Axtarış
The search found 105724 results in 0.031 seconds.
Search results
Ermənistan prezidenti qəfil Qarabağa gəldi – FOTO
Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torplaqlarına səfər edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sarkisyan Xocalı aeroportundan birbaşa Xankəndinə gəlib. Burada o, qondarma rejimin rəhbəri Araik Arutunyanla danışıqlar aparıb.
Armen Sarkisyanın daha bir neçə gün Azərbaycan ərazisində qalacağı, görüşlər keçirəcəyi bildirilir.
Muxalifet2 - 10-07-2020
Almaniyada aralarında azərbaycanlının da olduğu 27 sığınacaq axtaran suda boğulub
2019-cu ildə Almaniyada 417 nəfər suda boğulub.
“Almaniya Xilasedicilər Dərnəyi”ndən verilən məlumata görə, ötən il 200 nəfər göldə, 120 nəfər çayda, qalanları isə, qapalı və açıq hovuzlarda boğulublar.
Boğulanların 25-i 10 yaşından kiçik uşaqlar, 27-si isə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən qaçqın və miqrantlar olublar.
Muxalifet2 - 10-07-2020
DTX tərəfindən saxlanılan XİN-nin Konsulluq İdarəsinin rəisi məhkəməyə gətirildi
Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə gətirilib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hazırda Səbail Məhkəməsində hakim Şahin Abdullayev sədrliyi ilə Dövlət Təhülkəsizliyi Xidmətinin (DTX) təqdimatına baxılır.
Muxalifet2 - 10-07-2020
Azərbaycanda daha 526 nəfər koronavirusa yoluxdu – 8 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.Muxalifet2 - 10-07-2020
Adı “MTN işi”ndə hallanan sabiq icra başçısı Londonda şirkət açdı
1993-1999-cu illərdə Bakı şəhər Səbail rayonunun İcra başçısı olan Rüstəm Müzəffər oğlu Məmmədov İngiltərənin paytaxtı Londonda şirkət rəhbəri olub.
Rüstəm Məmmədov “32 London Bridge Street, London, SE1 9SG” ünvanında yerləşən “Sky Digital Technology Limited” şirkətinin direktorlarından biri olub.
13 sentyabr 2018-ci ildə qeydiyyatdan keçən “Sky Digital Technology Limited” şirkətinin direktorlarından biri də Latviya vətəndaşı Rahmeds Beinarovicdir.Muxalifet2 - 10-07-2020
TƏBİB rəsmisi yayla əlaqədar rayona getmək istəyənlərə səsləndi
“Yay mövsümü ilə əlaqədar rayona gedə bilməyən insanlardan çoxsaylı müraciətlər alırıq”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, təəssüf ki, bütün dövrlərdə pandemiya ilə mübarizədə ən effektiv üsul karantin metodudur:
“Bu xəstəliyin inkubasiya dövrü 14 gündür. İnsanlar Bakıdan rayona və ya rayondan paytaxta gəlməklə digər insanları da bilmədən yoluxdura bilər.
Muxalifet2 - 10-07-2020
DTX Xarici İşlər Nazirliyindəki yeni həbslərlə bağlı MƏLUMAT YAYDI
“Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib”.
Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumatda bildirilib.
Muxalifet2 - 10-07-2020
“Çox köklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu, amma…” – Hikmət Hacıyev
“Azərbaycanda çox köklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu. Amma təəssüflər olsun ki, koronavirus müharibəsi başladı”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
“Ona görə də TƏBİB və Səhiyyə Nazirliyinin təsisatları birləşdirilib:
“Onların fəaliyyəti vahid bir mərkəzdən idarə olunur”-deyə, H.Hacıyev əlavə edib./apa
Muxalifet2 - 10-07-2020
Əli İnsanovun “Ermənistanlı azərbaycanlıların etimad hökuməti” planı…
Sabiq səhiyyə naziri Əli İnsanov həbsdən azad olunandan sonra bəziləri maraqla, bəziləri həyəcanla gözləyirdi, o neynəyəcək?
Muxalifet2 - 10-07-2020
Karantində evdə işləyənlərin nəzərinə – bunlara DİQQƏT EDİN
Karantin rejiminə görə bəziləri işi ofisə getmədən, evdən icra edir. Evdə işləmək isə gündəlik işə gedərkən qurulan rejimi bir qədər pozur. Yuxudan durma və yemək yemək saatlarında dəyişikliklər olur. Evdən işləməyinizə baxmayaraq həm mənəvi , həm də fiziki sağlamlığınızın qeydinə qalmağa diqqət yetirin.
Evdə işləyənlərin bilməsi lazım olan vacib qaydaları təqdim edirik:
Muxalifet2 - 10-07-2020
Azərbaycanda koronavirus testləri niyə 130 manatdır? – Aslan İsmayılov: “Bu, xalqa, dövlətə xəyanətdir”
“Dəfələrlə ölkədə keçirilən koronavirus testlərinin qiymətləri ilə bağlı fikir bildirmişəm. Bu günlərdə bir araşdırma apardım. Rusiyada bu testlər bizim pulla təxminən 10 manat, Türkiyədə isə 15-25 manat arasıdır (Hava limanında 16, xəstəxanalarda isə 11 dollardır). Azərbaycanda isə bu testlərin keçirilməsi 100-130 manatdır. Əvvəllər dediklərimi bir daha təkrarlayıram: Bunun adı acgözlük yox, xalqa, dövlətə xəyanətdir!”.
Bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.
Muxalifet2 - 10-07-2020
Ağstafanın keçmiş başçısı və birinci müavini həbsxanada qaldı
Səbail Rayon Məhkəməsində Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimatlara baxılıb.
Hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadılıb.
Muxalifet2 - 10-07-2020
18 məhkumda koronavirus aşkarlandı - RƏSMİ AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunması məqsədilə qlobal pandemiya olan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən qəti tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən bütün struktur qurumlarda, o cümlədən penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə lzəruri tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər görülür.
Muxalifet2 - 10-07-2020
“AYASOFİYANIN YENİDƏN MƏSCİD OLARAQ FƏALİYYƏTƏ BAŞLAMASI…” - Qərbi Azərbaycan İrəvan Respublikası Ərdoğanı təbrik etdi
Qərbi Azərbaycan İrəvan Respublikası (QAİR) Məşvərət Şurasının sədri Mülazim Pahsa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Muxalifet2 - 10-07-2020
“KABİNETİNİ ANTİ-DÖVLƏT QƏRARGAHINA ÇEVİRİB...” – “Adamları dəvət edir, hakimiyyət əleyhinə səfərbərliyə alır...”
“Ramiz Mehdiyevin xarici dövlətin yüksək səviyyəli qurumları qarşısında öhdəlikləri var”
“Əli İnsanov çoxdandır ki, Ramiz Mehdiyevlə bir yerdədir...”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılan müzakirələr davam etməkdədir. Mehdiyevin onu tənqid edənlərin dediklərinə reaksiyası isə bu müzakirələrə əlavə rəng qatıb.
Muxalifet2 - 11-07-2020
8 ŞƏHƏR və RAYONDA İCTİMAİ NƏQLİYYATIN HƏRƏKƏTİ DAYANDIRILDI - İki günlük
Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.
Muxalifet2 - 11-07-2020
"AZƏRBAYCAN BİZİM SƏHVİMİZİ TƏKRARLADI..." - Rusiyalı baş infeksionistlə MÜSAHİBƏ
"Absolyut karantin yaratmaq mümkün deyil. Siz heç kimi evə tıxayıb qapılarını da lehimləyə bilməzsiniz – daha pis olacaq"
Nikiforovun başçılıq etdiyi həkimlər briqadası bir sıra pandemiya xəstəxanalarına baş çəkərək azərbaycanlı həmkarlarına koronaviruslu xəstələrin müalicəsində tövsiyələrini verib
Muxalifet2 - 11-07-2020
Həbs olunan məmur Cahangir Əsgərovun bacısı oğludur?
Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi xüsusi əməliyyatın nəticəsi olaraq saxlanılan Konsulluq Baş idarəsinin rəisi Faiq Bağırov barədə yeni məlumatlar yayılıb.
Yenisabah.az xəbər verir ki, həmin məlumatlara görə, Faiq Bağırov hakimiyyətdəki oliqarx məmurlardan birinin yaxın qohumudur. Konkret olaraq onun “Azal”ın prezidenti Cahangir Əsgərovun bacısı oğlu olduğu deyilir.
Məlumatda həmçinin qeyd edilir ki, Faiq Bağırov Cahangir Əsgərovun yaxın qohumu olsa da, karyera yüksəlişində bu faktorun çox az rolu olub.
Muxalifet2 - 11-07-2020
“Jurnalistlər üçün tikilən binadakı mənzillər koronavirusla mübarizədə ön cəbhədə olan tibb işçilərinə verilsin!” – ASLAN İSMAYILOV
"Ölkəmizdə koronavirus yayılan ilk günlərdən bunun ciddi bir təhlükə olduğunu bildirmişdim. Bu yazılarıma olan kütləvi iradlara, qınaqlara baxmayaraq, fikrimdən dönmədim və bunu müharibə şəraiti ilə eyniləşdirdim. Bu gün artıq hamı dərk edir ki, pandemiya bütün dünyanı, o cümlədən bizi çox çətin duruma salıb və həqiqətən müharibə şəraitidir”. Bu fikirlər tanınmış hüquqşünas Aslan İsmayılova məxsusdur.
Muxalifet2 - 11-07-2020
“Bütün dünyada bu virusdan qorunmağın çox sadə yolları var…” – VAQİF QARAYEV
“Bu bəladan tez xilas olmaq istəyiriksə, deyilənlərə əməl olunmalıdır”
“İctimaiyyət, həmçinin media “hökumət bacarmadı”, “gücsüzlüyünü etiraf etdi” kimi fikirlər səsləndirməməlidir”
“Günahı bütövlükdə hökumətin üstünə qoymaq fikrindən uzağam, çünki bu, müharibədir və burada iki tərəf var: virus və əhali”
Muxalifet2 - 11-07-2020