Axtarış
The search found 105715 results in 0.03 seconds.
Search results
Məşhur videoların müəllifi Prezident Administrasiyasına dəvət edildi
"Bəzən Operativ Qərargahın iclasları ilə bağlı satirik videolar hazırlanır".
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Hikmət Hacıyev bildirib ki, biz bunu çox normal qəbul edirik:
Muxalifet2 - 15-08-2020
Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - SON SUTKA ƏRZİNDƏ 2 NƏFƏR ÖLÜB
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 34 107 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 697 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 1 904 nəfərdir.
Muxalifet2 - 15-08-2020
“BELARUSDA RƏNGLİ İNQİLAB BAŞ VERİR...” - Züqanov Rusiya rəhbərliyini Lukaşenkonu dəstəkləməyə çağırdı
Belarusdakı rəngli inqilabın qarşısının alınması üçün Rusiya daha aktiv mövqe tutmalıdır.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov deyib.
“Mən qardaş Belarusda təhlükəsizlik və stabilliyin dəstəklənməsi üçün Rusiya tərəfindən ən gərəkli tədbirlərin görülməsində israr edirəm. Belarusdakı situasiya yaxın iki-üç gün ərzində həll ediləcək. Biz anlamalıyıq ki, söhbət təkcə prezident seçkisindən yox, rəngli inqilab cəhdindən gedir”, – deyə o bildirib.
Muxalifet2 - 15-08-2020
Lukaşenko Putinə zəng etdi: "Destruktiv qüvvələr..."
Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə məlumatı “RİA Novosti” yayıb.
Məlumata görə, A.Lukaşenko və V.Putin Belarus daxilində və onun ətrafında yaranan vəziyyəti müzakirə ediblər.
Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, əsas odur bu problemlərdən aramızdakı əməkdaşlığa zərər vurmaq istəyən destruktiv qüvvələr istifadə etməsin.
Muxalifet2 - 15-08-2020
“Bir neçə gün sonra çevriliş olacaq, hətta prezidentin ofisini tutmaq planı var...” - DEPUTATIN BƏYANATI
Ukrayna Ali Radasının deputatı ölkədə bir neçə gün sonra dövlət çevrilişinin baş verəcəyini anons edib.
Ukrayna KİV-ləri xəbər verir ki, “Müxalifət platforması-Həyat naminə” partiyasından deputat İlya Kiva çevrilişin avqustun 24-də, Müstəqillik günündə baş verəcəyini deyib. Onun sözlərinə görə, keçmiş prezident Pyotr Poroşenko millətçilərin köməyi ilə Kiyevə yürüş təşkil edib hakimiyyəti ələ keçirmək istəyir.
Muxalifet2 - 15-08-2020
Rusiya müdaxilə etməyə hazırdır... -"Putin özünü tam olaraq baş verənlərə həsr edib"
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın "ilk istəyimizə görə" respublikaya kömək etməyə hazır olduğunu açıqlayıb. Virtualaz.org bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Belarus liderinin sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığı zamanı bu barədə razılığa gəlib.
Lukaşenkonun dediyi kimi, Moskva Belarusun təhlükəsizliyini təmin etmək üçün hərtərəfli yardım göstərə bilər.
"Mən bir qədər təəccübləndim - Putin özünü tam olaraq baş verənlərə həsr edib", - o əlavə edib.
Muxalifet2 - 16-08-2020
Lukaşenko da öz tərəfdarlarını küçəyə çıxarır - "Həmrəylik mitinqi" təşkil edir
Hökumətyönlü "Belaya Rus" ictimai təşkilatı bu gün Minskdə Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkoya dəstək olaraq "həmrəylik mitinqi" keçirmək niyyətindədir.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın Facebook səhifəsində məlumat verilib.
Təşkilatın açıqlamasında bildirilib ki, bazar günü saat 12.00-da (Bakı vaxtı ilə 13.00) Hökumət Evinin yaxınlığında, “Müstəqillik” Meydanında həmrəylik mitinqi keçiriləcək: “Mitinq tamamilə dinc şəraitdə baş tutacaq. Dövlət kursunu dəstəkləyən qüvvələr ora toplaşacaq”.
Muxalifet2 - 16-08-2020
Belarus səfiri etirazçılara işgəncə verilməsindən şoka düşdü - “NKVD METODLARINI İŞƏ SALIBLAR...”
Belarusun Slovakiyadakı səfiri İqor Leşenya ölkəsində prezident seçkilərinin nəticələrinə etiraz olaraq küçələrə çıxanların döyülməsindən və işgəncələrə məruz qalmasından şoka düşdüyünü bəyan edib.
Səfir bu barədə “Naşa Niva” Telegram-kanalında yerləşdirilmiş müraciətində bildirib.
Muxalifet2 - 16-08-2020
ABŞ prezidentinin qardaşı Robert Tramp vəfat edib
ABŞ Prezidenti Donald Trampın kiçik qardaşı Robert Tramp şənbə günü dünyasını dəyişib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Muxalifet2 - 16-08-2020
"Əgər sən indi etdiyini dayandırmasan..."- ÇAK NORRİS LUKAŞENKOYA SƏSLƏNDİ
Məşhur amerikalı aktyor Çak Norris Belarus Prezidenti Aleksandr Lukaşenkoya videomüraciət edib.
Xarici KİV-lər xəbər verir ki, 80 yaşlı sənətçi videomüraciətində Belarusun dövlət başçısı haqqında aşağılayıcı ifadələr işlətməkdən belə çəkinməyib.
“Bilirsən, mən soğan doğrayarkən məni ağladan soğan olur. Əgər sən indi etdiyini dayandırmasan, mən sənin iqamətgahlarının birinə gəlib səni ağladacağam”, - deyə Çak Norris bildirib./Publika.az
Muxalifet2 - 16-08-2020
Samuxda qarşısına uzunqulaq arabası çıxan “Mercedes” aşdı, 11 nəfər xəstəxanalıq oldu - FOTO
Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, “Mercedes” markalı mikroavtobusun aşması nəticəsində 10-a yaxın yaralı xəstəxanaya aparılıb.
Rayonun Füzuli kəndindən qeydə alınan qəzaya səbəb, avtobusun qarşısına qəflətən uzunqulaq arabasının çıxması olub. Avtobus arabaya çırpıldıqdan sonra aşıb.
Xəsarət alan şəxslərin kimliyi müyyən edilib:
1. Məmmədova Aynur Əli qızı - Hacallı kənd sakini
2. Əliyeva Nübar Sanil qızı - Hacallı kənd sakini
3. Allahverdiyeva Yeganə Çərkəz qızı - Hacallı kənd sakini
Muxalifet2 - 16-08-2020
Rusiya Belarusu ilhaqın hüquqi bazasını hazırlayır – SSRİ yenidən bərpa olunur?
“Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə ərazisində vəziyyətin tənzimlənməsinə kömək etmək üçün Rusiyaya müraciət etməlidir”.
Muxalifet2 - 16-08-2020
ELDAR HƏSƏNOV HƏBSİNDƏN 2 GÜN ƏVVƏL - Usubov danışır, o yazır... / VİDEO
Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən səfir Eldar Həsənov Azərbaycana Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçi müşayiət edən nümayəndə heyəti ilə birgə gəlib.
Nazirin Bakıda keçirdiyi rəsmi görüşlərdə səfir kimi o da iştirak edib.
Muxalifet2 - 16-08-2020
Türkiyəli hərbçilər Hərb Tarixi Muzeyini ziyarət etdi - FOTO
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə keçirilən birgə genişmiqyaslı təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin bir qrupunun istirahət günlərində gəzintisi təşkil olunub.
Muxalifet2 - 16-08-2020
Elmar Məmmədyarova ağır itki
Sabiq Xarici işlər naziri Elmar Məmmədyarova ağır itki üz verib.
Belə ki, sabiq nazirin anası İzida İbrahimbəyova vəfat edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik İzida Fuad qızı İbrahimbəyovanın dünyasını dəyişməsi ilə bağlı E.Məmmədyarova başsağlığı verib.Muxalifet2 - 16-08-2020
Belarusda Lukaşenkoya dəstək mitinqi başladı
Belarusun paytaxtı Minskdə Prezident Aleksandr Lukaşenkoya dəstək mitinqi başlayıb.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, mitinq iştirakçıları şəhərin mərkəzində yerləşən "Müstəqillik Meydanı"na toplaşıblar.
Qeyd edək ki, günorta saatlarına təyin olunan mitinq bir saatdan çox gecikmə ilə başladı.
Muxalifet2 - 16-08-2020
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı -SON SUTKADA ÖLÜM FAKTI QEYD ALINMAYIB
Azərbaycanda koronavirus infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 34 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, 1 838 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.Muxalifet2 - 16-08-2020
Türkiyə MİT-i axtarışda olan daha bir təhlükəli PKK terrorçusunu məhv etdi
PKK terrorçusu məhv edilib.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən bildirir ki, Agit Garzan ləqəbli Murat Kalko İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirilən xüsusi antiterror əməliyyatı nəticəsində öldürüb.
Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən həyata keçirilən əməliyyatda M.Kalko ilə bərabər PKK-nın digər altı aparıcı şəxsinin də öldürüldüyü bildirilir. M.Kalko bir sıra ağır cinayətlərin, o cümlədən qətl və terror aktlarının təşkilində və icrasında ittiham olunurdu.
Muxalifet2 - 16-08-2020
Azərbaycanda saxlanılan şəxs polis şöbəsində öldü
Hacıqabul Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.
APA-nın məlumatına görə, 1968-ci təvəllüdlü Məlikov İkram Həbib oğlunun şöbənin müvəqqəti saxlanma təcridxanasında öldüyü qeyd edilir.
Ehtimallara görə adı çəkilən şəxs özünü asaraq intihar edib. Onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə göndərilib.
Faktla bağlı Hacıqabul prokurorluğu tərəfindən araşdırma aparılır.
Muxalifet2 - 16-08-2020
“Polislər məni yerə yıxıb təpiklədilər, dedilər ki, qızlarını gətirdəcəyik...” – ŞƏKİ SAKİNİNDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT
Şəki rayonu, Baş Göynük kənd sakini Həsənov Alı Yusib oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
Muxalifet2 - 16-08-2020