Axtarış

The search found 105716 results in 0.033 seconds.

Search results

  1. Rusiya həkimləri koronavirusla mübarizədə kömək üçün Azərbaycana gəlir

    İ.M.Seçenov adına Birinci Moskva Dövlət Universitetinin mütəxəssisləri və könüllü həkimlər qrupu koronavirus pandemiyası ilə mübarizədə kömək etmək üçün Azərbaycana yola düşüb.
     
    Bu barədə “Report” Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.
     

    Muxalifet2 - 12-07-2020

  2. Dünyanın ən varlı qadınlarının reytinqi açıqlandı

    "Amazon" şirkətinin rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Bezos ABŞ-ın ən varlı qadını olub.
    Bu barədə "Forbes" xəbər verir.
    Məlumata görə, hazırda qadının sərvəti 62,3 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

    Muxalifet2 - 12-07-2020

  3. Koronavirusun ilk vaksininin sınağı uğurla başa çatdı

    Rusiyada dünyada koronavirusun ilk vaksinin kliniki sınaqları müvəffəqiyyətlə başa çatıb, alimlər onun insan üçün təhlükəsizliyini təsdiq ediblər.
    “RİA Novosti” xəbər verir ki, bu barədə Rusiyanın Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib.
    "Seçenovsk Universiteti dünyada koronavirus əleyhinə ilk vaksinin könüllülərin üzərində sınaqlarını müvəffəqiyyətlə qurtardı", - Tarasov deyib.
    Onun sözlərinə görə, vaksini sınaqdan keçirmiş könüllülərin birinci qrupu artıq iyulun 20-də müşahidə altında evə buraxılacaq.

    Muxalifet2 - 12-07-2020

  4. Kürdəmirdə dəhşət: ata oğlunu qətlə yetirdi

    Kürdəmirdə qətl hadisəsi törədilib.
    "Report" xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb.
    Kənd sakini, 61 yaşlı Şəmiyev Məzahir Heybət oğlu aralarında yaranan ailə münaqişəsi zəminində oğlu, 35 yaşlı Şəmiyev Elkəni ov tüfəngi ilə vuraraq öldürüb.
    Hadisə yerinə Kürdəmir rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
    Qeyd edək ki, qətlə yetirilən Elkən Şəmiyev əvvəllər məhkumluq həyatı yaşayıb.

    Muxalifet2 - 12-07-2020

  5. PARTİYA SƏDRİNDƏN MEHDİYEV VƏ MƏMMƏDYAROVA ŞOK İTTİHAMLAR – “Akademiyaya yığışdılar və...”

    Sərdar Cəlaloğlu: “Vətənə xəyanət edənləri, Azərbaycan xalqını içindən qurd kimi gəmirənlərin hamısını Ramiz Mehdiyev seçib gətirib Azərbaycan dövlətinə yerləşdirib”

    “Elmar Məmmədyarov ABŞ-da bizim səfirliyin katibi işləyəndə, Eldar Quliyev tərəfindən Rusiya kəşfiyyatı ilə əməkdaşlığa cəlb olunub”

    ADP sədri Sərdar Cəlaloğlunun Laf.tv-yə verdiyi müsahibə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. “AzPolitika.info” xəbər verir ki, partiya sədri son günlərin aktual mövzularına toxunub, sensasiyalı iddialar irəli sürüb.

    Muxalifet2 - 12-07-2020

  6. İNSAN ORQANİZMİNDƏKİ T ŞƏKİLLİ HÜCEYRƏLƏR COVID-19-a QARŞI... - Yeni tədqiqat

    Koronavirusdan sonra anticismin tapılmaması hələ immunitetin olmaması demək deyil.

    Muxalifet2 - 12-07-2020

  7. Rusiyada bir gündə 130 nəfər pandemiyanın qurbanı oldu

    Rusiyada son sutkada koronavirusdan 130 nəfər ölüb.

    “Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Koronavirus İnfeksiyasının Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.

    Qərargahda bildirilib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 11 335 nəfərə çatıb.

    “Son sutkada 130 ölüm hadisəsi təsdiqlənib. Bütün dövr ərzində Rusiyada (koronavirusdan-red) 11 355 nəfər öldü”, - xəbərdə deyilir.

    Qeyd edilir ki, son sutkada Moskvada 27 nəfər, Sankt-Peterburqda 20 nəfər virusdan vəfat edib.

    Muxalifet2 - 12-07-2020

  8. Qazaxda tikinti zamanı mərmi tapıldı, polis ərazini mühasirəyə aldı — FOTOLAR

    Muxalifet2 - 12-07-2020

  9. Prezidentin vəzifədən qovduğu icra başçısının var-dövlətinin ŞOK SİYAHISI

    Muxalifet2 - 12-07-2020

  10. Məhkəmə həbs edilən icra başçısı ilə bağlı qərar verdi

    Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

    Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.

    Muxalifet2 - 12-07-2020

  11. Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib - VİDEO

    Həftəsonu sərt karantin rejiminin elan edildiyi paytaxt Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib.

    Muxalifet2 - 12-07-2020

  12. BŞBPİ-dən vətəndaşlara XƏBƏRDARLIQ

    Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.
    Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, diqqətə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etmələri vacibdir.

    Muxalifet2 - 12-07-2020

  13. "Hər şeyi bağlasaq insanlar aclıqdan və yoxsulluqdan küçələrə çıxacaq..." - QONŞUDA VƏZİYYƏT

    İran prezidenti deyib ki, iqtisadiyyat ölkədəki fəallığı yenidən məhdudlaşdıracaq tədbirlərə hazır deyil.

    Həsən Ruhaninin bəyanatı son günlərdə koronavirus hadisələrinin sayında ciddi artıma təsadüf edir. Cümə axşamı günü Covid-19-la bağlı ölüm səviyyəsi 221-ə çataraq, günlük rekord həddini yeniləyib. Koronavirusdan ölənlərin ümumi sayı 12,700-ə yaxınlaşır.

    Rəsmilər artımı testlərin sayının çoxalması ilə izah edirlər.

    İran iqtisadiyyatı ABŞ sanksiyaları və neft qiymətlərinin aşağı düşməsinə görə təzyiq altındadır.

    Muxalifet2 - 12-07-2020

  14. Polislə nümayişçilər arasında qarşıdurma - 19 nəfər yaralandı

    Serbiyanın paytaxtı Belqrad şəhərində ötən gecə nümayişçilərlə polis arasındakı toqquşmalarda 19 nəfər xəsarət alıb, 70 nəfər saxlanılıb.

    Yenisabah.az TASS-a istinadla xəbər verir ki, polisin məlumatına görə, son iki gün ərzində polis və ifrat sağçı nümayişçilər arasında baş verən qarşıdurmalar nəticəsində 118 nəfər polis əməkdaşı və 34 etirazçı xəsarət alıb, 73 nəfər saxlanılıb. İğtişaşlar zamanı 5 polis avtomobili yandırılıb.

    Muxalifet2 - 12-07-2020

  15. QAİR-dən uğura döğru daha bir addım- müxtəlif ölkələrdə təmsilçilikləri açılır

     Qərbi Azərbaycan İrəvan Respubliası Məşvərət Məclisinin müxtəlif ölkələrdə  təmsilçilikləri olacaq. 

    Muxalifet3 - 12-07-2020

  16. FIRILDAQÇILAR YENƏ İŞ BAŞINDA - 500 dollara Türkiyənin tibb universitetinə “qəbul olunmaq” necə mümkün olur…

    Koronavirusla əlaqədar dünyada gedən proseslər bütün ölkələrə təsir göstərdiyi kimi Azərbaycana da təsirsiz ötüşmədi. İqtisadi, siyasi, eyni zamanda təhsil sisteminə də bir qədər zərbə vurdu. Daha doğrusu, sözdə təhsil adlandırılan bu sistem daha da uçuruma sürükləndi. Həmişəki kimi yaranmış vəziyyətdən istifadə edənlər də oldu. Xaricdə təhsil şirkətləri, rüşvətxorlar, məktəb direktorları və digər işbazlar təhsil sistemini kommersiyadan asılı vəziyyətə saldılar.

    Muxalifet2 - 12-07-2020

  17. Sabiq nazirin anası ilə yanaşı, həyat yoldaşı da vəfat edib - YENİLƏNİB

    Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

    Bu barədə sabiq nazirin ailə üzvlərindən məlumat daxil olub.

    Bildirilib ki, F.Ələkbərovun anası Ruqiyyə Ələkbərova və həyat yoldaşı İradə Ələkbərova  dünyasını dəyişib. 

    Muxalifet2 - 12-07-2020

  18. Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışdı

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COVID-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb.

    Əməkdar artistə tezliklə sağalmağı arzulayan Mehriban Əliyeva ölkəmizdə COVID-19-la mübarizədə, xəstələrin müalicəsində Azərbaycan həkimlərinin, tibb işçilərinin fədakar əməyini xüsusilə qeyd edib.

    Muxalifet2 - 12-07-2020

  19. ERMƏNİLƏR HÜCUMA KEÇDİ, ŞƏHİDLƏRİMİZ VAR - Rəsmi açıqlama / YENİLƏNİB

    Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

    Muxalifet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

    Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

    Muxalifet2 - 12-07-2020

  20. Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu – 8 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda COVID-19-a daha 520 yeni yoluxma qeydə alınıb, 486 nəfər sağalıb, 8 nəfər vəfat edib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Qeyd edilir ki, son gün ərzində ölkədə koronavirusa 520 yeni yoluxma qeydə alınıb.

    Muxalifet2 - 12-07-2020

Pages