Axtarış
The search found 105724 results in 0.055 seconds.
Search results
“Hər evdən bir nəfər koronavirusdan həyatını itirə bilər…” – İnfeksionistdən ŞOK AÇIQLAMA
Həyata keçirilən tədbirlərə baxmayaraq, Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı sabit yüksək olaraq qalmaqdadır.
Ölkədə hər gün 500-dən çox insanın koronavirisa yoluxduğu məlum olur.
Ümumi yoluxanların sayı 22 minə yaxınlaşır.
Muxalifet2 - 9-07-2020
“Karantin rejimi ləğv olunmalıdır” – TİBB PROFESSORU
Muxalifet.az tibb professoru, tanınmış həkim Adil Qeybullanın teleqraf.com-a hazırda tətbiq olunan sərt karantin rejimi ilə bağlı müsahibəsini təqdim edir.
- Doktor, pandemiya dövrünün tələbələrinə görə əksəriyyət “evdə qal” çağırışına əməl edir. Necə düşünürsüz, bu müddətdə insanların dənizə getməsi virusun yayılma təhlükəsini artıra bilərmi?
Muxalifet2 - 9-07-2020
Karantin dövründə Qurban bayramı necə keçiriləcək? - VİDEO
Qarşıdan Qurban bayramı gəlir. Bu bayram islam ölkələrində, o cümlədən Azərbaycanda geniş və təmtəraqlı qeyd olunur.
Bu il bir çox bayramlar kimi, qurban bayramı da pandemiya dövrünə təsadüf edəcək. Burda əsas məsələ gigiyenik qaydalara, əsas da yoluxma riskinin az olması üçün sosial məsafəyə diqqət etməkdir. Qəssabların sözlərinə görə, bayramda ət kəsimi karantin şərtlərinə uyğun aparılacaq. Kütləvilik və anti-sanitar vəziyyətə şərait yaradılmayacaq. Qurbanı fərdi şəkildə kəsənlər şəxsi gigiyenaya diqqət yetirməklə ev şəraitində bunu həyata keçirə bilərlər.
Muxalifet2 - 9-07-2020
Rusiyalı deputat koronavirusa yoluxan prezidenti axmaq adlandırdı
Dövlət Dumasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki, Gennadi Onişçenko Braziliya Prezidentinin Jair Bolsonarunun mətbuat konfransı zamanı koronavirus infeksiyasına yoluxmasını açıqladıqdan sonra maskasını çıxarmasını axmaqlıq adlandırıb.
Rusiya mətbuatı xəbər verir ki, o, prezidentin səhv addım atdığını bildirib:
“Əlbəttə ki, yüksək davranış mədəniyyəti sərgiləməyib. Əgər yoluxduğunuzu bilirsinizsə, bunu etmək lazım deyil. Ancaq bu təlim-tərbiyə problemidir. Konfrans şüşə arxasından və ya maska ilə keçirilə bilərdi”, - akademik qeyd edib.
Muxalifet2 - 9-07-2020
RAMİZ MEHDİYEVİN QARA METALLURGİYA "QALASINDA" ARAŞDIRMALAR BAŞLAYIB! – Rasim Məmmədovun ələ keçirdiyi bütün zovodlar yoxlanılır
Ramiz Mehdievin himayəsini itirən Məmmədov isə yenə də sahibkarların üzərinə gedir: kimə arxalanır?
Azərbaycanın ən iri poladəritmə zavodu olan “Baku Steel Company” ilə bağlı mətbuatda bir çox qalmaqallı yazılar dərc olunub. Bu şirkətin qurucusu və 2008-ci ilədək sahibi olan İran əsilli Böyük Britaniya vətəndaşı Paolo Pərvizin ölkədən didərgin salınmasından bu yana istər “Baku Steel Company”, istərsə də sənəd üzərində zavodun sahibi olan, bahalı avtomobillər kolleksioneri Rasim Məmmədov hər zaman mətbuatın diqqət mərkəzində olub.
Muxalifet2 - 10-07-2020
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır - GƏLƏN HƏFTƏDƏN...
2020-2021-ci tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu növbəti həftədən başlayacaq.
Təhsil Nazirliyindən verilən xəbərə görə, bu il müsabiqənin test mərhələsinin ölkənin bir neçə şəhər və rayonlarında, fərqli məkanlarda, müvafiq sanitar-epidemioloji tələblərə riayət olunmaqla keçirilməsi planlaşdırılır.
Muxalifet2 - 10-07-2020
Koronavirusun daha bir təhlükəli FƏSADI AÇIQLANDI
СOVID-19-dan sağalan insanlar gələcəkdə immunitetlə bağlı uzun müddətli problemlər yaşaya bilər.
Publika.az xəbər verir ki, belə nəticəyə Rusiya və Çin Xalq Respublikasının alimləri gəlib.
Məlumata görə, araşdırmalar zamanı virusdan sağalan insanların bir hissəsinin qanında limfositlərin səviyyəsinin aşağı düşməsi qeydə alınıb. Limfositlərin səviyyəsi hətta sağalmadan 11 həftə sonra da əvvəlki normaya çatmır.
Muxalifet2 - 10-07-2020
Bu şəxslərə bank kreditləri üzrə dövlət dəstəyi veriləcək – QƏRAR
Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib.
Muxalifet2 - 10-07-2020
“İrəvan Qarabağı qaytarmalı olacaq...” - Moskvadan qəzəbli mesaj
Moskva-İrəvan münasibətlərində gərginlik qalmaqda və hətta günbəgün artmaqdadır. Ermənistan baş naziri Nikol Paşinyanın bu gərginlik fonunda, üstəlik, Kremlə qarşı şantaj siyasəti aparmağa çalışması situasiyaya məxsusi mürəkkəblik qatıb - özü də ən çox elə forpost ölkənin öz ziyanına.
Muxalifet2 - 10-07-2020
“Zaminbank”ın rəhbərinin həbsində Eldar Mahmudov çetesinin izi
Qandallanan bankir sabiq nazirin pullarını ofşor hesablara daşıyanlardan biridir
“Zaminbank” ASC-nin rəhbəri və digər vəzifəli şəxslərin həbsi “Yeni Müsavat”ın yazdıqlarını bir daha təsdiq etdi. Bank rəhbərliyinin qanunsuz əməlləri, sabiq MTN naziri Eldar Mahmudov və digərləri ilə əlbir olaraq cinayət əməlləri törətməsini bir neçə dəfə təfərrüatlı şəkildə dərc etmişik.Muxalifet2 - 10-07-2020
Cəlilabbadda içərisində 7 kq narkotik olan iki çanta tapıldı
Cəlilabadda narkotik vasitə aşkarlanıb.
Bu barədə Muxalifet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 3-də Üçtəpə kəndi ərazisindən tapılan 2 ədəd çantaya baxış zamanı 3 kq 840 qrama yaxın heroin, 2 kq 760 qram həşiş, 1 kq-dan artıq tiryək, 1 kq-a yaxın metamfetamin və 500 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Muxalifet2 - 10-07-2020
Ekspert: “Marketlərin əksəriyyəti hələ də gözdən pərdə asmaqla məşğuldur”
COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə hökumətin fərqli istiqamətlərdəki addımları daha da intensivləşib.
Cəmiyyətdə bu məsələ ilə bağlı vətəndaşları, iş adamlarını prosesdə fəal iştirak etməyə səsləyən çağırışlar aktuallaşıb. Bu işdə sahibkarların, iş adamlarının rolu xüsusilə qeyd edilməlidir. Sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyi öyrənməlidirlər.
Muxalifet2 - 10-07-2020
Koronavirusun daha bir təhlükəli fəsadı açıqlandı - Qanın tərkibində...
СOVID-19-dan sağalan insanlar gələcəkdə immunitetlə bağlı uzunmüddətli problemlər yaşaya bilərlər.
Rusiya və Çin Xalq Respublikasının alimləri belə nəticəyə gəliblər.
Araşdırmalar zamanı virusdan sağalan insanların bir hissəsinin qanında limfositlərin səviyyəsinin aşağı düşməsi qeydə alınıb. Limfositlərin səviyyəsi hətta sağalmadan 11 həftə sonra da əvvəlki normaya çatmır.
Muxalifet2 - 10-07-2020
Qəbələdə faciəvi hadisə - ÖLƏN VAR
İyulun 9-da saat 15 radələrində Qəbələ rayonunda ağır yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, Hacallı kəndi ərazisində Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.
Muxalifet2 - 10-07-2020
Səhiyyə sahəsində nöqsanlar aşkarlandı
Dövlət büdcəsindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxs üzrə aparılmış auditin nəticələri haqqında məlumat açıqlanıb.
Hesablama Palatasının 2020-ci ilin İş Planına əsasən 2018-2019-cu illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin Mərkəz tərəfindən icrası vəziyyətinə dair uyğunluq auditi aparılıb, audit nəticəsində əsasən aşağıdakı nəticələr müəyyən edilib.
Muxalifet2 - 10-07-2020
Reyd keçirildi - Bəzi obyektlərin fəaliyyəti dayandırıldı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Ağstafa rayon İcra Hakimiyyəti və rayon polis şöbəsinin nümayəndələri ilə birgə rayonun mərkəzi bazarında və ictimai iaşə müəssisələrində monitorinq keçirib.
AQTA-dan verilən məlumata görə, monitorinq zamanı bəzi müəssisələrin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Muxalifet2 - 10-07-2020
"Müasir tarixçilərin ən başlıca məqsədi haylar ilə ərməniləri qarışdırmamaq və ayrı-ayrılıqda tədqiq etməkdir"-Şahlar Hacıyev
Haylar Qafqaz Albaniyasını "Şərqi Ermənistan" kimi təqdim edərək təkcə onun deyil, Albaniyanın uzantısı olan, təməli Aranşah Səhl İbn Sumbat tərəfindən qoyulan Qafan Alban Məlikliyinin, eləcə də Xəmsə Alban məlikliklərinin tarixini öz tarixləri kimi təbliğ etməyə başlamış və bu gün də eyni şeyi edirlər.
Muxalifet3 - 10-07-2020
ŞOK MƏLUMAT: “Bandotdel”-in KTN əməliyyatı sırasında nazir müavinləri bir-birini bıçaqlayıb
“Bandotel”in dünən KTN-də apardığı əməliyyat barədə ilginc məlumatlar əldə etmişik.
Hurriyyet.org-a daxil olan məlumata görə, korrupsiya faktının ortaya çıxması nazirlikdə ciddi insidentə səbəb olub.
Korrupsiya əməlində nazirin 3 müavini günahlandırılır. Onlardan biri qadındır. Qadının kimliyi bizə məlum olsa da, əməlini zərif cinsin təmsilçiliyinə keçib adını hallandırmırıq. Digər iki müavinlərdən biri İlham Quliyev, digəri isə Elçin Zeynalovdur. Elçin Zeynalovun İnam Kərimovla birlikdə “ASAN Xidmət”dən KTN-nə transfer edildiyi bildirilir.
Muxalifet2 - 10-07-2020
SON DƏQİQƏ: Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi saxlanıldı
Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Muxalifet.az E-huquq.az-a istinadən xəbər verir ki, F. Bağırova qarşı rəsmi ittihamın bu gün irəli sürüləcəyi və onun məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
Muxalifet2 - 10-07-2020
Sabiq futbolçu üçüncü mərtəbədən küçəyə atılan azyaşlını əlləri ilə tutdu – VİDEO
ABŞ-da sabiq futbolçu Filip Blanks yanğından xilas olmağa çalışan ananın binanın üçüncü mərtəbəsindən küçəyə atdığı uşağı xilas edib.
Muxalifet2 - 10-07-2020