İŞİD-in “qəssabı” öldürüldü - XÜSUSİ ƏMƏLİYYAT
2-08-2020 15:31
Baxış sayı:
1647

Əfqanıstanın Nəngərhar vilayətində İŞİD-in Xorasan üzrə kəşfiyyat dəstəsinin rəisi Əsədullah Orukzey öldürülüb.
Bu barədə TOLO News Əfqanıstan Milli Təhlükəsizlik direktorluğuna istinadən məlumat yayıb.
Bildirilir ki, Əsədullah Orukzey avqustun 1-də axşam keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib. İŞİD üzvünün ölümünü təsdiqləyib.
Məlumata görə, Ə.Orukzey Əfqanıstanda törədilən qanlı terror aksiyalarının və qurum daxilindəki qəriblərə qarşı mübarizənin təşkilatçısı olub. Buna görə də "İŞİD-in qəssabı" ləqəbini alıb./Virtualaz.org