Axtarış
The search found 105715 results in 0.031 seconds.
Search results
Putin Belarusa yeritmək üçün xüsusi ordu hazırladığını açıqladı - BİR HƏFTƏDİR HAZIRLIQ KEÇİRLƏR...
Prezident Vladimir Putin Rusiyanın, "lazım gələrsə" Belarusa kömək üçün, hüquq-mühafizə orqanları əməkdaşlarından ibarət ehtiyat qüvvə yaratdığını bildirib.
Bu barədə RT xəbər yayıb.
"Belarusdakı ekstremist ünsürlər sərhədləri keçməyənə və soyğunçuluğa başlamayanadək Rusiya qüvvələri istifadə edilməyəcək",- deyə V.Putin əlavə edib.
“Belarusda ekstremist elementlər qırmızı xətti keçərək talan hərəkətlərinə başlamasalar, Rusiya qüvvələrindən istifadə olunmayacaq”, – Putin vurğulayıb.
Muxalifet2 - 27-08-2020
“Lotu Quli”nin imperiyasına qardaşı rəhbərlik etməyə başladı - İNDİ HAMI ONA HAQQ VERƏCƏK...
Avqustun 19-da Türkiyənin Antalya şəhərindəki otellərdən birində öldürülən məşhur kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovun imperiyasına onun kiçik qardaşı rəhbərlik etməyə başlayıb.
Virtualaz.org xəbər verir ki, “Novaya qazeta” belə yazır.
Bildirilir ki, Rusiyanın meyvə-tərəvəz bazarlarındakı ticarətçilər indi Namiq Səlifova haqq ödəyəcəklər.
Muxalifet2 - 27-08-2020
Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı 100 minlik könüllü ordu qurmaq planı - “ALLAH ELƏMƏSİN, BUNA OXŞAR NƏSƏ BAŞ VERSƏ...”
Xəbər verildiyi kimi, Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrlə paralel olaraq könüllülərdən yığma qoşun yaradılması üzrə qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Bu qüvvələrə könüllülər ordusunun qərargahı vasitəsilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi rəhbərlik edəcək.
“Müdafiə haqqında” qanuna dəyişiklik kimi nəzərdə tutulan layihə Ədliyyə Nazirliyinin vebsaytında dərc olunub. Layihəyə görə, yığma qoşun Ermənistana silahlı hücum şəraitində vətəndaşların silahlı müdafiəyə könüllü qoşulması sistemidir.
Muxalifet2 - 27-08-2020
“Məcbur olub sələmə pul götürdük, Hüseynqulu Bağırova verdik...” - “EKOLOJİ TƏMİZ” KORRUPSİYA-HACIYEV KEÇMİŞ NAZİRİ ƏLƏ VERİR
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, baş mühasib İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız İlqar Hacıyev həbsdədir.
Cinayət işi üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, 27 nəfər tanınıb.
Muxalifet2 - 27-08-2020
“Facebook”un səhmləri ilk dəfə 300 ABŞ dolları həddini ötüb
Dünyanın ən böyük sosial şəbəkəsini idarə edən “Facebook” İnc.” şirkətinin səhmləri ötən gün hərraclar zamanı 8,2 faiz bahalaşaraq 303,91 ABŞ dollarından satılıb.
“Report” xəbər verir ki, adıçəkilən şirkətin dəyəri ilin əvvəlindən 48 faiz artıb.
Eyni müddət ərzində "S&P" 500 indeksi 7,7 fazə yüksəlib.
Muxalifet2 - 27-08-2020
Putin koronavirus peyvədinin qızına təsirindən danışdı
Rusiya Prezidenti Vladimir Putin qızına vurulan koronavirus peyvəndindən sonra anticismlərin yarandığını deyib.
Bu barədə o, “Rossiya 24” kanalına müsahibəsində bildirib:
“Biz heyvanlar, könüllülər üzərində klinikaya qədər və sonrakı sınaqlar keçirdik. Bu gün mütəxəssislərimiz üçün bu peyvəndin sabit immunitet yaratması, qızımda olduğu kimi anticismlərin meydana gəlməsi və onun zərərsiz olması çox aydındır. Allaha şükür ki, qızım özünü yaxşı hiss edir”.
Muxalifet2 - 27-08-2020
Rusiya Belarusa yenidən 1 milyard dollar borc verəcək - PREZİDENTLƏR RAZILAŞDILAR
Rusiya Belarusa verdiyi 1 milyard ABŞ dolları məbləğində borcu yenidən maliyyələşdirəcək.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko məlumat verib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Rusiyanın dövlət başçısı Vladimir Putinlə razılıq əldə edib.
Muxalifet2 - 27-08-2020
Sentyabrın 15-dən məktəblər açılır - TƏHSİL NAZİRİ YENİ TƏDRİS İLİ İLƏ BAĞLI SON QƏRARLARI AÇIQLAYIB
Təhsil naziri Emin Əmrullayev, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil nazirinin müşaviri Rüstəm Ağayev yeni təhsil ilinə hazırlıqla bağlı bu dəqiqələrdə mətbuat konfransı keçirirlər.
Tədbirdə pandemiya dövründə məktəblərin, uşaq bağçalarının, universitetlərin açılıb-açılmayacağı, tədris prosesi başlayacaqsa bunun hansı formada təşkil olunacağı ilə bağlı məlumat verilir.
Ən səmərəli seçim...
Muxalifet2 - 27-08-2020
"Risk qrupunda olan təhsil işçilərinin siyahısı dəqiqləşdirilir" - TƏHSİL NAZİRİ
"Təhsil müəssisələri qapalı olmayacaq. Təbii ki, 70-80 nəfərlik auditoriya zalı bu qədər sayda tələbə qəbul etməyəcək. Saylar müəyyən limitlər nəzərə alınaraq həyata keçiriləcək".
Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
Muxalifet2 - 27-08-2020
"Koronavirusdan qorunmanın üç yolu var" - RƏŞİD MAHMUDOV
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı koronavirusla mübarizə çərçivəsində karantin rejiminin bir müddət də uzadılmalı olduğunu vurğulayıb. O, fikrini yoluxma sayının artma ehtimalı ilə əsaslandırıb.
Məsələyə münasibət bildirən Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov Yenisabah.az-a açıqlamasında deyib ki, əgər yoluxma çoxdursa, deputat düz deyir, yox, əgər sayı yalandan artırırlarsa, belə bir addım atılmamalıdır:
Muxalifet2 - 27-08-2020
Türkiyədə “kazinolar kralı”nı güllələyən Həsən Müzəffərova pul göndərən kimdir... - HƏBSXANA RƏHBƏRLİYİNƏ SORĞU VERİLDİ
Tükiyənin Bursa şəhərində “kazinolar kralı” kimi tanınan və gecə klublarının sahibi olan 55 yaşlı Zeynel Demirin güllələnməsi işi üzrə keçirilən məhkəmədə maraqlı fakt üzə çıxıb. Bəlli olub ki, Demiri güllələyən 22 yaşlı Azərbaycan vətəndaşı Həsən Müzəffərova həbsxanada ehtiyaclarını ödəmək üçün pul göndərilir. Müzəffərovun vəkili pul göndərənin kimliyini araşdırmaq üçün məhkəmədə vəsadət qaldırıb. Belə ki, həmin adamın tapılması qətlin sifarişçisinin üzə çıxarılmasına kömək edə bilər.
Muxalifet2 - 28-08-2020
Bakı metrosu fəaliyyətini bərpa edir? - AÇIQLAMA
“Bakı Metropoliteni” fəaliyyətə tam hazır vəziyyətdədir.
Bu barədə Oxu.Az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, dünən və bu gün metronun açılacağı tarixlə bağlı heç bir məlumat verilməyib:
“Metroda infrastruktur hazır vəziyyətdə saxlanılır. Biz də fəaliyyətə başlamaq üçün qərar gözləyirik. Yaxın zamanda metronun fəaliyyəti bərpa olunarsa, qurum olaraq sərnişinlərimizin xidmətində olacağıq”.
Muxalifet2 - 28-08-2020
Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi deyilən deputat vəzifədən azad edildi - FOTO
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, B.Əliyev öz istəyi ilə işdən çıxıb.
Bildirilib ki, o, BDU-da heç bir vəzifə daşımır.
Muxalifet2 - 28-08-2020
DYP rayonlara getmək istəyənlərə müraciət etdi
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar, xüsusilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan və işləyən şəxslərin kütləvi şəkildə məhz həftəsonu res
Muxalifet2 - 28-08-2020
Ukrayna Belarusa qarşı sanksiyalara qoşula bilər
Ukrayna Avropa İttifaqının (Aİ) Belarusa qarşı tətbiq edəcəyi sanksiyalara qoşula bilər.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba bu gün keçirilən brifinqdə deyib.
"Hələ ki, Avropa İttifaqının sanksiyalarını görməmişik, lakin biz Aİ-nin yanaşmasını dəstəkləyirik. Bu sanksiyaları gördükdən sonra öz nəticələrimizi çıxaracağıq", - deyə ukraynalı nazir bildirib.Muxalifet2 - 28-08-2020
Mikayıl Müşfiqlə eyni vaxtda güllələnən şəxslərin qalıqları tapıldı
“Ekspertiza hazırda təkcə Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqların araşdırılması ilə məşğul deyil. Axtarışlar Mikayıl Müşfiqin adı ilə başlasa da, sonradan əhatə dairəsi genişlənib”.
Bunu Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov deyib.Muxalifet2 - 28-08-2020
Mərkəzi Xəstəxananın direktoruna cinayət işi açıldı - SAATLIDA
Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.
Saatlı rayon Prokurorluğundan verilən məlumata görə, “Saatlı rayon Mərkəzi Xəstəxanası” publik şəxsin direktoru Səidə Şahpələngovanın qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Saatlı rayon prokurorluğunda araşdırma aparılıb.
Muxalifet2 - 28-08-2020
Messi "Mançester Siti"yə keçmək üçün Qvardiola ilə danışdı
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi karyerasını İngiltərə "Mançester Siti"sində davam etdirmək niyyətindədir.
"Marca" xəbər verir ki, 33 yaşlı hücumçu "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiolaya zəng edib və onun komandasına qoşulmaq istədiyini söyləyib.
Messi ailəsi ilə birlikdə Barselonadan ayrılmağı qərara alıb. Messinin qərarına "Mançester Siti"də çıxış edən argentinalı futbolçu Serxio Aquero ilə dost olması da təsir edib.
Muxalifet2 - 28-08-2020
“Karantin rejimi yumşaldılmalı, əhalinin rayonlara gediş-gəlişinə icazə verilməlidir” - DEPUTAT
"Sentyabrın 1-dən etibarən Azərbaycanda karantin rejimi yumşaldılmalıdır, əhalinin rayonlara gediş-gəlişinə icazə verilməlidir".
Muxalifet.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikasının keçmiş Baş nazirinin birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
Vahid Əhmədov deyib ki, sentyabrın 15-dən etibarən dərslərin başlanmasına icazə verilməsi istisna deyil.
Onun sözlərinə görə, artıq insanları karantin rejiminin yaratdığı gərginlikdən çıxartmaq lazımdır:
Muxalifet2 - 28-08-2020
Bərdədə 17 yaşlı qızın qaçırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bərdədə 17 yaşlı qızın qaçırılması ilə bağlı yayılan məlumatla bağlı açıqlama verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı bu il mart ayının 29-da qızın atası E.H. Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) gedərək qızının qaçırılması barədə ərizə ilə müraciət edib:
Muxalifet2 - 28-08-2020