Axtarış

The search found 105716 results in 0.03 seconds.

Search results

  1. “Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” - SAAKAŞVİLİ / VİDEO

    Son dövrlər cəbhənin Tovuz istiqamətində ermənilər tərəfindən törədilən təxribat zamanı Azərbaycana qarşı Serbiya istehsalı olan silahlardan istifadə edilməsi barədə məlumatlar yayılıb. İddia edilib ki, bu silahlar Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana aparılıb. Məsələ ilə bağlı Gürcüstanın rəsmi şəxsləri bu məlumatı təkzib edərək ölkə ərazisindən Ermənistana heç bir silahın keçirilmədiyini bildiriblər.  

    Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili mövzu barədə İctimai Televiziyaya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

    Muxalifet2 - 29-07-2020

  2. Ukraynada koronavirusa 3-cü dəfə yoluxma qeydə alındı

    Ukraynanın Ternopolsk vilayətinin sakini 3-cü dəfə koronavirus infeksiyasına yoluxub.

    "RİA Novosti” xəbər verir ki, bu barədə vilayətin dövlət administrasiyasının Səhiyyə İdarəsinin rəhbəri Vladimir Boqayçuk bildirib.

    Muxalifet2 - 29-07-2020

  3. Azərbaycan neftinin qiyməti 45 dolları ötüb

    Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,61 ABŞ dolları, yaxud 1,37% artıb.

    Muxalifet.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 45,11 ABŞ dolları təşkil edib.

    Muxalifet2 - 30-07-2020

  4. Masallıda ata və oğulu güllələyən şəxs tutuldu

    İyulun 29-u saat 13 radələrində Masallı rayonu, Əhmədli kənd sakinləri Vüqar İsmayılov və atası Valeh İsmayılovun odlu silahdan atəş açılması nəticəsində xəsarətlər almalarına dair məlumat daxil olub.

    Bu barədə Masallı rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Muxalifet2 - 30-07-2020

  5. Azərbaycanın bölgələri üzrə koronavirusa yoluxma faizi AÇIQLANDI

    Ölkə üzrə COVID-19-a yoluxmanın statistikası açıqlanıb.

    Muxalifet.az koronavirus.info-ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür – 56.5 faiz.

    Abşeronda yoluxma faizi 16. 5 faiz, Aranda 8.7 faiz, Gəncə-Qazaxda 6.9 faiz, Lənkəranda 4.6 faiz, Quba-Xaçmazda 2.0 faiz, Dağlıq Şirvanda 1.6 faiz, Şəki-Zaqatalada 1.5 faiz, Yuxarı Qarabağda 0.9 faizdır.

    Naxçıvanda yoluxma 0.0 faiz, ölkə xarici yoluxma isə 0.8 faiz təşkil edir.

    Muxalifet2 - 30-07-2020

  6. Sabahdan Azərbaycanda bayram tətili başlayır

    Qurban bayramı ilə əlaqədar sabahdan Azərbaycanda bayram tətili başlayır.

    Bayramla əlaqədar ölkədə ardıcıl 4 gün iş olmayacaq.

    Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

    Avqustun 1-i şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust – bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

    Muxalifet2 - 30-07-2020

  7. “Vilyam Hacıyev vəzifə verəcəyini vəd edib, 50 min manatımı aldı” – Rüşvətlə vəzifəyə getmək istəyirdi…

    “İllərdir Vilyam Hacıyevlə bağlı şikayət etmədiyim qurum qalmamışdı. Bu adamın rüşvətxor olduğunu dəfələrlə demişdim. Hətta onun sayəsində şərlənib, illərlə həbs də yatmışam. Axırda onun qanunsuz əməlləri üzə çıxdı. Deməli, məni məhkəməyə verdiyi kimi barəsində dediklərim heç də şər-böhtan deyildi. Mən onun şərəf və ləyaqətini alçaltmamışdım. Ancaq nə olsun? Aldadaraq məndən aldığı pullarımı hələ də geri ala bilmirəm”.

    Muxalifet2 - 30-07-2020

  8. Dünyada koronavirusdan daha böyük təhlükə

    Dünyada koronavirusdan daha böyük bir təhlükə var.

    Bu barədə alimlər “Daily Mail”ə açıqlamasında bildirib. Hava keyfiyyəti indeksindən (AQLI) əldə edilən yeni məlumatları göstərir ki, havanın çirklənməsi qlobal ömrü təxminən iki il azaldır. Bu ortalama rəqəmdir, amma çirkli havanın ömrü 10 il azaltdığı ölkələr də var. Ən çətin vəziyyət Asiyanın dörd ölkəsindədir: Banqladeş, Hindistan, Nepal və Pakistan. Məqalədə qeyd olunub ki, bu əhali qruplarının ömrü orta hesabla beş il azalır.

    Muxalifet2 - 30-07-2020

  9. Koronavirusa yoluxanların sayı 17 milyonu keçdi

    Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 17 milyon nəfəri ötüb.

    Məlumatı "Worldometers" saytı yayıb.

    Bildirilir ki, hazırda virusa yoluxma sayı 17 milyon 39 min 592, pandemiya qurbanlarının sayı isə 666 min 215 nəfərə çatıb.

    İndiyədək 10 milyon 562 min 731 insan xəstəlikdən sağalıb.

    Muxalifet2 - 30-07-2020

  10. Koronavirusdan sağalanların sayı 10,5 milyonu keçdi

    Dünyada koronavirusdan sağalanların sayı 10 506 417 nəfərə çatıb.

    Ən çox sağalma ABŞ (2 189 592), Braziliya (1 721 560) və Hindistanda (999 318) qeydə alınıb.

    Bildirilib ki, son bir ayda dünyada sağalanların sayı təqribən 10 dəfə artıb.

    Qeyd edək ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada indiyədək 17 milyona yaxın insanda koronavirus aşkarlanıb. Onlardan 665 min nəfər pandemiyanın qurbanı olub.

    Muxalifet2 - 30-07-2020

  11. Mərkəzi Bank uçot dərəcəsini azaltdı

    Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7%-dən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib. 

    Bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

    Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 7,25%, aşağı həddi isə 6,25% müəyyən olunub.

    Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə sentyabrın 18-də baxacaq.

    Muxalifet2 - 30-07-2020

  12. Bu gün daha 10 şəhər və rayonda buraxılış (qəbul) imtahanları keçirilir

    Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

    DİM-dən bildirilib ki, imtahanlarda 14 min 115 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur. İmtahanlar saat 11:00-da başlanacaq. Buraxılış rejimi saat 10:45-də başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

    Muxalifet2 - 30-07-2020

  13. AQTA Qurban bayramında heyvan kəsimi ilə bağlı məlumat yaydı

    Vətəndaşların qurbanlıq heyvan cəmdəyini (ətini) satış məntəqələri, müxtəlif market şəbəkələri və Kənd Təsərrüfatı Nazirliyinin onlayn satış platforması üzərindən əldə edə bilərlər.

    Muxalifet2 - 30-07-2020

  14. Mərkəzi Bank sədrindən əmanətçilərə MÜRACİƏT

    Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bağlanan bankların əmanətçilərinə müraciət edib.

    E.Rüstəmov qeyd edib ki, yaxın günlərdə əhalinin öz əmanətlərinə çıxış imkanları olacaq:

    Mərkəzi Bankın sədri bildirib ki, iyulun 28-də Konstitusiya Məhkəməsi lisenziyası ləğv edilmiş banklarda Əmanətlərin Sığortalanması Fondunun blok qoyuduğu əmanətlərlə bağlı iclası keçirilib.

    Muxalifet2 - 30-07-2020

  15. “Bakıdakı erməni kilsəsini muzey və ya kitabxana kimi istifadə etmək olar” – KƏRƏM MƏMMƏDOV

    “Beynəlxalq təşkilatlar bir dənə kilsənin damından daş qopsa, o saat hay-həşir salarlar, amma bizim abidələrin sökülməsinə hər zaman göz yumublar”

    Muxalifet4 - 30-07-2020

  16. “Türklər erməni qüvvələrini də, Ermənistandakı Rusiya bazasını da silib-süpürəcək…” – MOSKVA NÜVƏ ZƏRBƏSİNƏ ƏL ATA BİLƏR?

    Azərbaycan və Türkiyə silahlı qüvvələrinin dünən iyulun 29-da başlayan misli görünməmiş miqyasda birgə manevrləri Ermənistanla yanaşı Rusiya ekspert-siyasi dairələrində də ciddi narahatlıqla izlənməkdədir. Xəbər verildiyi kimi Türkiyə ordusu bu təlimlərdə iştirak etmək üçün bəzi məlumatlara görə 11 minlik canlı qüvvə, çoxsaylı zirehli texnika və reaktiv yaylım atəşi sistemləri, o cümlədən hücum vertolyotları göndərib. Manevrlər Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsinin ardınca keçirilir.

    Muxalifet4 - 30-07-2020

  17. Zərdabda bələdiyyə sədri və keçmiş icra nümayəndəsi rüşvəti belə alırmış – VİDEO

    Zərdabda bələdiyyə sədri və keçmiş icra nümayəndəsinin həbsinin görüntüləri yayılıb.

    Götüntülərdə Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab Rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun vətəndaşdan rüşvət aldıqları öz əksini tapıb.

    Muxalifet4 - 30-07-2020

  18. Türkiyə, Azərbaycan və Pakistan arasında hərbi ittifaq yaratmaq mümkündürmü? – POLİTOLOQ ŞƏRH EDİR

    Türkiyə və Pakistan dövlətləri həmişə Azərbaycanın yanında olublar. Hər iki dövlət Azərbaycana hər cür vasitələrlə yardım edə biləcəyini dəfələrlə bəyan edib. Cəbhədəki son döyüşlərdən sonra da Türkiyə və Pakistan Azərbyacana açıq dəstək verdilər və hazırda Türkiyə hərbçiləri Azərbaycandadır. Bəs Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi-siyasi ittifaq yaratmaq mümkündürmü? Ümumiyyətlə, bu nə dərəcədə rela görünür? 

    Muxalifet4 - 30-07-2020

  19. Nyu-York səmasına “Qarabağ Azərbaycandır!” yazıldı – FOTO

    ABŞ-ın Nyu-York şəhərində “Stop Armenian Occupation” (“Ermənistanın işğalçılıq siyasətini dayandır!”), “Karabakh is Azerbaijan! (“Qarabağ Azərbaycandır!”) şüarlarını daşıyan təyyarə havaya qaldırılıb.

    Muxalifet4 - 30-07-2020

  20. Xəzərdə 2 nəfər batdı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

    Muxalifet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Muxalifet2 - 30-07-2020

Pages