünkü imtahanların nəticələri yaxın 3 gün ərzində elan olunacaq
Dövlət İmtahan Mərkəzinin bu gün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan, Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı və Sabah qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi üzrə keçirdiyi test imtahanı başa çatıb.
Mərkəzdən verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.
Muxalifet2 - 27-08-2020
“Belarusda Rusiya qüvvələrinə hələlik ehtiyac yoxdur” - Putin
“Belarusda Rusiya qüvvələrinə hələlik ehtiyac yoxdur. Ümid edirəm ki, olmayacaq da. Bununla həm Moskvada, həm də Minskdə razıdırlar”.
"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin söyləyib.
“Rusiyanın təhlükəsizlik sahəsində Belarus qarşısında öhdəlikləri var, Lukaşenko bu məsələni qaldırmışdı”, - o vurğulayıb.
Ölkə başçısının sözlərinə görə, Belarusda durum hazırda tarazılaşır.
V.Putin bildirib ki, Belarus üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət ehtiyat hazırlanıb.
Muxalifet2 - 27-08-2020
"O toya nə dəvət olunmuşam, nə də iştirak etmişəm...” - Aqiyə Naxçıvanlı
Milli Məclisin deputatı toy məclisində iştirak etməsi barədə yayılmış məlumatlara dair açıqlama verib.
Məlum olduğu kimi, son günlər ölkədə müzakirə olunan əsas mövzu Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin karantin şəraitində nəvəsinə toy məclisi təşkil etməsi və bəzi vəzifəli şəxslərin, deputatların orada iştirak etməsidir.
Bir neçə gün bundan öncə bəzi saytlarda dərc olunmuş materiallarda həmin toy məclisində Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlının da iştirak etdiyinə dair iddialar yer alıb.
Muxalifet2 - 27-08-2020
Azərbaycanda daha 137 nəfər koronavirusa yoluxdu – 2 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada koronavirusdan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, 1 956 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Muxalifet2 - 27-08-2020
"Türkiyə Azərbaycanın tərəfində olub və olacaq” - HULUSİ AKAR
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın Azərbaycanla sərhəd bölgələrdə təxribatçı hərəkətlərini kəskin şəkildə pisləyib.
Muxalifet.az-ın məlumatına görə, Hulusi Akar "Anadolu”agentliyinə verdiyi müsahibədə Azərbaycanla bağlı problemlərdə Türkiyənin tərəfinin bəlli olduğunu bildirib.
Muxalifet2 - 27-08-2020
“KARANTİN REJİMİNİ UZATMAQ ARZUOLUNAN DEYİL” – Deputat hökumətə təkliflər verdi
Avqust ayı sona yaxınlaşdıqca ən çox müzakirə olunan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də sentyabrdan xidmət və icitmai iaşə obyektlərinin fəaliyyətinin necə davam etməsi ilə bağlıdır.
Deputat, iqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, epidemioloji vəziyyətdən asılı olaraq növbəti qərarların veriləcəyi gözlənilsə də, iqtisadiyyyatın mərhələli açılımının davam etdirilməsi daha məqsədəuyğundur. O, Dünya Səhiyyə Təşkilatının da karantin tədbirlərinin tətbiqini məqsədəuyğun hesab etmədiyini xatırladıb.
Muxalifet2 - 27-08-2020
"Navalnı da eyni üsulla zəhərlənib" - Alman həkimlər yekun qənaətə gəlib
Aleksey Navalnlnı müalicə edən Alman həkimlər, bolqarıstanlı həmkarlarından iş adamı Yemelyan Gebrevin zəhərlənməsi ilə bağlı materialları istəyiblər.
Muxalifet2 - 27-08-2020