Axtarış

The search found 105715 results in 0.064 seconds.

Search results

  1. Kreml Trampın Dağlıq Qarabağla bağlı hansı irəliləyişdən danışdığını bilmir

    “ABŞ Prezidenti Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda irəliləyişin əldə olunması ilə bağlı çıxışında nəyi nəzərdə tutduğunu bilmirik”. 

    “RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri hazırda Vaşinqtonda səfərdədir.

    Muxalifet2 - 24-10-2020

  2. Türkiyə hərbi dronların istehsalı sahəsində necə irəlilədi? - DÜNYANIN DİQQƏTİNDƏ OLAN "BAYRAKTAR"!

    Türkiyədə istehsal edilən PUA və SPUA-lar (Pilotsuz Uçan Aparatlar və Silahlı Pilotsuz Uçan Aparatlar) Dağlıq Qarabağdakı münaqişə şəraitində dünyanın diqqət mərkəzindədir. Türkiyədən alınan PUA-lar sayəsində Azərbaycanın hərbi üstünlük qazandığı deyilir.
    Dağlıq Qarabağdakı qarşıdurmadan əvvəl də, bir çox hərbi analitik Türkiyəni PUA sayəsində qlobal müdafiə sənayesinin liderlərindən biri hesab edirdi.
    PUA-ları inkişaf etdirən Türkiyə İsraillə və ABŞ-a bağlı qalmaq istəmir və qabaqcıl texnologiyalara əsaslanan yeni cihazlar istehsal edir.

    Muxalifet2 - 24-10-2020

  3. Putin açıq şəkildə dedi: Bakıya mane olmayacaq

    Rusiya Prezidenti Vladimir Putin açıqlamasında Azərbaycana öz torpaqlarını işğaldan azad etməkdə əngəl olmayacağını açıq şəkildə bəyan edib.

    Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Andrey İvanov çıxış edib.

    "İri dövlətlər münaqişənin bitməsini gözləyəcək və yaranacaq vəziyyətlə razılaşacaq. Hər kəs ən yaxşı variant kimi xəritədə qeyd olunmuş sərhədlərin tam bərpasını görür. Paşinyanın isə Rusiyanı müharibəyə cəlb etmək ümidləri puç oldu", - İvanov qeyd edib.

    Muxalifet2 - 24-10-2020

  4. Düşmənin zərbə PUA-sı ələ keçirildi - FOTOLAR

    Oktyabrın 23-ü gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet2 - 24-10-2020

  5. DÜŞMƏNİN DAYAQ DƏSTƏLƏRİ DARMADAĞIN EDİLDİ - Vacib yüksəkliklər azad olunub

    Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub.

    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

    Məlumata görə, düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib.

    Muxalifet2 - 24-10-2020

  6. Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərin TAM SİYAHISI

    Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəsini, Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərini azad edib.

    Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən yaşayış məntəqələrini, onların daxil olduğu rayonları və işğaldan azad edilmə tarixini təqdim edirik:

    1. Qaraxanbəyli kəndi (Füzuli rayonu, 27.09.2020)

    2. Qərvənd kəndi (Füzuli rayonu, 27.09.2020)

    3. Kənd Horadiz (Füzuli rayonu, 27.09.2020)

    Muxalifet2 - 24-10-2020

  7. Düşmənin gecə ərzində döyüş texnikaları məhv edilib - VİDEO

    Düşmənin gecə ərzində döyüş texnikaları məhv edilib.

    Muxalifet.az xəbər verir ki, Müdafiə Nazirliyi düşmənin gecə ərzində məhv edilən döyüş texnikalarının videogörüntülərini yayıb.

    Muxalifet2 - 24-10-2020

  8. ELDAR HƏSƏNOV BARƏSİNDƏ NÖVBƏTİ MƏHKƏMƏ QƏRARI - Sabiq baş prokurorun həbs müddəti uzadıldı və...

    Nəsimi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Muxalifet2 - 24-10-2020

  9. Ermənilər Tapqaraqoyunluya 2 "Smerç" raketi atıb - VİDEO / FOTOLAR

    Ermənilər tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə atılan raket iki evin həyətinə düşüb.

    "Report"un Qərb Mərkəzinin məlumatına görə, Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə Ermənistan silahlı qüvvələri tərəfindən atılan 9M528 "Smerç" raketi iki yaşayış evinin həyətinə düşüb.

    Xəsarət alan olmasa da, evə və yaxınlıqdakı tikililərə zərər dəyib.

    Muxalifet2 - 24-10-2020

  10. Əcnəbilərin Gürcüstana giriş qaydaları sərtləşdirildi

    Xarici vətəndaşların Gürcüstana giriş qaydaları dəyişdirilib.

    Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

    Qərara əsasən, əcnəbilər sərhəddə son 72 saat ərzində aparılan PCR testinin nəticəsini əks etdirən arayış təqdim etməlidir. Bundan sonra onlar 8 günlük özünütəcrid rejiminə keçməlidirlər.

    Gürcüstana səfər edən əcnəbinin tələb olunan arayışı olmayacaqsa, o, karantinə alınacaq. Bu qayda Gürcüstanda yaşayış izni olan xarici ölkə vətəndaşlarına da şamil olunur.

    Muxalifet2 - 24-10-2020

  11. Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur - RƏSMİ

    Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Belə ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

    Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

    Muxalifet2 - 24-10-2020

  12. Azərbaycanda daha 792 nəfər koronavirusa yoluxdu – 8 NƏFƏR VƏFAT ETDİ

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 49013  nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41051 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 7298 nəfərdir.

    Muxalifet2 - 24-10-2020

  13. Düşmənin döyüş təyyarəsi məhv edilib - RƏSMİ AÇIQLAMA

    Oktyabrın 24-də gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Muxalifet2 - 24-10-2020

  14. Müharibəyə görə həyatını itirən hərbçi və mülki şəxslərin krediti silinəcək - RƏSMİ AÇIQLAMA

    Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək şanlı qələbəyə doğru inamla irəliləyir.

    Bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin açıqlamasında bildirilir.

    Muxalifet2 - 24-10-2020

  15. ERMƏNİSTANIN DAHA BİR PUA-sı MƏHV EDİLDİ - Ağdərə istiqamətində

    Oktyabrın 24-də saat 15.25 radələrində Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

    Muxalifet.az xəbər verir ki, Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Muxalifet2 - 24-10-2020

  16. "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır" - ƏRDOĞAN

    “Hazırda Azərbaycandakı fəlakətlərin arxasında Fransa var”.

    “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

    Muxalifet2 - 24-10-2020

  17. ERMƏNİ HƏRBÇİLƏRİ HÜCUMA CƏHD ETDİ, ƏSİR DÜŞDÜLƏR - Müdafiə Nazirliyi açıqladı

    Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

    Muxalifet2 - 24-10-2020

  18. Düşmənin hərbi texnikası və infrastrukturu məhv edilib

    Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

    Muxalifet2 - 24-10-2020

  19. Ermənilər yeniyetmələri də müharibəyə cəlb edirlər

    Ermənistanın siyasi-hərbi rəhbərliyi ölkənin orta yaşlı və qoca sakinləri ilə yanaşı, yeniyetmələri də Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb edib.

    “Report” xəbər verir ki, işğalçı ölkə rəhbərliyinin beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntülər sosial şəbəkələrdə elə ermənilərin özləri tərəfindən yayılıb. Görüntülərdə erməni hərbçilərinin 12-13 yaşlı yeniyetmədən istifadə etdiyi əks olunur.

    Muxalifet2 - 24-10-2020

  20. HƏBİB AMERİKALI BOKSÇUYA QALİB GƏLDİ VƏ KARİYERASINI BİTİRDİ - İdmançı bunun səbəblərini açıqladı / YENİLƏNİB

    Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib.

    Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

    Muxalifet2 - 25-10-2020

Pages