Axtarış
The search found 105716 results in 0.033 seconds.
Search results
Əli Əsədov təhsillə bağlı qərarda dəyişiklik etdi
Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu şərtləri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Muxalifet2 - 30-07-2020
"QARABAĞ VƏ İRƏVANA QOVUŞMAMIZ YAXINDIR" - Qərbi Azərbaycan İrəvan Respublikasından bayram təbriki
Qərbi Azərbaycan İrəvan Respublikasının Məşvərət Şurasının sədri Mülazim Pahsa Qurban bayramı münasibətilə Azərbaycan və Türkiyə xalqlarını təbrik edib.
Təbrik mətnini olduğu kimi təqdim edirik:
Muxalifet4 - 30-07-2020
Azərbaycanda daha 3 nəfər koronavirusdan öldü – 339 YENİ YOLUXMA VAR
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
Muxalifet2 - 30-07-2020
DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Azərbaycan vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.
Muxalifet2 - 30-07-2020
“Qurduğu oyunlar bumeranq kimi özünə qayıdır” – Eldar Namazovdan Ramiz Mehdiyevin son açıqlamasına REAKSİYA
Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin son açıqlaması siyasi kluarlarda müzakirə olunmaqdadır.
Həmin açıqlamada R.Mehdiyev dolayısı ilə hakimiyyətdaxili və iqtidara qarşı intriqa ilə məşğul olması barədə son vaxtlar özünə yönələn ittihamları təkzib etməyə çalışıb.
R.Mehdiyev ölkə rəhbərliyinə sadiq olduğunu vurğulayaraq deyib:
Muxalifet2 - 30-07-2020
CEYHUN BAYRAMOV ABŞ SƏFİRİNİ QƏBUL ETDİ - Görüşdə ermənilərin təxribatı müzakirə olundu
Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri Örl Litzenberqeri qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı tərəflər ölkələr arasında bir çox sahələrdə mövcud olan geniş əməkdaşlıq münasibətlərindən, o cümlədən enerji sahəsində əməkdaşlıq, Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının fəaliyyəti, qlobal təhlükəsizlik məsələlərində əməkdaşlıq, COVİD-19 epidemiyası ilə mübarizədə həmrəylik və digər məsələləri müzakirə edib.
Muxalifet2 - 30-07-2020
"BU, SONUN BAŞLANĞICIDIR" - Rus virusoloqdan sensasion açıqlama
“Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində Moskva Fizika və Texnologiya İnstitutunun genom mühəndisliyi laboratoriyasının müdiri Pavel Volçkov dünyada mövcud epidemioloji vəziyyət, Vyetnamda təsbit edilən yeni koronavirus növü və COVID-19-un ikinci dalğası barədə danışıb.
- Ümumilikdə dünyada pandemiya ilə bağlı mövcud epidemioloji vəziyyət necədir?
Muxalifet2 - 30-07-2020
Bu tarixlərdə ASAN xidmət İŞLƏMƏYƏCƏK
İyulun 31-dən avqustun 3-dək Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Muxalifet2 - 30-07-2020
Bizimkilər bizi lənətləyir, ermənilər ordularına pul yatırırlar – Bir erməni iş adamı isə hərbi fondlarına 4 MİLYON DOLLAR KEÇİRİB
Bizim xaricdəki “başbilənlərimiz” erməni hücumlarına qarşı müdafiə olunan Azərbaycanı lənətlənir, “müharibənin günahkarı rəsmi Bakıdır” deyib düşmən dəyirmanına su tökürlər. Ermənilərin xaricdəki diasporu isə xarici nümayəndəliklərimizə hücum etməklə qalmır, öz ordularına maddi yardımlarını da əsirgəmirlər.
Erməni əsilli amerikalı sahibkar, PMA Venture Capital qrupunun təsisçisi Corc Baqumyan Ermənistan ordusuna dörd milyon dollar vəsait köçürüb.
Muxalifet2 - 30-07-2020
Rusiyalı muzdlular İstanbula uçurdu, Minskdə ləngiyiblər? - RUSİYA SƏFİRLİYİNDƏN AÇIQLAMA
İyulun 25-də Minsk yaxınlığında saxlanılan bir qrup rus muzdluları İstanbula uçmalı idi.
Bunu Rusiyanın Belarusdakı səfiri Dmitri Mezentsev açıqlayıb.
Bundan əvvəl, Belarus rəsmi "Belta" agentliyi Vaqner xarici özəl hərbi şirkətinin 32 silahlısının Minsk yaxınlığında, daha birinin isə ölkənin cənubunda tutulduğunu bildirmişdi. Agentlik qeyd edib ki, hamısı ruslar olub. Eyni zamanda, hesabata görə, seçki kampaniyası zamanı vəziyyəti pozmaq üçün 200-dən çox hərbçinin Belarusa gəlməsi ilə bağlı əvvəllər də məlumat alınıb.
Muxalifet2 - 30-07-2020
"Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq..." - İLHAM ƏLİYEVDƏN YEREVANA ÇOX SƏRT MESAJLAR
"Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu.
Muxalifet2 - 30-07-2020
Prezidentliyə keçmiş namizəd koronavirusdan öldü - AMERİKADA
ABŞ-da prezidentliyə keçmiş namizəd Herman Keyn koronavirusdan vəfat edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə siyasətçinin saytındakı açıqlamada bildirilir.
“Herman Keyn – bizim boss, dost, bir çoxumuza, demək olar, ata olmuş insan dünyasını dəyişdi”, - Keynin nümayəndəsi Den Kalabriz saytda yazıb.
Keyn iyulun 1-də hospitalizə edilmişdi. Kalabriz siyasətçinin koronavirusa yoluxduğunu təsdiqləyib.
Muxalifet2 - 30-07-2020
DTX-nın həbs etdiyi generalın yerinə o təyin edildi - FOTO
General-leytenant Əfqan Nağıyev bu ilin fevral ayından DSX Sahil Mühafizəsi xidməti rəisi vəzifəsindən azad olunduqdan sonra onun yerinə Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi general-mayor Elşən Verdiyev təyin olunub.
Muxalifet.az xəbər verir ki, bu barədə “MediaPost” məlumat əldə edib.
Xudat sərhəd dəstəsinin rəisi Aqil Babayev isə vəzifəsindən azad olunaraq, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib.
DSX-nın mətbuat katibi Rövşən Cahangirov təyinatları təsdiqləyib.
Muxalifet2 - 30-07-2020
“Rusiya bizimlə birbaşa üzləşmək istəmir, Ermənistanı alət kimi istifadə edir...” - TÜRKİYƏLİ EKSPERT TOVUZ HADİSƏLƏRİ HAQDA
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verənlər və bu hadisələrin ardınca Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə irimiqyaslı təlimlərə başlaması türk ekspert çevrələrində müzakirə olunmaqdadır.
Türkiyənin “Radyo Başakşehir” media orqanında yayımlanan “Gündəm” proqramında təhlükəsizlik məsələləri eksperti Mete Yarar bu hadisələri şərh edib.
Ekspert Türkiyə və Azərbaycan silahlı qüvvələrinin genişmiqyaslı təlimlərə başlaması ilə bağlı deyib: “Önümüzdəki günlərdə iki ölkə arasında çox fərqli münasibətlərin şahidi ola bilərik”.
Muxalifet4 - 31-07-2020
Türkiyənin F-16 təyyarələri Azərbaycanda! - FOTOLAR
“TurAz Qartalı - 2020” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muxalifet4 - 31-07-2020
Bayram günü Bakının 3 rayonu susuz qaldı - FOTO
Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Bakının Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.
Bu barədə məlumatı "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı yayıb.
Muxalifet4 - 31-07-2020
VAKSİN UĞRUNDA QLOBAL “MÜHARİBƏ” – Varlılar alır, yoxsullar baxa-baxa qalır...
Dünyada COVID-19 vaksinləri uğrunda qəddar bir savaş gedir, hərə öz başının çarəsinə baxır. Bu haqda “Reuters” agentliyi yazır.
Qlobal səhiyyə agentlikləri vaksin alışının, dünyada onu bərabər paylamağın sxemini qurmağa çalışırlar. Ancaq zəngin ölkələr qəti hərəkətə keçərək öz vətəndaşları üçün milyonlarla vaksin dozasını indidən alırlar.
Muxalifet4 - 31-07-2020
Deputatlara bayram pulu verildi - AYLIQ MAAŞLARINDAN ƏLAVƏ
Qurban bayramı ilə əlaqədar Milli Məclisin deputatlarına əlavə pul ödənilib.
Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.
Bildirilib ki, Qurban bayramı ilə əlaqədar deputatlara aylıq maaşdan əlavə 549 manat verilib.
Muxalifet4 - 31-07-2020
“Nar Wi-Fi” ilə yüksəksürətli internet olduğunuz hər yerdə!
“Nar” yay günlərində daimi yaşayış yerlərindən kənarda olan istifadəçilər üçün “Nar Wi-Fi” qurğusu ilə yüksəksürətli internetə çıxış imkanı təqdim edir. İstirahət üçün bağa, başqa mənzilə köçənlər, yaxud evində stabil internetə qoşula bilməyənlər “Nar Wi-Fi” internet paylayıcısından faydalana bilərlər. Qısa müddətdə “Nar Wi-Fi” ilə abunəçinin mənzili 4G şəbəkəsi ilə əhatə olunacaq.
Muxalifet4 - 31-07-2020
Avqustun 5-dən sonra sərtləşdirilmiş karantin rejimi ləğv edilir? - AÇIQLAMA
Məlum olduğu kimi, Azərbaycanda bir neçə gün sonra, yəni avqustun 5-də 14 şəhər və rayonda tətbiq edilən sərt karantin rejiminin bitməsi gözlənilir.
Muxalifet4 - 31-07-2020