Axtarış
The search found 105715 results in 0.11 seconds.
Search results
Gürcü məmurlar Azərbaycan şirkətini ələ keçirməyə çalışır - MİSLİ GÖRÜNMƏMİŞ HÜCUMLAR
Son zamanlar Azərbaycan sahibkarları Gürcüstanda bəzən ağlasığmaz, hər cür məntiqdən məhrum olan, ən başlıcası isə iki ölkə arasında xeyirxah qonşuluq münasibətləri ilə heç bir halda uyğunlaşmayan maneələrlə qarşılaşır. Belə ki, hazırda “Bakcell” şirkətlər qrupunun 2018-ci ildə aparıcı beynəlxalq ekspertlərin dəstəyi ilə işləyib hazırladığı, şəti adı “Rəqəmsal İpək Yolu” olan qlobal infrastruktur layihəsi ətrafında yumşaq desə, qəribə əhvalatlar baş verir.
Muxalifet2 - 9-08-2020
BAKIDA QARDAŞ QARDAŞI ÖLDÜRDÜ – Prokororluq dəhşətli qətllə bağlı açıqlama yaydı
Avqustun 8-də saat 09 radələrində Suraxanı rayonu ərazisində Səfa Eynullayevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.Muxalifet2 - 9-08-2020
Müdafiə nazirinin sabiq müavini vəfat etdi
Müdafiə nazirinin sabiq müavini, general-leytenant Çingiz Məmmədov dünyasını dəyişib.
APA-nın məlumatına görə, Çingiz Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.Allah rəhmət eləsin!
Muxalifet2 - 9-08-2020
Biz nədən milli dövlət qura bilmirik? – AYDIN MƏDƏTOĞLU SƏBƏBLƏRİNİ AÇIQLAYIR...
Biz nədən milli dövlət qura bilmirik? Səbəblərini açıqlayaq:
1. Kosmopolit düşüncəli insanlar xalqı üzü Rusiyaya və Qərbə dəfn etməyə, tariximizə, dilimizə, mənəviyyatımıza, milli düşüncəmizə, milli kimliyimiz olan Türklüyümüzə qarşı çıxmağa, xalqın müqəddəs amallarını, birlik və bütövlük arzularını yıxmağa, xalqın ayrı-ayrı zümrələri arasında fitnə-fəsad salmağa çalışırlar;Muxalifet2 - 9-08-2020
ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan yeni PROQNOZ
ABŞ-da daha əvvəl beş prezidentin seçkilərdəki qələbəsini təxmin edən professor Allan Lixtman noyabrdakı seçkilərlə bağlı proqnozunu da açıqlayıb.
Bu barədə CNN məlumat yayıb.
Muxalifet2 - 9-08-2020
AZƏRBAYCANDA ANALOQU OLMAYAN MƏHKƏMƏ QƏRARI – 20 sabiq deputat eyni iddia üzrə məhkəməyə müraciət etdi, birinə “yox” deyildi
Bəhruz Bayramov: “Bakı Apellyasiya Məhkəməsi qərəzli şəkildə Eldar Səfərovun iddiasını ləğv etdi”
Keçmiş deputat Eldar Sabiroğlu: “Bu, mənə qarşı olan ayrı-seçkilikdir”
Muxalifet2 - 9-08-2020
Azərbaycan-Türkiyə birgə təlimlərinə xüsusi təyinatlılar da cəlb edildi - FOTO, VİDEO
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin bu mərhələsində xüsusi təyinatlılar helikopterlərlə müəyyən edilmiş ərazilərə çatdırılma, müxtəlif relyefli ərazilərdən gizli keçməklə vacib strateji və hərbi obyektlərə basqın etmə, həmçinin əlverişli mövqelərin tutulması üzrə təlim-döyüş fəaliyyətlərini məşq ediblər.
Muxalifet2 - 9-08-2020
Livanın informasiya naziri istefa verdi
Livanın informasiya naziri Manal Abdel Səməd bildirib ki, Beyrutda baş verən güclü partlayışdan sonra vəzifəsindən istefa verir.
“Report”un məlumatına görə, bu barədə ölkənin MTV telekanalı bildirib.
Muxalifet2 - 9-08-2020
Azərbaycanda koronavirusa yoluxanların sayı 87-yə düşdü - 2 NƏFƏR VƏFAT ETDİ
Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd edilir ki, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Muxalifet2 - 9-08-2020
Messidən möhtəşəm qol - 4 MÜDAFİƏÇİ ÇARƏSİZ VƏZİYYƏTDƏ... / Video
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin İtaliya "Napoli"si ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə vurduğu qol xeyli baxımlı alınıb.
Belə ki, argentinalı hücumçu cərimə meydançasına daxil olduqdan sonra rəqibin 3 oyunçusunu keçib və yerə yıxılmasına baxmayaraq, topu qapının uzaq küncünə göndərib. Bu qol epizodunda "Barselona"nın bütün 11 oyunçusu topa toxunub.
Muxalifet2 - 9-08-2020
BELARUSDA PREZİDENT SEÇKİLƏRİ - Lukaşenko Putinlə anlaşdığını açıqladı
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün ölkəsində keçirilən prezident seçkilərində səs verərkən jurnalistlərlə söhbətində bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Minsk ətrafında iyulun 29-da saxlanılan 33 rusiyalı muzdlunun məsələsi ilə bağlı anlaşıb.
Lukaşenko deyib ki, məsələni Putinlə müzakirə edib. Onun sözlərinə görə, Rusiya və Ukrayna prokurorluğunun nümayəndələri saxlanılan muzdlularla işləmək üçün Minskə gəlməkdən imtina ediblər.
“Çünki onlara tüpürmək də istəmirlər”,-Belarus prezidenti bildirib.
Muxalifet2 - 9-08-2020
PEYVƏND UĞRUNDA MÜBARİZƏ KƏSKİNLƏŞİR... - “Əgər Çin peyvəndi ABŞ-dan və Rusiyadan daha tez əldə edərsə...”
Muxalifet2 - 9-08-2020
Çimərliyə gedərkən cimerlik.az portalından istifadə vacibdir -VİDEO
Həftəsonu istirahətini normal keçirmək istəyən paytaxt sakinləri çimərliklərə üz tutub. Lakin əksəriyyəti cimerlik.az saytının yaratdığı imkanlardan istifadə etmir.
Muxalifet.az xəbər verir ki, bunu Baku TV əməkdaşlarının apardığı kiçik araşdırma da göstərir.
İnsanların əksəriyyəti çimərliklərin qarşısında növbə gözləyir. Aparılan sorğu nəticəsində məlum oldu ki, növbə gözləyənlərin heç biri cimerlik.az saytında çimərliyin dolu və ya boş olmasına baxmayıb.
Ətraflı videonu təqdim edirik:
Muxalifet2 - 9-08-2020
SƏFƏR ƏBİYEV GENERALIN ÖLÜMÜ HAQDA: "Son dəfə onunla Qurban bayramı günü danışdım..."
Sabiq müdafiə naziri Səfər Əbiyev keçmi müavini general-leytenant Çingiz Məmmədovun vəfatından kədərləndiyini ifadə edən ürək sözlərini göndərib:
“Bu gün acı bir xəbər məni çox üzdü. Çox duyğulandım. Amma nə etməli ki, yaranan bir gün köçəcək. Uzun illər bir yerdə çalışdığım, peşəkar hərbçi, həyatını və ömrünü ordumuzun inkişafına həsr etmiş general-leytenant Çingiz Məmmədovun ölümünü olduqca ağır qarşıladım.
Muxalifet2 - 9-08-2020
Bakıdan cəmi 15 km aralıda yaşayan 3 min sakin illərdir susuzluqdan əziyyət çəkir – AŞAĞI GÜZDƏK QƏSƏBƏSİNİN SAKİNLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT
“500-dək ailə hər ay içməli su almaq üçün onsuz da kasıb olan ailə büdcəsindən 100-120 manat xərcləməli olurlar”
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsinin sakinləri tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. İllərdir içməli su problemindən əziyyət çəkən sakinlər saytımız vasityəsilə prezident İlham Əliyevə müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi dərc edirik:
“Möhtərəm Prezident!Muxalifet2 - 9-08-2020
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi - SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİ / YENİLƏNİB
“Belarus-1” dövlət telekanalı ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə dair exit-pol açıqlayıb. Telekanal bildirir ki, seçki məntəqələrinin qarşısında keçirilmiş sosioloji sorğuların nəticələrinə əsasən Aleksandr Lukaşenko 79.9 faiz səs alıb. Onun əsas rəqibi Svetlana Tixanovskaya 6.8 faiz səslə kifayətlənməli olacaq.
Exit-polu “Mir” telekanalının Belarusdakı nümayəndəliyi sifariş edib.
Muxalifet2 - 9-08-2020
Bu gündən Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti dayandırıldı - 3 AY MÜDDƏTİNƏ
Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti bu gündən dayandırılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, qatarlar avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq. Buna görə də qeyd olunan müddət ərzində Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.Muxalifet2 - 10-08-2020
COVID-19-un yeni gözlənilməz simptomu aşkarlandı
ABŞ-ın Çikaqo şəhərindən olan, öskürək, hərarət və ya sinə ağrısı da daxil olmaqla, hər hansı bir koronavirus infeksiyası əlamətlərindən əziyyət çəkməyən 62 yaşlı bir xəstəni müayinə etdikdən sonra mütəxəssislər onda COVID-19 əlamətlərini aşkarlayıblar.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA “Novosti” xəbər verir.
Həkimlər vurğulayıblar ki, o, 4 gün hıçqırıqdan əziyyət çəkib. Bu, COVID-19-un qeydə alınmış ilk belə əlamətidir.
Muxalifet2 - 10-08-2020
Azərbaycanda daha bir general vəfat etdi - MÜDAFİƏ NAZİRİNİN SABİQ MÜAVİNİ ÜRƏK ÇATIŞMAZLIĞINDAN ÖLÜB
Azərbaycan Ordusuna ağır itki üz verib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, general-leytenant Məmmədov Fuad Nadir oğlu 2020-ci il avqust ayının 10-da ürək çatışmazlığından vəfat edib.
F. Məmmədov 1968-ci il yanvarın 31-də Bakı şəhərində anadan olub. 1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib.Muxalifet2 - 10-08-2020
Parisdə küçələrdə maska taxmaq məcburi oldu
Yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində Fransanın paytaxtı Paris şəhərində insanların sıx olduğu küçələrdə tibbi maska taxmaq məcburi olub.
BBC-nin verdiyi xəbərə görə, bununla bağlı şəhər administrasiyasının verdiyi qərar bu gündən etibarən qüvvəyə minib.
“Prefektura polisinin meriya ilə birlikdə imzaladığı əmrə əsasən, açıq havada izdihamlı yerlərdə tibbi maska taxmaq 10 avqust saat 08:00-dan etibarən məcburidir”, deyə şəhər rəhbərliyinin yaydığı məlumatda bildirilib.Muxalifet2 - 10-08-2020