Axtarış
The search found 105724 results in 0.03 seconds.
Search results
ÇİN ARALIQ DƏNİZİNİ ABŞ-a UDUZUR: “HUAWEİ” İngiltərədən də çəkiləcək, yoxsa ölkənin 5G sistemini ələ keçirəcək? – ARAŞDIRMA
Bəzi hadisələr, bəzi addımlar çox şeyi izah edir, ağlınızda yığılan çox sayda suala cavab verir. Məsələn, Müdafiə naziri Hülusi Akarın Liviyada neytrallaşdırılan rus helikopteri qarşısında müsahibə verməsi kimi… Bu, Türkiyənin gücünün, vektorunun və getdiyi marşurutun göstərilməsi baxımından, son dərəcə anlamlı idi.
Muxalifet4 - 8-07-2020
“LUKAŞENKONU DEVİRƏCƏKLƏR…” – “”Əbədi prezident”i Rusiya, yoxsa belaruslar təqaüdə göndərəcək?”
Məlum olduğu kimi, bir aydan sonra Belarusda prezident seçkiləri keçiriləcək. 26 ildir hakimiyyət başında olan Aleksandr Lukaşenko heç zaman indiki kimi çətin və gərgin vəziyyətlə qarşılaşmayıb.
Muxalifet4 - 8-07-2020
“Sabunçu bazarı”nda gizli işləyən kafe: 8 qadın saxlanıldı – FOTO
Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.
Muxalifet.az-ın məlumatına görə, Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 8-i qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb.
Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib./lent.az/
Muxalifet4 - 8-07-2020
“Ərə getməyimizə mane olmayın!” - Nişanlı qızlar ayağa qalxdı
İtaliyada gəlin olmağa namizəd sayılan qızlar COVID-19 məhdudiyyətlərinə etiraz ediblər.
Hadisə paytaxt Romada “sevgi bulağı” olaraq tanınan Trevi bulağının ətrafında baş verib. Etiraz aksiyasında toy şənliklərinin təşkilatçıları da iştirak edib.
Qeyd edək ki, İtaliya Toy və Hədiyəliklər Dərnəyi nümayəndələri aksiyada “bizə qeyd etmə azadlığı verin” şüarı ilə çıxış edib./Yenisabah.azMuxalifet4 - 8-07-2020
“ABŞ-da 6 min nüvə başlığı var, bu Çinin nüvə arsenalından 20-dəfə çoxdur”
Çinin Xarici İşlər Nazirliyinin silah departamentinin direktoru Fu Zonq Çinin ABŞ və Rusiya ilə nüvə barədə danışıqlardan imtina etməsi barədə danışıb.
Muxalifet4 - 8-07-2020
HAVA DÖYÜŞLƏRİNDƏ ELMİN ZƏFƏRİ! – Liviyada Türkiyənin dronları Rusiyanın “Pantsir” sistemini yerlə yeksan elədi!
Liviyada BMT tərəfindən tanınan qanuni Milli Barışıq Hökumətinə məxsus Silahlı Pilotsuz Uçuş Aparatları Cufra rayonundakı Rusiya muzdlularına (“Vaqner” şirkətinə) məxsus “Pantsir” sistemini məhv edib.
Milli Barışıq Hökumətinin hava qüvvələri Cufranın yaxınlığında yerləşən Sukina məntəsinə hava hücumu edib. MBH həmçinin, Sirte şəhərində irimiqyaslı hərbi əməliyyat keçirməyə hazırlaşır. Yüzlərlə hərbi texnikadan ibarət karvan Sirteyə doğru hərəkətə keçib.
Muxalifet4 - 8-07-2020
Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu – İDARƏ KARANTİNƏ ALINDI
Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Elşad Məmmədov koronavirusa yoluxub.
Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, rəis bir neçə gündür xəstəxanada müalicə alır.
Bildirilib ki, mərkəzin əməkdaşları karantinə alınıb.
Qeyd edək ki, Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur.
Deputat oxu.az-a açıqlamasında məlumatı təsdiq edib:
“Üç gündür COVID-19-a yoluxub. Hazırda xəstəxanada müalicəsini davam etdirir”.
Muxalifet4 - 8-07-2020
İran bu dəfə S-300 raketlərini səfərbər edir… – SİRLİ PARTLAYIŞLARIN ARDINCA / VİDEO
İran ordusunun Natanz nüvə zavodunda və Parçin hərbi bazasında son günlər bir-birinin ardınca baş vermiş sirli partlayışların ardınca Rusiyadan aldığı S-300 zenit-raket komplekslərini səfərbər etdiyinə dair görüntülər yayılıb.
İnternet mənbələrində yer alan görüntülərə əsasən S-300 kompleksinin raketlərini daşıyan qoşqu mövqe rayonlarına doğru hərəkət edir.
Muxalifet4 - 8-07-2020
“Türkiyədə millət ac qalar, dinindən imtina edər, amma dövlətini qoruyar...” - PARTİYA SƏDRİNDƏN POLİTOLOQA ETİRAZ
Cahandar Bayoğlu: “Türkiyədə olan demokratiya, sizin təbliğ etmək isədiyiniz Amerika və Avropadan daha üstündür”
Dünən Hurriyyet.org “Vətəndaş müharibəsinin baş verəcəyi ehtimal olunan 6 ölkədən biri Türkiyədir” sərlövhəli yazı dərc olunub. Politoloq Xaqani Cəfərliyə istinad edən saytda bildirir ki, yaxın zamanlarda Ərdoğanın başında durduğu iqtidar hazırkı siyasətindən imtina etməsə, Türkiyədə gərginlik artmaqda davam edəcək.Muxalifet4 - 8-07-2020
Koronavirusa yoluxmuş deputat evə buraxıldı - "ARTIQ SAĞALMAQ ÜZRƏYƏM"
“Xəstəxanadan evə buraxılmışam və özümü normal hiss edirəm”.
Muxalifet.az xəbər verir ki, bunu report-a Milli Məclisin koronavirusa yoluxan deputatı Sahib Alıyev deyib.
O bildirib ki, artıq sağalmaq üzrədir:
“Ancaq həkimlərin məsləhət və tövsiyələrinə uyğun olaraq iki həftə ev şəraitində karantində olacam”.
Muxalifet2 - 8-07-2020
KURYOZ: test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir – hansına inanaq?
Bütün dünyanı cənginə alan koronavirus infeksiyası (COVID-19) çox sayda can almağa davam edir. Dünyada, eləcə də Azərbaycanda virusun olub-olmamasını təsbit etməyin yeganə doğru üsulu PCR-dir. Bunun da cavabı 4-8 saat və ya müəyyən səbəblərdən 24 saata kimi çəkə bilər.
Bu gün ölkədə insanlar koronavirus şübhəsi ilə ya yaxma nümunəsi, ya da qan analizi ilə nəticələrinin neqativ çıxmasına ümid bəsləyirlər.
Muxalifet2 - 8-07-2020
Azərbaycanda orkestrin bədii rəhbəri HƏBS OLUNDU
Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri Lütfi Qədirov həbs edilib.
Muxalifet2 - 8-07-2020
Karantinə görə saxlananların fotolarının yayılması qanunidirmi? – AÇIQLAMA
Məlumdur ki, sərt karantin rejimi elan edilmiş şəhər və rayonlarda polis əməkdaşları tərəfindən mütəmadi olaraq reydlər keçirilir. Reydlər zamanı karantin tələblərini pozmuş şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunur. Qaydanı pozanların fotoları isə Daxili İşlər Nazirliyi tərəfindən ictimailəşdirilir, sonradan ayrı-ayrı media orqanlarının daxili etik kodeksi əsasında üzlər ya gizlədilir, ya da elə açıq şəkildə yayımlanır.
Muxalifet2 - 8-07-2020
TÜRKİYƏDƏN BÖYÜK HƏMLƏ – 17 təyyarəsi, 8 hərbi gəmisi Liviya sahillərində
Türkiyə Dəniz Qüvvələri Liviya sahillərində (Barbaros, Turqut Rəis və Çaka bəy sahələrində) aparalılacaq təlimlə əlaqədar NAVTEX sistemində anons verib.
Təlimdə 17 təyyarə və 8 hərbi gəminin iştirak eləməsi planlaşdırılır. Təlim 4 min kilometrlik marşrutda təqribən 8 saat davam edəcək./Hurriyyet.org
Muxalifet2 - 8-07-2020
Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu – 9 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Muxalifet2 - 8-07-2020
MEHDİYEVİN ÖZÜNÜ TƏMİZƏ ÇIXARMAQ CƏHDİ - Və yaxud AMEA-nın prezidentinə 12 sual
AMEA-nın prezidenti Ramiz Mehdiyev nəhayət ki, danışdı. Susqunluğun daşını birdəfəlik atmaq istəsə də, bacara bilmədi. Ona veriləcək suallar çoxdur. Mənim də suallarım olacaq. Dünən axşamtərəfi yaydığı bəsit və arqumentsiz açıqlaması məni vadar etdi ki, təkrar Ramiz Mehdiyev mövzusuna qayıdım. Adı üstündə olsa da, akademik tərzə qətiyyən uyğun gəlməyən mətnin sahibində elmi idrakın hansı səviyyədə olduğunu bir daha özü bizlərə nəsib etdi.
Muxalifet2 - 8-07-2020
Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin…
“Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün əlavə 250 ml maye tələb olunur. Mayenin yetərsiz qəbulu temperatursalıcı maddələrin effektsiz olmasına, bəlğəmin çətin ifrazına, qanın qatılaşmasına səbəb olur”.
Bu sözləri tanınmış həkim reanimatoloq Şahin Məmmədov koronavirusa yoluxmuş şəxslərin evdə müalicəsi haqqında danışarkən deyib. Həkim COVİD-19 xəstələrinin müalicəsi barədə vacib tövsiyələr verib.
Muxalifet2 - 8-07-2020
Ərdoğanın partiyası nöqtəni qoydu: “Erkən seçki…”
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin köməkçisi Numan Kurtulmuş erkən seçkilərlə bağlı açıqlama verib.
AKP rəsmisi bu haqda yayılan məlumatların həqiqətə uyğun gəlmədiyini bildirib.
Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) erkən parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddiasına cavabı belə olub: “Erkən seçki məsələsi gündəmi dəyişdirmək üçün ortaya atılıb”./Teleqraf
Muxalifet2 - 8-07-2020
Maksim Musayev Ramiz Mehdiyevi canlı debata çağırdı: "Cüzi də olsa, cəsarət..."
Məlum olduğu kimi, son günlər mediada Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda isə AMEA-nın prezidenti vəzifəsində çalışan Ramiz Mehdiyevin ünvanına bir sıra itihamlar səsləndirilməkdədir.
Akademik Ramiz Mehdiyev özü mətbuata açıqlamasında bu cür ittihamları təkzib edərək onları uydurma və böhtan adlandırıb:
Muxalifet2 - 8-07-2020
AZƏR QƏRİBƏ… - Jalə Mütəllimova yazır
Çoxu TƏBIB-in adına tənqid yazmaq nədir, hətta yanından keçəndə “bismillah” deyəndə, Ramil həkimi görəndə üç qat əyilib salam verəndə, bəndəniz, yəni mən, dinməz-söyləməz iki yazı yazdım.
Dedim ki, düz eləmir.
Dedim ki, siyasi ambisiya, hikkə, rabitəsiz çıxışlar kənara qoyulmalıdır.
Dedim ki, təcrübəli, yaşlı adamları incitmək, münasibətləri və körpüləri yandırmaq olmaz.
Dedim ki, hamıya hədə-qorxu gəlmək düz deyil.
Onu da dedim ki, əməlləriniz bizi yaxşı yönə aparmır.
Hamısı bir-bir oldu…Muxalifet2 - 8-07-2020