İŞDƏN ÇIXARILAN İCRA BAŞÇISI DANIŞDI - "Səhvim oldu, cənab prezident..."
11-07-2020 19:28
Baxış sayı:
2722

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.
Unikal.org-a açıqlama verən Arif Qasımov prezidentin onunla bağlı verdiyi qərarın düzgün olduğunu deyib: "Cənab prezidentin verdiyi qərar bizim tacımız, qəbulumuzdur. Səhvim oldu, cənab prezident də məni vəzifəmdən azad etdi".