Müdafiə Nazirliyi daha bir video yayıb.
Axtarış
The search found 105715 results in 0.033 seconds.
Search results
İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.
Həmin müsahibəni təqdim edirik.
- Sabahınız xeyir.
- Sizin də sabahınız xeyir.
- Mən 30 il Avropada işləmişəm. Mən heç vaxt Sizin ölkənizdə olmamışam. Buna görə təəssüflənirəm. Bu səhvi gələcək aylarda səfər etməklə düzəltməli olacağam.
- Ümid edirəm ki, gələcəkdə bizi də ziyarət etmək üçün vaxtınız olacaq.
Muxalifet2 - 25-10-2020
AZƏRBAYCAN HƏRBÇİLƏRİ YENİ ƏRAZİLƏRİ İŞĞALDAN AZAD EDİB - Ordumuz Qubadlı və Laçın ərazisində irəliləyir
Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.
Muxalifet.az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.
Muxalifet2 - 25-10-2020
Mübariz Mənsimova məxsus tankerdə partlayış - 3 NƏFƏR İTKİN DÜŞÜB
Azov dənizində Rusiya bayrağı altında üzən “General Həzi Aslanov” neft tankerində partlayış baş verib.
TASS xəbər verir ki, Qafqaz limanından Rostova yola düşən tankerdə 13 heyət üzvü olub. Onlardan 10-nun həyatını xilas etmək mümkün olub. Partlayış zamanı dənizə atılan 3 nəfərin axtarışları isə davam etdirilir. Onların hamısının rusiyalı olduğu bildirilir.Tankerdə yük olmayıb. Partlayış neft məhsullarının buxarından yaranıb. Hadisəyə səbəb texniki təhlükəsizlik qaydasının pozulması və ya qaynaq işlərinin aparılması göstərilir.
Muxalifet2 - 25-10-2020
Ronaldu Nurməhəmmədovu təbrik etdi
Turin "Yuventus"unun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovu amerikalı Castin Qetji üzərində qələbə çalması münasibətilə təbrik edib.
Bu barədə futbolçu özünün “Instagram“dakı səhifəsində yazıb.
"Təbrik edirəm, qardaş! Sənin atan səninlə fəxr edərdi", - deyə o yazıb.
Xatırladaq ki, təkbətək döyüş ikinci raundda Nurməhəmmədovun vaxtından əvvəl boğucu fəndlə qalib gəlməsi ilə qurtarıb.
Muxalifet2 - 25-10-2020
Biləsuvarda ermənilərin dinc əhalini hədəfə almasına etiraz... - GƏNCLƏR AKSİYA KEÇİRDİ
Biləsuvar rayonunda Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket zərbələri nəticəsində həlak olanların xatirəsi ilə bağlı aksiya keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin “Gənc Könüllüləri” #GəncəÜçünSusma şüarı ilə aksiya təşkil ediblər.
Könüllülər ermənilərin xain raket hücumları ilə dinc əhalini hədəfə almasını bir daha sakinlərin diqqətinə çatdırıblar.
Muxalifet2 - 25-10-2020
ERMƏNİLƏR DƏRİN MƏNƏVİ SARSINTI İÇİNDƏ - Ölkədə sosial parçalanmalar qaçılmazdır
Savaşan hər ölkənin ən böyük silahı daxili həmrəylikdir. Sirr deyil ki, ölkə əhalisinin eyni hədəf uğrunda birləşməsi orduların döyüş ruhunu, qələbə əzmini artırır. Adətən ədalətli müharibə aparan, öz torpaqları, dövlətinin ərazi bütövlüyü uğrunda çarpışan ordular ona görə ən ağır müharibələrdə belə qələbə qazanırlar ki, onların mənsub olduqları ölkənin bütün fərdləri daxilən özlərini haqlı sayır və bir hədəf uğrunda birləşə bilirlər. Bu gün iqtidarlı-müxalifətli Azərbaycan cəmiyyəti kimi.
Muxalifet2 - 25-10-2020
Azərbaycanda daha 946 nəfər koronavirusa yoluxdu – 7 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda bu gün koronavirus infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Muxalifet2 - 25-10-2020
Qubadlının işğaldan azad olunan kəndlərinin görüntüsü - VİDEO
Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb.
Muxalifet.az həmin görüntüləri təqdim edir:
Muxalifet2 - 25-10-2020
Kəlbəcərdən Ermənistana gedən yol ordumuzun nəzarətində - ERMƏNİLƏR YOLUN BAĞLANDIĞINI ETİRAF ETDİ
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində işğal olunmuş Kəlbəcərdən Ermənistana gedən yol Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülüb.
Virtualaz.org bildirir ki, Ermənistan FHN-i Azərbaycanın işğal olunmuş rayonundan Ermənistana gedən yolda gediş-gəlişin dayandırıldığı barədə məlumat yayıb.
Məlumatda göstərilir ki, yol təhlükəsizlik səbəbindən bağlıdır.
Muxalifet2 - 25-10-2020
Ermənilər Goranboya qadağan olunmuş raket atıb
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəfə alıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, xüsusi çevik əməliyyat qrupları əraziyə atılan 300 mm 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq aşkar ediblər: "Bu fakt bir daha sübut edir ki, erməni hərbi qrupları davamlı olaraq mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edirlər".
Muxalifet2 - 25-10-2020
İlham Əliyevin “Nikkei”yə müsahibəsi ən çox oxunan məqalə oldu - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi bu həftənin ən çox oxunan məqaləsi olub.
Bu barədə “Nikkei Asia”nın “Twitter” hesabında paylaşım edilib.
Muxalifet2 - 25-10-2020
Rusiya ordusu Ermənistan-Azərbaycan sərhədində yerləşdirildi - FOTO
Erməni “Telegram” kanallarında Rusiya ordusunun Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi ilə bağlı fotolar paylaşılır.
Qeyd edilir ki, Rusiya ordusu hazırda Qubadlı ilə həmsərhəd olan Qafanda hərbi şəhərciklər qurur.
Muxalifet2 - 25-10-2020
Bolqarıstanın Baş naziri koronavirusa yoluxdu
Daha əvvəl COVID-19 olan şəxslə təmasda olduğu üçün özünü təcrid edən Bolqarıstan respublikasının Baş naziri Boyko Borisovun koronavirus testinin nəticəsi müsbət olub.
Bu barədə Baş nazir özünün feysbuk səhifəsində yazıb.
“Bölgə tibbi müfəttişliyi karantinimi rəsmən ləğv etməsinə baxmayaraq, bütün iclaslarımı və kütləvi tədbirlərimi təxirə saldım. İki PCR testindən sonra bu gün nəticə müsbət oldu. Halsızlıq hiss edirəm və evdə müalicə olunuram”.
Muxalifet2 - 25-10-2020
Düşmənin daha 50 hərbçisi məhv edildi - VİDEO
Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.
Ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim edirik.
Muxalifet2 - 25-10-2020
“Yolumuz Şuşayadır!” - MÜDAFİƏ NAZİRLİYİ VİDEO YAYDI
Muxalifet2 - 25-10-2020
Один из зачинщиков карабахского конфликта с горечью предсказывал беды Армении - СЕНСАЦИОННОЕ ПРОРОЧЕСТВО / ВИДЕО
Muxalifet2 - 25-10-2020
PREZİDENTDƏN KƏLBƏCƏR VƏ DİGƏR RAYONLARIMIZLA BAĞLI MÜJDƏLİ XƏBƏR – Bu ərazilər işğaldan azad edildi…
Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib.
Muxalifet2 - 25-10-2020
Düşmənin döyüş texnikası və sursatları məhv edilib - VİDEO
Oktyabrın 25-də günün ikinci yarısında cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Bildirilir ki, zərbələr nəticəsində düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.
Muxalifet2 - 25-10-2020
Qubadlı şəhəri və daha bir neçə kənd işğalçılardan azad edildi - PREZİDENTDƏN AÇIQLAMA
Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!.
Muxalifet2 - 25-10-2020
Ermənilərin növbəti “feyk”i ifşa olundu - FOTOFAKT
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz feysbuk səhifəsində müdafiə naziri David Tonoyanın hərbçilərlə görüşünün fotosunu yayıb.
“Report”un məlumatına görə, fotoda Tonoyanın yanında erməni hərbçilər əyləşib. Lakin diqqət çəkən məqam iki hərbçinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim formasında olmasıdır.
Bir müddət sonra Şuşan Stpenayan fotonu sosial şəbəkədəki səhifəsindən silib.
Muxalifet2 - 25-10-2020