Axtarış

The search found 105716 results in 0.035 seconds.

Search results

  1. "ONLARI BAĞIŞLAMAYACAM" - Necati Şaşmazla illərdir küsülü olan qardaşı bütün faktları açıqladı

    Mətbuata heç vaxt müsahibə verməyən, lakin ssenarisini yazdığı “Deli Yürek”, “Kurtlar Vadisi” “Eşkiye dünyaya hükümdar olmaz” kimi serialları ilə könüllərdə taxt quran Raci Şaşmaz ilk dəfə qardaşı Necati Şaşmaz ilə küsülü olmasının səbəblərini açıqlayıb.

    Ssenaristin Türkiyə mətbuatına müsahibəsini təqdim edirik:

    Demək olar ki, görünməz adam təsiri bağışlayırsınız, insanlardan həmişə qaçırsınız. Niyə heç vaxt müsahibə vermirsiniz?

    Muxalifet2 - 2-08-2020

  2. "General Polad Həşimov səngərdə həlak olub..." - MÜDAFİƏ NAZİRLİYİ ŞƏHİDLƏRİN RUHUNA HÖRMƏT ETMƏYƏ ÇAĞIRDI

    “General-mayor Polad Həşimovun həlak olması ilə bağlı manipulyasiyalar şəhidlərimizin ruhuna hörmətsizlikdir”.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    "General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük təəssüf hissi doğurur.

    Muxalifet2 - 2-08-2020

  3. Azərbaycanda daha 639 nəfər COVID-19-dan sağalıb, 286 nəfər yoluxub

    Azərbaycanda koronavirus infeksiyasına 286 yeni yoluxma faktı qeydə alınıb, 639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib, aktiv xəstə sayı 4 868-dir. 

    Muxalifet2 - 2-08-2020

  4. Qazaxıstanda nazir müavini həbs olundu - DÖVLƏT BÜDCƏSİNİ MƏNİMSƏYİB...

    Qazaxıstanın Səhiyyə nazirinin müavini Oljas Abişev saxlanılıb.

    Virtualaz.org bildirir ki, Abişev dövlət büdcəsini mənimsəməkdə günahlandırılır.

    2018-ci ildə nazir müavini vəzifəsinə təyin olunan Abişev bundan əvvəl də müxtəlif dövlət qurumlarında işləyib.

    Qeyd olunub ki, nazir müavininin həbsi Sosial Sığorta Fondu ilə bağlı təhqiqatlarla əlaqədar ola bilər.

    Sözügedən fondun rəhbəri də saxlanılıb.

    Muxalifet2 - 2-08-2020

  5. Davtyan rusları Putinin əleyhinə çağırdı: "Ermənilər kimi ayağa qalxmaq lazımdır!"

    Erməni diasporu Xabarovskda hökumət əleyhinə etirazlara qatılıb. Davtyan adlı erməni diasporunun nümayəndələrindən biri Xabarovskdakı aksiya iştirakçıları ilə danışıb və həbs edilmiş keçmiş qubernator Sergey Furqalın dərhal azadlığa buraxılmasının vacibliyini bildirib.

    Davtyan eyni zamanda, prezident Vladimir Putini sərt şəkildə tənqid edərək, rusları "ermənilər kimi ayağa qalxmağa" çağırıb. Erməni diasporu nümayəndəsinin sözlərinə görə, Rusiya hakimiyyəti öz xalqını aldadır və onlardan qorxmur.

    Muxalifet2 - 3-08-2020

  6. İran Boltonun keçmiş köməkçisinə sanksiya tətbiq etdi

    İran Vaşinqton Demokratiya Müdafiə Fondunun nümayəndəsi Riçard Qoldberqə fərdi sanksiya tətbiq edib.

    Bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata əsasən, sanksiyalar insan hüquqlarının pozulmasına və terror aktlarına qarşı mübarizə haqqında qanunun dördüncü və beşinci maddəsinə uyğun olaraq tətbiq edilir.

    Muxalifet2 - 3-08-2020

  7. Türkiyə ordusu son sutkada 10 terrorçunu zərərsizləşdirib

    Türkiyə ordusu son 24 saatda 10 PKK-çı terrorçunu zərərsizləşdirib.
    “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
    Məlumatda Türk Silahlı Qüvvələrinin terrorçularla mübarizəsinin uğurla davam etdiyi qeyd olunub.
    “Son 24 saatda ümumilikdə 10 terrorçu zərərsizləşdirilib. Əməliyyatlarımız hər cür hava və ərazi şərtlərində davamlı olaraq aparılacaq”, - deyə nazirlik bildirib./apa

    Muxalifet2 - 3-08-2020

  8. Sabiq nazir deputatı zorladı - ŞOK İTTİHAM

    Böyük Britaniyada adı hələlik açıqlanmayan sabiq nazir barəsində cinayət işi açııb.

    Publika.az xəbər verir ki, bununla bağlı “Sunday Times” məlumat yayıb.

    Bildirilir ki, sabir nazir Mühafizəkarlar Partiyasının parlamentdəki nümayəndəsi olan xanım deputatı zorlama ittihamı ilə tutulub. Onun adı hələlik açıqlanmasa da, yaşının 51 olduğu bildirilir. Hazırda şübhəli şərti olaraq azadlığa buraxılıb.

    Muxalifet2 - 3-08-2020

  9. Gürcüstanda daha 6 nəfərdə koronavirus aşkarlandı

    Gürcüstanda son sutka ərzində daha 6 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

    Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 177-yə yüksəlib, bu virusdan ölənlərin sayı isə 17-dir.

    Bundan əlavə, indiyədək 955 nəfər sağalıb. Ölkədə 205 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir. 

    Muxalifet2 - 3-08-2020

  10. SABİQ NAZİRİN KÜRƏKƏNİ 3,3 MİLYONA BİNA ALDI – İngiltərənin Nottinqem şəhərində / FOTO

    Keçmiş Vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərənin Nottinqem şəhərinin mərkəzində 1.5 milyon funt sterlinq (3,3 milyon manat) dəyərində binanı satın alıb.

    Muxalifet.az bildirir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

    Qeyd olunur ki, Nottinqem şəhərinin NG1 6JB, Long Row küçəsindəki 50, 51 və 52 saylı ünvanı əhatə edən əmlak bu ilin yanvar ayında “NovaLoca” əmlak agentliyi vasitəsilə satışa təqdim edilib.

    Muxalifet2 - 3-08-2020

  11. Türkiyənin F-16 qırıcıları Naxçıvandan Yerevana hava zərbəsini məşq etdi? - RUSİYA MƏNBƏLƏRİ

    Naxçıvanda keçirilən birgə təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Yerevana hava zərbəsi məsafəsinə qədər yaxınlaşıb.

    Bu barədə avia.pro iddia edir.

    Muxalifet2 - 3-08-2020

  12. QAFQAZDA RUS-TÜRK RƏQABƏTİ VƏ GÜC NÜMAYİŞİ –Bölgədəki son gərginliyin alman mediasında əks-sədası

    Silviya Ştober

    “Tagesschau” (Almaniya), 01.06.2020

    Türkiyə Azərbaycanla hərbi təlimlər keçirir. Bu, qonşu Ermənistan və onun gücü qoruyucusu olan Rusiya ilə gərginliyi artırır – Moskva ilə Ankara arasındakı daha bir münaqişə.

    Demək olar ki, dünya tərəfindən unudulan Naxçıvan Avropa və Asiyanın mərkəzlərindən uzaqdır. Anklav Azərbaycana aiddir və Ermənistanla İran arasında keçidlə təcrid olunub. Ziyarətçilər nadir hallarda Saarlanddan iki qat böyük olan bölgəyə yol salırlar.

    Muxalifet2 - 3-08-2020

  13. “Güney Azərbaycanda yaşayan milyonlarla azərbaycanlı milli səfərbərlik əmrini gözləyir” – GAMAC-dan DƏSTƏK BƏYANATI

    Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb.
    Muxalifet.az
    həmin bəyanatı olduğu kimi dərc edir:

    Muxalifet2 - 3-08-2020

  14. “ERMƏNİSTANA SİLAH İXRACI QƏRARI YANLIŞ QƏRAR OLUB”– Serbiya Prezidenti

    Serbiya Prezidenti Aleksandar Vucic bildirib ki, ölkəsinin istehsal etdiyi silahlar həm Ermənistan, həm də Azərbaycana satılır, çünki bu, yerli silah sənayesinin uğurlu fəaliyyətini təmin etməyin yeganə yoludur.

    “Həm Azərbaycan, həm də Ermənistan bizim dostumuzdur. Son bir neçə ildə Azərbaycana 10 dəfə artıq silah satmışıq”, – Vucic iyulun 31-də axşam özünün Serbiya Proqressiv Partiyasınln iclasında deyib.

    Muxalifet2 - 3-08-2020

  15. Ermənistandakı rus bazasında hansı silahlar var? – KREMLDƏN ŞOK QƏRAR

    Rusiya Silahlı Qüvvələrinin ən son silah və hərbi texnikaları ilk dəfə olaraq Cənub Hərbi Dairəsində keçiriləcək “Ordu-2020” hərbi-texniki forumunda təqdim ediləcək.

    Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

    Muxalifet2 - 3-08-2020

  16. Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

    Qərbi Azərbaycan İrəvan Respublikasının 02.08.2020 tarxində keçirilən iclasında Dövlət Gerbinin qəbulu məsələsi müzakirə edilmişdir.

    Suveren.az Qərbi Azərbaycan İrəvan Respublikası mətbuat xidmətinə istinadən məlumat verir ki,  müzakirələr nəticəsində QAİR-in Dövlət Gerbi qəbul olunmuşdur.

    Muxalifet2 - 3-08-2020

  17. Gələcəyi yaşadığınız çətinliklər müəyyənləşdirir! – Məşhur milyarderin UĞUR FORMULU

    İlon Mask günümüzün görkəmli dahisi və eruditidir (müxtəlif sahələrdə bilikləri olan şəxs). Unikal öyrənmək praktikası sayəsində o, bir çox uğurlara imza atıb. Uşaqlıq arzularından heç vaxt vaz keçməyən İlon müxtəlif sahələrdə (proqram təminatı, energetika, nəqliyyat və aerokosmos) milyardlarla dollar dəyərində bir neçə nəhəng şirkətin sahibidir. Publika.az-a istinadla  bu yazıda oxucuları dünyanın ən dahi adamlarından biri hesab edilən İlon Maskın illər əvvəl gənclərə ünvanlandığı məktubu ilə tanış edirik:

    Muxalifet2 - 3-08-2020

  18. Türkiyə ABŞ-ın Suriyada terror təşkilatı ilə neft sövdələşməsinə etirazını bildirdi: “Təəssüf edirik”

    Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-dan olan bir şirkət ilə YPG/PKK arasındakı neft razılaşmasına etirazını bildirib. Türkiyə XİN-in açıqlamasında YPG/PKK terror təşkilatının bu addımla Suriya xalqının təbii sərvətlərini ələ keçirərək ölkəni parçalamaq fəaliyyətini açıq şəkildə göstərdiyi vurğulanır.

    Muxalifet2 - 3-08-2020

  19. Azərbaycanda karantin rejimi yumşaldıldı - QƏRAR

    Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir. Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunmuşdur.

    Muxalifet2 - 3-08-2020

  20. Türkiyə QÜRURLA PAYLAŞIR: Azərbaycan Ordusunun GÜC NÜMAYİŞİ – VİDEO

    Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə həyata keçirdiyi “TurAz Qartalı” təlimləri planlaşdırıldığı kimi uğurla davam edir.

    Muxalifet.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi təlimlərdən son görüntüləri paylaşıb.

    Muxalifet2 - 3-08-2020

Pages