Axtarış
The search found 105716 results in 0.031 seconds.
Search results
"Dünən Azərbaycanın yanında olduq, bu gün varıq, sabah da olacağıq" - HULUSİ AKAR
“Azərbaycan türkü bizim qardaşımızdır. Biz həmişə bunu demişik, iki dövlət bir millətik. Yəni azərbaycanlılar bizim can qardaşımızdır. Oradakı Azərbaycan türkü ilə olan bizim münasibətlərimizi yaxşı anlamaq lazımdır. Biz kədərdə, sevincdə birik və bərabərik”.
Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Al Jazeera” telekanalına müsahibəsində deyib.
Muxalifet2 - 1-08-2020
Koronavirus suda məhv olur?
Koronavirus hissəciklərinin 90%-i 24, 99,9%-i isə 72 saat ərzində suda məhv olur.
“RİA Novosti” xəbər verir ki, bu nəticəyə Rusiyanın “Vektor” virusologiya mərkəzinin mütəxəssisləri gəlib.
Alimlərin sözlərinə görə, koronavirus dexlorlaşmış və dəniz suyunda mövcudiyyətini qoruya bilsə də, çoxalmır. Bundan başqa, onun aktivliyi birbaşa suyun dərəcəsindən asılıdır. Belə ki, qaynayan suda virus tamamilə yoxa çıxır.
Muxalifet2 - 1-08-2020
Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Muxalifet.az "Worldometers" saytına istinadən bildirir ki, hazırda virusa yoluxma sayı 17 milyon 759 min 593, pandemiya qurbanlarının sayı isə 683 min 20 nəfərə çatıb.
İndiyədək 11 milyon 162 min 902 xəstə sağalıb.
Qeyd edək ki, koronavirusun ən çox yayıldığı ilk üç ölkə ABŞ, Braziliya və Hindistandır. Ən çox ölümün müşahidə olunduğu dövlətlər isə ABŞ, Braziliya və Meksikadır.
Muxalifet2 - 1-08-2020
Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma qeydə alındı - SON SUTKA ƏRZİNDƏ 6 NƏFƏR VƏFAT EDİB
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Muxalifet2 - 1-08-2020
Naxçıvanda Azərbaycan-Türkiyə təlimləri davam edir - VİDEO
Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.
Muxalifet.az xəbər verir ki, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək "Həyəcan" siqnalı ilə təlim rayonuna çıxarılıb.
Muxalifet2 - 1-08-2020
BELARUS-RUSİYA GƏRGİNLİYİ PİK HƏDDƏ... – Lukaşenko Putindən izahat tələb edir
Rusiya iyulun 31-də Belarusla sərhəd keçidlərində nəzarəti gücləndirib. Bu həftə Belarusda 33 Rusiya vətəndaşının saxlanması Moskva və Minsk arasında münasibətləri gərginləşdirib.
Muxalifet2 - 1-08-2020
KARANTİN REJİMİ: DAVAM, YOXSA TAMAM? – Ekspertlər fərqli düşünürlər
3 gün sonra, avqustun 4-də Bakı və ölkənin daha bir çox yerlərində sərt karantin rejimi başa çatmalıdır. Ölkə paytaxtı və bəzi bölgələrdə karantinin sərtləşməsinə iyunun 21-dən başlanıb. Bu həftənin əvvəllərində gündəlik yoluxmada müəyyən artım yaşansa da, artıq koronavirusa yoluxanlardan aşkarlanan xəstələrin sayı təkrar azalmaqdadır. İyul ayının ortlarından etibarən isə Azərbaycanda sağalanların gündəlik sayı, bu virusa gündəlik yoluxanları üstələməkdədir.
Muxalifet2 - 1-08-2020
Həbs edilən icra başçıları cərimə olunacaq...
"Həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından 30 milyon manat alınacaq".
Bunu iqtisadçı ekspert Samir Əliyev 2020-ci ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərdən danışarkən deyib.
Onun sözlərinə görə, dəyişikliyə əsasən, cərimələrdən daxilolmalar 16,9 milyon manatdır:
"Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar isə 30,0 milyon manat nəzərdə tutulur.
Muxalifet2 - 1-08-2020
Koronavirus pandemiyası hələ çox davam edəcək - ÜST-dən AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, COVID-19 epidemiyası hələ uzun müddət davam edəcək. Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Şənbə günü təşkilatın fövqəladə komitəsinin iclasında iştirak edən nümayəndələr bu nəticəyə gəliblər ki, pandemiya ilə bağlı beynəlxalq əhəmiyyətə malik olan xüsusi vəziyyət qalır.
Muxalifet2 - 1-08-2020
"TikTok" rəhbərliyi Trampın təhdidlərinə cavab verib
"TikTok" şirkətinin baş direktoru Vanessa Pappas ABŞ cəmiyyətinin göstərdiyi dəstəyə görə istifadəçilərə təşəkkür bildirib.
APA-nın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, şirkət rəhbəri bu barədə tvitter səhifəsində yazıb.
Bildirib ki, ABŞ-da uzun müddət qalmaq niyyətindədirlər: "Hər gün "TikTok"-dan istifadə edən, gündəlik həyatımıza yaradıcılıq və sevinc gətirən milyonlarla amerikalıya təşəkkür edirəm. Çoxsaylı dəstəyinizi gördük. Heç bir yerə getmək planımız yoxdur... Uzun müddət buradayıq".
Muxalifet2 - 1-08-2020
"BU QRUPUN BAŞQA MƏQSƏDLƏRİNİN OLDUĞU AYDINDIR..." - Lukaşenko rus hərbçilərinin Belarusa gəlməsi barədə
Belarusiya Prezidenti Aleksandr Lukaşenko KQB sədri Valeri Vakulçik və İstintaq Komitəsinin sədri İvan Noskeviçin özəl hərbi şirkətinin həbs olunmuş rusların vəziyyəti ilə bağlı məruzəsini dinləyib.
Bu barədə Belarusun rəsmi "Belta" agentliyi məlumat yayıb.
Muxalifet2 - 1-08-2020
RUSİYADA "QARA AVQUST" GÖZLƏNTİSİ - Araz Ağalarov: "İndi mən özümə məsləhət verə bilmirəm..."
Son günlər Rusiyada rublun məzənnəsi dollara nisbətən aşağı düşür və bəzi ekspertlər ölkəni “qara avqustun”- devalvasiyanın gözlədiyini təxmin edirlər.
Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarov mövzu ilə bağlı ona zəng vuran “Komsomolskaya Pravda” qəzetinin müxbirinə Mərkəzi Banka müraciət etməyi məsləhət görüb.
“Rublla bağlı nə baş verir, yaxın, uzaq perspektivdə nə baş verəcək?”,-jurnalist Aleksandr Qamov soruşub.
Biznesmen deyib:
Muxalifet2 - 1-08-2020
“Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynovun xaricdəki ailə biznesi / SƏNƏDLƏR, FOTOLAR, FAKTLAR
Araşdırmaçı jurnalist Cavanşir Həsənli “Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynovun xaricdəki ailə biznesi haqda ilginc faktlar paylaşıb.
Muxalifet.az həmin paylaşımı təqdim edir.
“Maliyyə nazirliyinin açıqlamasına görə, pandemiyadan ziyan çəkən dövlət şirkətlərinə maliyyə dəstəyi çərçivəsində “Bakı Metropoliteni”nə 2 mln. 600 min manat ilkin maliyyə dəstəyi göstərilib.
Metro işləmir, bəs pullar hara gedir?
Muxalifet2 - 1-08-2020
Azərbaycan-Türkiyə təlimləri: yeni görüntülər yayıldı - FOTOLAR
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanla birlikdə keçirilən, iyulun 29-dan başlayan birgə irimiqyaslı təlimlərin quru mərhələsindən yeni görüntülər yayıb.
Türkiyə KİV-ləri xəbər verir ki, görüntülər təlimlərin döyüş atışsız mərhələsini əks etdirir, kadrlara əsasən zirehli texnika döyüş manevrləri edir və atəş mövqelərini tutur. Habelə iki ölkə xüsusi təyinatlıları birgə məşqlər həyata keçirir.
Muxalifet2 - 2-08-2020
İran raket zərbəsi endirdi, “Amerika təyyarədaşıyanı” batmağa başladı - FOTO,VİDEO
İran sahillərindən bir neçə kilometr aralıda “Nimitz” sinfindən olan təyyarədaşıyan gəmi batmağa başlayıb.
Qeyd edək ki, gəmiyə bir neçə gün əvvəl İran İnqilab Keşikçiləri Korpusunun qüvvələri qanadlı raketlə zərbə endirmişdi.
ABŞ-ın "Nimitz" təyyarədaşıyanı
Muxalifet2 - 2-08-2020
Kanadada ermənilər azərbaycanlılara hücum etdilər - XƏSARƏT ALANLAR VAR
Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir.
“Report” xəbər verir, Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun “North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb.
Şahidlərin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub.
Hadisə ilə əlaqədar əraziyə polis cəlb edilib, araşdırma aparılır.
Muxalifet2 - 2-08-2020
Mingəçevirdə zəncirvarı yol qəzası baş verib, xəsarət alan var
Mingəçevirdə zəncirvarı yol qəzası olub.
Apa-nın məlumatına görə, hadisə Təbriz küçəsində baş verib. İdarəetmədən çıxan dörd minik avtomobili “Mercedes”, “Vaz 2106”, “Vaz 2107” və “Vaz 21099” markalı maşınlar toqquşub.
Hadisə zamanı “Vaz 21099” aşıb. Hadisə nəticəsində xəsarət alan bir nəfər gənc oğlan xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 2-08-2020
“Qalatasaray” yeni qapıçı ilə anlaşıb
Türkiyənin “Qalatasaray” klubu yeni futbolçu ilə anlaşıb.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İspaniyanın “Atletik” klubunun qapıçısı İaqo Herrerin karyerasını İstanbul təmsilçisində davam etdirəcək.
Muxalifet2 - 2-08-2020
İŞİD-in “qəssabı” öldürüldü - XÜSUSİ ƏMƏLİYYAT
Əfqanıstanın Nəngərhar vilayətində İŞİD-in Xorasan üzrə kəşfiyyat dəstəsinin rəisi Əsədullah Orukzey öldürülüb.
Bu barədə TOLO News Əfqanıstan Milli Təhlükəsizlik direktorluğuna istinadən məlumat yayıb.
Bildirilir ki, Əsədullah Orukzey avqustun 1-də axşam keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib. İŞİD üzvünün ölümünü təsdiqləyib.
Məlumata görə, Ə.Orukzey Əfqanıstanda törədilən qanlı terror aksiyalarının və qurum daxilindəki qəriblərə qarşı mübarizənin təşkilatçısı olub. Buna görə də "İŞİD-in qəssabı" ləqəbini alıb./Virtualaz.org
Muxalifet2 - 2-08-2020
Dünyanın ən bahalı avtomobilinin sahibi bəlli oldu - ONU TANIMAYAN YOXDUR...
Dünya tarixində ən bahalı avtomobil olan “Bugatti La Voiture Noire”nin sahibi bəlli olub.
Belə ki, avtomobili dünyaca məşhur futbolçu Kriştiano Ronaldo kolleksiyasına əlavə edib.
Portuqaliyalı ulduz avtomobil üçün 9,5 milyon dollar ödəyib. Beləliklə, onun avtomobil kolleksiyasının dəyəri 30 milyona çatıb.
Əl ilə istehsal olunmuş karbon lif gövdəsi ilə özəlliklərinə özəllik qatan “La Voiture Noire” 4 turbolu, 8 litrlik “W16” motoruna sahibdir. Bu motor 1500 at gücündədir və saniyədə 1600 fırlanma əmələ gətirə bilir.
Muxalifet2 - 2-08-2020