Mehdiyevin xanımını sabiq nazir əvəzləyəcək – MİSİR MƏRDANOVA YENİ VƏZİFƏ VERİLİR

Baxış sayı:
118

Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı gözlənilir.
Muxalifet.az xəbər verir ki, o, daha əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi və hazırda boş qalan Hesablama riyaziyyat kafedrasına rəhbərlik edəcək.
İddia olunur ki, onun təyinatının indiyədək rəsmiləşdirilməməsinin əsas səbəbi ləğv edilmiş Riyaziyyat və Mexanika İnstitutunda direktor vəzifəsi üzrə davam edən təhvil-təslim və "Ramiz Mehdiyev işi"dir. Həmin prosesin yekunlaşmasından sonra Misir Mərdanovun Bakı Dövlət Universitetində fəaliyyətə başlaması gözlənilir.
Universitetə yaxın mənbələr də məlumatı təsdiqləyirlər.