Axtarış
The search found 105715 results in 0.058 seconds.
Search results
Ermənilər yenidən Tovuzu atəşə tutdu - RƏSMİ AÇIQLAMA
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.
Muxalifet2 - 21-08-2020
“Lotu Quli” əfsanəsi: hotel otağında kəsilən ömür və qatilin sirri...
“Xan Əhmədlinski” kimi tanınan kriminal avtoritet Xaqan Zeynalov “qanuni oğru”nu kart oynayarkən güllələyib; qətldən 30 dəqiqə əvvəl çəkilən kadrlar kimə göndərilib; son illər barəsində ən çox danışılan Nadir Səlifov bu gün dəfn ediləcək...
Qatil və qətlin motivləri...
Muxalifet2 - 21-08-2020
"Lotu Quli"nin qohumu Bakıda həbs edildi
Türkiyədə qətlə yetirilən "Lotu Quli" ləqəbli Nadir Səlifovun yaxın qohumu Bakıda saxlanıb.
“Report”un xəbərinə görə, saxlanan şəxsin adı Natiq Binnətovdur.
N.Binnətov bir neçə gün əvvəl Xətai rayonunda yerləşən restoranda cinayət törətməyə meyilli bir qrup şəxslə birgə xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edərkən saxlanıb. Onun və məclis iştirakçılarından daha bir neçə nəfərin üzərindən üzərindən narkotik vasitə çıxıb. N.Binnətov və daha bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Muxalifet2 - 21-08-2020
Ermənistan ordusunun Qarabağda 20-dən çox post itirdiyi açıqlandı - “BU CÜR QƏLƏBƏLƏR DAVAM ETSƏ STEPANAKERTİ İTİRƏCƏYİK...”
Ermənistanda eks-prezident Serj Sərkisyanın xüsusi mətbuat konfransı çağırıb 2016-cı ilin aprel müharibəsində erməni ordusunun “qalib gəldiyi” barədə danışmasından sonra ona hakim partiyadan ifşaedici cavab verilib.
Belə ki, baş nazir Paşinyanın “Mənim addımım” partiyasından deputat, aprel müharibəsini araşdıran parlament komissiyasının üzvü Armen Xaçatryan bu “qələbə” nəticəsində erməni işğalçı qüvvələrinin Qarabağda 20-dən çox postu itirdiyini bildirib.Muxalifet2 - 21-08-2020
“Lotu Quli” dəfn edilmək üçün bu məscidə gətirildi - FOTOLAR
Xəbər verdiyimiz kimi, dünən Antaliyada “Xan Bakinskiy” tərəfindən hoteldə öldürülən “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov İstanbulda dəfn edilir.
“MediaPost”un əldə etdiyi məlumata görə, “Lotu Quli”nin dəfnində yüzlərlə kriminal aləmin üzvləri iştirak edir.
Muxalifet2 - 21-08-2020
Qulinin qətlinin sifarişçisi kimdir və nə qədər ödəyib? – ŞOK TƏFƏRRÜAT / VİDEO
Bu gecə - 20 avqust saat 02 radələrində qanuni oğru Lotu Quli Türkiyənin Antalya şəhərinin Serik bölgəsində yerləşən otellərin birində qətlə yetirilib.
Axar.az xəbər verir ki, qətli “Xan Bakinski” qələbli Xaqan Dəyanət oğlu Zeynalov həyata keçirib.
Əldə etdiyimiz məlumata görə, Xan Bakinskiyə sifarişi Rövşən Lənkəranskinin qohumu Zaur Əliağa oğlu Əhmədov verib. Qətlin icrası üçün Bakinskiyə 4 milyon dollar ödənilib.
Muxalifet2 - 21-08-2020
Ailəsi Navalnıyın Almaniyada müalicə olunmağını tələb edir
Müxalifət lideri Aleksey Navalnıyın Omsk şəhərindəki qərargahı sosial şəbəkələr vasitəsilə siyasətçinin tərəfdarlarını xəstəxanaya toplanmağa və həkimlərdən müalicə üçün Almaniyaya aparılmasını tələb etməyə çağırıb.
“İnterfaks”ın verdiyi xəbərə görə, qərargahın açıqlamasında bildirilib ki, Navalnıyın daşınmasına qoyulan qadağa ona qarşı edilən sui-qəsd cəhdidir.
Siyasətçinin mətbuat katibi Kira Yarmış jurnalistləri prezidentin mətbuat katibi Dmitri Peskovdan “Alekseyin evakuasiyası ilə bağlı dəqiq bir mövqe” əldə etməyə çağırıb.
Muxalifet2 - 21-08-2020
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir VİDEO
Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Dünən “Qafqazinfo”da Novxanıda bağ evində keçirilən toydan ilk görüntülər də yayımlanmışdı. Bu gün isə saytımıza Ramiz Mehdiyevin qız nəvəsinin toyundan daha bir video daxil olub.
Videoda Ramiz Mehdiyev də yer alıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə tost deyib.
Muxalifet2 - 21-08-2020
“Belarusda lidersizlik hökm sürür və bu, qanlı olaylara səbəb ola bilər” – ADP SƏDRİ
"Belarusda gedən bütün oyunlar Lukaşenkonun Rusiya əleyhinə apardığı siyasəti neytrallaşdırmaqla bağlı idi"
Muxalifet2 - 21-08-2020
"Lotu Quli"nin dəfn mərasimi başlayır
Bir gün əvvəl Türkiyənin Antalya şəhərində öldürülən azərbaycanlı əfsanəvi "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) dəfn mərasimi İstanbulda baş tutacaq.
"Lotu Quli" İstanbulun mərkəzi qəbiristanlıqlarından birində dəfn ediləcək.
Onun dəfni günorta namazından sonra başlayacaq.
Muxalifet2 - 21-08-2020
Qulinin qətlini sifariş edən “Dayıoğlu Zaur” kimdir? - ŞOK FAKTLAR
Xəbər verdiyimiz kimi, avqustun 19-dan 20-nə keçən gecə Antalyada qətlə yetirilən qanuni oğru Lotu Qulinin ölüm fərmanını verən şəxsin Zaur Əliağa oğlu Əhmədov olduğu iddia edilir. Məlumata görə, o, bu qətlin icrası üçün Xan Bakinskiyə 4 milyon dollar ödəyib.
Muxalifet2 - 21-08-2020
ABŞ-da ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətə dair Beynəlxalq işçi qrupunun hesabatı
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, MG Consulting şirkətinin və Şəffaflıq Azərbaycan təşkilatının təşəbbüsü ilə yaradılmış Beynəlxalq işçi qrupunun 21 iyul 2020-ci il tarixdə ABŞ-ın Los-Anceles şəhərində dinc aksiya keçirən azərbaycanlıların erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya məruz qalması və qeyri-insani nifrət hissi ilə ülzəşməsinə dair elmi-analitik hesabat hazırlanmışdır.
Muxalifet2 - 21-08-2020
Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin regional təhlükəsizlik üçün nəticələri
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin regional təhlükəsizlik üçün nəticələri” adlı kitab çapdan çıxıb.
Tarix İnstitutundan verilən məlumata görə, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsər də Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılıb.
Muxalifet2 - 21-08-2020
“O toy deyil, toplantıdır” - DİN-dən Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı AÇIQLAMA
"Ona açıqlama verdilər, dedilər ki, toy deyil, mən haradasa oxudum. Kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub”.
Bu sözləri, Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı yayılan görüntülər barədə Yeniavaz.com-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov deyib.
Qeyd edək ki, dünən və bu gün ölkə mətbuatında AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı görüntülər yayılıb.Muxalifet2 - 21-08-2020
“Lotu Quli” dəfn edilir - CANLI YAYIM
Xəbər verdiyimiz kimi, avqustun 19-dan 20-nə keçən gecə kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov Türkiyədə güllə ilə başından vurulub.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda İstanbulda “Lotu Quli” ilə vida mərasimi keçirilir.Muxalifet2 - 21-08-2020
Lotu Qulinin qatili "Xan" danışdı - FOTO / VİDEO
Türkiyə polisi “qanuni oğru” Nadir Səlifovu öldürməkdə ittiham olunan kriminal avtoritet Xaqan Zeynalovdan (Xan Əhmədlinski) ifadə alıb.
Unikal.org xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti yazır.
“Mən onu, ümumiyyətlə sevmirdim. Bir böyümüşük, mən onun cangüdəni idim. Xoşuma gəlməsə də, bu işi görürdüm. Ona görə də onu öldürdüm”, - deyə avtoritet bildirib.
Xaqan Zeynalov əlavə edib ki, qətl zamanı Əmir Əhmədli onu maşında gözləyib.
Muxalifet2 - 21-08-2020
“İŞTİRAK ELƏMİŞƏM, DÜZ ELƏMİŞƏM!...” – Deputatdan Mehdiyevin nəvəsinin toyu ilə bağlı baş-ayaq açıqlamalar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu gündəmin əsas müzakirə mövzularından biridir. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib, kütləvi tədbirlər, o cümlədən toylar qadağan olunub. Buna cəhd edənlər isə cəzalandırılıb.
Bu baxımdan, Ramiz Mehdiyevin nəvəsinə toy etməsi ictimai müzakirələrə səbəb olub və akademik, eyni zamanda toya qatılanlar tənqid atəşinə tutulub.
Muxalifet2 - 21-08-2020
Vahid Əhmədov yayılan toy görüntüləri barədə - "Qınamaq olmur..."
"Toyların keçirilməsi ilə bağlı məsələlə çox vacibdir. Nazirlər Kabineti yanında Operativ Qərargah bununla əlaqədar öz qərarını verməlidir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Muxalifet2 - 21-08-2020
"Dərs saatlarının sayını azaltmaq düşmən dəyirmanına su tökməkdir" - TARİXÇİ ALİM
Təhsil Nazirliyi ali məktəblərdə “Azərbaycan tarixi” fənninin dəsr saatlarını aşağı salır. 2020-2021-ci illər tədris planında Azərbaycan tarixinin dərs saatlarının tarix fakultələrində 210 saata, qeyri-tarix fakultələrində 120 saatdan 60 saata qədər azaldılması nəzərdə tutulur. Bu məsələ cəmyyətdə ciddi narahatlıq doğurub. Nazirlik “Azərbaycan tarixi”ni “Müasir Azərbaycan dövlətçiliyi tarixi” kursu ilə əvəz etmək və fənnin dərs saatlarının azaltmaq istəyir.
Muxalifet2 - 21-08-2020
Azərbaycanda daha 162 nəfər koronavirusa yoluxdu - İKİ NƏFƏR DƏ ÖLDÜ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, son sutkada koronavirusdan 2 nəfər vəfat edib.
Muxalifet2 - 21-08-2020