Axtarış

The search found 105715 results in 0.029 seconds.

Search results

  1. "Barselona"nın baş məşqçisi qovuldu - ONU ƏVƏZLƏYƏCƏK ŞƏXS...

    Kike Setyen İspaniyanın "Barselona" futbol komandasının baş məşqçi postundan kənarlaşdırılıb.  

    Bu barədə klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında bildirib. "Setyen işindən azad olundu" deyə o vurğulayıb. 

    61 yaşlı mütəxəssisi İngiltərə "Tottenhem"inin sabiq baş məşqçisi Maurisio Poçettino, hazırda Hollandiya millisinə rəhbərlik edən Ronald Kuman və ya "Barselona"nın keçmiş kapitanı, artıq Qətərin "Əl-Sədd" komandasının sükanı arxasında olan Xavi əvəzləyə bilər. 

    Muxalifet2 - 17-08-2020

  2. "Böyük müharibəyə yaxınlaşırıq..." - TOFİQ ZÜLFÜQAROV

    “Elmar Məmmədyarovun getməsindən sonra danışıqların imitasiyası prosesi tam dağılıb”

    İyulun 12-16-da Ermənistan ordusunun Tovuz istiqamətində həyata keçirdiyi təxribatdan bir ay ötür. Amma bu müddətdə ATƏT-in Minsk Qrupunun hər hansı bir ciddi fəaliyyəti müşahidə edilməyib. Vasitəçilər həmişəki kimi, yalnız bəyanat səsləndirməklə məşğul olduğu halda, münaqişə tərəflərinin əsas döyüşə hazırlaşmasının əlamətləri müşahidə olunmaqdadır.

    Azpolitika.info bu mövzuyla bağlı sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla söhbətləşib:

    Muxalifet2 - 17-08-2020

  3. BELARUSDA VƏZİYYƏT DRAMATİKLƏŞİR - Yüz minlər küçələrə çıxdı, Lukaşenko yenə Putinə zəng vurdu

    Ötən gün Minskdə yüz minlərlə insanın avqustun 9-da keçirilmiş prezident seçkilərinin nəticələrinə və kütləvi həbslərə, işgəncələrə etiraz olaraq küçələrə çıxmasından sonra Belarus prezident Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında daha bir telefon danışığı olub.

    Muxalifet2 - 17-08-2020

  4. SON DƏQİQƏ! - Belarus hökuməti istefa verdi

    Belarus hökuməti prezident seçkilərinin rəsmi olaraq qalibinin elan edilməsindən əvvəl istefaya gedib.

    Bu barədə “Belta” agentliyi məlumat yayıb.

    Bildirilir ki, ölkə konstitusiyasının 106-cı maddəsinə və “Belarus Respublikasının Nazirlər Şurası haqqında” qanunun 9-cu maddəsinə uyğun olaraq hökumət yeni seçilmiş dövlət başçısına istefasını təqdim edir.

    Qeyd edək ki, Minskdə günlərdir davam edən etiraz mitinqlərinə baxmayaraq, Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun 80,1 faiz səslə qalib gəldiyini açıqlayıb.

    Muxalifet2 - 17-08-2020

  5. İrəvan Türk Cümhuriyyətinin xarici ölkə təmsilçiləri təyin edildi

    Avqustun 15-də İrəvan Türk Cümhuriyyətinin Məşvərət Məclisinin növbəti ənənəvi toplantısı keçirilib.

    Mətbuat Xidmətindən verilən məlumata görə, Məşvərət Məclisi cümhuriyyətin gələcək fəaliyyətinə istiqamətlənən təkliflərin, məsləhətlərin, önərilərin verildiyi düşüncə mərkəzi kimi artıq iki aydan çoxdur ki, fəaliyyət göstərir. Burada səslənən fikir və tövssiyyələr Millət Şurasının aldığı qərarlarda öz əksini tapır.

    Məşvərət Şurasının başkanı Mülazim Pahsa sədrliyində keçirilən toplantıda dünyanın müxtəlif ölkələrinə Məşvərət Şurası təmsilçiləri elan olunub.

    Muxalifet2 - 17-08-2020

  6. “Barselona” Kumanı baş məşqçi postuna gətirir

    Kike Setyenlə yollarını ayıran “Barselona”nın yeni baş məşqçisi Niderland yığmasının çalışdırıcısı Ronald Kuman ola bilər.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə “El Mundo Deportivo” nəşri məlumat yayıb. 

    Bildirilib ki, katalon klubu 57 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlamaq niyyətindədir. 

    Muxalifet2 - 17-08-2020

  7. Belarusda təkrar seçkilər olacaq? - Lukaşenkodan AÇIQLAMA

    Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə təkrar seçkilərin keçirilməyəcəyini bildirib.

    “Belta” xəbər verir ki, Lukaşenko bu barədə bu gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşündə açıqlama verib.

    “Heç vaxt təzyiq altında bir şey etməyimi gözləməyin. Heç bir təkrar seçki olmayacaq. Çünki nə MZKT, nə MAZ, nə də BELAZ olmayacaq, altı ayda hər şeyi məhv edəcəyik”, - deyə Lukaşenko qeyd edib.

     

    Muxalifet2 - 17-08-2020

  8. Azərbaycanın Gürcüstandakı səfiri geri çağırıldı

    Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    APA-nın məlumatına görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

    Muxalifet2 - 17-08-2020

  9. Fuad Muradovun müavini Azərbaycanın Gürcüstandakı səfiri oldu

    Azərbaycan Respublikasının Gürcüstanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Prezident İlham Əliyev Faiq Maqbet oğlu Quliyevin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 
    Xatırladaq ki, Faiz Quliyev Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun müavini vəzifəsində çalışırdı.

    Muxalifet2 - 17-08-2020

  10. HAKİMİYYƏT SURİYA VARİANTINA GEDƏR, SARAYI KİMƏSƏ VERMƏZ… - Eldar Sabiroğlu yazır

    Belarus da baş verənlər belaruslulardan daha çox bizi sevindirir. Qəbahət görmürəm. Demokratiya deyəsən, bizə doğru gəlir...
    Doğrudan, gəlir?! İnanırsınız ki, Azərbaycanda da nələrsə olar? Könül bulandırmaq, ürək qıracaq bir istəyim yoxdur. Sadəcə reallıqlarla hesablaşmağı üstün tuturam. Görünür, ölkə hakimiyyətinin kim olduğunu hələ də bilmirsiniz.

    Muxalifet2 - 17-08-2020

  11. Rusun 12+32 “dişi”… - Tovuz və Belarusdakı qəribə eynilik...

    Rusiyanın keçmiş SSRI respublikalarındakı bütün oyunlarının arxasında iki məqsəd dayanır:

    Birincisi, postsovet ölkələrini Qərblə bölüşmək istəmir.

    Ikincisi, bu ölkələrdə onun maraqlarına uymayan dövlət başçıları var. Rusiya, o dövlətləri, “sərfəsiz” liderlərdən “təmizləmək” istəyir.

    Sual oluna bilər, o sırada Azərbaycan da varmı? Cavab, istisna deyil!

    Muxalifet2 - 17-08-2020

  12. Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - VİDEO

    Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet2 - 17-08-2020

  13. Rusiya xüsusi texnikası Belarus sərhədinə doğru yola düşüb - VİDEO

    Rusiyada 40-dək “Ural” və KamAZ markalı nömrəsiz yük maşınlarının Belarus sərhədinə doğru irəlilədiyi müşahidə edilib.

    “Report” “Fontanka”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Conflict Intelligence Team (CIT) yayıb.

    Muxalifet2 - 17-08-2020

  14. Azərbaycanda daha 124 nəfər koronavirusa yoluxdu – 2 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Muxalifet2 - 17-08-2020

  15. GENERAL 100 MİN RÜŞVƏTƏ GÖRƏ İŞDƏN ÇIXARILIB? - Qalmaqalda “Hafka"nın da adı hallanır...

    Ədliyyə generalı Nurəddin Mustafayevin işdən çıxarılması haqda ilginc iddialar var. Vəkillərdən biri generalın 100 min manat rüşvət tələb etdiyi üçün işdən çıxarıldığını deyir. Hətta generalın rüşvət almasını təsdiq edən səs yazısı da var.

    Bu haqda məlumat verməzdən öncə qeyd edək ki, bir necə gün əvvəl Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, Baş icra məmuru Nurəddin Mustafayev işdən çıxarılıb.

    Muxalifet2 - 17-08-2020

  16. “KORONAVİRUSA GÖRƏ DAHA KARANTİN TƏTBİQ ETMƏYİN” - ÜST-dən dünya dövlətlərinə gözlənilməz çağırış

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya müraciət edərək, yeni koronavirus infeksiyasına görə daha karantin tətbiq etməməyə çağırıb, baxmayaraq ki, əvvəl bunun əksini tələb edirdi.

    Xatırladaq ki, uzun müddət idi  ÜST dünyanın demək olar ki, bütün ölkələrinə, pandemiyanın inkişafını yüngülləşdirən sərt karantin rejiminə bağlanmağı tövsiyə edirdi. Və budur, indi təşkilatın baş epidemioloqu Maria van Kerkxov ikinci və sonrakı COVİD-19 dalğalarında karantinin yolverilməz olduğunu bəyan edib.

    Muxalifet2 - 17-08-2020

  17. "Dövlət qurumlarından anası erməni olanlar, yaltaqlar təmizlənməlidir" - RƏŞİD MAHMUDOV

    “Öz içimizdəki adamlar bizi məhv etməsə, heç kimin bizə gücü çatmayacaq. Dövlət qurumlarından anası erməni olan, yaltaqlanan adamlar təmizlənməlidir”.
    Bunu tanınmış ictimai xadim, Tibb Universitetinin 9ATU) dosenti Rəşid Mahmudov deyib. O, şəhid general mayor Polad Həşimova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilməsini təklif edib:

    Muxalifet2 - 17-08-2020

  18. BU GÜNDƏN KAFE VƏ RESTORANLAR AÇILIR - Açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir

    Bu gündən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

    Avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib.

    Muxalifet2 - 18-08-2020

  19. 20 Yanvarın ekranda saxta “həlli”

    Mədəniyyət Nazirliyi və KASPAR 20 Yanvarda görəvi, gəmini qoyub qaçanlardan niyə qəhrəman düzəldir?

    Muxalifet2 - 18-08-2020

  20. “Nar”ın “Full” paketlərindən istifadə edənlərin sayı 58% artıb

    Abunəçilərinin tələblərini hər zaman nəzərə alan “Nar”ın internet və ölkədaxili 

    Muxalifet2 - 18-08-2020

Pages