Axtarış
The search found 105716 results in 0.043 seconds.
Search results
“Müharibəni Qarabağa çəkməliyik” – HƏRBİ EKSPERT
Kamran Xəlilov: “Bu hadisənin arxasında düşünülmüş təxribat elementləri var və burada Rusiya faktorunu da diqqətdən qaçıra bilmərik”
Xəbər verildiyi kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmənin bu cəhdinə Azərbaycan silahlı qüvvələri zərbə endirməklə, cavab verib və o, itki verərək geri oturdulub.
Muxalifet4 - 14-07-2020
Vətəndaşlara “səfərbərlik SMS-i” göndərilib – Dövlət Xidmətindən XƏBƏRDARLIQ
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı sms göndərilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Muxalifet4 - 14-07-2020
DÜŞMƏNƏ MƏXSUS PUA VURULDU – Artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi / RƏSMİ
Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet4 - 14-07-2020
“DÜŞMƏN TƏŞVİŞ İÇƏRİSİNDƏDİR” – Səfər Əbiyev: “Ordumuz erməniləri son yuvasına qədər qovacaqdır”
Tarixi düşmən öz məkrli niyyətindən geri durmaq istəmir. Sözsüz onu bu qudurğan hala gətirən ciddi səbəblər vardır və bunlar nəinki bizə, bütün dünyaya məlumdur. Ancaq haqq və ədalətin bərpası məsələsi meydana gələr-gəlməz beynalxalq birliyin, xüsusilə Minsk qrupunun susqunluğunun və ya ikibaşlı oyunlarının şahidi oluruq. İşğalçı Ermənistan barədə heç bir ölçü götürülməməsi əyani şəkildə sübut edir ki, təcavüzkarın arxasında dayanan qüvvələr Azərbaycana təzyiqin müxtəlif forma və metodlarını yürütməkdə davam edirlər.
Muxalifet4 - 14-07-2020
Ukraynalı deputatlar Azərbaycanı dəstəkləyən bəyanat qəbul ediblər
Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun üzvləri iyulun 12-dən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Muxalifet4 - 14-07-2020
Türkiyənin Müdafiə nazirindən Ermənistana xəbərdarlıq
“Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik”.
Yenisabah.az bildirir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
“Təcavüzkar davranışını davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa və azərbaycanlı qardaşlarımıza dəstək verməyə davam edəcəyik”, - deyə türkiyəli nazir vurğulayıb.
Muxalifet4 - 14-07-2020
Ukrayna səfiri Ermənistan XİN-ə dəvət edildi
Bu gün Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba işlədiyi ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub.
“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu barədəki açıqlamasında bildirilir:
“Ukrayna səfirini qəbul edən xarici işlər nazirinin müavini Şavarş Köçəryan ona Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistan – Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanatına dair Ermənistan XİN-in mövqeyini təqdim edib”.
Muxalifet4 - 14-07-2020
“ERMƏNİSTANIN TOVUZA HÜCUMU 3 SƏBƏBLƏ BAĞLIDIR…” – “Düşmənə daha ciddi zərbələr endirilməlidir”
“Türkiyənin bəyanatı Ermənistanın müraciət etdiyi KTMT-yə daxil olan ölkələrə ciddi mesajdır”
Məlum olduğu kimi, iyulun 12-də Ermənistan ordusu Azərbaycana qarşı növbəti təxribata əl ataraq, Tovuz rayonu istiqamətində vəziyyəti gərginləşdirib. Azərbaycan tərəfi düşmənə layiqli cavab verərək, ona ağır zərbələr endirib.
Muxalifet4 - 14-07-2020
Tovuz yenidən intensiv atəşə tutulur – RƏSMİ
Bu gün saat 19:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrini və bölmələrimizin mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə yenidən intensiv atəşə tutmağa başlayıb.
Bu barədə Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib./oxu.az
Muxalifet2 - 14-07-2020
Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva XƏSARƏT ALDI
Tovuzun Dondar Quşçu kəndində olan Milli Məclisin deputatı Qənirə Paşayeva qolundan xəsarət alıb.
Bu barədə Q.Paşayeva özü məlumat verib.
“Ermənilər dinc insanları atəşə tuturlar. Kəndəydik, atdılar, başımızın üstündən keçdi. Elə bildim, uşaqlara dəydi, arxaya çevriləndə qolum da altımda qaldı. Belə bir pis düşmənlə üz-üzəyik. Koxa Nəbi kəndində evimizi vurublar. Bizim igidlər oğlanlarımız düşməni vurmaq üçün canlarını fəda edirlər. Onların qarşısında baş əyirik” – Deputat bildirib.
Q.Paşayevanın qoluna sarğı qoyulub./Pravda.az
Muxalifet2 - 14-07-2020
DTX ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ ETDİ
“2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam etmiş, qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Görülmüş cavab tədbirləri nəticəsində düşmənə ağır zərbələr endirilmiş, o, böyük itkilər verərək geri çəkilməyə məcbur edilmişdir. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik”.
Muxalifet2 - 14-07-2020
Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri saxlayır – VİDEO
Bu gün Ermənistan mediasının bəh-bəhlə “qəhrəman” kimi təqdim etdiyi erməni gənclərinin sınaq zamanı o qədər də cəsur olmadıqları görünür.
Gapp.az-ın məlumatına görə, bu, sosial şəbəkələrdə yayımlanan videodan aydın sezilir.
Kadrlarda Ermənistanın polis əməkdaşlarının Azərbaycan sərhədindən qaçan fərariləri saxladıqları görünür.
Muxalifet2 - 14-07-2020
“BAĞIMSIZ AZƏRBAYCAN UĞRUNDA MÜCADİLƏMİZ DAVAM EDİR” – “Dövlətimizlə millətimizin bütünlüyü bu gün daha çox lazımdır”
Turan Partiyasının başqanı Cahandar Bayoğlu son günlər erməni silahlılarının Azərbaycana hücumu ilə bağlı bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, partiya sədrinin bəyanatında bildirilir:
“Əziz yurddaşlar!
Son günlər Moskvanın əlində oyuncaq olan erməni birlikləri Azərbaycan Respublikasının sərhədində terror əməliyyatları keçirməkdə davam etməkdədirlər.
Şərəfli Azərbaycan əsgəri terrora qarşı savaşda qəhrəmanlıq göstərməkdədir. Uca millətimiz də sərhəddə əsgərlə çiyin-çiyinədir.Muxalifet2 - 14-07-2020
Düşmənin daha bir hərbi obyekti darmadağın - VİDEO
İyulun 14-də Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin daha bir hərbi obyekti - bölüyün dayaq məntəqəsi bölmələrimizin dəqiq zərbəsi ilə darmadağın edilib.
Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Muxalifet2 - 14-07-2020
Bakıda şəhid polkovnikin cənazəsinin qarşılanması üçün yürüş olub - YENİLƏNİB
Bakı sakinləri şəhid polkovnik İlqar Mirzəyevin cənazəsini qarşılamaq üçün yürüş ediblər.
Muxalifet.az xəbər verir ki, Xətai və Nizami rayonunda yüzlərlə insan bir neçə küçə boyunca yürüş edərək "Şəhidlər ölməz, vətən bölünməz" şüarını səsləndiriblər.
Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun hərbçiləri qəhrəmancasına şəhid olub./Report
Muxalifet2 - 12-07-2020
"Şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarıq" - DİN
"Ermənistanın silahlı qüvvələrinin cari il iyul ayının 12-dən başlayan təxribatı nəticəsində dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycanın qəhrəmancasına həlak olmuş hərbi qulluqçularının ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarlığımızı bildiririk".
Muxalifet.az xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşlara müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir:
Muxalifet2 - 14-07-2020
Ermənistanın növbəti hərbi obyekti darmadağın edildi - VİDEO
Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin dəqiq zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus növbəti bölüyün dayaq məntəqəsi darmadağın edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Muxalifet2 - 15-07-2020
Bakıda Azərbaycan Ordusuna dəstək yürüşü keçirilir - VİDEO / YENİLƏNİB
Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.
Muxalifet.az xəbər verir ki, əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq “Qarabağ”, "Qarabağa azadlıq" şüarlarını səsləndiriblər.
Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib.
Muxalifet2 - 15-07-2020
Kılıçdaroğludan Azərbaycana dəstək çağırışı!
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu Azərbaycanı dəstəkləyib.
Muxalifet.az xəbər verir ki, bu barədə o özünün "Twitter"dəki səhifəsində paylaşım edib.
"Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanı narahatlıqla izləyirik. Həyatını itirən Azərbaycan hərbçilərini rəhmətlə anır, Azərbaycan xalqına başsağlığı diləyirəm. Bölgəmizdəki problemləri həll etmək üçün əlimizdən gələni etməyə hazır olduğumuzu bir daha təkrarlayıram", - o bildirib.Muxalifet2 - 15-07-2020
General-mayor Polad Həşimov dəfn olunur - CANLI
Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur.
"Report" xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.
Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yayılım atəşi açılıb.
Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.
Muxalifet2 - 15-07-2020