Axtarış
The search found 105715 results in 0.032 seconds.
Search results
"RAMİZ MEHDİYEV ÖZ İŞ FƏALİYYƏTİNİ DAVAM ETDİRİR" - AMEA-dan açıqlama
AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi Ramiz Mehdiyevin məzuniyyətdə olması barədə məlumatlara münasibət bildirib:
"Bu gün bəzi xəbər saytlarında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məzuniyyətdə olması barədə məlumat yayılıb. Bildirmək istəyirik ki, AMEA-nın ictimaiyyətlə və KİV-lə əlaqələrini Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi həyata keçirir və bizim tərəfimizdən bu barədə heç bir rəsmi məlumat yayılmayıb.
Muxalifet2 - 24-08-2020
“Siyavuş Novruzovun indi dediklərini Ramiz Mehdiyev sözbəsöz Heydər Əliyev haqqında deyib” - Cəmil Həsənli
Vaxtı ilə Əbdürrəhman Vəzirov respublika rəhbəri təyin edildikdən sonra 1988-ci ildə Ramiz Mehdiyevin məsələsini plenuma qoyub, onu Mərkəzi Komitənin katibi vəzifəsindən azad edəndə, bu gün Siyavuş Novruzovun onun haqqında dediklərini Ramiz Mehdiyev də sözbəsöz Heydər Əliyev haqqında deyib".
Muxalifet2 - 24-08-2020
İlham Əliyev yeni icra başçılarına xəbərdarlıq etdi
“Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
Muxalifet2 - 24-08-2020
Xəyanətin astanasından xəyanətkarlığın zirvəsinə doğru - Hacıbala Abutalıbov da Ramiz Mehdiyevdən yazdı
Elə cinayətlər vardır ki, onlar heç zaman bağışlanılmır, bu cinayətlər millətə, vətənə və dövlətə qarşı edilən xəyanətlərdir. (Aleksandr Düma)
İnsanları yaxşı tanımağın en düzgün ani onlardan ayrılarkən baş verir. Çünki o vaxt saxta üzlər tez üzə çıxır. (Anton Çexov)
Muxalifet2 - 24-08-2020
SOSİAL HÖKUMƏTİN ELÇİBƏY MODELİ – Uşaqpulu verilməlidir və nida işarəsi!
22 avqust 20 ildir ELÇİBƏY GÜNÜ kimi anılır. Elçibəy iqtidarının sosial-iqtisadi sahəyə böyük önəm verdiyi qəbul etdiyi qanunlarla doğrulanır. Təkcə onu demək yetərlidir ki, Prezident Əbülfəz Elçibəyin imzaladığı “Əlillərin sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli 284 saylı qanun 26 il qüvvədə olmaqla əlillərin gerçək hüquq qorunmasını həyata keçirirdi. Əlillər bu qanunvericilik aktı ilə tam dövlət təminatına alınaraq dövlətin himayəsində idilər.
Muxalifet2 - 24-08-2020
İcra başçısı həbs olunan rayonda yeni təyinat
Kürdəmir Rayon Polis Şöbəsində (RPŞ) yeni təyinat olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə polkovnik-leytenant Anar Əliyev Kürdəmir RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
A.Əliyev buna qədər Saatlı RPŞ-nin xidmət üzrə rəis müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Kürdəmir RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polovnik-leytenant Səfər Nuriyev bir müddət əvvəl DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinə rəis müavini təyin edilib.
Muxalifet2 - 24-08-2020
Azərbaycanda daha 152 nəfər koronavirusa yoluxdu – 1 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 35426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, aktiv xəstə sayı 1803 nəfərdir.Muxalifet2 - 24-08-2020
Erməni diversantın üzərindən götürülən ləvazimatlar məlum olub
Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törədən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkar olunub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın üzərindən götürülən əşyalar ictimaiyyətə təqdim edilib.
Muxalifet2 - 24-08-2020
"Dünən məni mədh edənlərin bu gün tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram" - RAMİZ MEHDİYEVDƏN ŞOK AÇIQLAMA
“Məlum olduğu kimi, mənim qız nəvəm Fidan Əliyevanın 18 avqust 2020-ci il tarixində Novxanıda bağ evində, məhdud sayda qonağın iştirakı ilə keçirilmiş şadlıq məclisi avqustun 20-dən etibarən qonaqlardan birinin sosial şəbəkələrdə yerləşdirdiyi videodan sonra geniş müzakirə mövzusuna çevrilmişdir”.
Muxalifet.az xəbər verir ki, bu sözlər AMEA-nın prezidenti Ramiz Mehdiyevin qurumun saytına verdiyi açıqlamasında yer alıb.
Açıqlamada bildirilib:
Muxalifet2 - 24-08-2020
“RAMİZ MEHDİYEV DÖVLƏTƏ MEYDAN OXUYURSA...” – Baş nazirin sabiq müavini
Azərbaycanın Baş Nazirinin sabiq müavini Abid Şərifov AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını kobud şəkildə pozaraq nəvəsinə toy mərasimi təşkil etməsindən danışıb.
Abid Şərifov Demokrat.az-a açıqlamasında bildirib ki, qanun hər kəs üçün eynidir, kiməsə əlavə üstünlük verilməyib:
"Mən hazırda xəstəyəm, xəstəxanadayam, baş verən hadisələrdən məlumatsızam. Ancaq dövləti qorumaq lazımdır. Bu dövlətin qanunları hər kəs üçün bərabərdir. Allah dövlətimizi qorusun, ölkəmizdə hər zaman sabitlik olsun".
Muxalifet2 - 25-08-2020
“Navalnını zəhərləyənləri təcili tapın!” - Merkel və XİN rəhbəri Putinə çağırış etdi
Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Heyko Maas Rusiya hakimiyyətini müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinin bütün təfərrüatlarını təcili araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıblar.
Muxalifet2 - 25-08-2020
Ramiz Mehdiyev akademiyadan necə uzaqlaşdırıla bilər? - PROSEDUR
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin istefaya göndərilməsi gündəmə gəlib.
Xatırladaq ki, bu akademikin nəvəsinin toyu ilə bağlı qalmaqalla əlaqədardır. Toy mərasiminin xüsusi karantin dövründə düzənlənməsi sərt təpki ilə qarşılanıb. İctimai qınaq o həddə çatıb ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və onun qudası Rövşən Mustafayev 15 sutka inzibati qaydada həbs edilib.
Muxalifet2 - 25-08-2020
Lotu Qulinin dostları ilə vida görüşünün görüntüləri yayıldı - VİDEO
Xəbər verdiyimiz kimi, avqustun 19-dan 20-nə keçən gecə Türkiyənin Antaliya şəhərində hotellərin birində “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov 25 yaşlı Xan Bakinskiy (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli tərəfindən qətlə yetirilib.
Muxalifet2 - 25-08-2020
YAP-da növbədənkənar qurultay: Kimlər rəhbərlikdən uzaqlaşdırılacaq... - SİYAHI
Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin qız nəvəsinin qalmaqallı toy mərasimi hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəziyyəti gərginləşdirib.
Muxalifet2 - 25-08-2020
Baş Prokurorluq Eldar Həsənovla bağlı açıqlama verdi
Baş Prokurorluq sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənovun barəsində olan cinayət işinin Dövlət Təhlükəsizliyi Xidmətindən alınaraq Baş Prokurorluğa verilməsi barədə vəkil Adil İsmayılovun yaydığı məlumata münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təstiqləyib.
Qurumdan bildiriblər ki, vəkil Adil İsmayılovun yaydığı məlumat düzgündür: "Hazırda Eldar Həsənov barəsində olan cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır".
Muxalifet2 - 25-08-2020
DTX Eldar Həsənovun cinayət işini Baş Prokurorluğa göndərdi
Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq idarəsindən Baş Prokurorluğuna göndərilib.
Bu barədə onun vəkili Adil İsmayılov bildirib.
Muxalifet2 - 25-08-2020
KÖHNƏ, YENİ MEHDİYEV… - “Hər ikisi” ailəsi üçün təlaşdadır!
AMEA prezidenti Ramiz Mehdiyevin akademiyanın saytı üzərindən, yəni məsələyə dəxli olmayan ünvandan, tirajlanan açıqlamasını hamı kimi oxudum. Baxdım ki, çoxu üçün lağ obyektidir. Əslində ciddi mesajlar, hirs duydum.
Muxalifet2 - 25-08-2020
YAP-DA "SİYAVUŞ NOVRUZOV ERASI" BİTDİ! - Prezident onun istefasını qəbul etdi
Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Siyavuş Novruzovun partiyanın İcra katibinin müavini postundan istefasını qəbul edib.
Muxalifet.az xəbər verir ki, bu barədə YAP-ın Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, YAP İcra katibinin müavini Siyavuş Novruzov dünən partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş etmişdi.
Muxalifet2 - 25-08-2020
“Lotu Quli”nin öldürülməsinə görə vəd edilən qonorar məlum oldu - "AZƏRBAYCANLI ALVERÇİLƏR ARASINDA ŞAYİƏ GƏZİR Kİ...”
“Lotu Quli” kimi tanınan məşhur kriminal avtoritet Nadir Səlifovun öldürülməsinə görə sifarişçilərin vəd etdiyi qonorarın məbləğinə dair ilkin təxminlər irəli sürülüb.
“Daily Storm” nəşri öz mənbələrinə istinadən bu məbləğin bir neçə milyon dollar təşkil etdiyini bildirir.
Muxalifet2 - 25-08-2020
Siyavuş Novruzovun adı siyahıdan çıxarıldı
Xəbər verdiyimiz kimi, avqustun 18-də Ramiz Mehdiyevin nəvəsinin toyuna gedərək karantin qaydalarını pozan Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov məsələ ictimailəşəndən sonra istefa verib. Bu gün isə hakim partiya Siyavuş Novruzovun istefasını qəbul etdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, artıq partiyanın rəsmi saytında icra katibliyinin siyahısından Siyavuş Novruzovun adı çıxarılıb.
Hazırda Yeni Azərbaycan Partiyasının icra katibliyinin siyahısında bu şəxslər var:
Muxalifet2 - 25-08-2020