“Çox köklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu, amma…” – Hikmət Hacıyev
10-07-2020 18:49
Baxış sayı:
4127

“Azərbaycanda çox köklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu. Amma təəssüflər olsun ki, koronavirus müharibəsi başladı”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
“Ona görə də TƏBİB və Səhiyyə Nazirliyinin təsisatları birləşdirilib:
“Onların fəaliyyəti vahid bir mərkəzdən idarə olunur”-deyə, H.Hacıyev əlavə edib./apa