Axtarış

The search found 105715 results in 0.057 seconds.

Search results

  1. Almaniyada Aleksey Navalnıya xüsusi status verildi

    Rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnı müalicə üçün Berlinə “kanslerin qonağı” qismində aparılıb.

    Bu barədə “ZDF” kanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

    Kanal bildirib ki, bu status Navalnıya maksimum polis müdafiəsi ilə təmin olunmasına imkan verir.

    Muxalifet2 - 23-08-2020

  2. Rusiyanın müdafiə naziri Bakıya gəlir...

    Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gələcək.

    Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, Sergey Şoyqu Bakıya Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə avqustun 25-də səfər edəcək.

    Muxalifet2 - 23-08-2020

  3. “ONU XƏYANƏTƏ SÜRÜKLƏYƏN SƏBƏB BƏLLİDİR...” – “Mehdiyevin dərsini vermək İlham Əliyevin qismətinə yazılıbmış”

    “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru, keçmiş deputat Alqış Musayevin “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:

    - Alqış müəllim, ölkədə nələr baş verir? Mehdiyevin nəvə toyu əsl siyasi qalmaqala çevrilib və gündəmi zəbt edib…

    Muxalifet2 - 23-08-2020

  4. Azərbaycanda daha 169 nəfər koronavirusa yoluxdu – 3 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
     
    İndiyədək ölkədə ümumilikdə 35 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib, 1 763 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
     

    Muxalifet2 - 23-08-2020

  5. “Lotu Quli”nin öldürüldüyü oteldə nələr tapılıb... - YENİ TƏFƏRRÜATLAR

    Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Antalyanın Serik rayonunda məşhur azərbaycanlı “qanuni oğru”, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun öldürüldüyü oteldə axtarış apararkən xeyli silah-sursat aşkar edib.

    Türkiyə mediası xəbər verir ki, silah-sursatlar otelin restoranında və dəhlizində, “Lotu Quli”nin öldürülməsinin ardınca aparılan axtarışda tapılıb.

    Muxalifet2 - 23-08-2020

  6. Belarus xalqı yenə küçələrdə: yüz minlərlə insan “Uxodi!” deyir... - VİDEO

    Bu gün Belarusda prezident seçkilərindən 15 gün keçdiyi bir vaxtda paytaxt Minskdə və digər şəhərlərdə yenidən izdihamlı aksiyalar keçirilir.

    Belə ki, prezident Aleksandr Lukaşenkonun sərt xəbərdarlıqlarına, etirazçıları ordu ilə hədələməsinə baxmayaraq paytaxt Minskdə yüz minlərlə insan küçələrə çıxıb.

    Muxalifet2 - 23-08-2020

  7. Ramiz Mehdiyevin nəvəsinin toyu bu bağ evində olub - PEYKDƏN FOTOLAR

    Muxalifet2 - 23-08-2020

  8. BDU-nun rektoru da toyda iştirak edib? - AÇIQLAMA

    Bakı Dövlət Universiteti (BDU) rektor Elçin BabayevinAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    BDU-dan "Report"a daxil olan məlumatda deyilir:

    Muxalifet2 - 23-08-2020

  9. "RAMİZ MEHDİYEV BİZİ ALDATDI" - Siyavuş Novruzovdan şok açıqlama

    “Ölkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunmaqdadır. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etsə də, kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılmaqdadır. Belə olan halda, hər bir vətəndaşın borcu məsuliyyətli davranaraq müəyyən olunmuş qaydalara ciddi riayət etməkdir.

    Muxalifet2 - 23-08-2020

  10. ERMƏNİLƏRDƏN NÖVBƏTİ TƏXRİBAT CƏHDİ - Düşmənin diversiya qrupunun rəhbəri əsir götürüldü

    Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

    Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.

    Muxalifet2 - 23-08-2020

  11. ​RAMİZ MEHDİYEVİN İSTEFASI VƏ HƏBSİ TƏLƏB OLUNACAQ – Elmlər Akademiyasının qarşısında aksiya keçiriləcək

    Turan Partiyasının Gənclər Təşkilatı (Bozqurtlar Ocağı) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısında aksiya keçirməyi planlaşdırır.

    Muxalifet.az xəbər verir ki, AMEA-nın qarşısında keçiriləcək aksiyada “Daloy Ramiz!” şüarının səsləndirilməsi nəzərdə tutulur.

    Bu haqda məlumat verən Turan Partiyasının Başqanı Cahandar Bayoğlu bildirir ki, gənclər bu aksiya ilə bağlı onun razılığını istəyib və müsbət cavab alıblar.

    Muxalifet2 - 23-08-2020

  12. LUKAŞENKODAN HEYRƏTAMİZ HƏRƏKƏT - İstiqlaliyyət Sarayına əlində avtomat vertolyotla gəlib / VİDEO

    Belarus Prezidenti Aleksandr Lukaşenko vertolyotla müxalifətin etiraz aksiyası keçirdiyi əraziyə - İstiqlaliyyət Sarayının qarşısına gəlib.

    APA RİA Novosti-yə istinadən xəbər verir ki, prezidentin əlində avtomat olub.

    Lukaşenkonun əlindəki silahın üstündə darağın olmadığı diqqət çəkib.

    Qeyd edək ki, prezidenti xüsusi çevik polis qüvvələri müşayiət edib.

    Muxalifet2 - 23-08-2020

  13. Əməliyyat olunan Lalə Şövkətin vəziyyəti barədə AÇIQLAMA

    “Dünən ALP-nin lideri Lalə Şövkət xanım üzərində çox ciddi cərrahiyyə əməliyyatı uğurlu keçdi. Liderimizin vəziyyəti get-gedə yaxşılaşır”.
     
    Modern.az-ın məlumatına görə, bunu ALP sədri Əvəz Temirxan Lalə Şövkətin sağlıq durumundan danışarkən deyib.
     
    Ə.Temirxan “həkimlərə təşəkkürlərimiz sonsuzdur. Əlləri var olsun”, deyə əlavə edib.

    Muxalifet2 - 23-08-2020

  14. Ramiz Mehdiyev məzuniyyətə çıxdı - QAYITMAYA BİLƏR

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev məzuniyyətə çıxıb.

    “Report”un əldə etdiyi məlumata görə, o, keçən həftənin sonu xidməti məzuniyyətə gedib.

    AMEA-nın işçiləri isə “Report”a bildirib ki, R.Mehdiyev rəsmi qaydada məzuniyyətə çıxmasına baxmayaraq hazırda işdədir.

    Muxalifet2 - 24-08-2020

  15. Siyavuş Novruzov istefa verdi - PREZİDENTƏ MÜRACİƏT ETDİ

    Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən istefa verib.

    Muxalifet2 - 24-08-2020

  16. Lotu Qulinin öldürüldüyü oteldə araşdırma aparıldı - BÜTÜN DETALLAR ORTADA

    Türkiyədə qətlə yetirilən azərbaycanlı kriminal avtoritet  Nadir Səlifovun otağında silahlar və çox sayda güllə tapılıb.

    Bu barədə Antalya Baş Polis İdarəsi açıqlama yayıb. Bildirilib ki, Serif rayonunun Boğazkent mahalında Səlifovun qaldığı oteldə yaxın adamı Xan Əhmədlinski tərəfindən öldürülməsi ilə əlaqədar istintaq aparılıb.

    Muxalifet2 - 24-08-2020

  17. Ramiz Mehdiyevin bir yolu qalıb...

    Artıq 10 aydır ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri deyil. Bu vaxt ərzində “Ramiz Mehdiyev amili” gündəmin əsas mövzularından biri oldu, onun barəsində müxtəlif ittihamlar səsləndirildi. Bu gün də iddia olunur ki, R.Mehdiyev “təslim” olmayıb, köhnə qvardiyanın ağsaqqalı kimi hələ də öz “yenilməzliyini”, “mövcudluğunu” qorumağa çalışır, ölkədə aparılan islahatlara məqsədli şəkildə mane olur və vəzifədən kənarlaşdırılmasını həzm edə bilmir.

    Muxalifet2 - 24-08-2020

  18. PREZİDENT 2 RAYONA BAŞÇI TƏYİN ETDİ – Yeni icra başçılarının dosyesi

    Prezident İlham Əliyev Biləsuvar Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi haqqında sərəncam imzalayıb.
    Muxalifet.az
    xəbər verir ki, sərəncama əsasən Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
    Prezidentin digər sərəncamına əsasən, Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
    İlham Əliyev yeni icra başçılarını videoformatda qəbul etdi

    Muxalifet2 - 24-08-2020

  19. ​Sabiq icra başçısı Elmar Vəliyevin adamı bu maddələrlə ittiham olunur

    Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş vəzifəli şəxsi Məharət Mustafayevin hansı maddələrlə ittiham olunduğu məlum olub.
    Elektron məhkəmə portalında xəbər verilir ki, M.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı Binəqədi rayon məhkəməsinə daxil olub. Təqdimata hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq.

    Muxalifet2 - 24-08-2020

  20. Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş əməkdaşları hakim qarşısında - HƏBS OLUNDULAR / Yenilənib

    Gəncə şəhər İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri - şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisləri işləmiş Əli Rüstəmov və Məharət Mustafayev barəsində Binəqədi rayon Məhkəməsində istintaq orqanın təqdimatlara baxılıb.

    APA-nın məlumatına görə, hakimlər Fərid Əmirəliyev və Vüqar Məmmədovun sədrlikləri ilə keçirilən proseslərdə istintaq orqanın təqdimatı təmin edilib.

    Məhkəmə tərəfindən hər iki şəxs barəsində 1 ay 21 gün həbs qətimkan tədbiri seçilib.
    ***

    Muxalifet2 - 24-08-2020

Pages