Axtarış

The search found 105716 results in 0.059 seconds.

Search results

  1. İRANDA YOLUXMALARIN SAYI 3 DƏFƏ ARTIB: bütün ölkə “qırmızı bölgə”dir, belə gedərsə…

    “İran COVID-19-da heç yaxşı vəziyyətdə deyil. Xəstəxanada müalicə edilənlərin sayı azalmadığı müddətcə gündəlik ölümlər 200-dən aşağı enməyəcək”.

    Bunu ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi İrəç Hərirçi deyib.

    Ölkənin şərqindəki Rəzəvi Xorasanında yoluxmaların 300% artdığını bildirən sözçü ölkənin, demək olar ki, bütövlüklə “qırmızı bölgə” vəziyyətində olduğunu etiraf edib.

    Qeyd edək ki, İranda bu günədək 291 min 172 nəfər virusa yoluxub, 15 min 700 nəfər ölüb. 3 min 695 xəstənin vəziyyəti kritikdir.

    Muxalifet2 - 27-07-2020

  2. Bayden ABŞ-ın 3 əsas ştatında Trampı qabaqladı - SORĞU

    ABŞ-ın keçmiş vitse-prezidenti və qarşıdan gələn prezident seçkilərində Demokrat Partiyanın ən çox ehtimal edilən namizədi Co Bayden üç əsas ştatda ölkənin hazırkı lideri Donald Trampı seçicilərin dəstək səsləri ilə üstələyib.

    Bu barədə CNN telekanalı tərəfindən dərc edilmiş sorğunun nəticələrində bildirilir.

    Muxalifet2 - 27-07-2020

  3. Erməni milyarder öz millətindən olan ekstrimistlərə görə utanır

    "Reso" Sığorta Qrupunun həmtəsisçisi, milyarder Sergey Sarkisov Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi fonunda Moskvada iğtişaşların dayandırılmasına yardım etmək çağırışı ilə Azərbaycan və erməni diasporunun nümayəndələrinə müraciət edib.
     
    Ovqat.com Rusiyanın RBC telekanalına istinadən bildirir ki, müraciət Sarkisovlar ailəsi və "Erməni Assambleyası" adından yayılıb.
     

    Muxalifet2 - 27-07-2020

  4. ​Azərbaycanda 4 gün iş yoxdur — Xüsusi karantin planı hazırlanır

    Qurban Bayramı münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür.
    Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.
    1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

    Muxalifet2 - 27-07-2020

  5. “Türk düşmənçiliyi etməklə ömrünüzü kəsirsiniz”- TURAN PARTİYASINDAN ONU HƏDƏLƏYƏNLƏRƏ CAVAB

    Turan Partiyası onu hədələyən, Azərbaycanda Türk millətçilərini, Turançıları susdurmağa çağıran ermənipərəst “rus-fars” şovinist qüvvələrinə, Türk düşmənləri çətəsinə qarşı bəyanat qəbul edib.
    Muxalifet.az bəyanatı olduğu kimi təqdim edir:

    Muxalifet2 - 27-07-2020

  6. Koronavirus Şimalı Koreyanın da sərhədlərini AŞDI - Kim Çen In təcili iclas keçirdi

    Şimali Koreya ilk dəfə olaraq ölkədə koronavirusa yoluxma faktını təsdiqləyib.
    Belə ki, koronavirusun ehtimal olunduğu daşıyıcısı 3 il əvvəl qaçdığı Cənubi Koreyadan KXDR-ə qayıdıb. Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (CTAC) məlumat verib.
    Bu şəxsin ölkəyə daxil olarkən COVİD -19  testindən keçdiyi barədə heç bir məlumat yoxdur.  Yoluxucu virus daşıyıcısı karantinə alınıb. Hökümət onun ünsiyyətdə olduğu insanların siyahısını hazırlayır.

    Muxalifet2 - 27-07-2020

  7. YENİ TƏHSİL NAZİRİNİN ADI BƏLLİ OLDU - Prezidentdən sərəncam

    Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

    Muxalifet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Bildirək ki, Emin Əmrullayev peşəkar Təhsil işçisi kimi tanınır.

    Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb.

    Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.

    Muxalifet2 - 27-07-2020

  8. GENERALLARIN QƏTLİNDƏ RUSİYA İZİ... - Rail Rzayev, Ruslan Atakişiyev, Polad Həşimov...

    İyulun 12-də başlamış və beş gün davam etmiş Tovuz döyüşlərində general-moyor Polad Həşimovun öldürülməsindən sonra Azərbaycan cəmiyyətində onun ölümündə üçüncü ölkənin, xüsusən də Rusiyanın rolu olması barədə ittihamlar səsləndi.

    Azərbaycanda yüksək rütbəli bir hərbçinin ölümündə Rusiyanın adı ilk dəfə hallanmır, bundan əvvəl də bəzi yüksək rütbəli hərbçilərin ölümündə çoxlarının dilinə dərhal Rusiya gəlmişdi.

    Muxalifet2 - 27-07-2020

  9. PAŞİNYANIN ERMƏNİ XİSLƏTİ VƏ HİYLƏGƏRLİYİ – Münaqişəni bütün dünyaya yaymaq planının arxasında nə var?

    Yerləşdiyimiz bölgədən kənarda ermənilərlə yaşanan qarşıdurmalar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun hüdudlarını xeyli aşmasından və qlobal konfliktə çevrilməsindən xəbər verir. Bu, o deməkdir ki, münaqişə artıq yeni mərhələyə qədəm qoyur.

    Muxalifet2 - 27-07-2020

  10. İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

    Muxalifet.az xəbər verir ki, dövlət başçısı qəbulda çıxış edib.

    Muxalifet2 - 27-07-2020

  11. Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirəcək

    Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

    Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.

    Muxalifet2 - 27-07-2020

  12. Jurnalistləri təhqir edən biznesmen oğlu azadlıqda – FOTO

    Xəbər verdiyimiz kimi, İsmayıl Babayev “Fairmont Baku” hotelində sərtləşdirilmiş xüsusi karantin rejimini pozduğu üçün  həbs edilmişdi. 

    O, iyulun 6-da Səbail rayon Məhkəməsinin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib. İ.Babayev şəxsi “İnstagram” hesabında yeni şəklini “Qanuna riayət edən vətəndaş” başlığını ilə paylaşıb.

    Xatırladaq ki, o, hoteldən çıxarkən jurnalistləri təhqir etmişdi. Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur./unikal.org

    Muxalifet2 - 27-07-2020

  13. Yeni nazir ABŞ-da təhsil alıb – EMİN ƏMRULLAYEVİN DOSYESİ

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

    Bu posta təyinat alan Emin Əmrullayev Azərbaycan Dövlət İdarəçilik Akademiyasını bitirib.

    ABŞ-ın Kolumbiya Universitetində Enerji Siyasəti, Macarıstanda Mərkəzi Avropa Universitetində Siyasət üzrə magistr təhsili alıb.

    Avropa Tələbələr Forumu – Bakı İctimai Birliyinin həmtəsisçisi olub.

    Muxalifet2 - 27-07-2020

  14. Bəhram Bağırzadə: “Virus heç kimə rəhm etmir” – FOTOLAR

    Koronavirusa yoluxaraq Mərkəzi Gömrük Hospitalında müalicəsi davam edən əməkdar artist Bəhram Bağırzadə şəxsi facebook səhifəsində paylaşım edib. 

    Paylaşımın mətnini təqdim edirik:

    “Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır – müəllim, hakim və həkim.

    Muxalifet2 - 27-07-2020

  15. Prezident yeni Təhsil nazirinin qarşısında tələb qoydu

    “Bizim təhsilimizin ümumi səviyyəsi təbii ki, qalxmalıdır və təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı o qədər də çox artacaqdır”.

    Bunu Prezident İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

    Muxalifet2 - 27-07-2020

  16. Vəzifəli şəxs cinayət başında yaxalandı - RƏSMİ AÇIQLAMA

    Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə zərər vuran vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər davam etdirilir.

    Muxalifet2 - 27-07-2020

  17. Azərbaycanda daha 412 nəfər koronavirusa yoluxdu – 7 NƏFƏR VƏFAT ETDİ

    Azərbaycanda koronavirus infeksiyasına 412yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

    Muxalifet2 - 28-07-2020

  18. Almaniya məhkəməsi azərbaycanlı ailə haqqında deportasiya qərarı çıxardı

    Almaniyanın Düssseldorf şəhər İnzibati Məhkəməsi azərbaycanlı ailə haqqında deportasiya qərarı çıxarıb.

    “Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, 5 nəfərdən ibarət Həşimovlar ailəsi 2016-cı ildə Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyiblər.

    Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi ailənin sığınacaq istəyini rədd edib. Ancaq bu müddətdə Rövşanə Həşimova Almaniyada yaşamaq üçün tələb olunan dil kursunu bitirərək inteqrasiya sertifikatlarını əldə edib.

    Muxalifet2 - 27-07-2020

  19. 150 milyard dollarlıq varidata malik olan hökmdar… – ELƏ MALİKANƏLƏRİ VAR Kİ, HEÇ VAXT İÇİNDƏ OLMAYIB

    Şeyx Xəlifə Əl Nəhyan dünyanın ən varlı hökmdarı sayılır, ailə üzvlərinə məxsus varidat 150 milyard dollar dəyərində qiymətləndirilir. O, ağlasığmaz dərəcədə dəbdəbəli həyat yaşayır, malikanəsinin həyətindəki hovuz və fontanlar “Evian” mineral suyu ilə doldurur, baxmayaraq ki, onlardan heç kim istifadə etmir. Şeyxin dünyada yüzlərlə saray və qəsrləri olsa da, bunların çoxunun varlığını belə xatırlamır.

    Birləşmiş Ərəb Əmirliyi prezidentinin lüks həyat tərzi haqqında lenta.ru saytı geniş məqalə hazırlayıb.

    Elə malikanələri var ki, heç vaxt qalmayıb…

    Muxalifet2 - 27-07-2020

  20. Bakıda yaşayış olan 15 mərtəbəli binanın üstündə daha iki mərtəbə tikilir – AÇIQLAMA / FOTOLAR

    Bakının Suraxanı rayonunda qeyri-qanuni tikinti işləri aparılıb.

    Muxalifet.az  xəbər verir ki, bu barədə oxu.az-a sakinlər tərəfindən məlumat verilib. Söhbət rayonun Yeni Günəşli qəsəbəsi, “V” massivi, 13M ünvanında yerləşən 15 mərtəbəli binadan gedir.

    Bildirilib ki, yaşayış olan binada daha iki mərtəbənin tikintisinə başlanılıb. Sakinlərin etirazına baxmayaraq, bina sahibi bir mərtəbəni, demək olar ki, tikib. İkinci mərtəbənin isə tikintisini aparır.

    Muxalifet2 - 27-07-2020

Pages