Axtarış
The search found 105716 results in 0.031 seconds.
Search results
Azərbayacnda daha bir həkim koronavirusdan vəfat etdi
Cəlilabad Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının koronavirusa yoluxan həkimi, 1955-ci il təvəllüdlü İbadət Ağayev vəfat edib.
"Report"un Muğan bürosunun məlumatına görə, İ.Ağayev bu gün müalicə olunduğu "Yeni klinika"da dünyasını dəyişib.
Qeyd edək ki, koronavirusla mübarizədə aktiv iştirak edən İ.Ağayevin ötən ayın sonunda verdiyi test analizinin nəticəsi pozitiv çıxıb. O, bir müddət Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. Daha sonra vəziyyəti ağırlaşdığından iyunun 30-da Bakı şəhərində yerləşən "Yeni klinika"ya köçürülüb.
Muxalifet2 - 12-07-2020
Azərbaycanda gəminin heyət üzvləri koronavirusa yoluxdu
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
“Report” xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb.
Məlum olub ki, 35 heyət üzvündən 19- u koronavirusa yoluxub.
Xəstələr Bakı Atletlər Kəndində müalicəyə cəlb olunublar.
Muxalifet2 - 12-07-2020
"Ermənistan tərəfi hər hansı ərazi əldə etməyib" - Prezidentin köməkçisi
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınmışdır.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.Muxalifet2 - 12-07-2020
İŞİD varlı gəncləri sıralarına cəlb edir - MİSİRİN İSLAM ARAŞDIRMALARI MƏRKƏZİ BƏYANAT YAYDI
İŞİD varlı gəncləri öz sıralarına cəlb edir.
Bu barədə Misirin “Dar əl-Ifta” İslam Araşdırmaları və Fətva Mərkəzi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, İŞİD həmin gənclərdən kriptovalyuta ilə böyük məbləğdə ianələr toplayır. Mərkəz xəbərdarlıq edib ki, terrorçular varlılara “vahid İslam dövləti” qurulması yolunda maliyyə vəsaiti ayırmaları üçün çağırışlar edir. “Təəssüf doğuran hal ondan ibarətdir ki, yüksək təhsil görmüş bəzi gənclər bu təxribata aldanırlar”, - deyə bəyanatda vurğulanır.
Muxalifet2 - 12-07-2020
Azərbaycan XİN Ermənistanın sərhəddə təxribatı ilə bağlı açıqlama yaydı
"İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər. Düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu həlak olub, 5 nəfər isə yaralanıb".
Muxalifet2 - 12-07-2020
Cəbhə bölgəsindəki düşmən təxribatı Türkiyə mətbuatında — VİDEO
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejiminin pozulması xarici mətbuatda da müzakirə mövzusuna çevrilib.
Türkiyənin “Haber Global” telekanalı həmin istiqamətdə gedən döyüşlər və hər iki tərəfin itki verməsi haqqında süjet hazırlayıb.
Süjetdə ümumiyyətlə iki ölkə arasındakı konfliktin tarixindən, Ermənistan tərəfinin Azərbaycan torpaqlarını illərdir işğal altında saxlamasından söz açılıb.
Həmin süjeti təqdim edirik:
Muxalifet2 - 12-07-2020
Qərbi Azərbaycan İrəvan Respublikası BƏYANAT yaydı: "Azərbaycanın yanındayıq"
Bildiyimiz kimi 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Muxalifet3 - 13-07-2020
CƏBHƏDƏ DÖYÜŞLƏR DAVAM EDİR - Azərbaycan Ordusunun baş leytenantı şəhid olub / VİDEO, FOTO
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Muxalifet2 - 13-07-2020
Azərbaycana məxsus PUA vurulub? - RƏSMİ AÇIQLAMA
Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.
Muxalifet2 - 13-07-2020
“AZƏRBAYCANIN YANINDAYIQ” - Türkiyə XİN
Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması ilə bağlı bəyanat yayıb.
“Report” xəbər verir ki, bəyanatda deyilir:
“Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pisləyirik. Dost və qardaş Azərbaycan xalqına və hökumətinə həyatını itirən Azərbaycan şəhidləri ilə bağlı başsağlığı, yaralılara isə təcili şəfa diləyirik.
Muxalifet2 - 13-07-2020
Qaradağda gecəyarısı Qarabağ aksiyası – İcra başçısı aksiyaçıların qarşısına çıxdı / FOTO
Bu gün gecə saatlarında Bakının Qaradağ rayonunda cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı aksiya keçirilib. Aksiyada “Qarabağ” şüarları səsləndirilib və yürüş keçirilib.
Polis yürüşün qarşısını alıb, bundan sonra isə Qaradağın icra başçısı Süleyman Mikayılov aksiyaçıların qarşısına çıxıb, onları dağılışmağa çağırıb. “Sizi başa düşürəm, çətindir, amma Ali Baş Komandanın əmrini gözləməliyik”, - icra başçısı aksiyaçılara müraciətlə bildirib.
Muxalifet2 - 13-07-2020
ŞƏHİDLƏRİMİZ TOVUZDA ALQIŞLARLA QARŞILANDI - Video
Bu gün Tovuzda Ermənistan silahlı qüvvələri bölmələrinin hücumunun qarşısını alarkən döyüşdə şəhid olan hərbçilərimizi Tovuz rayon sakinləri alqışlarla qarşılayıb.
“Report” xəbər verir ki, qarşılamanın görüntüləri sosial şəbəkədə yayılıb.
Belə ki, rayon sakinləri şəhidlərimizi böyük izdihamla qarşılayıb və "Şəhidlər ölməz, Vətən bölünməz" şüarını səsləndiriblər.
Muxalifet2 - 13-07-2020
Cəbhədə vəziyyət yenidən gərginləşdi, mövqelərimiz atəşə tutulur - RƏSMİ
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.
Muxalifet2 - 13-07-2020
Ağdam kəndi şəhidimizin dəfninə hazırlaşır - İZDİHAM VAR
Dünən düşmən təxribatı nəticəsində şəhid olan baş əsgərimiz Məmmədov Elşad Dönməz oğlunun dəfn mərasiminə hazırlıq gedir.
"Yeni Müsavat" qəzetinin hazırda Tovuz rayonun Ağdam kəndində olan reportyor qrupu xəbər verir ki, mərhumun evinə xeyli sayda kənd sakini toplaşıb.
Şəhidimiz Elşad Məmmədov əslən Ağdam kəndindən idi.
O, Ağdam kəndinin Şəhidlər Xiyabanında dəfn ediləcək.
Hazırda məzarın qazıntısına başlanıb.
Muxalifet2 - 13-07-2020
Səttar Mehbalıyevin diplomat kürəkəni ABŞ-a qaçıb? – RƏSMİ REAKSIYA
Yerli mətbuatda Azərbaycan Xarici İşlər Nazirliyinin Ümumi Katibliyinin əməkdaşı Rəşad Eyvazovun ABŞ-a qaçdığı barədə informasiya yayılıb.
Xəbərdə iddia olunur ki, Rəşad Eyvazov həyat yoldaşını və 3 oğlunu ataraq N. adlı sevgilisi ilə ABŞ-a yerləşib, oradan siyasi sığınacaq alıb.
Muxalifet2 - 13-07-2020
“25 yaşı vardı, 6 aylıq bir oğlu qaldı” – Şəhid atasının müsahibəsi
Tovuz rayonunun Ağdam kəndi istiqamətində gedən döyüşlərdə Ermənistan hərbçilərinin artilleriya atəşə nəticəsində şəhid olmuş Elşad Məmmədovun atası Dönməz Məmmədov jurnalistlərə verdiyi tele-müsahibədə 25 yaşlı oğlunun həmişə qoçaq oğlan olduğunu deyib.
Gənc oğlunu itirmiş ata telekamera qarşısında olduqca dəyanətli və toxtaq danışaraq, şəhid Elşadın altı aylıq bir oğlunun qaldığını deyib, bütün şəhidlərə Allahdan rəhmət diləyib, döyüşçüləri onun oğlu kimi qoçaq, cəsur olmağa çaırıb.
Şəhid atasının müsahibəsini təqdim edirik:
Muxalifet2 - 13-07-2020
Zaxarova Azərbaycan-Ermənistan sərhədində baş verənləri lağa qoyub
Rusiya XİN-in qeyri-adekvat davranışları və açıqlamaları ilə tanınan sözçüsü Mariya Zaxarovanın son “feysbuk” paylaşımı ciddi narazılığa və müzakirələrə səbəb olub.
M.Zaxarova son günlər Tovuz istiqamətində Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrə, gərginliyə işarə edərək, yazıb: “Bax, bircə Piter Forumu və Bakıda “Jara” çatışmır. Siz yəqin başa düşürsünüz.”
Muxalifet2 - 13-07-2020
“Ermənistan ağlını başına toplasın, Azərbaycan tək deyil” – TÜRKİYƏDƏN AÇIQLAMA
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərə dair suala cavabında deyib: “Ermənistan ağlını başına toplasın. Bütün imkanlarımızla Azərbaycanın yanındayıq”.
Muxalifet2 - 13-07-2020
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
“Nar” TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində koronavirus pandemiyası zamanı müxtəlif sahələrdə vətəndaşlara xidmət etməyə davam edən insanları ictimaiyyətə tanıtmaq üçün “Günün Qəhrəmanları” müsabiqəsinə start verir. Müsabiqə pandemiya ilə mübarizə dövründə gündəlik işlərini icra edərkən həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək. Bu cür hekayələrin üzə çıxarılmasında məqsəd həm əhali arasında qəhrəmanları tanıtmaq, həm də sosial məsuliyyətin təşviqinə dəstək olmaqdır.
Muxalifet2 - 13-07-2020
“Şərurlu İsfəndiyar”ın adı daha bir dələduzluqda hallanır – Bu dəfə DAK rəsmisinə 282 min dollar “atıb”
“Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundov Dünya Azərbaycanlıları Konqresi (DAK) Avropa bölməsinin rəhbəri, tanınmış yazar Əli Ağaevlinin ailəsinə külli miqdarda maddi ziyan vurub.
Bu fırıldağın araşdırılması üçün barəsində cinayət işi açılan “Şərurlu İsfəndiyar” Əli Ağaevliyə 282 min dollar pul ödəməlidir.
Muxalifet2 - 13-07-2020